GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Döyüş postunda nə baş verib?

Döyüş postunda nə baş verib?

Tarix: 8-02-2015, 00:44 Bölmə :Manşet Baxış: 0
Döyüş postunda nə baş verib?

Hərbi xidmətdə 5 əsgər birləşərək zabitdən şikayətçi oldular
Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında, hərbi hissədə “dedovşina”da təqsirli bilinən hərbi qulluqçu, gizir Fəxrəddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İstintaq sənədlərinə görə, Fəxrəddin Məmmədov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım komandirinin müavini vəzifəsində işləyərkən 25 aprel 2014-cü il tarixdə, heç bir səbəb olmadan əsgər Əmli Abbasovun sinə nahiyəsinə yumruq zərbələri vuraraq onu döyür.

Tağım komandiri aprelin 27-də gecə saat 01.45-də döyüş postunda, növbədə əsgər rütbəsində xidmətdə olan Tacəddin Həsənli yerdə oturmasını görür. O, postun şəxsi heyyətini düzərək Tacəddin Həsənliyə irad tutur və ona döyür. Mayın 5-də Fəxrəddin Məmmədov döyüş postunda özünə çay süzmək istəyən zaman, çaydanda çay olmadığını görür və buna görə də əsgər Mirzağa Hüseynova irad tutur. O, daha sonra əsgəri vəhşicəsinə döyür.
Bundan əlavə, Fəxrəddin Məmmədov mayın 8-də, Rəhim Əhmədxanovu döyüş postunda yatdığına görə döyür. Mayın 11-də Rəhim Əhmədxanov yenidən tağım komandirinin təzyiqi ilə üzləşir. Tağım komandiri Rəhim Əhmədxanova çörəyi yaxşı bişirmədiyini irad tutur və onu vəhşicəsinə döyərək xəsarət yetirir.

Istintaq sənədlərinə görə, mayın 14-də saat 15.40-da döyüş postunda əsgər Mirzağa Hüseynov, Fəxrəddin Məmmədovun təhqir və təzyiqləri ilə üzləşir. Fəxrəddin Məmmədov əsgəri ifadə olunmayan nalayiq sözlərlə təhqir edib və sonra əsgəri vəhşicəsinə döyərək bədinin müxtəlif nahiyyələrinə xəsarətlər yetirir.

Fəxrəddin Məmmədovun sonuncu cinayəti mayın 15-də əsgər Cavid Sadıyevə qarşı olur. O, Cavid Sadıyevi şevronu hərbi pencəyinə əyri tikdiyinə görə farağat komandasında saxlayır və sifət nahiyəsinə bir sillə zərbəsi də vurur. Tağım komandiri, həmçinin əsgəri nalayiq sözlərlə də təhqir edir.

Əsgəri təhqir edənə 4 il cəza

Bu əməlləri ilə Fəxrəddin Məmmədov cinayət məcəlləsinin 331.2-ci (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi) və 331.3-cü (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar, rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi) maddələri ilə ittiham edilərək, Gəncə Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilir. Məhkəmənin qərarı ilə Fəxrəddin Məmmədovun başqa yerə getməmək barədə iltizam tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs edilib. Mühakimə olunan həmçinin 300 manat miqdarında cərimə olunub.

Hökm narazılıq yaratdı

Hökmdən narazı qalan Fəxrəddin Məmmədov apelyasiya şikayəti verib. Gəncə Hərbi Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini istəyən Fəxrəddin Məmmədov, Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə bəraət hökmünün, 331.3-cü maddə ilə cərimə cəzasına məhkum edilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hərbi kollegiyanın hakimi Teyyub Muxtarovun icraatına verilib.

Fəxrəddin Məmmədovun vəkili Nadim Heydərov bildirib ki, birinci instansiya məhkəməsinin iş üzrə hökmü qanunsuz, əsassız və ədalətsizdir. Onun sözlərinə görə, məhkəmənin gəldiyi nəticələr, işin faktiki hallarına uyğun olmayıb: “Fəxrəddin Məmmədov törətdiyi cinayət əməlində özünü qismən təqsirli bilib və ifadəsində göstərib ki, işində tələbkar olduğu üçün tabeçiliyində olan əsgərlər bunu qəbul etməyib, xidmətlərini rahat keçirmək üçün birləşərək, ona qarşı qərəzli və böhtan xarakterli ifadələr veriblər. Tabeçiliyində olan əsgərlər xidmətlərini düzgün yerinə yetirmədiklərinə görə, onlara yüksək səslə irad tutub və başa salmaq üçün əlinin arxası ilə bir-iki dəfə sinə nahiyələrinə toxunub”.
İki əsgər niyə dindirilməyib?
Vəkilin sözlərinə görə, tağım komandiri zərərçəkmiş şəxslərin baş, sifət və sinə nahiyələrinə sillə, yumruq, təpik zərbələri vurmayıb: “Zərərçəkmiş şəxslər Əmli Abbasov,Tacəddin Həsənli, Mirzağa Hüseynov, Rəhim Əhmədxanov v Cavid Sadıyevin istintaqda verdikləri ifadələri ilə, məhkəmə baxışı zamanı verdikləri ifadələri arasında ziddiyyətli məqamlar olub. Bəzi zərərçəkmiş şəxslər istintaqda göstəriblər ki, guya Fəxrəddin Məmmədov onlara 5-6 yumruq zərbələri vurub, lakin məhkəmədə 2-3 zərbə vurmasını bildiriblər. Hətta, zərərçəkmiş şəxsTacəddin Həsənli məhkəmədə gizir Fəxrəddin Məmmədov onun sinə nahiyəsinə iki dəfə əlinin arxası ilə vurmasını göstərib və bildirib ki, əgər bu döyülmək sayılırsa, döyülmə kimi qəbul edin. Bundan başqa, Fəxrəddin Məmmədovun tabeçiliyində 7 əsgər olub və onlardan istintaq orqanı tərəfındən 5 əsgər zərərçəkmiş şəxs kimi tanınıb. Lakin, digər 2 əsgər isə şahid kimi dindirilməyib”.

Nadim Heydərov qeyd edib ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər ziddiyyətli ifadələr veriblər: “Buna görə də işin tam, hərtərəfli və obyektiv aparılması üçün, şifahi vəsatət verərək 2 əsgərin də əlavə şahid qismində dindirilməsini xahiş etdik. Lakin məhkəmə zərərçəkmiş şəxslərin bir-birinə şahidlik etməsini bildirərək, nədənsə həmin vəsatəti qəbul etmədi. Belə bir ziddiyyətlər onu göstərir ki, zərərçəkmiş şəxslər xidmətlərini rahat keçirmək üçün, birləşərək Fəxrəddin Məmmədova qarşı qərəzli, böhtan xarakterli ifadələr veriblər. Məhkəmə yalnız zərərçəkmiş şəxslərin bu ifadələrinə əsaslanaraq işi tam, hərtərəfli və obyektiv araşdırmayıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn sübutlar toplamadan, yalnız ittiham aktına əsaslanaraq hökm çıxarıb”.
Yüngülləşdirici hallar niyə nəzərə alınmayıb?
Vəkilin sözlərinə görə məhkəmə Fəxrəddin Məmmədovun, zərərçəkmiş şəxslərin ona qarşı qərəzli ifadələr verməsi ifadəsinə tənqidi yanaşıb. O, qeyd edib ki, təqsirləndirilən şəxsin həmin ifadələrini özünümüdafıə və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirib. Vəkil əlavə edib ki, həm istintaq orqanı, həm də birinci instansiya məhkəməsi Fəxrəddin Məmmədova cinayət məcəlləsinin 331.3-cü maddəsi ilə ittiham verərkən haqlı olmayıb: “Məhkəmə işin obyektiv hallarına uyğun nəticəyə gəlməyib. Beləliklə, Fəxrəddin Məmmədova cinayət məcəlləsinin 331.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. Müdafiə etdiyim şəxs cinayət məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Bununla yanaşı, Fəxrəddin Məmmədov az ağır cinayət əməli törədib, evlidir, himayəsində bir azyaşlı uşağı var. Onun atası XaləddinMəmmədov heç yerdə işləmir, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib,müharibə veteranı olmaqla onun himayəsində yaşayır. Fəxrəddin Məmmədovun ailə vəziyyətləri olduqca ağırdır, uzun müddət Milli Orduda qulluq edib”.

Məhkəmədə ifadə verən Fəxrəddin Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etməyib. O, bildirib ki, tabeçiliyində olan zərərçəkmiş şəxslər Əmli Abbasov, Tacəddin Həsənli, Mirzağa Hüseynov, Rəhim Əhmədxanov və Cavid Sadıyevi vurmayıb. Onun sözlərinə görə, xidməti düzgün yerinə yetirmədiklərinə görə, əsgərlərə yüksək səslə irad tutub.
Apelyasiya şikayətinin dəlillərini əsaslandıran Fəxrəddin Məmmədov qeyd edib ki, zərərçəkmiş şəxslərin xidmətlərini doğru düzgün yerinə yetirmədikləri üçün, iradını bildirib. Onun sözlərinə görə zərərçəkmiş şəxs postda yatdığı, çörəyi səliqəli və təmiz bişirmədiyi üçün əlinin arxa hissəsi ilə sinələrindən vurub. Əməlindən peşman olduğunu qeyd edən məhkum, barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş edib.

Hərbi prokuror Nəsif Nəcəfov müdafiə tərəfinin apelyasiya şikayətinə etiraz edib. O, bildirib ki, Gəncə Hərbi Məhkəməsinin hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayəti rədd edilməli və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılmalıdır. Prokuror etirazı onunla əsaslandırıb ki, Fəxrəddin Məmmədov barəsində təyin etdiyi cəza, cinayətin ağırlığına, xarakterinə və məhkumun şəxsiyyətinə uyğundur: “Birinci məhkəmə instansiyası ədalətli olaraq Fəxrəddin Məmmədovun ittiham olunduğu cinayət məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilib və onu 4 il müddətinə azadlıqdan məhrum etmə, həmçinin 300manat miqdarında cərimə edib”.

Tərəflərin şikayətini dinləyən hakim heyəti, sonda qərarını açıqlayıb. Qərara görə, Fəxrəddin Məmmədov və onun müdafiəçisinin apelyasiya şikayətləri təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 22 yaşlı əsgər Cavid Məmmədov ehtiyatsızlığın qurbanı oldu

    22 yaşlı əsgər Cavid Məmmədov ehtiyatsızlığın ...

    5-08-2014, 12:08

  • 
  • Əsgər özünü güllələdi

    Əsgər özünü güllələdi ...

    21-01-2014, 11:59

  • 
  • Azərbaycanda əsgər əsgəri güllələdi

    Azərbaycanda əsgər əsgəri güllələdi ...

    18-02-2014, 12:13

  • 
  • General hərbi hissədə döyüş hazırlığını yoxladı - Foto

    General hərbi hissədə döyüş hazırlığını yoxladı - ...

    25-01-2014, 15:12

  • 
  • Əsgər hərbi hissədən qaçıb

    Əsgər hərbi hissədən qaçıb ...

    23-01-2014, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu