GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ştrasser-Seyidov döyüşü

Ştrasser-Seyidov döyüşü

Tarix: 27-01-2013, 12:21 Bölmə :Manşet Baxış: 790
Ştrasser-Seyidov döyüşü

AŞ PA Azərbaycanda ifadə, fikir, yığıncaq və birliklər
azadlığı üzrə vəziyyətin “acınacaqlı” olduğunu bildirir Səməd
Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti isə şadyanalıq edir


«Azadlıq» radiosu yanvarın 23-də Azərbaycan nümayəndə heyətinin AŞ PA-da Almaniyadan olan deputat Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə məruizəsinin keçməməsi ilə bağlı şadyanalıq videokadrlarını təqdim edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deputatların çoxunun Ştrasserdən imtinasını prezident İlham Əliyevin və bütün Azərbaycan xalqının qələbəsi kimi təqdim edib. Əgər gerçəkdən insanların vətəndaş, siyasi, iqtisadi, sosial və başqa haqlarının çoxsaylı pozulması halları varsa, bu qələbə prezident və xalq üçün nədən ibarətdir – Seyidov bunu izah etmədi. Deputatın siyasi-mənəvi görüşlərindən çıxış etsək, bu nəticəyə gəlmək olar ki, o, siyasi məhbuslar üzrə məruizənin qəbulundan imtinanı nəzərdə tutub.
“Gülərqeyt” qalmaqalının göstərdiyi kimi, ölkə parlamentinə seçilmələri şübhəli olan Azərbaycanlı deputatların şadyanalığı İsmayıllıda haqları ayaqlanan minlərlə insanın küçələrə çıxdığı vaxt baş verirdi. Xalq bununla yerli və xarici deputatlara anlatdı ki, Azərbaycanda insan haqlarının geniş şəkildə pozulması halları var. Əgər AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Arqamunt və Cozef Qreşin ölkənin Avropa Şurası qarşısında öhdəlikləri və siyasi məhbus məsələsi də daxil müvafiq tövsiyələri yerinə yetirməsi haqda hesabatı üzrə qətnaməni qəbul etməsini nəzərə alsaq, Seyidovun qələbəsini Pirr qələbəsi adlandırmaq olar.
Hesabatda «qanunun aliliyi və insan haqlarına hörmətin təmin edilməsi məsələsində narahatlıq” bildirilir. Sənəddə təəssüf ifadə edilir ki, müxalifətlə siyasi dialoq, siyasi plüralizm yoxdur. Məruzə müəllifləri bəzi təməl azadlıqlar – ifadə, fikir, yığıncaq və birliklər azadlığı üzrə vəziyyətin “acınacaqlı” olduğunu bildirir.
Hüquq müdafiəçilərinin jurnalistlərin və fəalların saxta ittihamlarla ehtimal edilən həbsi barədə məlumatları da narahatlıq doğurur. Azadlıqların məhdudlaşdırılması ədalətsiz mühakimə ilə birgə sistemli şəkildə insanların həbsi ilə nəticələnir və onları “vicdan məhbusu” adlandırmaq olar.
Digər narahatlıq doğuran məsələ “icazəsiz” nümayişlərin təşkilatçısı və iştirakçıları üçün cərimənin artırılmasıdır. Həmməruzəçilər hətta polis şöbələrində ilkin saxlanma, istintaq müddəti və cəzaçəkmə müəssisələrində işgəncələr olması barədə məlumatların olduğunu qeyd edirlər. Arqamunt və Qreş korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı "qanunun səmərəli tətbiqi" problemini də vurğulayıblar.
Həmməruzəçilərin hesabatı üzrə qətnamə Azərbaycan hökumətinin qarşısına bu problemlərin aradan qaldırılması vəzifəsi qoyur. Tövsiyələrin sırasında həbs edilən jurnalist və fəalların işinə yenidən baxılması, onların azad edilməsi üçün bütün mövcud hüquqi alətlərdən istifadə edilməsi də var.
Həmçinin sağlamlığı narahatlıq doğuran ehtimal edilən siyasi məhbusların humanitar mülahizələrlə azad edilməsi də tövsiyə olunur. Bütövlükdə Azərbaycanda ehtimal edilən siyasi məhbuslarla bağlı AŞ PA-nın əvvəlki qətnamələrinin tam həyata keçirilməsi tövsiyə olunur. Bundan başqa, qətnamə Azərbaycanın seçki sisteminin ATƏT İHDB və Venesiya Komissiyasının təklifləri əsasında təkmilləşdirilməsini, QHT-lərin qeydiyyatında əngəllərin aradan qaldırılmasını, beynəlxalq QHT-lərin qeydiyyatının asanlaşdırılmasını, parlamentdə müxalifət fraksiyası yaradılması üçün şərait yaradılmasını tövsiyə edir.
Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə məruizəsinin keçməməsini onun müəllifinin məğlubiyyəti saymaq olmaz. Ştrasserin məruizəsi öz vəzifəsini yerinə yetirdi. Əvvəla, Ştrasser AŞ PA-nın köməyi ilə ötən ilin oktyabrında siyasi məhbus anlayışı meyarının təsdiqinə nail oldu. Bu isə Azərbaycan və bənzəri ölkələrdə rejim opponentlərini həbsə atmaq imkanlarını daraldır. İkincisi, Ştrasserin fəaliyyəti AŞ PA sessiyası öncəsi 14 siyasi məhbusun və vicdan məhbusunun azad edilməsi üçün şərait yaratdı. Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi barədə qətnamə buna diqqət çəkir. Onu Seyidov başda olmaqla nümayəndə heyəti təsdiq edib. Nəhayət, üçüncüsü, Ştrasserin məruizəsi Aqramunt və Qreşin işinə təsir etdi, onlar Azərbaycan üzrə mövqelərini korrektə etdilər, daha sanballı hesabat təqdim etdilər, ona hətta Bakıda ən barışmaz hüquq müdafiəçiləri də müsbət qiymət verdi.
Azərbaycan cəmiyyətində siyasiləşmənin artması ilə əlaqədar AŞ PA-nın yanvar sessiyasının nəticələri özünü çox gözlətməyəcək. Azərbaycan hakimiyyəti xalqın c-b Seyidovun dediyi kimi, AŞ PA sessiyasındakı qələbəsinin nəticələrini təmin etmək öhdəliyi götürüb.
Turan Analitik Xidməti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Mən məğlub oldum” – Kristofer Ştrasser

    “Mən məğlub oldum” – Kristofer Ştrasser ...

    24-01-2013, 11:22

  • 
  • Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib

    Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin ...

    28-09-2015, 23:16

  • 
  • Səməd Seyidovun İsrailə gizli səfəri

    Səməd Seyidovun İsrailə gizli səfəri ...

    20-11-2013, 17:25

  • 
  • Siyasi məhbus mübahisəsi

    Siyasi məhbus mübahisəsi ...

    23-12-2012, 10:39

  • 
  • Səməd Seyidov “Bu ordu bir qrup silahlı quldurdan ibarətdir”

    Səməd Seyidov “Bu ordu bir qrup silahlı quldurdan ...

    12-11-2013, 13:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu