GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İsmayıllıda rejim xalqa müharibə élan etdi

İsmayıllıda rejim xalqa müharibə élan etdi

Tarix: 25-01-2013, 11:43 Bölmə :Manşet Baxış: 902
İsmayıllıda rejim xalqa müharibə élan etdi

Əhaliyə qarşı səs bombaları, rezin güllələr və qazdan
istifadə olundu; yaralılar var; kütləvi həbslər aparıldı; üsyana
qalxan İsmayıllı camaatı qəddar rejimə dirəniş göstərir


Azərbaycan hakimiyyətinin öz vətəndaşına qarşı sayğısızlığı, yüksək dövlət postu tutan məmurların qanunsuzluğu Qubadan sonra özünün növbəti məntiqi nəticəsini İsmayıllıda göstərdi. Bu, son bir neçə gündə Azərbaycanda rəsmilərlə sakinlər arasında baş verən ikinci toqquşmadır. Ötən şənbə günü Binə Ticarət Mərkəzinin sahibkarları rüşvətə etiraz edərək polislə toqquşmuşdular. Ondan öncə isə əsgər ölümlərinə etiraz edən yüzlərlə gənc Bakının mərkəzində aksiya keçirmişdi. Yanvarın 23-də isə günün sonlarına yaxın İsmayıllı rayonunda yerli əhali üsyan edib. Hadisələr rayon mərkəzində xalqın ayağa qalxaraq, yerli hakimiyyətin başındakı klnın - Nizami Ələkbrovun və onun nazir qardaşı Füzuli Ələkbərovun obyektlərini yandırmaqla başladı.

Üsyanın başlanması-səbəb nazirin oğlu olub?
İsmayıllıda rejim xalqa müharibə élan etdi

Yanvarın 23-də, xalqın qəzəblənərək, ayağa qalxmasına səbəb nazir Füzuli Ələkbərovun oğlunun İsmayıllı camaatını söyərək, təhqir etməsi olub. Yerli sakinlərin sözlərinə görə: “Axşam saatlarında nazirin oğlu ”Kəpənək" adlanan istidahət mərkəzinə qalxarkən idarə etdiyi “Hammer” markalı maşını ilə yüngül qəza törədib. Günah onda olsa da, nazir oğlu üzr istəmək əvəzinə maşından enərək, oradakı hər kəsi, daha sonra isə ümumi qaydada İsmayıllı camaatını təhqir edib. Nəticədə oradakı ismayıllılar tökülüşərək, nazir oğlunu döyüblər. Daha sonra emosiyalar qızışıb, nazirin oğlunun maşıını yandırıblar. Xəbər ildırım sürəti ilə bütün İsmayıllıya yayılıb. Xalq ayaqlanıb, eyni ilə Quba hadisələrində olduğu kimi, üsyana qalxıb. Onlar Bakı Qəbələ yolunu kəsiblər, rayondakı Ələkbərovlar klanına aid olan moteli (“Çıraq”) yandırıblar.”
Yanvarın 23-dən 24-nə keçən gecə polisin hadisələrə demək olar ki, ciddi müdaxiləsi olmayıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonunda baş verən hadisə ilə bağlı birgə məlumatında bildirilib ki, yanvarın 23-də saat 21.30 radələrində İsmayıllı şəhərində "Çıraq" otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildiriblər. E. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub. Bundan sonra destruktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstəriblər. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da həyətdə olan bir ədəd avtomobil yandırılıb.
İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulublar. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.

Qeyri-rəsmi fövqəladə vəziyyətlə başlayan səhər
İsmayıllıda rejim xalqa müharibə élan etdi

Yanvarın 24-də səhər saatlarından İsmayıllıda qeyri-rəsmi fövqəladə vəziyyət hökm sürüb. Rayon mərkəzinə Daxili Qoşunların xüsusi təyinatlıları yerləşdirilib. Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin rəisi general Cavanşir Məmmədov da İsmayıllıya gəlib. İsmayllıdan olan deputat Novruiz Aslan da rayona gəlib. Polis və rayon rəhbərliyinin təhriki ilə rayonda bütün internet klublar bağlanıb. Kafe və çayxanalrın işi də dayandırılıb. Hətta mağazaların işləməsinə də imkan verilmir. Evlərin qarşısında polislər keşik çəkir və sakinlərin evdən çıxmasına mümkün olduğu qədər məhdudiyyət qoyulur. Rayonun böyük bir hissəsinin işığı kəsilib. Bütün bunlar rayonda axşam saatlarında yenidən aksiyanın başlaya biləcəyi ilə əlaqələndirilib. Məlumatlara görə ətraf rayonlarda da vəziyyət xüsusi nəzarət altına götürülüb. Qonşu Göyçay, Qəbələ rayonlarından aksiyaya dəstək üçün gəlmək istəyən vətəndaşların olduğu deyilir. Amma polis İsmayıllıya gələn yolları bağlayıb. Bundan başqa, kəndlərdən rayon mərkəzinə gələn yollar da bağlanıb, postlar qurulub.
Sakinlərdən heç kimin həbs edilməyəcəyin haqda dünən verilən vədə baxmayaraq, həbslər aparılıb. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulublar. Emil Şəmsəddinovun nazir Füzuli Ələkbərovun bacısı oğlu olduğu deyilir.

“İstefa” şüarları
İsmayıllıda rejim xalqa müharibə élan etdi

Bütün tədbirlərə baxmayaraq dünən səhər saat 10 radələrindən etibarən əhali yenidən yandırılan “Çıraq” motelinin yaxınlığına toplaşmağa başlayıb. Daha sonra onlar Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşıb. Əraziyə suvuran maşın da gətirilib. ÇPA qüvvələrinə rəhbərlik edən zabit əhaliyə səslənərək dağılışmağı, əks təqdirdə zor işlədəcəklərini bildirib. Toplaşan sakinlər İH qarşısından bir qədər geri çəkilsələr də dağılışmyıblar, əksinə toplaşanların sayı artıb. Sakinlər icra başçısının tutduğu vəzifədən azad edilməsini tələb ediblər və “İstefa” şüarları səsləndirilib.
İH binası qarşısına toplaşan əhali dağıtmaq üçün polis və xüsusi təyinatlılar hərəkətə keçib. Cammaata səs bombaları və gözyaşardıcı qazdan istifadə olunub.Polis qüvvələri rayon ərazisinə səpələnərək sakinlərin evlərindən çıxaraq meydanda olan həmyerlilərinə qoşulmalarına imkan verməyib. Az qala hər evin qarşısında polis postu qurulub.Rayon mərkəzi və ətraf ərazilər bütövlükdə polis nəzarəti altına alınıb.Polis bütün dövlət binaları ətrafında barrikadalar qurub.
Saat 14.30 radələrində yüzdən artıq İsmayıllı sakini İcra Hakimiyyətinin qarşısında növbəti etiraz aksiyasına cəhd göstərib. Polislə aksiyaçılar arasında toqquşma olub. Aksiyanın qarşısı alınıb və iştirakçılardan bir neçə nəfər saxlanılıb. Aksiya dağıdılıb.Ümumən hadisələr zamanı saxlanılanlar arasında orta məktəb şagirdləri də var. Saxlanılanların yaxınları Rayon Polis Şöbəsinin qarşısında onlardan xəbər gözləyirlər. Onlardan bir neçə nəfəri deyib ki, 11-ci sinifdə oxuyan övladlarını həbs edərək şöbəyə gətiriblər. Saxlanılanlara Polis Şöbəsində işgəncə verildiyi haqda məlumatlar var. Jurnalistləri şöbəyə yaxın buraxmasalar da, saxlanılanların yaxınları bu barədə onları məlumatlandırıb. Saxlanılanlar arasında işgəncədən vəziyyəti pisləşənlərin olduğu da deyilir.

İcra başçısi danışdı: “5-10 nəfərin tələbi ilə istefaya getməyəcəm”
İsmayıllıda rejim xalqa müharibə élan etdi

Günorta saatlarında İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun rəsmi açıqlaması yayıldı: “İsmayıllıda iki nəfərin avtomobil qəzası nəticəsində yaranmış mübahisəsini siyasiləşdirmək olmaz. Bu, heç də siyasi məsələ deyil.”
Ələkbərov deyib ki, yol qəzasını törədən və sonra mübahisə edənlərin ümumiyyətlə onunla heç bir qohumluq əlaqəsi yoxdur. Rayonu tərk etdiyi barədə məlumatın da həqiqətəuyğun olmadığını deyən Ələkbərov bildirib ki, o, hadisə baş verən andan rayonda olub və oranı tərk etməyib. İstefasının tələb edilməsinə münasibət bildirən icra başçısı qeyd edib ki, ona bu səlahiyyəti ölkə Prezidenti verib. İcra başçısı bildirib ki, o, 5-10 nəfərin tələbi ilə istefaya getməyəcək. Nə vaxt ölkə Prezidenti işdən azad edərsə, o zaman vəzifəsini tərk edəcək. Ələkbərovun sözlərinə görə, rayon sakinlərini təhqir edən şəxslər cəzasını alacaq. Onlar artıq həbs edilib və qanun qarşısında cavab verməli olacaqlar. Nizami Ələkbərov deyib ki, dünənki hadisələrdə nə onun oğlu, nə də qardaşı oğlu iştirak edib: «Oğlum Nyu-Yorkdadır». «Çıraq» otelinin ona məxsus olmadığını deyən icra başçısı bildirib ki, otelin kimin olduğunu bilmir. Nizami Ələkbərov İsmayıllıdakı tikintilərə yerli camaatın cəlb olunmaması haqqında deyilənləri də təkzib edib.

Üsyançıların tələbi: “İcra başçısı və onun rayonu zəbt edən qohumları İsmayıllıdan rədd olsunlar”
İsmayıllıda rejim xalqa müharibə élan etdi

İsmayıllıda baş verən və bütün ölkə gündəmini zəbt edən hadisə ilə bağlı “Qafqazinfo”ya zəng vuran bir qrup İsmayıllı sakini gecəki insidentin əsas səbəb və tələblərini açıqlayıb. Sakinlər bildirib ki, hadisəyə səbəb konkret olaraq icra başçısı Nizami Ələkbərov, qardaşı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və digər bir nazirin oğlunun ( həmin şəxsin nəqliyyat naziri Ziya Məmmədovun oğlu olduğu iddia olunur) dünən İsmayıllı camaatını təhqir etməsi və rayonun mərkəzində 3 “hummer” markalı avtomobillə İsmayıllı sakinlərinə “var-yox” söyüşü söyməsi olub: “Bu uşaqlar rayonun mərkəzində dedilər ki, İsmayıllıda kişi yoxdur, sizin var-yoxunuz...”
Sakinlərin sözlərinə görə, hazırda onların qarşısını kəsən İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayevə olan hörmətləridir: “Rayon camatı polis rəsinə hörmət bəsləyir. Onun xahişini nəzərə alıb müəyyən vaxta qədər gözləməyə qərar verdik. Əsas tələbimiz odurki, icra başçısı və onun rayonu zəbt edən qohumları İsmayıllıdan rədd olsunlar. Əgər Nizami Ələkbərov istefa verməsə, biz bildiyimizi edəcəyik”.
Sakinlər daha sonra qeyd ediblər ki, aksiya davam edəcək. Onlar bu dəfə icra başçısının evini yandırmaq niyyətində olduğunu əlavə ediblər. “Bizim aksiyamız dövlətə qarşı deyil. Biz prezident İlham Əliyevdən Nizami Ələkbərov barəsində ölçü götüməsindən başqa heç bir tələb istəmirik. Biz prezidentin siyasətindən narazı deyilik, icra başçısı barədə ölçü götürülməsini xahiş edirik. Sadəcə Ələkbərovların rayondan qovulmasını istəyirik”.

Polis xalq müqaviməti qarşısında aciz qalıb

Hava qaraldıqdan sonra şəhərin mərkəzində həyəcanlanma və gərginlik daha da artıb. Bu vaxt artıq İsmayıllıya çox sayda hərbi texnika və canlı qüvvə yeridilib. İsmayıllıya Bakıdan əlavə 20-dən çox polis maşını və 4 avtobus gətirilib. Onlar icra hakimiyyətinin binası qarşısında yığışıb. Bu günkü hadisələr zamanı 60-dan çox adamın saxlandığı bildirilir. Günün sonuna doğru rayonda etiraz aksiyasının növbəti dalğası başlayıb. Saat 19:30 radələrində yüzlərlə rayon sakini İH binasına doğru yürüş edib. Polis və təhlükəsizlik qüvvələri yürüşün qarşısını almaq üçün müqavimət göstərir. Əhaliyə qarşı zor işlədilir. Səs bombaları və gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə olunur. Həbs edilənlər var.
Rayon mərkəzinə yaxın Mican kəndindən təxminən 200 nəfər "İstefa" şüarları ilə İH binasına doğru yürüyürlər. Məlumatlara görə, rayonun bir neçə istiqamətindən İH binasına doğru əhalinin axını başlayıb. Polis və təhlükəsizlik qüvvələri insanları binanın yaxınlığına buraxmamaq üçün səfərbər olunublar və zorakılıq işlədiblər.
Əhali polis və təhlükəsizlik qüvvələrinin zorakılığına baxmayaraq uzun müddət müqavimət göstərib və dağılışmayıb. Kəndlərdən axışan insanların hesabına etirazçıların sayı durmadan artıb. İH binasına doğru minlərlə insan yürüş edib. Rayon sakinləri onlarla maşında İH binasına doğru yürüş edib. Polis və təhlükəsizlik qüvvələri səs bombaları, rezin güllələr və gözyaşardıcı qazdan istifadəni artırıblar. Amma yenə də əhalini dağıtmaq səyləri nəticə verməyib. Xüsusən də maşınlarla yürüş edənlər polsin müqaviməti qarşısında dövrə vurub yenidən irəliləyiblər.
Gözyaşardıcı qazdan boğulanlar olub. Polis və təhülkəsizlik qüvvələri boğulanların köməyinə gələn təcili tibbi yardım briqadalarını əraziyə buraxmayıblar. Lakin həkimlərin təkidi və boğulanların ölə biləcəyi xəbərdarlığından sonra onları aksiyaçıların olduğu tərəfə buraxıblar. Əhali isə polis və təhlükəsizlik qüvvələri ilə öz aralarında barrikadalar qururlar. Təhlükəsizlik qüvvələri etiraza qalxan əhalini İH-in binası pnünə buraxmamaq üçün səfərbər olunub. Əhali isə geri çəkilmir və barrikadalar qurur. Vətəndaşlar rayon mərkəzindəki məscidin önünə toplanıb və “istefa” şüarları səsləndirilməyə başlayıblar. Polisə isə döyüş hazırlığı əmri verilib. İnsanlar İH binasına doğru keçmək istəyirlər, ancaq polislər mane olurlar. Polislər gözyaşardıcı qazdan və səs bombalarından istifadə ediblər. Gənclər köhnə təkərlərdən barrikada qurub və onları yandırıblar.
Polis və təhlükəsizlik qüvvələri barrikadalar qurub dayanan etirazçı xalq kütləəlrinə doğru irəliləyib. Etirazçılar isə barrikadaların önündə maşın təkərləri yandırarıb, "Azadlıq", "İstefa" şüarları qışqırır, tələblərini səsləndiriblər. İH binasını mühasirəyə alan polis və təhlükəsizlik qüvvələri “qarşı cəbhədə” duran dinc sakinlərə qarşı həlledici hücuma keçib. Bütün arsenalını işə salan təhlükəsizlik qüvvələri insanları amansızlıqla döyüb dağıdıtmağa çalışıblar. Toqquşma zamanı 30-40 nəfər dinc sakin vəhşicəsinə döyülüb və həbs edilib. İnsanlar arasında ciddi xəsarət alanlar var. Bununla belə insanlar tam dağılışmayıb. Etirazçılara yeni dəstələr qoşulub

Qaynar bölgədə siyasi həbslər

Hadisələri müşahidə edən Müsavat başqanının müavini Tofiq Yaqublunu 3 mülki şəxs saxlayıb. Tofiq Yaqublu deyib ki, yerli polis şöbəsində ona xəbərdarlıq edildikdən sonra buraxılıb. “Bizə dedilər ki, bura təxribata gəlmisiz”. Bunu Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu İsmayıllıda polis tərəfindən saxlanmasından danışarkən deyib. Başqan müavini deyib ki, 40 dəqiqə polis idarəsində sorğu-sual edilib: “Polis idarəsində Cinayət İstintaq şöbəsinin rəisi Şöhrət Kərimov bizə dedi ki, niyə gəlmisiz? Təxribat edəcəksiz? Mən də dedim ki, bura gəlməkdə məqsədimiz rayondakı vəziyyətlə tanış olmaqdır.
Yeni Müsavat"ın İsmayıllıya ezam olunmuş telereportyoru Araz Bayramov bu gün axşamüstü yoxa çıxıb. Bu barədə musavat.com-a onun tərəfdaşı Elşən Məmmədəliyev xəbər verib. Onun sözlərinə görə, saat 18.30 radələrindən etibarən Arazla əlaqəni itirib və kiçik rayonda onu heç yerdə tapa bilməyib. Saat 19.31 radələrində A.Bayramovun telefonundan əməkdaşlarımızdan birinə qsa mesaj gəlib: "Məni tutdular, Rauf bəyə de". Hazırda əməkdaşımızın kimlər tərəfindən tutulduğunu araşdırırıq. Qeyd edək ki, bu gün musavat.com saytında yayılan videosüjetləri məhz Araz Bayramov çəkib və göndərib. Qeyd edək ki, müvafiq araşdırılma aparılandan sonra əməkdaşımız azadlığa buraxılıb. O, polis şöbəsində olarkən ona heç bir təzyiq göstərilmədiyini deyib.

Atəş səsləri və yaralılar

Polis əhalini sakitləşdirməkdən ötrü sərt tədbirlərə al atıb. Rayonun hər yerindən atəş səsləri eşidilir. Sakinlər iddia edir ki, hüquq mühafizə orqanları hətta odlu silahdan atəş açıb. İsmayıllının Mərkəzi Xəstəxanasından verilən məlumata görə bu dəqiqələrə qədər 12 nəfər müxtəlif bədən xəsarəti almış gənclər xəstəxanaya yerləşdirilib. Onlardan biri qazdan zəhərlənib. Qalanlarına isə rezin güllələrin dəyməsi nəticəsində müxtəlif nahiyələrin sınması diaqnozu qoyulub. Xəstəxanadan bildirilib ki, hadisə yerində təcili tibbi maşınları çalışır, və yaralıların sayı sürətlə artır.

Mübarizə bu gün də var, yarın da...

Günün sonunda İsmayıllıda polislə aksiyaçılar arasında qarşıdurma güclənib. Əvvəlcə aksiyaçılar avtomobil təkərləri yandırıblar, polisə daş atıblar. Daha sonra polis hücuma keçib. Polis gözyaşardıcı qazdan istifadə edib. Bundan sonra aksiyaçıları tutmağa başlayıb. İsmayıllıda polis etirazçıları sıxışdırıb. Təxminən 100-ə yaxın etirazçı icra hakimiyyətinə gedən yolun ortasında iki tonqal qalayıblar. Tonqal ətrafında oturan aksiyaçılar icra başçısının istefasını tələb edirlər. İsmayıllı rayon İcra Hakimiyyətindən təxminən 600-700 metr kənarda polislə aksiyaçılar qarşı qarşıya dayanıblar. Sakinlər icra başçısının istefasını tələb edib. İsmayıllıda icra hakimiyyətinin binası qarşısında sakinlər maşınlarla polisə hücum edib. 7-8 maşınla polisə hücum olub. Polis gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə etməklə onların qarşısını ala bilib.
Daxili qoşun əsgərləri etirazçıların üzərinə amansız hücuma keçərək onları dağıdıb və vəziyyətə nəzarəti ələ alıblar. Bir müddət nisbi sakitlik hökm sürüb. Amma ardınca əhalinin yenidən etiraz yürüşü başlayıb. Etirazçı insanlar İcra hakimiyyətinin binası yaxınlığına toplaşıb. Əhali icra başçısı Nizami Ələkbərovun, onun qardaşı, əmək və əhalinin sosial müdafiəsi naziri, rayonun qeyri-rəsmi kuratoru Füzuli Ələkbərovun, rayon prokuroru və başqa vəzifəlilərin istefasını, rayonda özbaşınalığa son qoyulmasını, hadisələr zamanı həbs edilənlərin azad olunmasını tələb edib.
Qəzetimiz çapa gedərkən aldığımız son məlumata görə rayonda gərginlik qalıb. Bu gün yenidən aksiyaların başlanacağı gözlənilir...
Hüseyn Abbasoğlu,
İsmayıllı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rejim xalqa müharibə elan edib

    Rejim xalqa müharibə elan edib ...

    1-02-2013, 10:32

  • 
  • "Binə" ticarət mərkəzinin sahibkarları etiraz edir

    "Binə" ticarət mərkəzinin sahibkarları ...

    25-12-2013, 15:26

  • 
  • “Binə”də həbslər davam edir

    “Binə”də həbslər davam edir ...

    27-01-2013, 12:29

  • 
  • Hakimiyyətə ciddi mesajlar

    Hakimiyyətə ciddi mesajlar ...

    25-01-2013, 11:36

  • 
  • Bu gün Bakıda aksiya olacaq

    Bu gün Bakıda aksiya olacaq ...

    25-01-2013, 12:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu