GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Müxalifət təmsilçisinin əli, hansı məmurun cibindədir?

Müxalifət təmsilçisinin əli, hansı məmurun cibindədir?

Tarix: 27-09-2015, 16:33 Bölmə :Manşet Baxış: 0
Müxalifət təmsilçisinin əli, hansı məmurun cibindədir?

Müxalifət liderləri bu cür əqidə sahibi olan kadrları ilə hara gedirlər və yaxud da hara qədər gedə biləcəklər?

Gədəbəyin problemlərindən bəhs olunduqca, daha çox sadə insanların olmazın rəzalətlə üz-üzə qalmalarına səbəb olan amillər tüğyan etdikcə, o halda bilib başa düşmək gərəkdir ki, belə bir problemlərin əmələ gəlməsində rayon rəhbərliyi ilə bərabər, digər vəzifə sahibləri də ciddi məsuliyyət daşıyırlar.

Hələ ötən saylarımızda rayondakı çoxsaylı problemlərin varlığından bəhs etmişdik. Yazıb bildirmişdik ki, Gədəbəydə ümumi vəziyyətin acınacaqlı duruma düşməsində, rayonun maliyyə idarəsinin müdiri Namiq Məmmədovun da xüsusi rolu olur. Əslinə baxsan bu gün o, rayonun vəzifə sahibləri içərisində əsas söz sahiblərindən birinə çevrilib.

Namiq Məmmədov niyə söz sahibidir?

Çünki, Gədəbəydə kimin hansı vəzifəni daşımasında, kimin daşıdığı vəzifəsinə “əlvida” deməsində, kimin məktəb direktoru və yaxud da körpələr evinə rəhbər təyin olunmasında və.s kimi məsələlərin həllində, Namiq Məmmədov əsas söz sahibi olur.

Onun rayonun əsas gəlir gətirən idarə, müəssisə, təşkilat rəhbərləri ilə, xüsusilə də Gədəbəy rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və baş mühasibi ilə həyata keçirdiyi maliyyə mənimsəmələrindən, hələ ki, geninə-boluna danışmaq niyyətində deyilik. Danışacağımız söz yalnız o olacaq ki, xəstəxanada baş mühasib vəzifəsini daşıyan Səkinə xanımın ali təhsili olmasa da, o, bu gün də Namiq Məmmədovun dəstəyindən yararlanır və xəstəxanada əməlli-başlıca “qaz vurub qazan doldurur”. Əgər bu belə olmasaydı o, o halda aldığı əmək haqqı ilə sahib olduğu var-dövlətə necə yiyələnərdi?

Baş mühasibin ali təhsil problemi

Rayondakı mənbə onu da bildirir ki, Səkinə xanım baş mühasib olsa da, əslində o, xəstəxanada geniş səlahiyyət sahibi kimi də tanınır. Belə bir halın bir çox özəllikləri var ki, o da ortada Məmmədov faktorunun varlığıdır. Hələ bunlar azmış kimi Namiq Məmmədovun kadrlarından biri hesab olunan və bu gün şəhər icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramovun da himayə olunması, əsas müzakirə mövzularından biridir. Çünki, o, vaxtilə rayonun su-kanal idarəsində müdir vəzifəsini daşıyarkən, maliyyə şefinə söykənməklə idarənin həyətində heç bir sənəd-sübutu olmadan, özünə fərdi yaşayış evi də tikdirib. Əldə etdiyimiz məlumatlara görə, Şahbaz Bayramov bu gün də həmin evdə ailəlikcə yaşayır. Baxmayaraq ki, rayon əhalisinin içməli su ilə təminatının həyata keçirən hovuz, onların yaşadığı evdən təqribən 5-10 metr aralı məsafədə yerləşir.

Məmmədov-Bayramov ittifaqı sarsılmaz gücə çevrilib?

Diqqəti cəlb edən problemlərdən biri də, rayonun mərkəzi hissəsinin gecə saatlarında zülmətə qərq olmasıdır. Çünki, verilən məlumatlarda o da bildirilir ki, Məmmədov-Bayramov ittifaqının qüdrəti, məhz Gədəbəyin zülmətə qərq olmasına

səbəb olan əsas səbəblərdəndir. Belə bir fikri ehtimal edənlər də var ki, şəhər təsərrüfatının işıqlandırılması məqsədilə ayrılan vəsaitlərdən təyinatı üzrə düzgün istifadə olunmur. Məhz, ona görə ki, həmin vəsaitlərin çox hissəsi Namiq Məmmədova məxsus obyektlərin elektrik enerjisi ilə fasiləsiz təminatına yönəldilir.

Şahbaz müəllimin qüdrəti təkcə belə addımları atmaqla yekunlaşmır. Məsələn, əslən Gədəbəy rayonundan olan Əliyev Oqtay Qara oğlu da bildirir ki, “mənə məxsus obyekt rayon rəhbərliyinin qanunsuz göstərişi ilə yerlə-yeksan edilərkən, yenə də əsas rolu Şahbaz Bayramov oynadı.

Şəhərin meri sahibkarın əmlakını necə ələ keçirib?

Çünki, o, şəhər təsərrüfatının balansında olan ağır texnikanı həmin obyektin söküntüsünə yönəldir və söküntü işlərinin təhlükəsizliyini təmin etmək üçün, polis qüvvəsindən də ustalıqla yararlanmağı bacarır. Təəccüb doğuran hal o olur ki, Oqtay Əliyevə məxsus obyekti sökdürərkən o, bir çox halları nəzərə almır. Yəni fikirləşmir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxs malları ayrı-ayrı firmalardan nisyə alıb, həmin malların da pulları ödənilməlidir”.

Rayonda Namiq Məmmədovun söz sahibi olmasını, həm də onun yaxın qohumu olan Ramiz Məmmədova yaratdığı imkanlarla bağlayanlar da var. Çünki, bir neçə il bundan əvvəl, təhsil şöbəsində rayonun mədəniyyət şöbəsinə “transfer” olan Ramiz müəllim, bu gün sözün həqiqi mənasında mədəniyyətimizi “mədəni” qaydada yaşatmaqdadır. Məsələn, məlumatlı mənbə bildirir ki, rayonda mədəniyyətimizin inkişafı naminə büdcədən təqribən 3 milyon manat vəsait ayrılaraq “Yaşıl Teatr”, “Aşıqlar Evi” tikilsə də, nədənsə hələ də mədəniyyətimizi yaşatmaq mümkün deyil.

Namiq müəllimin rolu və Gədəbəy mədəniyyətinin görünən tərəfi

Buna səbəb, “Aşıqlar Evi”nin ştat cədvəlində adı gedən aşıqların Bakıdakı kafe və çayxanalarda, Rusiyanın müxtəlif guşələrində və digər ünvanlarda aşıqlıq etmələridir. Onların adına yazılan əmək haqqları isə, Ramiz müəllimin sol cibinə daxil olmasa da, yüz faiz müəyyən etmək olar ki, sağ cibinə daxil olur. Rayonun Maarif kənd kitabxanasının şəxsi evdə yerləşməsinin isə, müəyyən mənada rəmzi mənası var. Zəhmət kənd musiqi məktəbinin musiqisiz qalması isə, bütün musiqişünasları sanki lərzəyə gətirməkdədir. Şınıx kənd musiqi məktəbinin və mədəniyyət evinin ştat cədvəli üzrə çalışan işçisinin aylarla Bakıda olması da, Ramiz müəllimin mədəniyyətimizə bəxş etdiyi “töhfələr”dəndir.

İcra nümayəndəsinin təyinatı Namiq müəllimin qüdrətinin isbatıdır

Namiq müəllimin 2013-cü ildə Gədəbəyin Saratovka kəndinə təyin etdirdiyi Hüseyn adlı icra nümayəndəsi də, sözün həqiqi mənasında onun hansı qüdrətə malik olduğunu bir daha isbat etmiş olur. Yəni, Hüseyn müəllim vaxtilə rayonun Arqıran kəndi üzrə icra nümayəndəsi olduğu vaxt, işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılsa da, bu gün daha böyük bir kənddə icra nümayəndəliyi edir. Və sözünün, hər kəlməsinin qabağına da bir kimsə keçə bilmir. Çünki, o, icra nümayəndəliyində

“daşdan da” pul çıxarmağı bacarır. Ələlxüsus, arayış məsələləri onu olduqca zənginləşdirir.

Yediyarovla isti münasibət, Namiq Məmmədovun söz sahibliyinə imkanlar açıb

Bəli, bütün bunlardan sonra kim deyə bilər ki, Namiq Məmmədov Gədəbəydə ciddi fiqura çevrilməyib. Əldə etdiyimiz məlumatlara görə onun belə bir söz sahibinə çevrilməsinin kökündə, vaxtilə 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi olmuş və bu gün isə Gədəbəyə rəhbərlik edən Ramiz Yediyarovla, uzun illəri əhatə edən isti münasibətinin varlığıdır. Çünki, verilən məlumatlarda o da bildirilir ki, hər iki vəzifə sahibi hələ Ramiz Yediyarov idarə rəisi vəzifəsini daşıyarkən, çoxsaylı maliyyə əməliyyatları keçirməklə, külli miqdarda mənimsəmələrə qol qoyurlar. Vaxtilə atdıqları addımlar, bu gün hər iki vəzifə sahibini bir-birinə yaxınlaşdırmaqdadır. Bu gün rayonda fəaliyyət göstərən “Texnika Bank”ın, “Zəka” Uşaq Hazırlıq məktəbinin Namiq Məmmədova məxsus olması, heç də elə-belə məsələ deyil.

Namiq Məmmədovu müxalifətə bağlayan tellər

Qəzetimizin ötən saylarında yazıb bildirmişdik ki, Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri olan Namiq Məmmədov, rayondakı müxalifət təmsilçisi ilə işbirliyi qurur və həmin şəxsin maliyyə mənbəyinə də çevrilir. Hətta bu haqda qəzetimizin 11-17 sentyabr 2015-ci il tarixli sayının 4-cü səhifəsində anons da dərc etmişdik.

İndi isə verilən məlumatın tam açıqlamasını diqqətinizə çatdırırıq. Namiq Məmmədov vaxtilə KXCP Ali Məclisinin üzvü və partiya sədrinin qərb zonası üzrə müşaviri olmuş, mərhum Əli Abdullayevlə işbirliyi qurmaq üçün mümkün variantlardan istifadə etməyə çalışıb. Bu zaman Əli Abdullayev heç bir işbirliyinə qol qoymayıb və edilən hər bir təklifdən də imtina edib. Səbəbini də onunla əsaslandırıb ki, rayon rəhbərliyi idarəetməni bildiyi qaydada həyata keçirir, sadə vətəndaşların təklif və rəylərini nəzərə almır, hətta onlar üçün ciddi problemlər də yaratmaqla məşğul olur. Beləliklə müxalifət təmsilçisi Əli Abdullayev yerlərdə idarəetməni həyata keçirənlərin iç üzünü açır, hətta onları tənqid etməkdən belə çəkinmir.

Belə bir yanaşmanın varlığını gördükdə isə, istər rayon rəhbərliyi, istərsə də əsas söz sahiblərindən biri olan maliyyə “bos”u Namiq Məmmədov, Əli Abdullayev qarşı hücuma keçib, ona məxsus obyekti yerlə-yeksan edirlər. Və nəticə o olur ki, baş verən problemin araşdırılması Azərbaycan məhkəmələrində deyil, Avropa Məhkəməsində araşdırılır.

Mərhum Əli Abdullayevlə çiyin-çiyinə mübarizə aparan, hal-hazırda isə KXCP Gədəbəy rayon şöbəsinə sədrlik edən Ceyhun Səfərovla, Namiq Məmmədovun işbirliyi qurmasına bəs səbəb nə olur? Əldə etdiyimiz məlumatlara görə, müxalifət təmsilçisi Ceyhun Səfərov nə vaxt Bakıya gəlirsə, mütləq tanıyıb bildiyi qəzetlərdə Gədəbəy rayon rəhbərliyi haqda tənqidi məqalələr dərc etdirir. Elə ki, o, rayona qayıdır, çox keçmir ki, Namiq Məmmədovla görüşüb yarımçıq qalmış bəzi məsələləri birlikdə müzakirə də edirlər. Hətta, çox zaman “prestijnı” yeməkxanalarda məclis də qururlar. Bunun da səbəbi o olur ki, Ceyhun Səfərovun daşıdığı informasiyalar əsasında, Gədəbəy rayon rəhbərliyi barəsində dərc olunan məqalələrdə heç zaman

Namiq Məmmədovun adı çəkilmir. Yəni, Namiq Məmmədov da “kimə nə olur olsun, mənə heç nə olmasın” yanaşmasını ortaya qoyur.

KXCP təmsilçisinin əli, hansı məmurun cibindədir?

Belə bir xidmətin nəticəsi o olur ki, Namiq Məmmədovun tapşırığı əsasında rayonun mərkəzi xəstəxanası, təhsil və mədəniyyət şöbələri, hər ay Ceyhun Səfərova əldə etdikləri qazancdan bir qədər pay verirlər. Hələ bu azmış kimi, rayonun Heydər Əliyev prospektində, yəni bir və iki nömrəli binaların yaxınlığındakı zirdzibillik təmizlənir və 4 sot torpaq sahəsi ona hədiyyə də edilir. Maraqlı hal o olur ki, şəhər təsərrüfatına rəhbərlik edən Rauf Səfərov, qeyd olunan ərazini təmizlətdirərkən bina sakinləri “buranı nə üçün təmizləyirsiniz” deyə sual edirlər. Ümumi vəziyyətdən çıxmağa çalışdıqda isə o, belə bir cavab verir ki, “gələcəkdə bu yerdə mərasim zalı tikdirəcəyik” deməklə, sakinləri əməlli-başlıca aldada bilir.

Elə ki ərazi təmizlənir, dərhal şəhər bələdiyyəsinin sədri Zülfüqar Yusifova lazımi tapşırıq verilir ki, 4 sotluq torpaq sahəsi Ceyhun Səfərovun adına sənədləşdirilsin. Verilən məlumatda o da bildirilir ki, sənədləşmə bələdiyyə tərəfindən həyata keçirildikdən sonra, həmin yeri o, Elmira adlı xanıma 12 min manata satır. Amma, çox keçmir ki, hər iki şəxs arasında əməlli-başlıca mübahisə başlayır. Çünki, Ceyhun Səfərovun satdığı torpaq sahəsinin “kupça”sı olmur.

Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, qeyd olunan ərazinin dolayısı yollarla satılması, hər iki bina sakinlərini əməlli-başlıca hövsələdən də çıxarır. Buna səbəb, bina sakinlərinin zibillik kimi istifadə etdikləri ərazinin həm zəbt olunması və həm də 4 sotluq torpaq sahəsini alan qadına, yol açılması üçün yaxınlıqdakı bulağın ləğv edilməsi zərurətinin yaranmasıdır.

Bütün bunlardan sonra yəqin ki, hər kəs biləcək ki, Namiq Məmmədovun müxalifət təmsilçisinə “əl” uzatmasının səbəbi nədir və onları birbirinə hansı tellər bağlayır? Hal-hazırda 103 saylı Gədəbəy seçki dairəsindən KXCP namizədi olaraq namizədliyini irəli sürən Ceyhun Səfərov, bu gün ictimaiyyətə bildirmək istəyir ki, mən müxalifəti təmsil edirəm. Əgər bu belədirsə, görəsən o halda partiyanın sədri Mirmahmud Mirəliolğlu, belə bir kadrları ilə hara qədər gedə biləcək? Yaxud da, gedə biləcəkmi? Bu və ya digər məsələlərlə bağlı Mirmahmud Mirəlioğlunun mövqeyini də öyrənməyə çalışacağıq.

P.S. Növbəti sayımızda əldə etdiyimiz digər məlumatların açıqlamasını, çoxsaylı oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq.

“Gündəm Xəbər”

Müxalifət təmsilçisinin əli, hansı məmurun cibindədir?

Müxalifət təmsilçisinin əli, hansı məmurun cibindədir?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

    Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi ...

    10-09-2015, 22:26

  • 
  • Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

    Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə ...

    20-10-2015, 18:21

  • 
  • Gədəbəydə sahibkarlar icra başçısının əməllərindən təngə gəliblər

    Gədəbəydə sahibkarlar icra başçısının ...

    8-02-2016, 21:32

  • 
  • Namiq Məmmədov Gədəbəyi faciyələr diyarına çevirib

    Namiq Məmmədov Gədəbəyi faciyələr diyarına çevirib ...

    17-09-2015, 15:54

  • 
  • Samir Şərifovun başı üzərindən talanan milyonlar

    Samir Şərifovun başı üzərindən talanan milyonlar ...

    8-01-2016, 18:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu