GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » MTN komitə sədrini yoxlayıb, növbəti “Gülər Əhmədova sindiromu” gözlənilir

MTN komitə sədrini yoxlayıb, növbəti “Gülər Əhmədova sindiromu” gözlənilir

Tarix: 20-02-2015, 12:45 Bölmə :Manşet Baxış: 0
MTN komitə sədrini yoxlayıb, növbəti “Gülər Əhmədova sindiromu” gözlənilir

Təhlükəsziliyinə zəmanət istəyən elmlər doktoru Milli Məclisin komitə sədri haqda şok faktları açıqladı; Müəllimlər deputata qarşı “ayaqlanıb”

Qəzetimizin ötən sayında Milli Məclisinin deputatı, Dövlət İqtisad Universitetinin sabiq rektoru, hazırda həmin uniıersitetdə kafedra müdiri olan Şəmsəddin Hacıyevə qarşı şok iddia qaldırıldığı haqda xəbər vermişdik.

Həmin yazıda deputat Ş.Hacıyevin sabiq müşaviri Bədirxan Musayevin onu Cinayət Məcəlləsinin dörd maddəsi ilə - 294.2.9 (Sübutların saxtalaşdırılması), 308-ci maddə ( Vəzifə səlahiyyətlərindən sui-istifadə,) 309-cu maddə ( Vəzifə səlahiyyətlərini aşma) və 310-cu maddənin (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) müvafiq maddələri ilə təqsirləndirilməsinə dair, xüsusi ittiham qaydasında məhkəməyə verildiyi vurğulanmışdı.

Bu yazıdan sonra Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev yenidən «Gündəm Xəbər»ə üz tutub. Şəmsəddin Hacıyevin ona həyatının ən döüzlməz zərbələrini vurduğunu deyən B.Musayev bildirir ki, keçmiş rektor sənədləri saxtalaşdırmaqla, bu gün də onun universitetə daxil olub, 60 il ömrünü fəda etdiy təhsil ocağında dərindən nəfəs almağa imkan vermir:

“Azərbaycanda ikinci “Gülər Əhmədova sindromu”nun baş verməsi qaçılmazdır”

«Görün, bu adam korrupsiya yolu ilə topladığı milyonlara nə qədər arxayın olub ki, özünü tam cəzasızlıq mühitində hiss edir və açıq şəkildə «Azərbaycanda hər hansı bir hakim mənə qarşı çıxa bilməz», - deyə, ultimativ dildə danışır. Hətta utanmadan “Bədirxan Musayevə “Vətən xaini”ni damğası vuraraq qovmuşam” deyir. Dövlətin ali qanunlarını pul və mandat gücünə özünün məşğuliyyətinə çevirən Şəmsəddin tutduğu vəzifələrdən sui-istifadə etməklə, hamar həyatının sonadək belə gedəcəyini düşünür. Lakin bir daha buradan bəyan edirəm ki, bu əsla belə olmayacaq. Onun mənim üzümə deyil, arxamca etdiyi bütün hərəkətlərdən tutmuş, bütün qanusuzluqlarını dəqiq bilirəm və sizi əmin edirəm ki, həyatıma, təhlükəsizliyimə zəmanət verilərsə, Azərbaycanda ikinci “Gülər Əhmədova sindromu”nun baş verməsi qaçılmazdır».

Heyrət doğuran korrupsiya və ya profossorun istəyi...

Dövlət başçısı İlham Əliyevdən təhlükəsizliyinə təminat istəyən iqtisad elmləri doktoru deyir ki, o, hər an Şəmsəddin Hacıyevin korrupsiya yolu ilə əldə etdiyi milyonları ifşa edə bilər: «Başqa məsələləri hələ demirəm. Mənim təhlükəsizliyimə zəmanət verilərsə, Şəmsəddin Hacıyevin rektorluğu dövründə İqtisad Universitetinin Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət almasını sübut edə bilərəm. Çox maraqlıdır ki, bununla bağlı Təhsil Nazirliyinə etdiyim şikayətə «orjinal cavab» verilib. Belə ki, Baş Prokurora ünvanladığım müraciətlərə cavab olaraq aldığım məktubda deyilir: "Təhsil Nazirliyindən aldığımız məktubdan məlum olmuşdur ki, Sizin müraciətinizdə göstərilənlər Ş. Hacıyev tərfindən araşdırılmış və öz təsdiqini tapmamışdır”.

Axı, kim öz ayranına turş deyər? Niyə bu şikayətləri Şəmsəddin Hacıyev araşdırmalıdır ki? Təkrar edirəm, Baş Prokurorluq əməliyyat-istintaq komissiyası yaratsın, orada mənim və ailəmin təhlükəsizliyinə təminat verilərsə, mən, qeyd edilən milyonlarla manat vəsaitin mənimsənilməsi faktlarını nöqtə-vergülünə qədər sübutlar şəkilində təqdim edə bilərəm. Şəmsəddin Hacıyevin özü də əla bilir ki, mən bu və ya digər faktlardan dəqiqliyi ilə məlumatlıyam. Ona görə barəmdə aidiyyatı qurumlara yanlış məlumatlar verərək, özünü «təmiz»ə çıxarmaq istəyir. Çox təəssüf ki, rəsmi qurumlardan yalnız Milli Təhlükəsizlik Nazirliyi şikayətlərimə müəyyən qədər operativ yanaşıb».

MTN deputat haqqında şikayəti araşdırıb...

Bədirxan Musayev deyir ki, Şəmsəddin Hacıyevin rüşvət və korrupsiyaya söykənən əməlləri, həmçinin onun məhkəmə hakimlərini satın alması ilə bağlı şikayətləri, Milli Təhlükəsizlik Nazirliyinin müaviq şöbəsi tərəfindən araşdırılıb: «Bəli, məni çağırıb, ətraflı söhbət oldu. Müəyyən sənədləri verdim. İstintaq söhbəti olduğundan təfərrüatlara varmaq istəmirəm. Amma bildiyimə görə, Şəmsəddin Hacıyevi yenə də deputat mantdatı hələ ki həbsdən qoruyur».

İqtisad elmləri doktoru deyir ki, MTN-nin apardığı əməliyyat-istintaq tədbirlərinin nəticələri aidiyyatı üzrə Baş Prokurorluğa göndərilib: «Mənim bildiyimə görə, toplanmış sənədlər Baş Prokurorluğa göndərilib. Çünki Şəmsəddin Hacıyev deputat və Milli Məclisdə komitə sədri olduğundan, qanunla bu məsələlərə prokurorluq baxmalıdır. Onlar Milli Məclis qarşısında təqdimat verib, onun deputat mandatını ləğv etməli, toxunulmazlığını aradan qaldırmalıdır ki, barəsindəki cinayət işi davam etdirilsin».

“Bu sənədlər Şəmsəddin Hacıyevin türməyə gedən yolunu sürətləndirəcək»

Şəmsəddin Hacıyevin rektor olduğu dövrdə onun professorluq dərəcəsi ilə bağlı sənədləri də saxtalaşdırdığını deyən müsahibimizin sözlərinə görə, bununla bağlı Nəsimi rayon Məhkəməsində Cinayət Məcəlləsinin dörd maddəsi ilə, qaldırdığı xüsusi itiham qaydasındakı işə yaxın günlərdə baxılacaq:

«Bu adam özünü o qədər cəzasızlıq mühitində hiss edir ki, faktiki sənədləri də gizlədərək, mənim professorluğumu şübhə altına almağa cəhd edib. Hətta bununla bağlı şifahi təlimat və tapşırıqlar verməklə, məhkəmələri də aldatmağa çalışıb. Ancaq gözü puldan və vəzifədən başqa bir şeyi görməyən Ş.Hacıyev başa düşmür ki, professor vəzifəsindən azad olunan əməkdaşın yerinə işçi götürülür və ya onun tədris yükü başqa işçilər arasında bölüşdürülür. Və ən əsası professor vəzifəsindən azad olan şəxs hamballıq edib, 700-800 tədris yükünü yerinə yetirə bilməz. Professor vəzifəsindən azad olan şəxsə maaş verilməz və i.a.

Bununla bağlı tələb olunan sənədləri sabiq rektor Ş.Hacıyevə dəfələrlə müraciət etməyimizə baxmayaraq, faktiki sənədləri də təqdim etməkdən qaçır. Bundan əlavə, kafedra müdirliyindən və rektorun müşaviri vəzifələrindən imtina ərizəmin, o cümləddən mənim hesabatımın böyük Elmi Şurada müzakirə olması və ya seçki komissiyasının tərkibinə mənim ixtisasıma aid mütəxəssislərin cəlb olunması haqda ərizələrimin Ş.Hacıyevə təqdim olunması və onun tərəfindən oğurlatdılması, həmçinin iclasın videokasetinin montaj etdirilməsi kimi cinayətləri, Ş.Hacıyevin vəkili

tərəfindən 27 mart 2013-cü il tarixli, 2lnz (81-968/2013) nömrəli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında da təstiq edilib. Amma, yenə də bununla bağlı sənədləri mənə təqdim etmirlər. Çünki bilirlər ki, bu və ya digər sənədlər Şəmsəddin Hacıyevin türməyə gedən yolunu sürətləndirəcək».

Artur Rasi-zadə ilə Misir Mərdanovun əmrlərini saymayan komitə sədrinin «dəvəquşu siyasəti»…

Bədirxan Musayev bildirir ki, Şəmsəddin Hacıyev Nazirlər Kabinetinin 12 sentyabr 2008-ci il tarixli 210 nömrəli qərarını da pozub:

«Həmin qərara əsasən, yeni ştat cədvəlində rektorun müşaviri vəzifəsi ləğv edilmişdir. Müşavir vəzifəsi ləğv olunduğuna görə, həmin vəzifədə işləməkdən imtina etdim. Ancaq həmin vaxt Şəmsəddin Hacıyev rektor olaraq, imtina ərizəmi qəbul etmədi. Halbuki, həmin qərara qədər kafedra müdiri ilə kafedranın professoru vəzifəsi bir ştat vahidi hesab olunurdu. Kafedra müdiri vəzifəsinə professor vəzifəsi maaşının 20%-i qədər əlavə əmək haqqı verilirdi. Hazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən, 2008-ci ildən kafedra müdiri və professor vəzifələri müstəqil vəzifə kimi təsdiq edilib və kafedra müdirinin maaşı 280 manat, kafedranın professorunun maaşı 350 manat təyin olunubdur. Staja görə kafedra müdirinə əlavə maaş verilmədiyi halda, professora 120 manat təyin edilibdir. Bundan əlavə, Şəmsəddin Hacıyev o zaman təhsil naziri Misir Mərdanovun 02.12.2008-ci il tarixli 46-11-9700/17- nömrəli əmrini də ayaqlarının altına atdı. Həmin əmrə əsasən, kafedra müdiri vəzifəsinə seçkilər yeni təlimat hazırlanana kimi dayandırmışdır. Seçki müddəti başa çatmayan (mənimki başa çatmamışdır) kafedra müdiri, həmin vəzifənin icrasını müvəqqəti olaraq davam etdirsinlər və onlara 0,5 ştat həcmində dərs yükü müəyyənləşdirilməsi göstərişi verilmişdir.

Mən işdən azad ediləndən xeyli müddət sonra, məhkəmə qərarlarından məlum oldu ki, “universitet rektorunun 03 dekabr 2008-ci il tarixli 58-R/3 saylı əmri ilə mənə, 15.09.2008-ci il tarixdən “iqtisadi kibernetika” kfedrasına müdir vəzifəsinə təyin edimiş hesab edilmişdir”. Rektorun bu əmri də saxtadır, cinayətdir və heç bir hüquqi əsası yoxdur. Çünki:

1) Əmr əmək kitabçamda öz əksini tapmamışdır. Əmrin surətini imza etdirib mənə verməmişlər.

2) Rektorun 03 dekabr 2008-ci il əmri üç ay əvvələ - 15.09.2008-ci ilə şamil edilə bilməz.

3) Kafedranın professoru vəzifəsindən mənim aşağı ixtisaslı vəzifəyə (450 manatdan 280 manatlıq vəzifəyə) keçirmək yol verilməz hal hesab olunur.

4)Aşağı ixtisasa vəzifəyə keçirmək, tərəflərin razılığı ilə baş tutur və bir ay qabaq xəbər verilir. Belə razılıq məndən alınmamış və 1-ay əvvəl xəbər verilməmişdir.

5) Boşalmış professor vəzifəsi yerinə yeni işçi götürülür və ya professorun tədris yükü qalan əməkdaşlar arasında bölüşdürülür. Bunların heç birinə əməl olunmamışdır. 2008-ci ilin dekabr ayından 2011-ci ilin noyabr ayına qədər tam ştat professor tədris yükünü özüm yerinə yetirmişəm.

Şəmsəddin Hacıyevin korrupsiya və digər əməlləri ilə yanaşı, təkcə mənə qarşı etdiyi cinayət tərkibli əməllərini o, rektorluqdan azad olunandan sonra əldə etdiyim aşağıdakı faktlar da təsdiq edir. Yəni o, əlində olan möhürdən və tuttduğu vəvzifədən sui-istifadə edərək, bu təkzibolunmaz saxtakarlıqlara da imza atıb :

1) Xəbərim olmadan rektorun əmri ilə, x1,5 ştat kafedra müdiri mənə həvalə edilmişdir.

2) Nazirlər Kabinetinin təsdiq etdiyi ştat cədvəlində, rektorun müşaviri vəzifəsinin ləğv edilməsi nəzərə alınmadan mən, həmin vəzifədə saxlanmışam.

3) Professor vəzifəsi üçün tam tədris yükü (700-800) təsdiq edilsə də, bunun 0,5 ştat tədris yükünün haqqı ödənilmiş, qalanı isə ödənilməmişdir.

4) Şəmsəddin Hacıyev məni 2,5 ştat müxtəlif vəzifələrdə saxlasa da, bunun 2,0 ştat vəzifə maaşını ödəmiş, 0,5 ştat vəzifə maaşını mənimsəyib.

5) Bir müəssisədə bir əməkdaşa 1,5 ştat işləməsinə icazə verildiyini nəzərə alsaq, rektor Ş.Hacıyev ağır dövlət cinayəti törətməsi sübuta yetirilir.

6) Bankdan aldığım arayışdan məlum olur ki, mən 01.01.2008-ci ildən 17.03.2011-ci ilə kimi vergi çıxılmaq şərti ilə hər ay 987 manat nəğd əmək haqqı almışam. Vergi də daxil olmaqla aylıq əmək haqqım 1500 manatdan çox olubdur. 24 sentyabr 2009-cu ildən 11 oktyabr 2011-ci ilə kimi 33305 manat bankomatdan (vergini çıxmaq şərti ilə) əmək haqqı almışam. Bu da orta hesabla hər ay 1332 manat təşkil edir. Vergini də nəzərə aldıqda aylıq əmək haqqım 1600 manata yaxın olur. Buradan görünür ki, Ş.Hacıyev kafedra müdiri və müşavir vəzifələrini mənə həvalə edib, professor

vəzifəsindən çıxarması yalan və saxtadır, cinayətdir. Çünki belə olan halda mənim aylıq əmək haqqım 600 manatdan çox ola bilməzdi.

Görünür, «dəvəquşu» siyasəti yeridən Ş.Hacıyev adi hesablamanı bilməməklə, quyruğunun çöldə qaldığının da fərqində olmayıb. Olsaydı, ən azı məni işdən azad etdikdən 10 gün sonra razılığım və məhkəmə qərarı olmadan Mərkəzi Klinikadan aldığı saxta arayışa istinad edərək, barəmdə işdən azad olunmaq haqda qondarma əmr verməzdi».

Şəmsəddin Hacıyevə qarşı kütləvi ayaqlanma; Sabiq müşavir deputatın 20 min manat rüşvət təklifindən imtina edib

Şəmsəddin Hacıyevin keçmiş müşaviri bildirir ki, bir vaxtlar rektorun yanında vəzifələrinə görə yer alan universitetdəki 3-5 tərəfdarları da, artıq ona qarşı üsyan edirlər:

«Onlar mənə müraciət edib səhv etdiklərini deyib, üzr istəyirlər. Hətta məhkəməyə çağırılacaqları təqdirdə, hər şeyi olduğu kimi danışmağa hazır olduqlarını da bəyan edirlər. Halbuki, vaxt vardı bu 3-5 nəfər məni «top»a tuturdular, Şəmsəddin Hacıyevi topdağıtmaz hesab edirdilər. O zaman mən seçki komissiyasının protokolu və aktını, həmçinin təhdid olunduğum videokasetin əslini almaq üçün, hətta Şəmsəddin Hacıyevin 20 min manat rüşvət təklifindən imtina edərək, bu sənədləri əldə etdim və bununla da onları ifşa etdim. İndi sabiq prorektor Mirənvər Mahmudov məhkəməyə gəlib saxta təqdimata imza atmasını təsdiq etməyə hazır olduğunu bildirir. O birilər də məhkəmə çağırılmalarını tələb edirlər. Bununla yanaşı, 12 fakültədə məni müzakirə etdirən Şəmsəddin Hacıyevin əleyhimə danışdırdığı adamlar da, kütləvi şəkildə məhkəməyə gəlməyə hazır oluqlarını bildirirlər. Bütün bunlar Şəmsəddin Hacıyevin üçün, həbsdən və ölümdən betər olmalıdır».

Bu və ya digər məsələlərlə bağlı Şəmsəddin Hacıyevin münasibətinə də yer ayırmağa hazırıq.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Deputata qarşı 4 maddə ilə iş qaldırıldı, rektor məhkəməyə verildi

    Deputata qarşı 4 maddə ilə iş qaldırıldı, rektor ...

    4-02-2015, 23:47

  • 
  • Professor deputat məhkəməyə verib

    Professor deputat məhkəməyə verib ...

    17-03-2015, 00:24

  • 
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29

  • 
  • Hakim deputata qarşı işdən imtina etdi!

    Hakim deputata qarşı işdən imtina etdi! ...

    26-07-2014, 14:54

  • 
  • Şəmsəddin Hacıyevə şok ittiham

    Şəmsəddin Hacıyevə şok ittiham ...

    19-08-2013, 22:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu