GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Füzuli icra başçısı sahibkarlara “iqtisadi divan” tutur...

Füzuli icra başçısı sahibkarlara “iqtisadi divan” tutur...

Tarix: 18-04-2015, 23:56 Bölmə :Manşet Baxış: 0
Füzuli icra başçısı sahibkarlara “iqtisadi divan” tutur...

Bəxtsiz Füzulinin icra başçılarından bəxti gətirməyinə gətirmir, amma olan Füzuli camaatına olur. Artıq çoxdandır ki, Füzuli camaatının icra başçısının başına yığdığı talayanlar komandası ilə birgə gördükləri əməllərindən danışmaqdan dilləri qabar tutub. Lakin nədənsə, heç kəs onları ya duymur, ya da duymazdan gəlir.

Çünki, bizimkilər də ATƏT-in 23 ildə “altı bəzək, üstü təzək” fəaliyyəti kimi yapmacıq “idarəetmə” ilə böyük ehtimalla yalnız öz ciblərini məmnun edirlər. Elə ona görə də, camaatı sözün əsl mənasında qarət etməklə məşğul olurlar. Məlum məsələdir ki, bu cür vəzifəli şəxslərin kirli çamaşırlarını açıb ictimailəşdirənlərin çoxu gec-tez “dələduzluq” adı ilə barmaqlıqlar arxasına tıxanır və həmin kürsülülər öz özbaşınalıqlarını davam etdirir. Amma, yenə də düşündük ki, bu cür əməllərə kimsə son qoymalıdır ki, ən azından mövcud problemi aidiyyatı orqanların qaçan nəzərlərində tutub saxlamaq olsun… Lakin bu günlərdə Füzuli icra başçısının rayonda əməlli-başlı diktatorluq etməsi bir yana, indi də rayon camaatına “iqtisadi divan” tutmağa başlayıb. Belə ki, əldə etdiyimiz məlumatlara görə, hazırda Füzuli rayonunun icra başçısı rayondakı dükanlarında məhsulların qiymətini artırmağa davam edir.

Bu məsələyə etiraz edən iş adamlarını isə «süni artım»la şərləyərək elə icranın əmri ilə saxlayırlar. Belə çıxır ki, Füzuli rayon icra başçısı Alı Alıyev onun etdiyi əməllərə etiraz edən iş adamlarnı sözün əsl mənasında təqib edir.

Fevralın 21-də dəyərdən düşən manatın fonunda Azərbaycan hökuməti mal və məhsulların qiymətinin artmayacağı barədə tədbirlər görməyə başlamasına baxmayaraq, Füzulidə qiymət artımına getmiş əksər dükan və marketlər ya bağlanılıb, ya

da külli miqdarda cərimə edilib. Baxmayaraq ki, Bakıda nəzarət funksiyasını məhz İqtisadi İnkişaf və Sənaye Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilib, amma əfsuslar olsun ki, rayonda həmin məsələ yerli İcra Hakimiyyətlərinin ixtiyarına verilib.

Bu da, sözsüz ki, Alı Alıyevin rayondakı hökmranlığı üçün əlverişli şəraitin yaranması deməkdir. Bir çox icra başçılarının, o cümlədən Füzuli icra başçısı Alı Alıyevin qanunsuz və “təqdirə” layiq fəaliyyəti dövlət başçısının məlum tapşırığını açıq şəkildə inkar etdiyinin göstəricisi hesab olunmalıdır. Misal üçün, Alı Alıyev Fizulidə elə özü bildiyi tərzdə davranmağa və meydan sulamağa davam edir. Bunun da səbəbi odur ki, Füzulinin icra başçısı Alı Alıyev də manatın devalivasiyasından ciddi zərərə düşmüş məmurlardan biridir.

Elə ona görə də, bu gün Alı Alıyev özünün mebel biznesində və market işlətmə sahəsində geniş imkanları olan icra başçısı kimi, düşdüyü zərəri Füzuli camaatını və iş adamlarını soymaqla qarşılamaq niyyətindədir. Bunu açıq şəkildə görmək də mümkündür. Misal üçün, etibarlı mənbənin verdiyi məlumata görə, bu gün Alı Alıyevin Horadiz qəsəbəsi və bir neçə məntəqələrdə yaxın adamlarına verdiyi marketlərdə qiymətlər digərlərindən fərqlənir.

Belə ki, həmin obyektlərdə olan fərqli qiymətlər bütün ərzaq və qeyri-ərzaq mallarına tətbiq edilib. Bu isə ilk növbədə dövlət başçısının süni qiymət artımına qarşı verdiyi tövsiyə və göstərişlərinə qarşı saymamazlığın nümunəsidir. Dövlət başçısının sözünü qulaqardı edən icra başçısı, məlum məsələdir ki, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadəyə güvənərək Füzulidə at oynadır. Hətta rayonda vəzifə təyinatı işinə Alı Alıyev xüsusi təyin edilmiş hərrac vasitəsi ilə şəxsən öz qərarı ilə müəyyənləşdirir. Amma bütün bunlar

ona dövlət başçısının qərarına zidd hərəkət göstərməyə və onun etibarından sui-istifadə etməyə zəmin yaratmır... Deməli, Alı Alıyev özü özünə məxsus obyektlərdə süni qiymət artımına yol versə də, digər sahibkarları gözümçıxdıya salaraq, onlardan bunun icazəsi üçün “hörmət” tələb olunduğu da iddia edilir. Yəni sözün əsl mənasında, Alı Alıyevin dükan işlədən biznesmenlərdən pul tələb edir. Yəni obyektin arenda və ya şəxsi olub-olmamasından asılı olmayarq, Füzulidə özünü feodal elan edən Alı Alıyevə bac verməlidir. Əks halda, həmin sahibkarın obyekti ya bağlanır, ya da təqibə məruz qalıb yenə də aylıq Alı Alıyevə ödəniş edirlər...

Digər bir mənbə isə bildirir ki, tapşırığa əməl etməyən sahibkarı «dükanda malların qiyməti süni bahalaşıb» ittihamı ilə saxlayıb, ağır şəkildə cəza kəsirlər. Yəni, həmin dükan sahibindən külli miqdarda pul alaraq, sərbəst buraxırlar. Buna etiraz edən Füzuli camaatı bildirir ki, Alı Alıyevin rayondakı fırıldaqlarından və doymaq bilməyən tamahından beziblər. Buna görə də, Prezident Administrasiyasına müraciət etmək və dərdlərinə əlac axtarmaq niyyətindədirlər. Lakin Alı Alıyev Füzuli camaatının gözünü necə qorxudubsa, rayon camaatı müraciət etməyə belə qorxur. Rayon camaatı bildirir ki, Alı Alıyev ondan şikayət edənə qarşı ciddi cəza tətbiq olunacağı ilə hədə-qorxu da gəlir... Elə ona görə də, aidiyyatı orqanlardan, yəni Alı Alıyev kimi "Meliorasiya və Su Təsərrüfatı" Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin əlinin çatmadığı yerlər belə gərək ki, bu yazıdan sonra Füzuli camaatının halına acısın...

Camaata sözün əsl mənasında qan udduran icra başçısının devalvasiya nəticəsində zərərini ailələrini bir qarın ac, bir qarın tox dolandıran rayon dükannlarının sahibimi qarşılamalıdır? Bu hansı təfəkkürə və hansı məntiqə

uyğundur, anlamaq müşkil məsələdir... İcralıq etdiyi rayonda at oynatmaq, dövlət başçısının göstərişlərini qulaqardı etmək məmur özbaşınalığı deyil, bəs nədir? Rayondakı hərc-mərcliyə etiraz edənləri təqib etdirmək, onlardan zorla külli miqdarda pul ödəməsini tələb etmək cinayət deyil, bəs nədir? Sizcə, buna da göz yummaq olarmı? Bu günlərdə Sumqayıt icra başçısının və Bakı merinin yoxlamaları kimi Hesablama Palatası Füzuliyə də baş çəkməlidir...

Düzdür, rayon camaatının bu cür faktları ortaya qoyması yoxlamasız Alı Alıyevin məsuliyyətə cəlb olunması və rayon camaatının əlindən zorla alınan mal-mülkünün müsadirə olunmasına zəmin yaradır...

Ülkər

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Füzuli İcra Hakimiyyətində qalmaqal

    Füzuli İcra Hakimiyyətində qalmaqal ...

    8-07-2014, 13:15

  • 
  • Füzulidə ara qarışdı - qiymət artımı camaatı ayağa qaldırdı

    Füzulidə ara qarışdı - qiymət artımı camaatı ...

    12-01-2016, 20:10

  • 
  • Füzulinin icra başçısı Bakıya niyə çağırılıb?

    Füzulinin icra başçısı Bakıya niyə çağırılıb? ...

    30-03-2014, 21:45

  • 
  • FÜZULİNİN İCRA BAŞÇISI MÜSAVATÇI İMİŞ – ŞOK İDDİA

    FÜZULİNİN İCRA BAŞÇISI MÜSAVATÇI İMİŞ – ŞOK İDDİA ...

    25-02-2016, 16:47

  • 
  • İcra hakimiyyətindən sərt mövqe

    İcra hakimiyyətindən sərt mövqe ...

    30-07-2013, 18:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (312)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu