Yazıdan sonra Xocalıdan olan ailə işlə təmin olundu.
“Gündəm Xəbər”-in ötən sayında “Sumqayıtda Xocalı Qaçqını Özünü Yandıracaq” yazısından sonra Sumqayıt İH başçısı yazıya reksiya verib. Elə də olur ki, tənqidi yazılarımızı, yükək ranqlı məmurlar qulaqardına vurur.
Xatırladaq ki, yazıda Xocalı ailəsinin acınacaqlı vəziyyətindən bəhs edilirdi. Sumqayıtdan müxbirimizə verilən məlumata görə Sumqayıt İH başçısı E.Əzizov Xocalıdan olan qaçqın ailəsini qəbul edib. Məlumatda bildirilir ki, İH başçısı E.Əziziovun tapşırığına əsasən yazıda adı keçən Qənimət Bayramovun həyat yoldaşı Nailə Quliyevaya yüksək maaşlı iş təklif olunub. Nailə Quliyeva təklifə razı olub. Qənimət Bayramova eyvanına bitişik yerdə meyvə-tərəvəz köşkü qurmağa razılıq verilib. “Gündəm Xəbər” olaraq Sumqayıt İH-nə soyadşımızın problemi ilə bağlı hərəkətə keçdiklərinə görə minnətdarlıq edirik. Məşhur mahnıda deyildiyi kimi, “Təki, belə ola həmişə”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?