GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Dünya medasından hakimiyyətə ardıcıl zərbələr

Dünya medasından hakimiyyətə ardıcıl zərbələr

Tarix: 28-01-2013, 10:50 Bölmə :Manşet Baxış: 788
Dünya medasından hakimiyyətə ardıcıl zərbələr

İsmayıllı üsyanı, Bakı mitinqi, Heydər Əliyevin
Mexikodakı heykəli və ifşa olunan iqtidar


Son günlər Azərbaycanın İsmayıllı rayonunda baş verənlər və bunun paytaxt Bakıda əks-sədası bu həftəsonu Qərb mediasının diqqət mərkəzində olub.

“Röyters” Bakıda İsmayıllıya dəstək aksiyasından yazdı

«Röyters» agentliyi xəbər verir ki, polis şənbə günü Bakıda İlham Əliyev hökumətinin istefasına çağıran və İsmayıllı etirazlarına dəstək verən aksiyanı zorakılıqla dağıdaraq 40-dək nümayişçini həbs edib: «100-dən çox etirazçı Bakının mərkəzinə toplaşmış, onlardan bəziləri «Azadlıq» şüarları söyləmiş və hakimiyyəti 2003-cü ildə atasından qəbul etmiş Əliyevin istefasına çağırmışlar».
Agentlik yazır ki, Bakıda baş verən etiraza səbəb paytaxtın 200 kilometrliyində yerləşən İsmayıllı rayonunda baş vermiş hadisələr olub. Orada ötən cümə axşamı yüzlərlə sakin yerli hakimiyyət başçılarının istefasını tələb edən aksiya keçirib. «Qərb hökumətləri və insan haqları qrupları Əliyevi seçkiləri saxtalaşdırmaqda və azad fikirin əzişdirilməsində ittiham edirlər. Onun hakimiyyətindən yorulmuş azərbaycanlıların narazılığına baxmayaraq, Əliyevin oktyabrda keçiriləcək seçkilərdə üçüncü müddətə prezident olacağı gözlənilir» – «Röyters» yazır.
«Bizim səbrimiz tükənib. Adamlar onun rejimindən çox narazıdırlar. Biz ölkəmizdə hakimiyyətin dəyişməsini istəyirik» – deyib nümayişçilərdən biri, Məlahət Nəsibova.
«Röyters» yazır ki, Azərbaycanda etirazlar adətən polis tərəfindən çevik şəkildə dağıdılır. Agentlik bildirir ki, Azərbaycandan Avropaya enerji daşıyan Qərb neft şirkətləri bu ölkədə geniş yayılmış zorakılıq və qeyri-sabitlikdən narahat olmalıdırlar.

Hökumət qərbə yeni neft-qaz qarantiyası verir

Qərb neft şirkətklərinin narahatlığından söz düşmüşkən, «Röyters» eyni gündə başqa bir xəbər də yayıb. Azərbaycan rəhbərliyi Şahdəniz qaz yatağı üçün məhsulun bölüşdürülməsi müqaviləsinin daha beş ilə artırıldığını elan edib.
«Röyters» yazır ki, bu xəbər hökumətin BP şirkəti ilə münasibətlərinin yaxşılaşdığını göstərir. Agentlik xatırladır ki, dünyanın ən böyük qaz yataqlarından biri olan Şahdənizdə istehsalın birinci fazasında ildə 8 milyard kubmetr qaz hasilatı nəzərdə tutulub. 2018-ci ildə başlanacaq ikinci fazada isə istehsalın ildə 16 milyard kubmetrə çatacağı gözlənilir.
Lakin hökumət bəyənatında bundan da uzaq pespektiv barədə elan edib. «Röyters»-in xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezident Əliyevi Davos forumunda müşaiyət edən vise-prezidenti Elşad Nəsirov bəyan edib ki, Şahdəniz yatağına dair Qərblə müqavilənin müddəti 2031-ci ildən 2036-cı ilədək uzadılır.
Agentlik ötən il prezident İlham Əliyevlə BP şirkəti arasında baş vermiş əsəbi qarşıdurmanı xatırladır. Lakin cənab Nəsirov qeyd edib ki, hazırda Azəri-Çıraq-Günəşli yatağına dair kontraktın 2024-cü ildən sonrakı müddətə uzadılması üçün də danışıqlar gedir.

«Nyu-York Tayms » da İsmayıllıdan yazdı

«Vaşinqton Post» qəzetinin ardınca, ABŞ-ın daha bir aparıcı mətbu orqanı - «Nyu-York Tayms» da İsmayıllı olayları barədə yazıb. Qəzet yazır ki, Azərbaycan hökuməti ölkənin bu şimal şəhərindəki etirazları yatırdığını elan edib.
Xəbər verilir ki, yerli və respublika polisinin birləşmiş qüvvələri etirazçı kütləni dağıtmaq üçün suvuranlardan, plastik güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər. «Nyu-York Tayms» yazır ki, Azərbaycanda hətta kiçik küçə nümayişləri də polis tərəfindən aşırı zorakılıqla yatırılır.
Qəzet müxbirinin suallarına cavab verən hakim Yeni Azərbaycan Partiyasının liderlərindən Mübariz Qurbanlı cümə günü baş vermiş etirazların əhəmiyyətini kiçiltməyə çalışıb: «Bu üsyan deyildi. Bu, yerli bir insident idi və Azərbaycandakı vəziyyətin tam mənzərəsini əks etdirmir».
Lakin İsmayıllı sakinləri tamam başqa qənaətdədirlər. Qəzet yazır ki, İsmayıllı camaatı rayon hakimiyyətinin dostbazlığından və yerli əhali ilə paytaxtdan gəlmiş biznesmenlərin gəlirləri arasındakı böyük fərqdən artıq boğaza yığılıb. «İsmayıllının yarısı icra başçısına və onun ailəsinə məxsusdur və onlar istədiklərini edirlər» - deyib 22 yaşlı şəhər sakini Leyla. Qəzetə telefonla müsahibə vermiş Leyla bildirib ki, «şəhər hərbçilərlə doludur, sanki İsmayıllıda müharibə gedir».
«Nyu-York Tayms» ötən il Qubada baş vermiş oxşar hadisələri xatırladır və qeyd edir ki, həmin hadisələrin ardınca icra başçısı istefaya göndərilmişdi. «Buna rəğmən, - yazır qəzet, - cənab Ələkbərov jurnalistlərə deyib ki, onun istefa vermək niyyəti yoxdur».
«İki nəfərin avtomobil qəzasına görə mübahisəsi siyasiləşdirilməməlidir» – başçı deyib. 20 yaşlı İradə Abdullayeva qəzetə bildirib ki, qardaşı oğlu Ceyhunun həbs xəbərini eşidəndə, İsmayıllıya getməyi qərara alıb. O bildirib ki, həbs olunanlarla görüşə buraxılanların içəriyə mobil telefon aparmasına yol verilmir. Bu ona görə edilir ki, içəridə heç bir audio və video çəkiliş aparılmasın. «İçəridən qəribə çığırtılar eşidilir, - Abdullayeva deyib, - Məncə onları döyürlər. Mən onları təhqir edən səslər eşidirdim».

Heydər Əliyevin heykəlini anbara apardılar

Bu arada “Associated Press” dünyanın başqa ucundan xəbər verir ki, Meksika paytaxtının rəhbərliyi keçmiş Azərbaycan liderinin çoxdan bəridir qalmaqala səbəb olmuş heykəlini Mexikonun əsas bulvarından götürüb.
«Sənin heykəlin Meksika paytaxtının Paseo de La Reforma adlı böyük bulvarından götürüləndən sonra, indi görək, meksikalılar sənin DTK keçmişini, fırıldaqçı seçkilərini və insan haqlarını pozmağını müzakirə etmək üçün hara gedəcəklər?» Bu kinayəli sualı «Los Angeles Times» qəzetinin müxbiri Richard Fausset verir.
Müxbir yazır ki, Azərbaycana 1993-2003-cü illərdə rəhbərlik etmiş Əliyevin bürünc heykəli şənbə günü, gecəyarısının qaranlığında parçaya bükülərək yük maşınına qoyulub və aparılıb. Bu da yada salınır ki, Azərbaycan hökuməti bu heykəlin Mexikonun mərkəzi parkında qoyulmasına və onun ətrafının abadlaşdırılmasına külli miqdarda xərc çəkmişdi. «Bu heykəl bir çox mexikolu üçün təbii sual doğururdu: «Heydər kimdir?» - qəzet yazır.
Bir icma fəalı isə bu heykəlin bu parkda ucaldılmasını İdi Amin-ə Vaşinqtonun Ticarət Mərkəzində heykəl qoyulması mümkünlüyü ilə müqayisə etmişdi.
«Los Angeles Times» yerli «Milenio» qəzetinə istinadən yazır ki, heykəl, hələlik yeri bilinməyən anbara aparılıb, lakin hökumət onun yeni məkanı barədə Azərbaycan tərəfi ilə danışıqları davam etdirəcək.
«Bununla belə, - Richard Fausset yazır, - Heykəllərlə zəngin Mexiko şəhəri hələ də barəsində şikayət edilə biləcək fiqurlarla doludur. Məsələn, anti-müstəmləkə fəalları buradaca Winston Churchill-in abidəsi qarşısında piket keçirə bilərlər. Sosializmin tənqidçiləri üçünsə yaxınlıqda keçmiş Yuqoslaviya prezidenti Broz Tito-nun abidəsi var».
Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünya medasından hakimiyyətə ardıcıl zərbələr

    Dünya medasından hakimiyyətə ardıcıl zərbələr ...

    30-01-2013, 10:29

  • 
  • Baş verənlər dünya mediasında

    Baş verənlər dünya mediasında ...

    25-01-2013, 11:59

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • “New York Times” 10 MART aksiyasından yazdı

    “New York Times” 10 MART aksiyasından yazdı ...

    13-03-2013, 10:26

  • 
  • İsmayıllı üsyançıları Bakıda

    İsmayıllı üsyançıları Bakıda ...

    5-02-2013, 10:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu