GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət daxilində qarşıdurmalar pik həddə

Hakimiyyət daxilində qarşıdurmalar pik həddə

Tarix: 17-02-2013, 12:06 Bölmə :Manşet Baxış: 13 087
Hakimiyyət daxilində qarşıdurmalar pik həddə

İqtidarda bir-biri ilə qarşıdurmada olan məmurlar kifayət qədərdir

Azərbaycan hakimiyyətində regional qrupların üz-üzə gəldiyi artıq sirr deyil. Dəfələrlə hakimiyyəti təşkil edən xüsusilə iki regional qrupun - “Qərbi Azərbaycan” və “Naxçıvan” klanları arasındakı ziddiyyətlərdən yazılıb. İlham Əliyevin hakimiyyəti illərində bu sıraya yeni bir regional qrup da qoşulub - “Bakı” klanı. Lakin monolit olduğu iddia edilən hakimiyyətdə ziddiyyətlər yalnız regional qrupların qarşıdurması ilə məhdudlaşmır. İqtidarda fərdi ziddiyyətlər var. Yəni, eyni klanda təmsil olunan iki məmurun bir-birilə didişməsi barədə faktlar da mövcuddur. Bu yazıda da məqsədimiz hansı məmurların konfliktdə olduğunu və bunun səbəblərini oxucularını diqqətinə çatdırmaqdır. Beləliklə, başlayaq Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdən.

Ramiz Mehdiyev hansı məmurlarla yola getmir?

PA rəhbərinin yola getmədiyi məmurlardan ən əsası təhsil naziri Misir Mərdanovdur. Onların arasındakı ziddiyyətlər sırf regional amillə bağlıdır. Qərbi Azərbaycan klanını nümayəndəsi olan Misir Mərdanovun təhsil sahəsinə rəhbərliyi Ramiz Mehdiyevin ürəyincə deyil. Doğrudur, Misir Mərdanov sabiq səhiyyə naziri Əli Insanovla, prezidentin işlər idarəsinin müdiri Akaf Muradverdiyevin həbsindən sonra zəif duruma düşən Qərbi Azərbaycan klnanının “dilsiz” təmsilçisidir. Amma hər bir halda Ramiz Mehdiyev onun təhsil kimi strateji, eyni zamanda gəlirli bir sahəyə rəhbərlik etməsini dözümlü yanaşa bilmir.
Ramiz Mehdiyevin qarşıdurmada olduğu başqa bir məmur Bakı meri Hacıbala Abutalıbovdur. PA rəhbərinin merə düşmən münasibət bəsləməsinin tarixçəsi barədə “Azadlıq”ın ötən saylalarında yazmışıq. Bir daha oxucuların diqqətinə çatdıraq ki, Ramiz Mehdiyevin Hacıbala Abutalıbova mənfi münasibəti vaxtilə merin PA rəhbərinə yaxın bir şəxsin Fəxri Xiyabanda dəfn olunmasına qarşı çıxması olub. Bu hadisə Heydər Əliyevin dönəmində baş verib.
PA rəhbəri ilə aralarında ziddiyyət olan daha bir məmur fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Hər iki məmurun hakimiyyətdəki “Naxçıvan” klanına daxil olmasına baxmayaraq münasibətləri ürəkaçan deyil. Bəzi məlumatlara görə, ziddiyyətlərin kökündə hakimiyyətdə qeyri-rəsmi ikinci şəxs olmaq iddiası dayanır.
Ramiz Mehdiyev nəqliyyat naziri Ziya Məmmədovdan xoşlanmır. PA rəhbərinin nəzarətində olan rəsmi və hakimiyyətyönlü qəzetlərdə vaxtaşırı nəqliyyat nazirinin tənqid edilməsi də bu faktı təsdiq edir. Ramiz Mehdiyev-Ziya Məmmədov qarşıdurmasının səbəbi isə ikincinin Paşayevlərə sığınması ilə əlaqələndirilir.
Ilham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla PA-nın şöbə müdiri Zeynal Nağdəliyev də Ramiz Mehdiyevin yola getmədiyi məmurlar sırasındadır. Bunun səbəbi hər iki məmurun PA rəhbərinin postuna iddia etməsilə bağlıdır.

Kəmaləddin Heydərovun “qara siyahısı”nda olanlar

İqtidardakı başqa bir güclü fiqur Kəmaləddin Heydərovun da qarşıdurmada olduğu məmurlar kifayət qədərdir. Onunla Ramiz Mehdiyev arasındakı ziddiyyətlər barədə artıq məlumat verdik. Kəmaləddin Heydərovun yola getmədiyi başqa bir məmur kənd təsərrüfatı naziri Ismət Abbasovdur. Əksər dövlət qurumlarını nəzarətinə alan “fövqəlnazir” Kənd Təsərrüfatı Nazirliyinə də göz qoyub. Bəzi məlumatlara görə, Kəməladdin Heydərov həmin posta deputat Eldar Ibrahimovu təyin etdirmək istəyir. Bu iddia Ismət Abbasovla onun münasibətlərində gərginlik yaradıb. Hətta bu barədə “WikiLeaks”ın yaydığı məxfi sənədlərdə də bəhs edilirdi.
“Fövqəlnazir”in daxili işlər naziri Ramil Usubovla da münasibətləri yaxşı deyil. Səbəb Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla daxili işlər nazirinin cangüdəni Kandaurov arasında bir neçə il əvvəl baş vermiş silahlı insidentdir. Hər iki nazir hələ də həmin hadisəni unuda bilmirlər.
Bəzi məlumatlara görə, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov da Kəmaləddin Heydərovun “qara siyahı”sında olan şəxslərdəndir. Hətta iddia edilir ki, bir neçə il əvvəl Bəylər Əyyubov Kəmaləddin Heydərovun üzərinə silah çəkib.

Ziya Məmmədovun düşmənləri kimdir?

Nəqliyyat naziri Ziya Məmmədov konfliktdən qaçan insan kimi xarakterizə edilsə də, onun da vuruşduğu məmurlar var. Bu sırada ilk olaraq Kəmaləddin Heydərovun adını çəkmək olar. Onların savaşının kökündə iqtisadi maraqların toqquşması dayanır.
Müdafiə naziri Səfər Əbiyev də Ziya Məmmədovun qarşıdurmada olduğu məmurlardan biridir. Səbəb çox sadədir. Səfər Əbiyev nəqliyyat nazirinin qudası, keçmiş baş hərbi komissar Əliağa Hüseynovun “vurulmasında” mühüm rol oynayıb. Ziya Məmmədovla Ramiz Mehdiyev arasında konflikt barədə yuxarıda məlumat verdik.
Eldar Mahmudov kimlərlə intriqa aparır?
Milli təhlükəsizlik naziri Eldar Mahmudov da hakimiyyətdaxili intriqalardan kənarda deyil. Onun əzəli rəqibi daxili işlər naziri Ramil Usubovdur. Səbəbini izah edək. Eldar Mahmudov vaxtilə DIN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi vəzifəsində çalışıb. Sonradan Ramil Usubovun əmrilə sərəncama götürülüb. Milli təhlükəsizlik naziri olana qədər sərəncamda qalıb. 2004-cü ildə MTN-nin rəhbərliyinə gətirilib. Fəaliyyətində Ramil Usubovdan qisas almağa da yer ayırıb. Və ən daxili işlər nazirinə ən böyük zərbəni “Qara Kəmər” əməliyyatı ilə vurub. Hacı Məmmədovun həbsi Ramil Usubovla Eldar Mahmudovun münasibətlərini daha kəskinləşdirib. Bəzən qarşıdurma açıq müstəviyə keçib.
Bəzi məlumatlara görə, Eldar Mahmudovun ədliyyə naziri Fikrət Məmmədovla münasibətləri ürəkaçan deyil. Bunun kökündə isə MTN-nin həbsxanalara nəzarəti dayanır. Eldar Mahmudov bu səlahiyyətindən istifadə edərək Fikrət Məmmədovun işinə müdaxilələr edir, bu isə ədliyyə nazirinin narazılığına səbəb olur.

Ramil Usubovla Bəylər Əyyubovun qan davası

Daxili işlər naziri Ramil Usubovun Kəmaləddin Heydərov və Eldar Mahmudovdan başqa daha bir güclü rəqibi Bəylər Əyyubovdur. Onların münasibəti düşmənçilik səviyyəsindədir və aralarında “qan davası var” demək daha doğru olar. Bir neçə il əvvəl Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovla Ramil Usubovun kürəkəni Kamran Xankişiyev silahlı insident baş verib. Robert Əyyubov Kamran Xankişiyevə atəş açaraq onu ağır yaralayıb. Hadisə Yasamal ərazisində fəaliyyət göstərən və “Opera” adlanan kafedə baş verib. Məhz bu hadisə iki generalı qatı düşmənə çevirib. Amma bu düşmənçilik hazırda dondurulmuş vəziyyətdədir. Məlumatlara görə, Ilham Əliyevin cangüdəni “Qara Kəmər” əməliyyatında daxili işlər nazirinin həbsinin qarşısını alıb. Bildirilir ki, martın 10-da keçirilən əməliyyatın səhəri günü Ramil Usubovun həbsi planlaşdırılırmış. Hətta bununla bağlı sanksiya da olub. Ilham Əliyev həmin vaxt ölkədə deyilmiş. Ramil Usubovla eyni komandada təmsil olunan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Ilham Əliyevlə əlaqə saxlayaraq bu həbsin qarşısını almağa çalışıb. Həmin vaxt ölkə başçısı ilə əlaqə Bəylər Əyyubovun vasitəsilə baş tutub. Ramiz Mehdiyev əvvəlcə Bəylər Əyyubovla danışıb. Ramiz Mehdiyev məsələdən xəbərdar olan Bəylər Əyyubovu Ramil Usubovun həbsinə ehtiyac olmadığını inandıra bilib və onunla Ilham Əliyev arasında əlaqə yaratmasını xahiş edib. Bəylər Əyyubov Ramiz Mehdiyevin xahişini yerə salmayıb və ölkə başçısını PA rəhbərilə calaşdırıb. Bu söhbət hakimiyyətdə çoxlarına bəllidir. Hətta indi də yeri düşəndə hakimiyyətdə deyirlər ki, Bəylər Əyyubov Ilham Əliyevlə Ramiz Mehdiyev arasında əlaqə yaratmasaydı Ramil Usubovun həbsinin qarşısını almaq mümkün olmayacaqdı. Məlumatlara görə, Ramil Usubov da Əyyubovun bu jestini unutmayıb.

Paşayevlərlə Ramiz Mehdiyev arasında olan qarşıdurma

Göründüyü kimi iqtidar daxilində qruplararası savaş nəzarətdən çıxıb. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videolardan və verdiyi açıqlamalardan sonra hakimiyyət daxilində dərinləşən ziddiyyətlər elə bir həddə çatıb ki, bütövlükdə iqtidarın çökməsi təhlükəsi yaranıb.
Mənbə bildirib ki, hələ Elşad Abdullayevin videolardan bir müddət əvvəl 2013-cü il prezident seçkisinə münasibətdə hakimiyyətdə əsasən iki qrup Paşayevlər və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi Naxçıvan qruplaşması arasında konflikt yaranmışdı. Və bu ziddiyyətlər getdikcə dərinləşdirdi. Elşad Abdullayevin videoları isə odun üzərinə benzin tökmək effektini verdi. Sabiq rektorun açıqlamalarında əsasən Ramiz Mehdiyevi ittiham etməsi Paşayevlər üçün göydəndüşmə fürsət oldu. Hakimiyyətdəki ikinci soyad prosesdən öz nəfinə faydalanmaq üçün səylərini əsirgəmədi. Bu isə qarşı tərəfin müəyyən tədbirlər görməsinə və bununla da ziddiyyətlərin alovlanmasına səbəb oldu. Mənbə bildirib ki, xüsusilə Ramiz Mehdiyevin Elşad Abdullayevlə bağlı son açıqlamasından sonra vəziyyət nəzarətdən çıxıb. Söhbət PA rəhbərinin Elşad Abdullayevi milli təhlükəsizlik naziri Eldar Mahmudovun xahişi ilə qəbul etməsi barədə açıqlamasından gedir. Doğrudur, Ramiz Mehdiyev həmin açıqlamada ad çəkməmişdi. Eldar Mahmudovun adını Elşad Abdullayev PA rəhbərinin açıqlamasına aydınlıq gətirərkən çəkib. Bildirib ki, Ramiz Mehdiyevdən onu qəbul etməsini məhz MTN şefi xahiş edib.
Mənbənin sözlərinə görə, qarşı tərəfdə Ramiz Mehdiyevin sözügedən açıqlaması savaşın açıq müstəviyə keçirilməsi kimi dəyərləndirilib. Mənbənin sözlərinə görə, bu qarşıdurmada hələ ki, itirən tərəf Ramiz Mehdiyevdir. Çünki məhz onun ətrafında mərkəzdənqaçma meylləri açıq-aşkar hiss olunur. Ramiz Mehdiyevə yaxın olan bəzi qüvvələr isə tərəddüd içindədir. Mənbə bu qüvvələri 3 qrupa bölür: Birinci qrupa daxil olanlar Ramiz Mehdiyevi müdafiə edəcəkləri təqdirdə MTN-nin hədəfinə gələcəklərindən ehtiyat edənlərdir. Bu şəxslər barələrindən qarşı tərəfdə hansısa kompramatların olduğunu güman edirlər. Ikinci qrupa daxil olanlar isə Gülər Əhmədovanın danışdırıla biləcəyindən çəkinirlər. Üçüncü qrupa isə baş verənlərlə bağlı Ilham Əliyevin rəyini gözləyənlər daxildir. Mənbə bildirib ki, birinci şəxsin mövqeyi necə olacaqsa, bu qrupa daxil olanlar ona uyğun mövqe sərgiləyəcəklər.
Mənbə savaşın nəzarətdən çıxdığını bir daha xatırladaraq bildirib ki, Ilham Əliyev sonda üz-üzə olan tərəflərdən birinə “stavka” etmək məcburiyyətində qalacaq. “O, atası kimi hakimiyyətdaxili intriqaları öz istədiyi kimi yönəltmək qabiliyyətinə malik deyil”, deyə mənbə əlavə edib ki, Ilham Əliyevin Ramiz Mehdiyevə, yaxud da Paşayevlərə “stavka” etməsi vəziyyəti düzəltməyəcək. Əksinə əsl həngamə bundan sonra başlayacaq
Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyətdə 2013 təlatümləri

    Hakimiyyətdə 2013 təlatümləri ...

    8-12-2012, 11:27

  • 
  • Hakimiyyət üçbucağı savaş içində

    Hakimiyyət üçbucağı savaş içində ...

    7-12-2012, 10:25

  • 
  • Məhərrəm Əliyev üzərində qurulan plan

    Məhərrəm Əliyev üzərində qurulan plan ...

    11-12-2012, 12:11

  • 
  • Hakimiyyət yeni komandanın əlində

    Hakimiyyət yeni komandanın əlində ...

    8-12-2012, 09:49

  • 
  • Hakimiyyət daxilində şok dəyişikliklər

    Hakimiyyət daxilində şok dəyişikliklər ...

    10-01-2013, 11:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu