GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

Tarix: 20-10-2015, 18:21 Bölmə :Manşet Baxış: 0
Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

Var-dövlətinin həcmi milyonlarla dəyərləndirilən Namiq Məmmədov, görəsən bu qədər kapitalı hansı yollarla əldə edib? Bütün bunlar korrupsiya faktı deyil, bəs nədir?

“Gündəm Xəbər” qəzeti olaraq daim ictimai həyatımızda baş verən sosial-iqtisadi problemlərin varlığına, vəzifə sahibi olan bəzi şəxslərin özbaşınalıq hərəkətlərinə, əksər hallarda isə onların daşıdıqları vəzifədən sui-istifadə etmələrinə, hətta sıravi sakinlərin pozulmuş hüquqlarının bərpasına və digər əhəmiyyət kəsb edən məsələlərin varlığına toxunmaqla, bu gün də kifayət qədər nüfuza malik mətbu orqanlardan biri hesab olunuruq. Belə bir səbəblər üzündəndir ki, geniş oxucu auditoriyasının tam əksəriyyəti, pozulmuş hüquqlarının bərpasını, məhz bu qəzetin redaksiyasında axtarır`və çox zaman ünvanımıza da üz tuturlar.

Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

Hələ qəzetimizin ötən saylarında, respublikamızın ucqar rayonlarından biri olan Gədəbəydə yaşanan çoxsaylı sosial problemlərin tüğyan etməsinə və bu rayonda ayrı-ayrı vəzifə sahiblərinin, o cümlədən rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun qol qoyduğu əksər qanunsuzluq hərəkətlərinin varlığına da toxunmuşduq. Yazıb bildirmişdik ki, maliyyə imkanlarının göstəricilərinə görə digər vəzifə sahiblərindən fərqlənən maliyyə “şef”i, bu gün Gədəbəydə əsas söz sahiblərindən biridir. Belə bir səbəblər üzündəndir ki, o, rayonda kimin hansı vəzifəni daşımasında, kimin vəzifəsi ilə vidalaşmasında və.s kifayət qədər təsir imkanına malik olduğundan, demək olar ki, tam əksəriyyət onunla hesablaşmağa məcbur olur.



Bir faktı qeyd edək ki, Namiq Məmmədov Gədəbəy rayon Maliyyə İdarəsinə uzun illərdir ki, rəhbərlik edir. Belə bir amilin varlığı da, məhz onun milyonçu şəxslərdən biri olmasına imkanlar açıb. Adicə bir məqama diqqət yetirək ki, hələ bir neçə il bundan əvvəl Gədəbəydə müxalifətçilərin əsas dayaq sütünlarından hesab olunan mərhum Əli Abdullayevə məxsus obyekt, icra hakimiyyəti başçısının verdiyi tapşırıq əsasında uçurulur. Atılan belə bir addımdan sonra, Əli Abdullayevin apardığı haqlı mübarizənin nəticəsi o olur ki, icra başçısının tapşırığı ilə rayonun Heydər Əliyev prospektində, ona yeni bir obyekt də tikilir.

Rayondakı məlumatlı mənbə onu da bildirir ki, hələ Əli Abdullayev sağ ikən, sən demə ona tikilmiş obyektə Namiq Məmmədov kənardan-kənara göz dikir. Elə ki, o, dünyasını dəyişir, həmin andan da bir çox proseslər cərəyan etməyə başlayır. Yəni, çox keçmir ki, inşaası başa çatdırılmış obyekt icra hakimiyyəti tərəfindən satışa çıxarılır və ilk olaraq qeyd olunan obyekt, Məzahir adlı şəxsə 100 min manata təklif olunur. Bir qədər söz-söhbətdən sonra o, belə bir xəbər əldə edir ki, ona təklif olunan obyekt mərhum Əli Abdullayevə verilmək üçün tikilən obyektdir. Dərhal Məzahir adlı şəxs, qeyd olunan obyekti almaq fikrindən “vaz keçir”. Bu şəxsin belə bir yanaşmasının varlığına baxmayaraq, yaranmış fürsətdən yararlanmağa qərar verən Namiq Məmmədov, əldə etdiyimiz məlumatlara görə qeyd olunan obyekti çox keçmir ki, 65 min manata ələ keçirə bilir və onu özünə yaxın bir xanımın adına da sənədləşdirir. Bu gün birbaşa olmasa da, dolayısı yolla həmin obyektə sahiblik edən maliyyə “şef”inin, hal-hazırda ələ keçirdiyi obyekti 500 manata icarəyə verdiyi də bildirilir. Baxmayaraq ki, icarəyə verilən obyektin girişində “Uşaq Yaradıcılıq Mərkəzi” lövhəsi asılıb.

Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

Onu da qeyd edək ki, rayonun Heydər Əliyev adına istirahət parkındakı çay evi Namiq Məmmədova məxsus olsa da, o, həmin çay evini də hələlik adını çəkmədiyimiz başqa bir bəyin adına sənədləşdirib. Bütün bunlar da onu göstərir ki, rayonun maliyyə idarəsinə rəhbərlik edən

bu şəxs, ələ keçirdiyi obyektləri özünə yaxın şəxslərin adına sənədləşdirir və bu gün kifayət qədər kapitala malik olan şəxslərdən biri də hesab olunur.

Namiq Məmmədovla bağlı başqa bir məlumatı da əldə etməyimiz, bu gün də bizi olduqca təəccübləndirməkdədir. Məsələn, mərhum Əli Abdullayev 08 sentyabr 2013-cü il tarixdə facebook səhifəsindəki statusunda yazır ki, “Bakı şəhərinin Səfər Əliyev küçəsində, bir qədər də dəqiq desək Çin Xalq Respublikası səfirliyinin yaxınlığında, “Qağayi”MMC-nin inşa etdiyi 18 mərtəbəli üç binadan birinin bir bloku, yəni 72 mənzil Namiq Məmmədov tərəfindən nağd pulla alınır. Bu da on milyonlarla manat pul deməkdir. Elə ki, bu məsələ barədə xəbərdar olduğumu maliyyə “şef”i bildi, çox keçmədi ki, yüksək çinli vəzifə sahibinin xahişi ilə mən, Namiq Məmmədovla görüşməli oldum. Söhbət əsnasında o, məni xəbərdar etdi ki, “sən bu söhbəti heç kimə demə, bütün mətbuatı ələ almışam, odur ki, əbəs yerə də zəhmət çəkmə” deməsindən sonra, ona cavab olaraq bildirdim ki, mən nəinki səni, hətta bu ölkəni talayan hər kəsi həyatımın bahasına olsa belə, ifşa etməyə çalışacağam. Əgər mənim, yaxud da ailəmin başına bir iş gələrsə, o halda məsuliyyət Məmmədov Namiq İsfəndiyar oğlunun və əmisi oğlu olan Ramiz Məmmədovun üzərində qalacaq”.

Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

Bəli, bütün bunlar mərhum Əli Abdullayevin 08 sentyabr 2013-cü il tarixdə facebook səhifəsindəki statusunda yazdığı fikirləridir ki, biz də belə bir açıqlamanı, həmin statusa əsaslanaraq yaymağa qərar verdik.

Ümumiyyətlə, Namiq Məmmədovun rəhbərlik etdiyi qurumda uzun illərdir ki, rəhbər vəzifəni daşıması da, daha çox diqqəti cəlb etməkdədir. Məsələn, o, ələ keçirdiyi kapitalının müqabilində nəinki Gədəbəy rayonu ərazisində, hətta başqa-başqa ünvanlarda da xeyli sayda obyektlərə sahiblik edir. Məsələn, paytaxt Bakımızın “Ukraina Dairəsi” adlanan əraziyə yaxın yerdəki obyekti də, qeyd olunan obyektlərindən biridir.

Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

Namiq Məmmədovla bağlı başqa bir məqama da toxunaq ki, onun adı hansısa mətbu orqanda hallanarsa, dərhal o, lazım olan imkanlarını səfərbər edir və tez bir zamanda onun qarşısını almağa da çalışır. Düzdür, belə olan halda maliyyə “şef”inə bəzi KİV nümayəndələrinin yetərincə dəstək verməsi də, danılmaz həqiqətlərdən birinə çevrilir. Amma, rayonun bugünkü rəhbərliyi ilə bağlı dərc olunan tənqidi açıqlamaların qarşısını almağa heç cür cəhd göstərməyən, bəzi hallarda isə, işıq üzü görən açıqlamalara dolayısı yollarla dəstək verən bu şəxsin yanaşması, hələ ki, bizi də çaşbaş qoymaqdadır. Çünki, eşidib bildiyimiz və əksəriyyətin də qəbul etdiyi bir həqiqət var ki, rayonun maliyyə idarəsinə rəhbərlik edən şəxs, həmişə icra başçısı vəzifəsini daşıyan şəxsin “sağ əl”i hesab olunub. Vər hər iki vəzifə sahibinin, eyni komandanın üzvü olduğu da bildirilib. Bu belə olduğu halda, görəsən Namiq Məmmədovun ikili oyun oynamasına nə ad vermək olar? Odur ki, sualı bizdən, cavabı isə......

Araşdırmalarımız davam edəcək.

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ağstafadakı vəzifə sahibinin “müəmmaları”

    Ağstafadakı vəzifə sahibinin “müəmmaları” ...

    7-03-2017, 19:24

  • 
  • Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

    Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi ...

    10-09-2015, 22:26

  • 
  • Gədəbəydə sahibkara “kəfən tikilib!”

    Gədəbəydə sahibkara “kəfən tikilib!” ...

    8-01-2016, 18:26

  • 
  • Sadalanan faktlar, heç də həqiqəti əks etdirmirmiş

    Sadalanan faktlar, heç də həqiqəti əks etdirmirmiş ...

    16-10-2015, 12:01

  • 
  • "Gündəm Xəbər"in çapına da “əl qoydular”

    "Gündəm Xəbər"in çapına da “əl qoydular” ...

    7-01-2018, 16:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu