GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Samir Şərifovun başı üzərindən talanan milyonlar

Samir Şərifovun başı üzərindən talanan milyonlar

Tarix: 8-01-2016, 18:25 Bölmə :Manşet Baxış: 0
Samir Şərifovun başı üzərindən talanan milyonlar

Azər Bayramovun, Nadir Qarayevin və Namiq Məmmədovun işbirliyi, dövlət büdcəsinin çökdürülməsində xüsusi rol oynayır
Respublikamızın qərb zonasında yerləşən rayonlardan biri olan Gədəbəyin adı, artıq uzun illərdir ki, dillər əzbəridir. Amma, bu gün bu rayonun dərdi uzun, yaraları isə sağalmazdır desək, yəqin ki, yanılmarıq. Buna səbəb, rayonda yaşanan ab-havanın varlığı, həyata keçirilən idarəçiliyin mahiyyəti, ən əsası təmiz havası, sərin suları ilə sayılıb seçilən Gədəbəyin sanki “girovluq”da saxlanmasıdır. Bəlkə də, səslənən fikrin bu cür ifadə olunmasını oxuyan hər kəs, ilk anda təəccüb içində də qalar. Amma heç də təəccüblənməyə dəyməz. Çünki, hal-hazırda Gədəbəydə elə bir maxinasiyalara, elə bir qanunsuzluqlara, elə bir müdhiş əməllərə və.s qol qoyulur ki, baş verənləri eşidib bilən hər kəs, sanki baş götürüb qaçmağa ünvan da axtarır.
Bir məqamı xüsusi qeyd etmək yerinə düşər ki, hal-hazırda Gədəbəydə vəzifə sahibi olanlar içərisində, rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun müstəsna çəkisi, baş verən proseslərə təsir edə biləcək imkanları olduqca genişdir. Buna səbəb, onun uzun müddətdən bəri gəlirli bir sahəyə rəhbərlik etməsi və külli miqdarda var-dövlətə də sahib olmasıdır. Məsələn, bu gün o, rayonun rəhbəri olmasa da, əslində icra başçısına bərabər söz sahibidir. Belə bir səbəblər üzündəndir ki, rayonda kimin hansı vəzifəni daşımasında, kimin daşıdığı vəzifəsinə “əlvida” deməsində Namiq Məmmədovun sözü, sözün həqiqi mənasında keçərli olur.
Bundan əlavə, “maliyyə şefi”nin yuxarı dairələrdə vəzifə sahibi olanlarla sıx bağlılığının olması da, ona geniş “əl-qol açmağa” imkanlar açır. Məsələn, bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev, nazir müavini Azər Bayramovun ən yaxın adamlarından biri hesab olunur və o, Bakı şəhərində olan maliyyə maxinasiyalarının hamısını, məhz Azər Bayramovun vasitəsilə həyata keçirir. Bundan əlavə Namiq Məmmədov da, Azər Bayramovun ən yaxın adamı və həmyerlisi olan vəzifə sahibidir. Məhz, belə bir bağlılığın nəticəsidir ki, onun qol qoyduğu qanunsuzluqlar heç bir halda bitib tükənmir. Buna Gədəbəydə qol qoyulan maliyyə maxinasiyalarını misal çəkə bilərik.
Ümumiyyətlə, Namiq müəllimin arxa-dayağı hesab olunan Azər Bayramov faktoru olduqca güclü faktor hesab olunur və o, bu gün özünü bir növ Ramiz Yediyarovun yerində də hiss edir. Yəqin ki, bu heç də elə-belə məsələ deyil. Əgər bu yöndə rayon sakinləri arasında müəyyən sorğular keçirilərsə, yaxud da lazımi araşdırmalar aparılsa, o halda söylədiklərimiz yəqin ki, yüz faiz təsdiqini də tapar.
Onu da qeyd edək ki, nazir müavininin yaxın dostu və həmyerlisi olan bu şəxs, həyata keçirdiyi maliyyə maxinasiyalarını əksər hallarda Azər Bayramova arxayın olaraq, çox rahatlıqla da həyata keçirə bilir. Yəni, keçirilən tender əməliyyatlarında milyon manatlarla vəsaitlər, çox zaman onlara yaxın MMC-ə köçürülür və çox keçmədən də mənimsənilir.
Bir məqamı da vurğulayaq ki, Azər Bayramova arxayın olan Namiq Məmmədov, Gədəbəyin kənd və qəsəbələrində adı olub özü olmayan mədəniyyət evlərinə, kitabxanalara və bir çox tibb məntəqələrinə büdcədən hər ay külli miqdarda maliyyə vəsaiti ayırır və həmin vəsaitləri də çox keçmir ki, şəxsi büdcəsinə “yönəldir”. Bu yöndə apardığımız müəyyən araşdırmalar zamanı o da bəlli oldu ki, rayonun kənd və qəsəbələrində elə mədəniyyət evləri, kitabxanalar, tibb məntəqələri var ki, onlar ümumiyyətlə fəaliyyət göstərmirlər.
Diqqəti o hal da cəlb edir ki, adı çəkilən qurum rəhbərlərinin çoxu, Namiq Məmmədova bu və ya digər yollarla bağlı olan şəxslərdirlər. Məsələn, buna misal olaraq Gədəbəy rayon mədəniyyət evinin rəhbəri Ramiz Məmmədovun, Namiq Məmmədovla əmioğlu olduğunu deyə bilərik. Belə bir səbəblər üzündəndir ki, bu gün də Namiq Məmmədov dövlət büdcəsindən adı olub özü olmayan qurumlara çox rahatlıqla maliyyə vəsaitlərini ayırmaqdan heç də çəkinmir. Yəqin ki, ona arxa-dayaq olan Azər Bayramov faktoru olmasa, yəqin ki, o, bu cür addımlarını heç cür ata bilməz.
“Gündəm Xəbər”ə verilən məlumatlarda o da bildirilir ki, Azər müəllim Namiq Məmmədova elə bir imkan da verib ki, o bir kimsədən ehtiyat etmədən, çəkinmədən dövlət büdcəsindəki pulları çox asanlıqla silə bilir. Onun bu cür addımları atmaqla külli miqdarda var-dövlətə sahib olması, yəqin ki, Namiq müəllimin özünü yaxın gələcəkdə icra başçısı vəzifəsinə hazırlamasıdır. Sözsüz ki, bütün bunların fonunda əksər gədəbəylilər iddia edirlər ki, Gədəbəydə yaşanan faciələrin əsas günahkarı, məhz Namiq Məmmədov faktorunun varlığıdır.
Gədəbəydə gədəbəyli sahibkarlara divan tutulur
Ümumiyyətlə, son illər bu rayonda yaşananlar daha geniş ictimai müzakirəyə səbəb olan mövzulardan birinə də çevrilib. Daha dəhşətli hal isə, əslən Gədəbəydən olan sahibkarların minbir müsibətlərlə üz-üzə qalmalarıdır ki, yaşanan problemlər də, hələ ki, sahibkarları Gədəbəylə Prezident Administrasiyası arasında qoyub. Bu haqda məlumatları “Gündəm Xəbər” çatdıran rayon sakinləri, o cümlədən Əliyeva Aybəniz Ramazan qızı da bildirir ki, “bir-iki il bundan əvvəl rayonda aparılan abadlıq işləri adı altında neçə-neçə sahibkarlara məxsus obyektlər darmadağın edildi. Müəyyən ərazilərdə təmir-bərpa işləri görülsə də, əslində atılan addımlar yeni-yeni problemlərin əmələ gəlməsi ilə də nəticələndi. Yəni, sahibkarlara məxsus obyektlər viran edildikdən sonra, onlara sahib olduqları əmlaklarının müqabilində nə obyekt verdilər, nə də ki, ödəyəcəkləri kompensasiyanı ödədilər”.
Rayon rəhbərliyinin yarıtmaz idarəçiliyindən zinhara gələn və hələ də haqqına qovuşa bilməyənlərdən biri də, yuxarıda adını qeyd etdiyimiz Əliyeva Aybəniz Ramazan qızıgilin ailəsidir. Məsələn, bir-iki gün bundan öncə o, “Gündəm Xəbər” qəzetinin redaksiyasına ünvanladığı müraciətində yazır ki, “biz bu gün ailəlikcə baş götürüb qaçmağa sanki ünvan axtarırıq. Çünki, Gədəbəydə haqq-ədalət “qeybə çəkilb”. Yəni, onu qeyd edim ki, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1998-ci il tarixli 143 saylı sərəncamı ilə həyat yoldaşım Səfərov Vaqif Qara oğluna 26 sot torpaq sahəsi verilmişdi. Həmin torpaq sahəsindən yüz maşın zibil daşıtdırıb, ətrafına 1m 70 sm hündürlüyündə hasar da çəkdirmişdik. Ərazinin içərisində 150kvm-lik obyekt də tikdirmişdik ki, həmin obyektdən də 8 ailə çörəkpulu qazanırdı. 2013-cü ildə bizə xəbər gəldi ki, icra başçısı və onun əlaltıları qanuni sənəd-sübutla sahib olduğumuz torpaq sahəsini ələ keçirmək və həmin ərazidə özlərinə yeni ticarət mərkəzi inşa etdirmək niyyətinə düşüblər. Çox keçmədi ki, sahib olduğumuz 26 sot torpaq sahəsi əlimizdən alındı və inşa etdirdiyimiz obyektimiz içərisindəki avadanlıqlarla birlikdə darmadağın da edildi. Bəhanə də onu gətirdilər ki, ərazidən yüksək gərginlikli elektrik xətləri keçir.
Təəssüf doğuran hal odur ki, rayon rəhbərliyinin qol qoyduğu qanunsuzluq əməllərindən aidiyyəti orqanlara dəfələrlə məktub və teleqrammalar vursaq da, bir kimsə üzləşdiyimiz problemin həlli ilə maraqlanmadı. Əksinə, ailəmizə olan hədələr, təhdidlər daha da çoxaldı. Vəziyyət o həddə gəlib çatdı ki, hətta oğlumuzu rayondan çıxartmağa da məcbur olduq.

Vəzifə sahibi olanlar nə Allah-Təaladan, nə də ki, qanunu aliliyindən qorxdular
Növbəti hədəf isə, şəhər 1 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyən və dörd uşaq anası olan gəlnimin işindən uzaqlaşdırılması oldu. Övladlarından biri həqiqi hərbi xidmətdə olan, başqa birisi ödənişli ali təhsil ocağında ali təhsil alan, digər ikisi isə azyaşlı və əkiz olan gəlnimin 180 manat maaşına qənim kəsilənlər, nə Allah-Təaladan, nə də ki, qanunun aliliyindən qorxdular.
Yəni, azyaşlı övladlarından biri 29 mart 2015-cil tarixdən 30 aprel 2015-ci il tarixə qədər xəstəxanada müalicə olunan gəlinim, 13 may 2015-ci il tarixdə işindən uzaqlaşdırıldı. Baxmayaraq ki, o, xəstəxanadan məktəb direktoruna lazımi arayış təqdim etsə də, icra başçısının verdiyi tapşırıq təqdim olunan arayışın əhəmiyyətini heçə endirir və gəlnim daşıdığı vəzifəsindən uzaqlaşdırılır.
Faciəli hal odur ki, gəlnimin təqdim etdiyi arayışı məktəb direktoru saxta hesab edir, arayışı təsdiq edən həkim isə, onun qanuni olduğunu isbata yetirir. Son anda o da bəlli oldu ki, təsdiq olunan bülleten saxta deyil, sadəcə olaraq belə bir yanaşma rayon rəhbərliyinin verdiyi sifarişdir”.
Bəli, bütün bunlar ucqar bir dağlıq rayonunda yaşananlardır ki, bunlar da icra başçısının həyata keçirdiyi idarəçilik nəticəsində hələ ki, yaşadılmaqdadır. Yəni, bu rayonda yalan ayaq tutub yeriyir, nahaqq haqqa qalib gəlir, vəzifə və söz sahibi olanlar imkansızları, arxa-dayağı olmayan sahibkarları gözümçıxdıya salıb minbir iztiraba təhrik edirlər. Əslində bu cür idarəçilik xalqına, dövlətinə qənim kəsilməkdən başqa bir şey deyil.
Araşdırmamız davam edəcək.

Akif Quliyev
“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə saxta media əməkdaşları peyda olub

    Gədəbəydə saxta media əməkdaşları peyda olub ...

    24-05-2015, 01:08

  • 
  • Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır

    Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır ...

    9-12-2016, 13:35

  • 
  • Gədəbəydə büdcə pullarını, kimlər hansı yollarla talayırlar?

    Gədəbəydə büdcə pullarını, kimlər hansı yollarla ...

    24-11-2016, 22:10

  • 
  • Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

    Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi ...

    10-09-2015, 22:26

  • 
  • Bərdədə həyata keçirilən idarəçilik, əksər sakinləri zülmə salır

    Bərdədə həyata keçirilən idarəçilik, əksər ...

    24-01-2017, 12:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu