GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » PREZIDENT APARATINDAN PREZIDENT ADMINISTRASIYASINA ŞIKAYƏT

PREZIDENT APARATINDAN PREZIDENT ADMINISTRASIYASINA ŞIKAYƏT

Tarix: 2-06-2015, 23:33 Bölmə :Manşet Baxış: 0
PREZIDENT APARATINDAN PREZIDENT ADMINISTRASIYASINA ŞIKAYƏT

Hüquq- mühafizə orqanları Prezident Admnistrasiyasının işçisinin əlində aciz qalıb

Sahibkardan ölkə rəhbərinə müraciət





Bu gün ökəmizin iqtisadi cəhətdən inkişaf etdirilməsində, əhalinin ərzaq təhlükəsizliyinin təminatında və.s, sahibkarların fəaliyyəti olduqca böyükdür. Elə bu səbəbdən də, ölkə rəhbəri cənab İlham Əliyev daim keçirdiyi tədbirlərdə sahibkarlığın inkişafı məsələlərinə toxunur və bu yolda əmələ gələn problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara, digər vəzifə sahiblərinə lazımi tapşırıqlarını da verir. Düzdür, həqiqət naminə onu qeyd edək ki, bu sahədə müəyyən problemlər hələ də yaşanmaqdadır. İstər sakibkarların sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarında, istərsə də digər addımların atılmasında, onlara qarşı əksər hallarda ögey münasibət bəslənilir, hətta küncə sıxılmaları halları da baş verir. Məsələn, ötən ilin iyun ayında üz-üzə qaldığı problemin həllinə hələ də nail ola bilməyən “Qafqaz Fermer Təsərrüfatı” MMC-nin direktoru İsaq Həsənzadə, bu günədək Prezident Administrasiyasına, Ali Məhkəməyə, Apelliyasiya Məhkəməsinə, PA Hüquq-Mühafizə Orqaları ilə İş Şöbəsinə, Ədliyyə Nazirliyinə və digər səlahiyyətli qurumlara dəfələrlə müraciətlərini ünvanlasa da, hələ də heç bir nəticə yoxdur. Bu günədək qeyd olunan ünvanlardan doğru-dürüst cavab əldə edə bilməyən sahibkar, hal-hazırda ölkə rəhbərinə müraciət etmək zorunda qalıb. Çünki o, ümid edir ki, ölkə rəhbərinin problemin həlli yönündə aidiyyəti qurumlara lazımi tapşırıqlarını verməsi, uzun müddətdən bəri davam edən ədalətsizliyə, ümidsizliyə birdəfəlik son qoyacaq. Bu gün “Qafqaz Fermer Təsərrüfatı” MMC-nin direktoru İsaq Həsənzadə, üz-üzə qaldığı olayı belə bir formada xarakterizə edir.

“16 iyun 2014-cü il tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrliyində “Mersedes” markalı 10-XR-313, “Qafqaz Fermer Təsərrüfatı” MMC-nə məxsus “HOWO” markalı 21-AC-185 və Hüseynov Yusif Ələsgər oğluna məxsus “MİTSUBİSHİ PAJERO” markalı 10-SH-070 dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. DYPX-in əməkdaşları tərəfindən “HOWO” avtomobilinin sürücüsü Ələsgərov Ruslan Eldar oğlu və “MİTSUBİSHİ PAJERO” markalı avtomobilin sürücüsü Hüseynov Yusif Ələsgər oğlu barəsində, inzibati xəta törətmələri barədə protokol tərtib edilmiş və hər iki sürücü cərimə olunmuşdur. Hüseynov Yusif Əsəsgər oğlu Prezident Administrasiyasında işləyir və o, PA-da işləməsindən, Ramiz Mehdiyevin və Fuad Ələsgərovun adından sui-istifadə etməklə, özü barəsində tərtib edilmiş inzibati xəta barədəki protokolu ləğv etdirmiş və bütün günahı sürücü Ələsgərov Ruslan Eldar oğlunun üstünə yüklənməsinə də nail olmuşdur. Daha sonra Yusif Hüseynov Binəqədi rayon Məhkəməsində iddia qaldıraraq qulluq mövqeyindən, Ramiz Mehdiyevin və Fuad Ələsgərovun adından istifadə etməklə, ona dəymiş zərərin “HOWO” markalı avtomobilin sahibi “Qafqaz Fermer Təsərrüfatı” MMC-dən alınmasına dair qanunsuz qətnamə çıxarılmasına da nail olmuşdur. Halbuki avtomaşın “Qafqaz Fermer Təsərrüfatı” MMC-nin mülkiyyətində olsa da, sürücünün icarəsində olmuşdur. Bu da o deməkdir ki, həmin sürücü “Qafqaz Fermer Təsərrüfatı” MMC-nin işçisi deyil. Belə olan halda Yusif Hüseynova dəymiş zərərin sürücü tərəfindən ödənilməli olduğu halda, Yusif Hüseynov, şöbə müdiri Şahin Əliyev, eyni zamanda şöbədə müavin vəzifəsini daşıyan İlqar Qurbanov sürücünün imkansız olduğunu bildiklərindən, ona dəymiş zərərin bizim müəssisə tərəfindən ödənilməsini tələb edirlər. Onlar Prezident Administrasiyasının adından sui-istifadə etməklə, hətta hakimlərə təsir göstərərək qanunsuz qətnamələr çıxarılmasına da nail olurlar.

Cənab Prezident! Siz dəfələrlə çıxışınızda hər kəsin qanun qarşısında bərabər olduğunu, vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etmələrinin yolverilməz olduğunu vurğulamısınız. Amma, görünür Yusif Hüseynov Sizin bu yöndə çıxışlarınıza diqqətlə qulaq asmamış və elə bu səbəbdən də, o, bu gün belə bir addımlarını atmaqda davam edir.

Biz Qanunlarımızın aliliyinə və Sizin ədalətli mövqeyinizə inanaraq, Binəqədi rayon Məhkəməsinin çıxartdığı qətnamədən, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verməyə məcbur olmuşuq. Lakin adları çəkilən vəzifə sahibləri Bakı Apellyasiya Məhkəməsinə də təsir göstərməklə, bu gün yenidən qanunsuz qətnamə qəbul olunmasına cəhd edirlər. Elə bu səbəbdən də, Yusif Hüseynovun və adları çəkilən vəzifə sahiblərinin qanunsuz əməllərinin qarşısının alınmasında və pozulmuş hüquqlarımızın bərpa olunmasında bizə yardımçı olmağınızı Sizdən xahiş edirəm.

Bir məqama da toxunmaq istəyirəm ki, Yusif Hüseynov 16 iyun 2015-ci il tarixdə işdə olubsa, o, necə olur ki, səhər saat 9.26 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrliyində yol nəqliyyatı hadisəsi törədir? Əldə etdiyim məlumata görə, yol nəqliyyat hadisəsi baş verən zaman avtomaşında 5 nəfər şəxs olsa da, Yusif Hüseynov həmin gün qeyd olunan avtomaşında olmayıb. Çünki, o, həmin gün nəqliyyat vasitəsini Qəbələdə keçiriləcək ziyafətdə iştirak etmək üçün, heç bir sənəd-sübut olmadan, qanunsuz olaraq dostuna veribmiş. İlk tibbi yardım göstərilən və yol polisi əməkdaşına izahat verən başqa şəxs olsa da, sonradan verilmiş izahat edilən təzyiqlərdən sonra tamamilə dəyişdirilir. Yəni, Yusif Hüseynovun xeyrinə dəyişdirilir- guya ki, həmin gün o, avtomobili idarə edib, halbuki həmin gün o, iş başında olub.

Verilən birinci izahatda sürücü yazır ki, heçnə lazım deyil, mənim sığortam olduğundan maşınımı götürüb gedirəm. Hətta, həmin vaxt avtomobili heç evakuatorun üstündən belə düşürmədilər. Altı ay vaxt keçdikdən sonra Yusif Hüseynov məni məhkəməyə verir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən vurulmuş zərərlə bağlı sən 23600 AZN dəyərində dəymiş ziyanı ödəməlisən. Görünür Yusif Hüseynov 6 ay ərzində işə getməyib və yalnız belə bir saxta işlərlə məşğul olub. Yaxud da Şahin Əliyevin, müavini İlqar Qurbanovun, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin, hətta Fuad Ələkbərovun adından sui-istifadə etməklə belə bir saxtakarlıqları həyata keçiriblər.

Faktiki hadisə barədə onu deyə bilərəm ki, “HOWO” markalı 21-AC-185 avtomaşın, üzərində GPS oluğuna görə hadisə zamanı saatda 32 km sürətlə gedir. Ön hissədə maneə olduğuna görə, sürət həddini azaldaraq saatda 12 km sürətlə gedir. Arxadan gələn “MİTSUBİSİ” 10-SH-070 avtomaşın asfaltda 13,7 metrlik iz qoyubsa, deməli saatda təxminən 130 km sürətlə gəlib və öndə gedən “HOVVO” markalı avtomaşına çırpılıb.

Biz dəymiş ziyanı araşdımaq üçün “MİTSUBİSİ PAJERO” şirkətindən eyni markadan hesab faktura almışıq ki, ödəmə üçün maşın alırıq. Avtomobilin təzəsi 29500 AZN olsa da, ziyan çəkmiş PAJERONUN ön hissəsi əzilib və içərisindəki 5 nəfərdən heç birinin burnu belə qanamayıb. Vurulmuş ziyan təxminən 3000 manat həddində ola bilərdi. Bütün bunlara baxmayaraq, Yusif Hüseynov öz rəhbərləri ilə birlikdə, “Diamond Motors” MMC-dən 23600 manatlıq sənəd əldə edə bilirlər. Beləliklə, sənədlərdə göstərilən məbləğ olduqca şişirdilir və saxta olduğu da aşkara çıxır.

Təqdim olunan sənədlərin kökündən saxta olmasına baxmayaraq, görəsən səbəb nədir ki, Yusif Hüseynov DİN-nə, yaxud da BDYPİ-nin rəisi polis general-mayoru cənab Ramiz Zeynalova yox, məhz, birbaşa işlədiyi Prezident Aparatına şikayətini ünvanlayır? Deməli Prezident Aparatında vəzifə sahibi olanlar, BDYPİ-nin rəisi R.Zeynalova yol nəqliyyat hadisəsini araşdırmaq tapşırığını verirlər. Yəni, Prezident Administrasiyasına məxsus blankla göndərilən məktuba kim yox deyə bilər”?!

Bütün bunların nəticəsidir ki, yol qəzasını sənədləşdirən DYPX-nin inspektoru F. M. Hümbətov sonradan günahkar çıxarılır. Guya o, inzibati xətanı sənədləşdirərkən düzgün addımlar atmamış, yəni belə desək normativ sənədlərin tələblərini pozmuşdur. Yazıq yol polisi əməkdaşı nə biləydi ki, onun atdığı düz addım sonradan yuxarıdakıların göstərişi ilə əyri ediləcək”.

Hal-hazırda üzləşdiyi problemin ədalətli həllini axtaran İsaq Həsənzadə, ümidini 03 iyun 2015-ci il tarixdə Bakı Apelliyasiya Məhkəməsinin çıxaracağı qərara yönəldib. İnanırıq ki, o, bu dəfə digər instansiya məhkəmələrindən fərqli qərar əldə edəcəyinə inanır. Və belə olan halda Azərbaycanın sivil bir dövlət olduğunu, qanunlarımızın aliliyinin varlığını, vətəndaş hüquqlarının təmin edilməsinin də canlı şahidi olacaq.



İsaq Həsənzadə

“Qafqaz Fermer Təsərrüfatı”

MMC-nin direktoru
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sahibkarlığın inkişafı günün tələbidir

    Sahibkarlığın inkişafı günün tələbidir ...

    17-10-2016, 18:07

  • 
  • Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl qoymur

    Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl ...

    3-06-2015, 12:20

  • 
  • Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl qoymur

    Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl ...

    3-06-2015, 12:19

  • 
  • Masazır sakinləri 569 saylı marşrutun sahibini “topa tutur”lar

    Masazır sakinləri 569 saylı marşrutun sahibini ...

    7-03-2018, 11:17

  • 
  • Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...

    Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - ...

    20-07-2019, 15:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu