GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

Tarix: 10-09-2015, 22:26 Bölmə :Manşet Baxış: 0
Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

Bütün bunlardan əlavə o, “kimə nə olur-olsun, mənə heçnə olmasın” yanaşmasını daim əsas tutur

Dövrü mətbuatda Gədəbəy rayonu haqda silsilə tənqidi məqalələr işıq üzü gördükcə, o zaman əksəriyyətə o da bəlli oldu ki, rayonda yaşanan acınacaqlı durumun varlığına səbəbkar, təkcə rayonun rəhbərliyi deyil, həm də digər vəzifə sahiblərinin olmasıdır. Belə vəzifə sahiblərindən biri də, rayonun Maliyyə İdarəsinin “əbədi əzəli” müdiri olan Namiq Məmmədovdur. O, Məmmədov ki, əldə etdiyimiz məlumatlara görə o, hələ bir neçə illər bundan əvvəl rayona rəhbər olmağa can atsa da, son anda arzusunu “çin” edə bilməmişdi. Elə ki, daşıdığı vəzifəsindən daha ranqlı vəzifəyə sahib olmaq istəyi baş tutur, o, yenə də maliyyə idarəsinin müdirliyi vəzifəsindən bərk-bərk yapışmağa məcbur olur.

Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

İllər uzunu daşıdığı vəzifəsinin müqabilində külli miqdarda var-dövlətə sahib olan Namiq Məmmədov, bu gün sözün həqiqi mənasında rayonda əməlli-başlıca “at” oynadır. Buna səbəb, onun geniş şəbəkəyə malik olması ilə bərabər, rayonda həm də söz sahibi olan fiqurlardan birinə çevrilməsidir. Çünki, bu günün reallığı onu söyləməyə əsas verir ki, Məmmədov soyadını daşıyan bu şəxs təkcə büdcə vəsaitlərini sağa-sola səpməklə deyil, digər maxinasiyalara da qol qoymaqda lap mahirdir. Məsələn, o, rayonun Heydər Əliyev parkında (şəkil-1) təqribən 70-80 illik şam ağaclarına qənim kəsilmiş və həmin ərazidə özünə çay evi də tikdirmişdir. Onun belə bir addımının ekologiyamıza, ətraf mühitin varlığına nə dərəcədə təsir etdiyini sadə vətəndaşlar bilməsələr də, yəqin ki, meşə təsərrüfatı sahəsində çalışan mütəxəsssislərimiz gözəl bilərlər. Belə olan halda Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseyn Bağırovun rəhbərlik etdiyi qurumun da üzərinə, çox böyük məsuliyyət yükü düşür. O, halda sual oluna bilər ki, cavabdehlik daşıyan qrum rəhbərləri ilə bərabər, rayon icra hakimiyyətinin başçısı da, maraq nə olub ki, ekologiyamızın məhvinə göz yumub? Odur ki, bu cür addımlarının həm müzakirə olunmasına, həm də araşdılmasına olduqca zərurət var.

Başqa bir məqama da toxunaq ki, uzun illərdən bəri rayonun Heydər Əliyev prospektində fəaliyyət göstərən və Gədəbəy rayon sakininə məxsus aptek, piyadaların geçib-getdiyi səkidə yerləşdiyindən, 2015-ci ildə plana düşür. Buna səbəb, rayonda aparılan təmir-bərpa işləri olur. Aptekin plana düşməsinə və sökülməsinə də əsaslar olmasına baxmayaraq, Namiq Məmmədovun məsələyə müdaxiləsi, söküntü işlərinin aparılmasının qarşısını ala bilir. Əgər əvvəllər aptekə giriş qapısı piyadaların gəlib-keçdiyi səkidən idisə, çox keçmədi ki, giriş qapısı aptekin sol baş hissəsinə dəyişdirilir. Sözsüz ki, bu zaman Namiq Məmmədovla rayon rəhbərliyinin işbirliyi daha çox önəm daşıyır.

Bir fakta da toxunaq ki, aptek sakibinə rayonda yeni inşa olunan ticarət mərkəzindən təklif olunan 55kvm-lik obyekt, çox keçmir ki, Əliyev Oqtay Qara oğlu adlı rayon sakininə, heç bir sənəd-sübut olmadan təklif olunur. Hansı ki, vaxtilə rayonun M.Quliyev küçəsində və onun tam mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 38,5 kvm-lik mağazasına, DƏDRX, Şəmkir rayon ərazi idarəsi tərəfindən 0001695 nömrəli çıxarış da verilir. Onu da qeyd edək ki, Oqtay Əliyev ticarət fəaliyyəti ilə məşğul olan zaman, hələ 16 mart 2011-ci il tarixdə sahib olduğu mağazasını “Rabitəbank”a girov qoymaqla, bankdan 50 min manat kredit pul da götürür.

Elə ki, Oqtay Əliyevə məxsus qanuni sənəd-sübutu olan obyekt, hansı ki, içərisində bir çox avadanlıqları, ayrı-ayrı firmalardan aldığı mallarla birlikdə yerlə-yeksan edilir, bu zaman bank rəhbərliyi Oqtay Əliyevə kompensasiya verilib verilməməsi barədə, ünvan üzrə sorğu məktubu göndərməyi qərara alır. İcra hakimiyyətində vəzifə sahibi olan Vüsal Musayevin imzaladığı 19 mart 2015-ci il tarixli 78 saylı cavab məktubunda bildirilir ki, “Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən Əliyev Oqtay Qara oğluna məxsus qeyri-yaşayış sahəsinin yeni inşa olunmuş ticarət mərkəzinə köçürülməsi ilə bağlı, ona heç bir kompensasiya ödənilməmişdir”.

Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

Namiq Məmmədovun qol qoyduğu əməllər içərisində, daha çox onun dövlət qurumlarında heç bir vəzifə sahibi olmayan şəxslərlə qurduğu işbirliyidir. Belə ki, redaksiyamıza daxil olan məlumatlara görə, onun tez-tez həmin şəxslərlə ziyafət məclislərində iştirak etməsi qalsın bir yana, hətta maliyyə mənbəyinə çevrilməsi də, bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Məlumatlı mənbə onu da bildirir ki, hal-hazırda Namiq müəllim rayonda qeyri-adi səlahiyyətə malik vəzifə sahibi hesab olunur. Yəni, o, rayonda kadr məsələlərini həllində birbaşa rol oynamaqla bərabər, istənilən problemli məsələlərin iştirakçısına da çevrilir.

Bütün bunlardan əlavə o, “kimə nə olur-olsun, mənə heçnə olmasın” yanaşmasını daim əsas tutur. Yəni tutaq ki, rayon rəhbərliyi haqda işıq üzü görən məqalələrdə onun da adı hallanır. Dərhal bütün imkanlarını səfərbər edən Namiq müəllim, nəyin bahasına olur-olsun adını qəzet səhifələrindən, sosial şəbəkələrdən çıxartdıra bilir.

P.S. Növbəti sayımızda Namiq Məmmədovun hansı müxalifət təmsilçiləri ilə qurduğu işbirliyindən, sahib olduğu var-dövlətin həcmindən və qol qoyduğu digər maxinasiyalarından bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləyin.

Mətləb Balakişiyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müxalifət təmsilçisinin əli, hansı məmurun cibindədir?

    Müxalifət təmsilçisinin əli, hansı məmurun ...

    27-09-2015, 16:33

  • 
  • Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

    Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə ...

    20-10-2015, 18:21

  • 
  • Samir Şərifovun başı üzərindən talanan milyonlar

    Samir Şərifovun başı üzərindən talanan milyonlar ...

    8-01-2016, 18:25

  • 
  • MTN işində Gədəbəy düyünü

    MTN işində Gədəbəy düyünü ...

    10-11-2015, 12:57

  • 
  • Cəlilabadda idarə rəisi nəinki sakinləri, hətta Heydər Əliyev Fondunu da aldada bilir - MÜDHİŞ KORRUPSİYA

    Cəlilabadda idarə rəisi nəinki sakinləri, hətta ...

    21-12-2020, 22:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu