GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İqtisad Universiteti çalxalanır: Ədalət Muradova qarşı yeni güc ortaya çıxıb

İqtisad Universiteti çalxalanır: Ədalət Muradova qarşı yeni güc ortaya çıxıb

Tarix: 30-03-2015, 12:08 Bölmə :Manşet Baxış: 0
İqtisad Universiteti çalxalanır: Ədalət Muradova qarşı yeni güc ortaya çıxıb

Keşmiş rektorun YAP-da vəzifə alması tərəfdarlarını ayağa qaldırdı; Həsən İsrafilov, Əli Həsənov, Damət Bağırov və digərləri yeni həmlə vəziyyətinə gətirilir

Bir neçə gün əvvəl Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyevə daha bir vəzifə verilməsi, onun ötən ilə qədər rəhbərlik etdiyi Dövlət İqtisad Universitetində tarazlığın dəyişməsinə səbəb olub.

Bu barədə «Gündəm Xəbər»ə İqtisad Universitetinin müəllimləri xəbər veriblər. Adlarının çəkilməsini istəməyən müəllimlər deyiblər ki, Şəmsəddin Hacıyevin Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri seçilməsi, onun son bir il ərzində universitetdə yeni rektor Ədalət Muradov tərəfindən sıxışdırılan tərəfdarlarını ruhlandırıb:

Mikayıl Cabbarova minnət və ya Elmi Şurada yaranan rüsvayçılıq...

«Bilirsiniz ki, Şəmsəddin Hacıyev 10 il İqtisad universitetində rektor olub. Ötən ilin elə bu tarixlərdə prezident İlham Əliyev onu vəzifəsindən azad etdi. Yerinə isə İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Ədalət Muradovu təyin elədi. Təyinatdan dərhal sonra universitetdə onun tərəfdarlarının rəhbərlik etdiyi şöbələrin qapıları «plomblandı», bütün əməliyyatlar və vəzifəli şəxslər nəzarətə götürüldü. O zaman universitetdə həbslərin aparılacağı gözlənilsə də, Şəmsəddin Hacıyev şəxsi kanalları ilə buna mane olmağı bacardı. Amma yeni rektorun həm özünə, həm də yaxın ətrafına davamlı basqılarını zərərsizləşdirə bilmədi. Nəticədə Şəmsəddin Hacıyev çox böyük maddi və mənəvi zərbələr aldı. Ədalət Muradov psixoloji üstünlüyündən yararlanaraq, keçmiş rektorun rəhbərlik etdiyi kafedranı da universitetin əsas binasından

çıxardı. Düzdür, həmin ərəfədə Şəmsəddin Hacıyev Milli Məclisin komitə sədri və 10 il rektor olmuş şəxs kimi nazir Mikayıl Cabbarova minnətçi düşərək, əsas binadan özünə şəxsi otaq ayırtdırdı. Ədalət Muradov Şəmsəddin Hacıyevin nazirə minnətçi düşməsini 120 nəfərlik Elmi Şurada müzakirəyə çıxarmaqla, ona növbəti zərbəni vurmaqdan da çəkinmədi. Yeni rektor bütün bunlarla yanaşı, Şəmsəddin Hacıyevin ən yaxın ətrafına daxil olan vəzifəli şəxsləri də “vurdu”. Onların arasında YAP universitet təşkilatının sədri, prorektor Zəfər Bayramov, qardaşının qudası olan Beynəlxalq Münasibətlər fakultəsinin dekanı Müzəffər Məmmədov, Magistratura Mərkəzinin rəhbəri Həsən İsrafilov, ailə dostu olan "Ümumi iqtisadiyyat" fakültəsinin dekanı Kamil Qafarov və digərlərini vəzifələrindən dərhal qovdu. Lakin həmin ərəfədə usta davranan bəzi tərəfdarları bu günə qədər də vəzifələrini qoruyub. Onların arasında prorektor Damət Bağırovun adını xüsusi qeyd etmək olar. Bundan əlavə, Şəmsəddin Hacıyevin dövründə vəzifəsini qorumaq üçün hətta ona universitetdəki qruplaşmalardan informasiya ötürən, yəni loru dildə desək, “işverənlik” edən bəzi kafedra müdirləri və dekanlar da yeni rektorun «qəlbi»nə yol taparaq, hələ ki, postlarını saxlayırlar. Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası kafedrasının müdir əvəzi Əli Həsənovun isə “oynaqlığı” xüsusi araşdırılması mövzudur. Sözüm ondadır ki, indi bu adamlar Şəmsəddin Hacıyevin yenidən «dirilməsi»ndən xeyli ruhlanıblar. İnanın, iki-üç gündür bu adamlar artıq universitetdə yenidən «əzələ» nümayişi üçün fürsət axtarırlar. Çox güman ki, bu qruplaşmanın “məsləhətləşmələri”nin nəticəsi yaxın zamanlarda Ədalət Müradov üçün ciddi “başağrısı”na çevriləcək. Yeni rektorun bu «köhnə qurdlar»ın qarşısında uzun zaman duruş gətirəcəyi də inandırıcı deyil. Bunu onun atdığı son addımlar da təsdiqləyir».

Şəmsəddin Hacıyev gələcəyini təminat altına aldı, Ədalət Muradov qorxuya düşdü

Məlumata görə, ötən ay Ədalət Muradovun universitetdə Ağsaqqallar Şurasının rəhbərliyinin seçimi zamanı Şəmsəddin Hacıyevin adamları yüksək vəzifələrə çəkməsi təsadüfi olmayıb:


«Ədalət Muradovun Şəmsəddin Hacıyev və onun tərəfdarlarına qarşı həmləsi cəmi bir il çəkmədi. O, indi geri çəkilməyə başlayıb. Görünür, Şəmsəddin Hacıyevin universitetin kollektivinə bəlli olmayan təzyiqləri Ədalət Muradovu qorxuya salıb. Çünki yeni rektorun apardığı kadr islahatları və universitetdə rüşvətin dərinləşməsinə səbəb olan addımları onu da hər an «nişangah»a gətirəcək faktlardır. Yəqin bu səbəbdəndir ki, Ədalət Muradov universitetdə “ona-buna söz aparıb gətirməklə məşğul olan” kafedra müdiri əvəzi Əli Həsənovu Ağsaqqallar Şurasının sədri, Həsən İsrafilovu isə müavini təyin etməklə, Şəmsəddin Hacıyevə düşmənçiliyə son verdiyi mesajını ötürmək istəyib. Şəmsəddin Hacıyevin onun bu mesajına müsbət yanaşmadığı da sirr deyil. Çünki Ədalət Muradov Şəmsəddin Hacıyevə elə zərbələr vurub ki, onun bunları bağışlayacağı gözlənilən deyil. İndi o, YAP-da önəmli vəzifə tutmaqla, gələcəyini təminata aldı. Bu isə Ədalət Muradova müsbət gələcək vəd etmir. Üstəlik, nəzərə alsaq ki, artıq yuxarıda adları çəkilən tərəfdarları toparlanaraq, ayrı-ayrı otaqlarda gizli müzakirələrə başlayıb, o zaman yeni rektor və onun təcrübəsiz və iştahlı komandasını ağır günlərin gözlədiyini əminliklə deyə bilərik».

Əli Həsənovla Həsən İsrafilovun gizli planları var?

Yuxarıda qeyd edilən və Ağsaqqallar Şurasının sədri və müavini postuna gətirilən Əli Həsənovla Həsən İsrafilovun sakit dayanacaqlarını düşünmədiyini iddia edən universitetin müəllimləri bildirirlər ki, bu iki adam Ədalət Muradovun «vurduğu» adamları “vahid mərkəz”ə topalayırlar:

«Onlar prorektor Damət Bağırovdan da məsləhətlər alaraq, gizli və ölçülü şəkildə yeni plan üzərində işləyirlər.

Məlumat üçün deyək ki, Əli Həsənov 1990-cı illərdə universitetdə ilk hərəkatı başlayan şəxslərdən olub. O, Beyləqanda doğulsa da, hər zaman əslən Ermənistandan olması faktorundan yararlanmağa çalışıb. Bunlar başqa mövzunun söhbətidir. Bəli, Əli Həsənov o zaman institut kimi fəaliyyət göstərən universitetdə əmtəəşünaslıq qruplarının ləğv edilməsinə etiraz edərək, tələbələri ətrafına topladı. Keçmiş komsomolçu, yeni hərəkatçı kimi, universitetdə tələbə etirazı başladaraq, həmin qrupları Gəncə universitetinə

apardı. Lakin orada da dinc durmayaraq, bu fakültənin bazasında 1993-cü ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun yaradılmasına nail olaraq, 2000-ci ilədək həmin təhsil ocağına rəhbərlik edib. Necə orada rektor olub, bunu oranın tələbələri və universitetin hazırki müəllimləriidə əla bilir. TQDK xəttindən kənar həmin institutun «Dizayn» fakültəsinə nə qədər qanunsuz tələbə qəbul etdirməsi və bir il sonra nə qədər tələbəni başqa fakültəyə köçürməsini araşdırsanız, o zaman Əli Həsənovun nəinki indi kafedra müdiri əvəzi, heç adi müəllim kimi də universitetdə saxlanılmasının qeyri-mümkün olacağı aydınlaşacaq. Amma ona hər zaman güzəşt olunub. Bunun birincisi pulunun çoxluğu, ikincisi isə zamanın nəbzini tutması ilə bağlıdır. Doğrudur, Şəmsəddin Hacıyev rektor olanda onu prorektorluqdan azad elədi. Daha sonra kafedra müdiri vəzifəsindən də uzaqlaşdırdı. Daha ddəqiqi, onun kaferda müdiri seçilməsinə imkan vermədi. Daxili əmrlə onu kafedra müdiri vəzifəsini icra etmək həvalə olundu. Həmin zaman Şəmsəddin Hacıyevin deputat və çox güclü olmasını nəzərə alaraq, Əli Həsənov susdu və zamanı gözlədi. Keçmiş rektor və hazırkı rəhbərlik də yeni seçki keçirib, onu təsdiqləmədilər. Şəmsəddin Haacıyev onu bu vəziyyətdə saxlamaqla, nəzarətdə olmasını təmin etdi. Yəni baş qaldırdığı halda, onu əmrlə işdən azad etmək və kafedraya yeni seçki təyin edib, başqası ilə əvəzləmək planını bu gün də Əli Həsənovun başı üzərindən “demokl qılıncı” kimi aslı saxlanılıb. Açığı, Əli Həsənovun «dəyişkən mövqeyi» Şəmsəddin Hacıyevi belə qeyri-müəyyən vəziyyət yaratmağa məcbur edirdi. Çünki bir neçə prosesdə Əli Həsənov ona da baş qaldırmışdı. Məsələn, “Qida məhsullarının texnologiyası” kafedrasının müdiri, dosent Gülnisə Abbasbəyli ilə onun arasında yaşanan qalmaqalları hamı yaxşı xatırlayır. Həmin zaman Abbasbəyli kafedranın nəzdində fəaliyyət göstərən laboratoriyanın avadanlıqlarını tualetin yanına çıxarıb atdırmışdır. Əli Həsənov o zaman səlahiyyətinə aid olmasa da, xanım kafedra müdirinə qarşı üsyan təşkil edərək, onu müxtəlif ağır məsələlərdə ittiham edirdi. Bu isə Şəmsəddin Hacıyevin narazılığını alovlandırdı. O, nə sabiq nazirlərdən birinin həyat yoldaşı olan Gülnisə Abbasbəylinin xətirinə dəyə bilir, nə də Əli Həsənovun qarşısını ala bilirdi. Sonda bir təhər onları sakitləşdirib, universitetin adının növbəti rüsvayçı hadisələrdə hallanmasının qarşısını aldılar. Elə buna görə də Əli Həsənova o zamandan ehtiyatlı yanaşmağa başlayaraq, kafedra müdiri kimi təsdiq eləmədi. Əli Həsənov isə bunun fərqinə vardıqdan sonra özünü şirin göstərməyə başladı. Hətta Şəmsəddin Hacıyevin dövründə narazı olan

qrupların etiraz məktubu haqqında da Şəmsəddin Hacıyevi ilk o məlumatlandırmaqla bir neçə nəfərin işdən azad olunmasına, yəni çörəyinə bais olmaqdan da çəkinməyib. Lakin onun bu “xidmət”ləri öz bəhrəsini vermədi. Daha dəqiqi, Şəmsəddin Hacıyevin rektorluqdan azad olunması vəziyyəti dəyişdi. Əli Həsənov isə bundan sonra həm yeni, həm də köhnə rektorun arasında manevr etməyə başladı. Onun hətta «Ədalət Muradov mənə dedi ki, Şəmsəddin gedəndə otağı silib-süpürüb. Bir qələm də qoymayıb. Bu, Şəmsəddinin nə alimliyinə, nə deputatlığına yaraşmır. Bunu ona göstərəcəm» kimi şaiyələr yayaraq, özünü yeni rektorun yaxın adaam kimi göstərməyə çalışması da, unudulmayıb. Görünür, ikili manevr etməsi onun Ağsaqqalar Şurasına sədr seçilməsinə razılıqla müşayiət olundu. Amma belə getsə, Ədalət Muradov onu kafedradan tamam uzaqlaşdıracaq. Elə buna görə də onun şurada müavini olan Həsən İsrafilovla birləşərək, Şəmsəddin Hacıyevin düşərgəsinə yönəlməsi və yeni rektorun qarşısını kəsmək planında iştirakçı olacağına şübhə edilmir».

Ədalət Muradov Şəmsəddin Hacıyevin qudasına vəzifə verəcək?

Məlumatlı şəxs deyir ki, Ədalət Muradov Şəmsəddin Hacıyevin «dirçəlməsi»indən sonra onun qardaşının qudası olan keçmiş dekan Müzəffər Məmmədova yenidən şans tanımaq niyyətindədir: «Rektor Müzəffər Məmmədovu Beynəlxalq İqtsadi Münasibətlər fakültəsinə dekan müavini təyin etmək məsələsində götür-qoy edir.

Onu da deyək ki, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı Mənsur Bərxudarov 1982-1987-ci illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində oxuyub. Ədalət Muradov isə ondan 3 il sonra həmin universitetə qəbul olub. Yəni tanışlıqldarı oradan başlayır. Rektor gəldikdən dərhal sonra isə tələbə yoldaşını dekan qoydu. Mənsur Bərxudarov isə fakültədə hazırda «pul yığımı» işlərinə baxır. Görünür, dekan təyinatı zamanı onun «mən Ədalət Muradova dedim ki, pul yığacam. O da mənə dedi ki, tələbə yoldaşımsan, get nə istəyirsən elə, amma elə et ki, çox səs çıxmasın» sözləri səbəbsiz deyilmiş. Sözümüz budur ki, indi Ədalət Muradov Müzəffər Məmmədovu ona müavin göndərməklə, Şəmsəddin Hacıyevin qəlbini bir az da yumşaltmağa çalışır. Ancaq istər Mənsur müəllimin, istərsə də, Müzəffər

müəllimin keçmiş və indiki fəaliyyətlərinin araşdırılması, universitet adına daha ağır zərbələr vura bilər».

Yeni rektora ilk həmlə nə vaxt olacaq?

Məlumatda o da bildirilir ki, hazırda Ədalət Muradov və onun ətrafı Şəmsəddin Hacıyevin YAP-da önəmli vəzifəyə gətirilməsindən şoka düşüblər: «Onlar başlarını elə itiriblər ki, Şəmsəddin Hacıyevin ən yaxın tərəfdarlarının gözlərinin qarşısında toparlanmalarının və vahid güc kimi ortaya çıxmasını da görə bilmirlər. Böyük ehtimala yaxın aylarda Damət Bağırov, Əli Həsənov, Həsən İsrafilov, Kamil Qafarov, Müzəffər Məmmədov və digərlərindən ibarət qrup Ədalət Muradovun təyin etdiyi fiqurlara qarşı gözlənilən kompromatları da dövriyyəyə buraxacaqlar:

«O zaman Ədalət Muradovun təyin etdiyi prorektorlar, həmçinin dekanlar, həmçinin Magistratura Mərkəzinin yeni direktoru Qabil Manafovun da çıxılmaz vəziyyətlərlə üzləşəcəyi gözlənilir. Ehtimal olunur ki, rəqib qrup Şəmsəddin Hacıyevin təyin etdiyi bəzi dekanları da öz tərəflərinə çəkiblər. Bu isə Ədalət Muradovun universitetə tədricən nəzarəti itirməsi anlamına gəlir».

Bu və ya digər məsələlər ətrafında araşdırmalarımız davam edəcək. Tərəflərin mövqeyini də dinləməyə hazırıq.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" qoydu

    Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" ...

    9-10-2014, 03:46

  • 
  • Şəmsəddin Hacıyev niyə «vuruldu»?

    Şəmsəddin Hacıyev niyə «vuruldu»? ...

    6-03-2014, 16:31

  • 
  • Professor deputat məhkəməyə verib

    Professor deputat məhkəməyə verib ...

    17-03-2015, 00:24

  • 
  • Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

    Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi” ...

    28-04-2014, 10:03

  • 
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu