Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - "AzerRos” ətrafında situasiya dünənki müşavirə ilə daha da dərinləşib.
Xatırladaq ki, dünən Azərbaycan baş nazirinin sabiq 1-ci müavini, "Milyarderlər ittifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) əsas fiquru Abbas Abbasov təşkilatın fəxri prezidenti və əsas fəallarının narazılığına baxmayaraq, dünənə elan etdiyi müşavirəni keçirib.
Müşavirədən verilən məlumata görə, toplantıda çıxış edən "AzərRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov öz vəzifəsindən istefa verdiyini bəyan edib. Daha sonra toplantıda çıxış edən Rüstəm İbrahimbəyov da Ağsaqqallar Şurasından çıxdığını bildirib. Düzdür, bəziləri bu istefa söhbətinin Abbas Abbasovun növbəti oyunu kimi yozmağa başlayıblar. Hətta onun «bundan sonra da İlhzam Əliyevlə Pitinin dostluğunun möhkəmlənməsinə xidmət edəcəyəm» sözlərində də səmimi olmadığı haqda ciddi iddialar var.
Bu barədə «Gündəm Xəbər»i məlumatlandıran mənbə deyir ki, Abbas Abbasov dünənki müşavirəni Azərbaycaan tərəfinin və Rusiyadakı soydaşlarımızın ciddi təpki və etirazlarına rəğmən, keçirib və bu, baş nazirin keçmiş müavinin qaranlıq oyunundan xəbər verir:
«Abbas Abbasov həmin müşavirəyə etiraz edən təşkilatın fəallarını əslən Dağıstandan olan idmançılar və Rusiya polisləri tərəfindən sərt müqavimət təşkil etdirməsi, hətta idmançıların soydaşlarımıza hücxum çəkmələri, acı təsadüf olmadığı kimi, həm də ortaya əsl niyyəti çıxarır. Bəli, Abbaas Abbasov Rusiyaa siyasətində bəzi fiqurların himayəsinə arxayın olaraq, nəinki oradakı soydaşlarımıza, hətta Azərbaycan hakimiyyətinə güc göstərməyə çalışır. Onun niyyəti başqadır. O, Azərbaycanda hakimiyyətə belə iddialıdır. Düzdür, o, bu böyük oyunda kiçik piyada rolundadır. Ya o, bunun fərqində deyil, ya da həqiqətən piyada rolunu oynamaqdan şərəf duyur».
Məlumatlı şəxs deyir ki, dünənki müşavirədən xeyli əvəl, dahaa dəqiqi, yanvarın 17-də Söyün Sadıqovun rəhbərliyi ilə soydaşlarımızın əsas qüvvələri martın 6-da qurultay çağırıblar: «Onlar Abbasov və onun
tərəfdarlarını da həmin qurultayda iştirak edib, öz təkliflərini verməyi xahiş etmişdilər. Lakin görünən o oldu ki, Abbas Abbasov barışıq deyil, qarşıdurma tərəfdarıdır. Sözsüz ki, Azərbaycanda böyük imkanları olan, hətta oğlunun Azərbaycan parlamentində təmsil olunmasına rəğmən, Abbas Abbasovun belə mövqe seçməsi maraqlıdır. Maraqlı olmaqla yanaşı, onun Rusiyanın hansısa bir güc qurumundan dəstək alaraq planlı şəkildə addım atdığını təsdiqləyir. Görün, nə vəziyyət yaranıb ki, dünənki müşavirədən əvvəl ermənilərə yaxınlığı şübhə doğurmayan rusdilli "Regnum"a müsahibəsində Azərbaycan xalqını aşağılayan ifadələr işlədib.
Belə ki, "AzerRos”un gələcəyi ilə bağlı ümumi suala sanballı cavab tapmayan Abbas Abbasov azərbaycanlıları təhqir edib. "Bizim qanımızda bazarda alver eləmək vərdişi var, insanlara göstərdiyimiz xidmət də budur” - deyib.
Göründüyü kimi, sabiq vitse-spiker Azərbaycan xalqının tacirlikdən başqa elə bir xüsusi qabiliyyətinin olmadığına işarə vurur. Bunu onun həm də erməniyönlü bir nəşrə müsahibəsində dilə gətirməsi üzücü olmaqla yanaşı, ikiqat ikrah doğurur və diqqəti təzədən özünün milli kökən məsələsinə yönəldir. Düzdür, Azərbaycanın Rusiyadakı səfirinin müavini verən Qudsi Osmanov "Mediafax" agentliyinə maraqlı açıqlama verib. O, təşkilatın indiki duruma düşməsində birbaşa Abbasovu günahlandırıb, sonuncunun ünvanına olduqca sərt ittihamlar səsləndirib. Deyib ki, "Təşkilatda parçalanma bu gün yaranmayıb. Ötən il ərzində səfirliyə, səfirimiz Polad Bülbüloğlunun adına qurum fəallarından çoxsaylı şikayət məktubları gəlirdi ki, Azərbaycan vətəndaşı Abbas Abbasov onların işinə qarışır, hüquqlarını pozur, öz əlaltıları vasitəsilə təşkilatı idarə edir... 17 yanvar qurultayında mən vəziyyətin, böhranın nə dərəcədə dərin olduğunu əyani gördüm. "AzerRos” 10 ildən artıq uğurla fəaliyyət göstərib. Əfsuslar olsun ki, yeni rəhbərliyin (Abbas Abbasovun adamı Məhərrəmovdan söhbət gedir - red.) son iki ildəki kursu yaxşı hər şeyi heçə endirdi. Mən hələ təşkilatın adından onun rəhbərliyinin Azərbaycanla bağlı səsləndirdiyi siyasi bəyanatları demirəm - hansılar ki, yolverilməz idi. Bu bəyanatlardan sonra aydın oldu ki, muxtar qurum bu adamlara yalnız öz şəxsi ambisiyaları və maraqlarını reallaşdırmaq üçün lazımdır... İndi hamı başa düşür ki, mən də o fikirdəyəm ki, "cib adamları”nın köməyi ilə ictimai təşkilatı idarə eləmək olmaz. Bu, haradasa 90-cı illərin arxaik elementləri idi ki, diaspor təşkilatlarını bir nəfər idarə edirdi. Ötən ilin dekabrında mən Abbas Abbasovla görüşdüm. 3 saat söhbət elədik. Əfsus ki, o, ayrı yolla getdi. Bəllidir ki, onun nəzarətində olan saytda bizim səfirin və mənim əleyhimə böhtan xarakterli məqalələr yerləşdirilmişdi. Bunun ardınca da erməni informasiya qaynaqları həmin materiallara istinadən Rusiyadakı səfirliyimizə qarşı çirkin kampaniyaya başlamışdılar. Ola bilsin Abbas
Abbasov Rusiya hakimiyyətinin bəzi nümayəndələrini çaşdırıb. Hesab edirəm ki, o, kabinet-kabinet gəzib onları yanlış səmtə yönəltmək, onlardan dəstək ummaqdansa, ”AzerRos" fəalları ilə anlaşmalıdır. Mən onu başa düşə bilmirəm. Adam uzun illər Azərbaycan baş nazirinin 1-ci müavini olub. Bilirsiniz, insan tarixdə yaxşı adla qalmaq istəyirsə, öncə öz xalqının yaddaşında qalmalıdır. Özündə sonra o, nə qoyacaq bəs? Təəssüf ki, onun şəxsi iddiaları həmvətənlərinin maraqlarını üstələyir", Göründüyü kimi, səfir müavini sərrast ifadələrlə Abbas Abbasovun məkrli niyyət və hanısa qüvvələrin onun üzərindən Azərbaycana qarşı gizli planına açıq eyham vurub».
Bəs, bu prosesin sonu necə olacaq?
Bu barədə bizi məlumatlandıran mənbə deyir ki, Azərbaycan iqtidarı bütün gücü ilə Abbas Abbasovu zərərsizləşdirmək üçün oradakı nüfuzlu soydaşlarımıza dəstək verəcək: «Hələlik Azərbaycan iqtidarı açıq və konkret tələblərini qoymayıb. Amma dünənki müşavirədən və Abbas Abbasovun xalqımızı təhqir edən açıqlamasından sonra belə dəqiq mövqeyin ifadə olunacağına şübhə yoxdur. Əminəm ki, payızda keçiriləcək parlament seçkisində onun deputat oğluna da «əlvida» deyiləcək».
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?