GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Yardımlıda yoxa çıxan milyonlar, çoxalan problemlər

Yardımlıda yoxa çıxan milyonlar, çoxalan problemlər

Tarix: 17-04-2015, 11:42 Bölmə :Manşet Baxış: 0
Yardımlıda yoxa çıxan milyonlar, çoxalan problemlər

Sevindik Hətəmov və Mahir Mirzəyevin fəaliyyəti rayonda narazılıq dalğası yaradır

Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı məqsədilə ayrılan iri həcmli vəsaitlərin məbləğinə baxdıqda düşünmək olar ki, rayonlarımızda heç bir problem qalmamalıdır. Ancaq, hamıya məlumdur ki, elə bölgələrimiz var ki, insanlar ən adi məişət problemlərindən əziyyət çəkirlər. Səbəb isə büdcə vəsaitinin məmurlar tərəfindən amansızcasına talanması, korrupsiyanın geniş vüsət almasıdır.

Ölkəmizin son illərin iqtisadi yüksəliş tempi ilə müqayisədə geridə qalan bölgələrindən biri də Yardımlı rayonudur. Rayonda hökm sürən sosial problemlər, işsizlik, korrupsiya halları barəsində mediya orqanlarında çoxsaylı faktlar yer alıb. Ancaq illər ötsə də, faktlar çoxalsa da problemlər azalmaq bilmir.

Yardımlının ildən-ilə çoxalan problemləri

Əksər rayonlarda tətbiq edilən “mərkəzi abadlıq” prinsipi Yardımlıda da “uğurla” tətbiq olunur. Belə ki, rayon mərkəzinin müəyyən hissələrində təmir-tikinti işləri aparılaraq ümumi təəssürat yaradılıb. Ancaq kəndlərdə vəziyyət dözülməz həddədir. Yolsuzluq, susuzluq, qazsızlıq, işıqsızlıq, işsizlik bu kəndlərin sürətlə boşalmasına, əhalinin paytaxta və digər regionlara köçməsinə səbəb olub.

Rayonun illərdir həllini tapmayan əsas problemlərindən biri susuzluqdur. Qarşıdan yay aylarının gəldiyini düşünən sakinlər indidən təşvişə düşüblər. Çünki, qış aylarında belə susuzluqdan min-bir əziyyət çəkənlərin yayın qızmarında hansı əzabları çəkəcəyini düşünmək çətin deyil. Əhali məcburi şəkildə 25-30 manata bir maşın su almaqla keçinir. İmkansız ailələrin isə durumu olduqca ağırdır. Onlar suyu daha uzaq məsafələrdən əllə daşımaq məcburiyyətindədirlər.

Halbuki, sakinlər bildirirlər ki, Hazayurd və Sineer adlanan yüksəkliklərdəki su mənbələrinin hesabına rayonun onlarla kəndini su ilə təmin etmək mümkündür. Di gəl ki, rayon icra hakimiyyətinin və digər aidiyyəti qurumların rəsmiləri bunun üçün heç bir tədbir görmürlər. Büdcədən vəsait ayrılır, amma bu pulun haraya sərf olunduğunu rayon rəhbərlərindən başqa kimsə bilmir.

Yardımlıda mavi yanacaqla bağlı problemlər də öz həllini gözləyir. Dövlət tərəfindən vətəndaşların qazla təminatının yaxşılaşdırılması üçün vəsait ayrılsa da, Yardımlıda buna məhəl qoyan yoxdur. Məlumatlara görə, rayonun yalnız mərkəzi hissələrində qaz var. Həmin ərazilərdə ya imkanlı, ya da vəzifəli şəxslər yaşayır.

Əksər kəndlərdə isə mavi yanacaq yoxdur. Əhali uzun illərdir ki, qaz üzünə həsrət qalıb. Mərkəzi qaz xətti Sırıq, Bozayran, Bilnə, Horavar, Əngüvğl və digər kəndlərin ərazisindən keçsə də, hətta bəzi kəndlərdə evlərə xətlər çəkilsə də, indiyədək sakinlərə mavi yanacağın verilməsinə başlanılmayıb. Vətəndaşlar bu barədə aidiyyəti dövlət qurumlarına dəfələrlə yazılı və şifahi formada müraciət ediblər. Lakin heç bir nəticəsi yoxdur. Mavi yanacağın olmaması isə Yardımlı meşələrinin qırılmasına gətirib çıxarıb. Belə ki, sakinlər istilik vasitəsi əldə etmək üçün məcburiyyət qarşısında meşə massivlərini qırırlar.

Kənd yollarının durumu haqqında isə danışmağa dəyməz. Rayonun daxili büdcəsi, həmçinin dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri ilə bərbad durumda olan yolları bir neçə dəfə təmir etmək mümkün idi. Lakin, sakinlərin bildirdiyinə görə icra başçısı bu işlərin həyata keçirilməsində maraqlı deyil. Əksər kəndlərə yağışlı, qarlı havalarda getmək mümkün deyil. Rayonda camaatın dolanışığı çox ağırdır. İşsizlik səbəbindən insanlar ölkənin digər regionlarına, xüsusilə paytaxta üz tutmaq məcburiyyətindədirlər.

Yollara “yamanan” milyonlar

Lakin, belə acınacaqlı vəziyyət olmasına baxmayaraq Yardımlıda qazanc mənbələrindən biri kimi yolların çəkilməsi göstərilir. Bu barədə məlumatlarda deyilir ki, Yardımlı şəhər İcra Nümayəndəliyi şəhərdaxili yolların təmir işlərini həyata keçirmək üçün 749 min manat pul ayrılıb. “Reyhan Müəssəsi” tərəfindən həyata keçirilən işlər isə yalnız kağız üzərində mövcuddur. Amma yol çəkilişləri ilə bağlı ikinci dəfə də büdcədən pul ayrılıb. Bu dəfə Yardımlı Deman-Alvana yolunun çəkilişi üçün 4,296 milyon manatlıq «iş» görülməsi də sual yaradır. Bundan əlavə Yardımlı-Hamarkənd-Abasabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsait ayrılmışdır. Bu yol açılışın etdilər, lakin görülən işlərin keyfiyyəti heç də rəqəmlərlə üst-üstə düşmür. Səbəb isə məlumdur, yolun tikintisi zamanı asfalt örtüyünün standartlara uygün vurulmamasıdır.

Əvvəla, Yardımlı elə də böyük bir ərazi deyil. Dağlıq rayonda çox saylı yolların olması da inandırıcı görünmür. Üstəlik, rayon əhalisi deyir ki, rayon rəhbərlərinin işi yamaq vurmaqdır, əsaslı təmirdən isə söhbət belə gedə bilməz.

Yardımlıda Hətəmov-Mirzəyev tandemi

Yardımlı rayonu problemlər girdabında boğulsa da, burada problemsiz inkişaf edən “sahələr” də yox deyil. Bunların içərisində ilk yerdə isə təbii ki, məmur özbaşınalıqları və korrupsiyanın dinamik inkişafını göstərmək olar. Rayonda icra başçısı Sevindik Hətəmov və onun müavini Mahir Mirzəyevin “dəyişməz qanunları” hökm sürür. Rayonun idarə edilməsində əsas söz sahibləri olan “ikili” burada özlərinə əməlli-başlı “xanədan” yaratmağa müvəffəq olublar. Sevindik Hətəmov rayona 2012-ci ildə rəhbər təyin olunsa da, Mahir Mirzəyevin “stajı” daha çoxdur. O, 2006-cı ildən rəhbər vəzifədədir. Ötən illər ərzində isə onun “gərgin” əməyi nəticəsində Yardımlıda “Mirzəyevlərin” rəhbər postlarda geniş şəbəkəsi formalaşıb. Rayonda rəhbər postların əksəriyyətində məhz Mahir Mirzəyevin yaxın qohumlarının və yaxud “məsləhət bildiklərinin” oturduğu haqqında informasiya verilir. Bu isə Yardımlıda bütün sahələrə onun güclü nəzarət yaratmasına şərait yaradır.

Məlumatlarda qeyd edilir ki, 2014 -2015 ci illərdə Yardımlı rayonundakı idarə və müəssisələrin işlərini həyata keçirən şirkətlər həmişəki kimi Mahir Mirzəyevə yaxın adamlarına məxsusdur.

Buna misal olaraq, hazırda fəaliyyət göstərən “Reyhan” MMC, “RMT-İnşaat” MMC, “Terminal – A” MMC, “Mirrəhim” MMC, “Alfa-Tradinq” MMC, “Siset-X” MMC, “Göy-Göl” MMC, TTS-2008 MMC-ləri göstərmək olar. Bu şirkətlər rayonun təhsil, səhiyyə, mədəniyyət və icra hakimiyyətinin həyata keçirdiyi tenderlərin qalibi olublar və üst üstə bu MMC-lərə keçən il 600 min manata yaxın vəsait köçürülüb. Dövlət Satınalma Agentliyində adı çəkilən şirkətlərə 300 min manata yaxın vəsaitin ayrıldığı qeyd olunsa da, sonradan Yardımlı rayon daxili büdcəsində ayrı-ayrılıqda eyni məbləğdə vəsait həmin MMC-lərə başqa başqa işlərin görülməsi üçün ayrılıb.

Məsələn “Reyhan” MMC rayon kəndlərinə çəkilən yolların tenderinin qalibi elan olunub. 2014-cü ildə həmin şirkətə təkcə kənd yolarının təmiri adı altında iki dəfə, 75 min və 122 min manat vəsait ayrılıb.

Rayonda görülən bütün işlərin demək olar ki, hamısı Mahir Mirzəyevə məxsus olduğu şübhə doğurmayan «10 manatlıq MMC»lər tərəfindən həyata keçirilir. 2006-cı ildən vəzifə başında olan Mahir Mirzəyev indiyə kimi xeyli sayda şirkət qeydiyyatdan keçirib. O, bu günə kimi tender yolu ilə keçirilən bütün proseslərə nəzarət edir. Elə buna görədir ki, bu məqsədlə ayrılmış pullar yalnız onun şirkətlərinə axır.

Verilən məlumatlara görə, indiyə qədər Mahir Mirzəyev 6 saylı Regional Vergilər İdarəsində işləyən yaxın dostu və şəriki İqbal Rzayevin səyi nəticəsində 10-larla kiçik müəssisələr yaradıb, dövlət vəsaitlərini həmin MMC-lər vasitəsi ilə nəqdləşdirdikdən sonra bu MMC-lər sadəcə yoxa çıxıb. Həmin MMC-lər vasitəsilə 10 ilə yaxındır ki, rayon büdcəsi tamamilə nəzarətdə saxlanılır.

Həmin müəssisələr isə bir qayda olaraq Vergilər İdarəsi tərəfindən yoxlanılmır. Çünki İqbal Rzayev bunun qarşısını alır. Bir müddətdən sonra isə həmin MMC-lər bağlanır və bu müəssisələri arayıb-axtaran olmur.

Bildirilir ki, ayrı-ayrı insanların adına yaradılmış müəssisələr rayon icra hakimməyətində baş mühasib kimi saxlanılan Habil adlı şəxsin mühasibatlığında aparılır. Yəni Habil yaradılmış müəssisələrin möhürünü gəzdirərərək onları sənədləşdirir və hesabat aparır. Ümumiyyətlə isə Mahir Mirzəyevin bütün «qara buxalteriyasını» məhz Habilin apardığı qeyd olunur.

Verilən məlumatlara görə, Mahir Mirzəyevin «10 manatlıq MMC-ləri» bir qayda olaraq bir neçə şəxsin adına qeydiyyata alınır. Onlardan biri də rayon icra hakimiyyətində çayçı işləyən Qənbər Şabiyevdir. Həyata keçirdiyi maliyyə əməliyyatlarına baxılırsa, Qənbər Şabiyev milyoner hesab olunmalıdır. Amma icra hakimiyyətinin çayçısı olan Qənbər Şabiyevin «öz milyonlarından» xəbərsizdir. O yalnız Habilin gətirdiyi sənədləri imzalayır və «milyonlarından» xəbərsiz kasıbçılıqla ömrünü sürür.

Mahir Mirzəyevin indiyə qədər işlədib, sonra da vergidən yayınmaq üçün ləğv etdiyi şirkətlərin siyahısına «Bəhruz», «Deman», «Savalan 2008», «Səbuhi», «Göy göl», «Naxis», «Veteran», «Caspian Fruit Co», «Amid», «Habil», «Rəşad» və «Qadir 1960» daxildir. Adını çəkdiyimiz bu şirkətlər fəaliyyətlərini dayandırıb. Mahir Mirzəyev və Sevindik Hətəmov hazırda bəzi tender əməliyyatlarını «Kainat79», «Qafqaztikintiquraşdırma», «Sanofen», «Trendservis», «RMT inşaat», «Terminal-A», «Azadlıq LTD», «Constella», və «Sistem X» MMC-lər vasitəsilə həyata keçirir. Xatırladaq ki, bu günlərdə Vergilər Nazirliyinin “Vergilər” qəzetində dərc etdirdiyi ləğv edilmiş minlərlə şirkətlərin sırasında M. Mirzəyevin nəzarətində olan bir çox şirkətin də adı olduğu bildirilir.

Yardımlıdan verilən məlumatlarda Hətəmov-Mirzəyev idarəçiliyinin ciddi narazılıq yaratdığı vurğulanır. Onların fəaliyyəti nəticəsində Yardımlı tamamilə yardıma möhtac duruma düşüb. Əgər vaxtında bu “yardım” göstərilməzsə, rayonda vəziyyət daha da ağırlaşa bilər.

Mərdan

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Füzuli rayonunda narazılıq son həddə çatıb

    Füzuli rayonunda narazılıq son həddə çatıb ...

    7-05-2015, 12:54

  • 
  • Yardımlıda məmurlar arasında rüşvət davası

    Yardımlıda məmurlar arasında rüşvət davası ...

    8-05-2013, 16:04

  • 
  • İsmayıllıda yeni narazılıq dalğası

    İsmayıllıda yeni narazılıq dalğası ...

    16-03-2015, 01:02

  • 
  • Yardımlıda icra başçısı 30 ərazi nümayəndəliyi və bələdiyyə işçilərinə məcburi tütün əkmək göstərişi ETİRAZ YARATDI

    Yardımlıda icra başçısı 30 ərazi nümayəndəliyi və ...

    12-03-2019, 13:08

  • 
  • Zaqatalada “Mübariz”ə ab-havası

    Zaqatalada “Mübariz”ə ab-havası ...

    16-03-2015, 12:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu