Sumqayıtda düşük şoularla yadda qalmağı bacaran İH başçısı Eldar Əzizov dünən şəhərdə nəqliyyatın hərəkətini iflic etmişdi. 6 saatlıq tıxaclara səbəb, şəhərin mərkəzində keçirilən velosiped yarışları olub. Velosiped yarışlarına, Bakı Şəhər Dövlət Yol Polisinin motosikletçiləridə qoşulmuşdu.
Keçilməz tıxac səbəbindən Təcili Tibbi Yardım maşınları xəstələrin gözü yolda qalsa da çağırışa vaxtında çata bilməyib. Bundan başqa, Sumqayıtdakı bütün orta məktəb şagirdlərini tədrisdən yayındırılaraq H.Əliyev heykəlinin qarşısına və Sumqayıt İcra Hakimiyyətinin qarşısındakı meydana gətirilmişdi.
Müxtəsər, təhsilə “diqqət”cil E.Əzizovun, məktəbliləri dərsdən yayındıraraq, müxtəlif şou tədbirlərinə cəlb etmək şakəridir. Həftənin yarısı məktəbliləri küçələri gəzdirməklə məşğuldurlar. Bunlar üçün savadsız, manqurd ölkə gərəkdir ki, istədiklərini həyata keçirsinlər.
Əvvəllər mikrorayon daxilində “açıq mikrafon” adlı tədbir (şou) keçirən başçı, bu effekt vermədiyindən artıq vərdişini tərgidib. “Açıq mikrafon” tədbirlərində şikayətçilərin qaldırdıqları problemin həllində aciz olduğundan, indi məktəbliləri küçə və meydanlara tökərək gündəmi zəbt edir.
Marşrut avtobuslarının hərəkəti iflic olduğundan yol kənarında saatlarla dayanmalı olmuşdular. Ahıl və uşaqlı analar mənzil başına saatlarla piyada getməli olub. Piyada getməklə bərabər, həm də bu zülmü onlara yaşadanları lənətləyiblər. E.Əzizovun təyinatından sonra bu şəhər böyük problemlərlə baş-başa qalıb. Kiçik sahibkarları sıradan çıxarıldıqdan sonra, böyük sahibkarlar yüksək bank faizlərinə oturdulub. Sahibkarların bank kreditlərinə gəldikdə isə, E.Əzizov sahibkarları obyektlərini qara şüşə və alkaponlaşdırılmasına məcbur edib. Bu təmir tikinti böyük xərc apardığından iflas olmuş sahibkar banka üz tutub.
Region əhalisi kimi, sumqayıtlılar da işsizlikdən səhər tezdən Bakıya, gecələmək üçün evlərinə qayıdırlar. Bu gediş-gəliş nəqliyyat xərcləri və gündəlik qidalanma, insanların qazancının 50 faizini udur. Bakı “çörəkli şəhər”, yaşasın Bakı!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?