GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Füzuli rayonunda narazılıq son həddə çatıb

Füzuli rayonunda narazılıq son həddə çatıb

Tarix: 7-05-2015, 12:54 Bölmə :Manşet Baxış: 0
Füzuli rayonunda narazılıq son həddə çatıb

İcra başçısının fəaliyyəti barəsində şikayətlər rekord həddə çoxalıb

Ölkədə dəfələrlə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri görülməsinə baxmayaraq, bu sahədə əsaslı problemlər hələ də qalmaqdadır. Bir çox məmurların fəaliyyətinə nəzər saldıqda korrupsiyanın sanki onların gündəlik iş prinsipi olduğunu düşünmək olar. Məhz belə məmurların “iş prinsipinin” nəticəsidir ki, yerlərdə narazılıq dalğası formalaşır, dövlət orqanlarına qarşı inamsızlıq yaranır. Dövlət başçısının dəfələrlə sərt xəbərdarlıqlarına baxmayaraq, həyata keçirilən böyük layihələri şəxsi maraqlarına qurban verən məmurlar hələ ki, öz bildiyini etməkdədir. Lakin, bu ilin bir çoxları üçün “kürsüdə son il olacağı” haqqında artıq ilk siqnallar verilib.

Füzuli rayonu cəbhə xəttində yerləşən həssas bölgələrdən biridir. Son illər rayonun strateji əhəmiyyətini nəzərə alaraq, burada abadlıq-quruculuq işlərinin aparılması, infrostrukturun yenilənməsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Lakin, rayondan daxil olan şikayətlərə, mediyada davamlı olaraq gedən tənqidi materiallara nəzər salmaq kifayətdir ki, burada real vəziyyət haqqında aydın təəssürat yaransın.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bu vəzifəyə 25 fevral 2011-ci ildə təyin olunub. Aradan keçən 4 il müddətində Füzuli haqqında ən çox şikayətlər daxil olan, tənqid hədəfində olan rayonlar siyahısında ilk pillələrdə qərarlaşıb. Qeyd etdiyimiz kimi, bu illər ərzində rayonun inkişafı məqsədilə yetərincə büdcə ayrılmaları baş verib. Amma, “xərcləmələrlə” nəticə arasında olan dərin uçurumu heç nəylə doldurmaq mümkün deyil. Nəzərə alsaq ki, rayonun abadlığı məqsədilə ayrılan vəsaitlərin həcmi 10 milyonlarla manat məbləğindədir onda mənzərə tam aydın olar.

Verilən məlumatlara əsasən, 2011-ci ildə Füzuli rayonunun Əhmədbəyli-Alxanlı-Zobuçuq kəndlərarası yolların təmiri və çəkilməsi üçün 7 milyon manat vəsait ayırıb. Həmin yol Bakı-Füzuli-Ağdam magistral yolu olduğu üçün ancaq yolun üzərinin asfalt örtüyü üzündən təmir edilib. Ayrılmış vəsaitin isə hara xərclənməsi məlum olmayıb.

Horadiz şəhərinin abadlığı üçün 2011-ci ildə Heydər Əliyev Fondundan 2 milyon, Neft Fondundan 2 milyon və bununla bərabər əhalidən yığılan pullarla, ümumilikdə 8 milyon manatı guya bu yollara və rayondakı abadlıq işlərinə xərclənib.

28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılıb. Bunadək isə müxtəlif vaxtlarda Füzuli Rayon İcra Hakimiyyətinə yol tikintisi ilə bağlı müxtəlif həcmdə dövlət vəsaitləri ayrılıb; amma sonradan həmin vəsaitlərin necə xərcləndiyi yönündə KİV-də müxtəlif iddialar yer alıb.

Bundan başqa, Alı Alıyevin Fuzuli rayonuna rəhbərliyi dövründə Horadiz qəsəbəsinin yenidən qurulması və abadlaşdırılması məqsədi ilə ayrılan təxminən 15 milyon manata yaxın vəsaitin önəmli bir hissəsi də yol tikintisi üçün sərf edilib. Amma bu işlərin də keyfiyyətli görüldüyü və xərclənən vəsaitlərin şəffaflığı məsələsində ciddi şübhələr hökm sürməkdədir.

Ümumiyyətlə, Füzulidə yolların tikilməsi və abadlıq işləri məqsədilə son illərdə bu rayona dövlət büdcəsindən və digər qaynaqlardan ayrılan vəsait10 milyon manatdan çox olsa da, həmin pulların xərclənməsi ilə bağlı şəffaflıq sahəsində ciddi problemlər var və elə buna görə də icra başçısı Alı Alıyev KİV tərəfindən ciddi şəkildə tənqid edilir. Bəzi məlumatlarda bildirilir ki, rayonda yeni yolların çəkilməsi və müxtəlif yolların yenidən qurulması ilə bağlı ayrılan

vəsaitlərin bir hissəsinin əvvəlcədən mənimsənildiyi və yaranmış boşluğun sahibkarlardan toplanan pullar hesabına doldurulduğu yönündə də iddialar səslənməkdədir.

Alı Alıyevin başqa məqsədlərə yönəltdiyi milyonların əsas hissəsi təmir-tikinti üçün ayrılmış pullardan ibarət olub. Rayonun Horadiz qəsəbəsində evlərin əsaslı təmiri üçün son illərdə 6 milyon manatdan artıq pul ayrılıb. Həmin pulun 2,1 milyon manatı şəhərdəki 88 yaşayış evinin bərpa edilməsinə sərf olunduğu sənədlərdə göstərilir. "Perlit" MMC tərəfindən həyata keçirilən bu işlərin hansı səviyyədə reallaşdığı isə göz qabağındadır. Bu vəsaitin heç yarısı təmir-tikinti işlərinə sərf olunmayıb. Həmin büdcə vəsaitlərinin böyük qisminin mənimsənildiyi bildirilir. Həmçinin Horadiz şəhərində daha 50 evin bərpa işləri adı altında ayrılmış və "Namiq" firması tərəfindən həyata keçirilən işlər üçün 1,25 milyon manatın da aqibəti məlum deyil. Büdcədən həmin işlər üçün 2,65 milyon manat pul ayrılıb ki, onun da yenə mənimsənildiyi iddia edilir. Deyilir ki, "Kapital Tikinti" MMC tərəfindən həyata keçirildiyi sənədlərdə göstərilən bu işlər əslində, razılaşdırılmış şəkildə olub.

Rayonda kənd təsərrüfatının “inkişafına xüsusi qayğı” göstərilir. Kənd təsərrüfatının intensiv inkişafını təmin etmək məqsədilə ayrılan subsidiyaların verilməsində ciddi korrupsiya faktları aşkar olunub. Bir müddət əvvəl rayon fermerlərinin mediya vasitəsilə ölkə başçısına ünvanladığı müraciətdə dəhşətli faktlar öz əksini tapmışdı. Müraciətdə bildirilirdi ki, bir çox adamlara subsidiyalar yazılıb və həmin adamlar pulları bankomatdan almayıblar. Fermerlər vəsaiti “Kapital Bank”ın Füzuli rayon filialından post-terminal vasitəsilə 50%-ni alıblar. Qalan 50%-i isə yığılaraq icra başçısı Alı Alıyevə verilib. Onlar müraciətlərində qeyd ediblər ki, Kənd Təsərrüfatı Nazirliyi subsidiyaları internet şəbəkəsində yerləşdirdiyi üçün saxtakarlıq aydın görünür.

Müraciət müəllifləri bildirirlər ki, göstərilənlərdən aydın olur ki, rayon üzrə 18134.01 hektar buğda sahəsi üçün ayrılan subsidiyanın 2402 hektarı arpa, yonca və boş sahə təşkil edir: “Bu da 96080.00 manat dövlət vəsaitinin talanmasıdır.

Rayonda yaranan dözülməz şərait iş adamlarının, sahibkarların fəaliyyətini iflic vəziyyətinə salıb. Vaxtaşırı müxtəlif adlar altında toplanan qanunsuz vəsaitlər onları müflis olmaq təhlükəsi ilə üz-üzə qoyub. Artıq verilən məlumatlara görə, Füzulidən prezident aparatına ünvanlanan şikayət müraciətləri rekord həddə çoxalıb. Cəbhə bölgəsində yerləşən bir ərazidə bu qədər total qanunsuzluqların, özbaşınalıqların hökm sürməsi sakinləri cana doyurub. Onlar tezliklə bütün bunlara son qoyulmasını tələb edirlər.

Artıq Alı Alıyevin fəaliyyətinin ciddi təftiş olunduğu barəsində informasiyalar yayılıb. Bu isə daha ciddi faktların ortaya çıxmasına səbəb olub. Yaxın müddətdə onun görəvdən alınacağı da istisna olunmur. Bu isə füzulilərin çoxdankı arzusunun reallaşması demək olardı.

Mərdan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Zaqatalada “Mübariz”ə ab-havası

    Zaqatalada “Mübariz”ə ab-havası ...

    16-03-2015, 12:05

  • 
  • İsmayıllıda yeni narazılıq dalğası

    İsmayıllıda yeni narazılıq dalğası ...

    16-03-2015, 01:02

  • 
  • Lənkəranda “yaşıl terror”

    Lənkəranda “yaşıl terror” ...

    31-03-2015, 11:19

  • 
  • Lənkəranda “yaşıl terror”

    Lənkəranda “yaşıl terror” ...

    13-04-2015, 21:40

  • 
  • Cəbhə xəttində son durum

    Cəbhə xəttində son durum ...

    29-11-2015, 13:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu