GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » 2013-cü il seçkisinin gərginliyi

2013-cü il seçkisinin gərginliyi

Tarix: 17-02-2013, 12:46 Bölmə :Manşet Baxış: 1 050
2013-cü il seçkisinin gərginliyi

Ölkədə siyasi mühiti dəyişmək, onu mülayimləşdirmək
səmtində heç bir addım atılmır, əksinə siyasət adamlarının
yeni dalğası həbslərə və təzyiqlərə məruz qalır


Bir vaxtlar Rusiyanın maraqlı siyasi şakəri vardı. Bu ölkə ərazisində keçmiş ittifaq respublikalarının rəsmi siyasətinə müxalifətçilik edən siyasi qüvvələr yaradırdı. Bir çox hallarda bunlar öz ölkələrindən müxtəlif səbəblərdən uzaq düşən və qonşu Rusiyada siyasi sığınacaq tapan adamlar, keçmiş ittifaq respublikalarının yüksək çinli məmurları olurdu.
Çoxdan idi ki, Rusiyadan Azərbaycana belə siyasi opponentlik edən yox idi. Görünür, «AzərRoss»un sabiq prezidenti Söyün Sadıqov bu boşluğu doldurmaq fikrinə düşüb. Bu günlərdə Rusiya saytlarından birinə müsahibə verən S. Sadıqov prezident V. Putinin Avrasiya İttifaqı ideyasını dəstəklədiyini və keçmiş sovet respublikalarını da bu ideyanın vacibliyinə inandırmağa hazır olduğunu bildirib. Maraqlıdır, S. Sadıqov əvvəllər yaratmaq iddiasında olduğu partiyanın Azərbaycanın siyasi həyatına heç bir aidiyyəti olmadığını deyir və bu partiyanın sırf Rusiya partiyası olduğunu iddia edirdi. Amma bu, ona vaxtaşırı Azərbaycan məzmunlu çıxışlar etməyə mane olmur. Bir çox hallarda isə bu çıxışlar ciddi siyasi ismarış xarakteri daşıyır, hətta bəzən açıq siyasi çağırış təəssüratı yaradır. Azərbaycan rəsmiləri bu çıxışları cavabsız qoymurlar və artıq qonşu ölkədəki opponentə öz ismarışlarını göndəriblər. Onlar S. Sadıqova «AzərRoss»dan qovulmuş bir adam kimi baxır və onun dediklərini qeyri-ciddi siyasi bəyanatlar kimi qiymətləndirirlər. Amma doğrudanmı vəziyyət onların iddia etdiyi qədər sadə və birmənalıdır? Hər halda, bunu iddia etməzdik…
Qarşıdan gələn prezident seçkisi çox adamı biganə qoymayıb, hamı bununla bağlı fikirlərini bölüşməyə, hətta bəzən siyasi proqnozlar verməyə cəhd edir. Bu seçkinin iki özəlliyini qeyd etmək olar ki, bunlar onu əvvəlkilərdən bir qədər fərqləndirir. Birincisi iki dəfəlik məhdudiyyətin götürülməsi və müddətsiz prezidentlik üsuluna keçiddir. İkincisi isə gələcək seçkinin çox mürəkkəb bir geosiyasi əhatədə keçməsidir: İranla münasibətlər həmişəki kimi mürəkkəb olaraq qalır, hətta Gürcüstan arabir münasibətlərdə gərginlik yaratmağa cəhd edir, ən başlıcası isə Rusiya ilə təmaslar əvvəlki səviyyədə deyil. Elə S. Sadıqovun bu vaxta qədər verdiyi müsahibələrdə də diqqəti çəkən bir detal var. O, bir dəfə demişdi ki, 2003-cü və 2008-ci ildə İ. Əliyevin namizədliyini məhz V. Putin müdafiə etmişdi. Bunu da seçki ərəfəsində bir siyasi xatırlatma kimi qeyd etmək olar. Təbii ki, indi 90-cı illər deyil və Rusiya öz hərəkətlərində bir o qədər də böyük gücə malik deyil. Amma təəssüf ki, indi 22-ci əsr də deyil, böhrandan çıxmış Rusiya dünyada olmasa da bölgədə əsas geosiyasi vektorlardan biri kimi qalır. Düşünürük ki, qarşıdakı prezident seçkisində ABŞ-ın münasibəti heç də az əhəmiyyət kəsb etməyəcək. Burada bir detalı qeyd etmək yerinə düşər. Azərbaycan Avrasiya İttifaqına hələ ki «yox» deyir, üstəlik Rusiyanın qazla bağlı planlarına böyük əngəl yardır və Rusiya ilə özünün hərbi əməkdaşlığını minimuma endirir. Amma burada bir nüans var. Avrasiya İttifaqı ilə bağlı əvvəlki dövlət katibi dövründə ABŞ-ın konkret mövqeyi vardı, bu ölkə Avrasiya İttifaqını SSRİ yaratmaq cəhdi kimi qiymətləndirmişdi. İndi ABŞ-da yeni dövlət katibi fəaliyyətə başlayıb.
Prinsipcə, əsas hakimiyyət dəyişməyib və çox güman ki, yeni dövlət katibi keçmiş siyasətin konturlarını davam etdirəcək. Amma hər siyasətçi qismən də olsa siyasətə öz baxışlarını və mövqeyini gətirir və düşündürücü məqamlardan biri də budur ki, yeni dövlət katibi Rusiyaya qarşı özünün mülayim münasibəti ilə seçilir. Üstəlik, ABŞ-ın «uzunömürlü» hakimiyyətlərə münasibəti də bir o qədər birmənalı deyil. Bu gün bunları nəzərə alanda görürsən ki, İ. Əliyevi heç də mülayim seçki payızı gözləmir.
Düzdür, ölkədə siyasi mühiti dəyişmək, onu mülayimləşdirmək səmtində heç bir addım atılmır, əksinə siyasət adamlarının yeni dalğası həbslərə və təzyiqlərə məruz qalır. Amma siyasi qüvvələrə güzəşt etməsələr də cəmiyyətlə ehtiyatlı davranmağa cəhd olunur. Bunun təzahürü kimi İ. Əliyevin bəzi məmurlar və onların övladları haqda dedikləri diqqət çəkməyə bilməz. Çox güman ki, hakimiyyət müxalifəti özünə barışmaz rəqib hesab edir və buna görə də onların rəğbətini qazanmağa, münasibətləri azacıq da olsa dəyişməyə cəhd göstərmir. Bu tendensiya siyasi partiyaların maliyyələşməsində də özünü göstərdi, siyasi müxalifətin əsas cinahını təşkil edən partiyaların heç biri maliyyə ala bilmədi…
Beləcə, ölkə növbəti seçkiyə doğru gedir. Hakimiyyət özünü həmişə olduğu kimi güclü və yenilməz hesab edir. Amma siyasətdə qiymətləndirmələr kənar baxışlara əsaslanmayanda və kənardan edilməyəndə bir çox hallarda özünü doğrultmur…
Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Söyün Sadıqov sabiq “KQB” sefi ilə işbirliyində

    Söyün Sadıqov sabiq “KQB” sefi ilə işbirliyində ...

    18-12-2012, 12:34

  • 
  • “Söyün Sadıqov bazar adamıdır”

    “Söyün Sadıqov bazar adamıdır” ...

    28-06-2013, 15:47

  • 
  • Söyün Sadıqov Azərbaycan jurnalistlərini söydü: Alçaqlar, əclaflar...

    Söyün Sadıqov Azərbaycan jurnalistlərini söydü: ...

    14-02-2014, 12:04

  • 
  • Söyün Sadıqov "Milyarderlər İttifaqı"nın pulundan danışdı

    Söyün Sadıqov "Milyarderlər ...

    12-11-2013, 14:25

  • 
  • Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar qurultayı keçirdi - (Fotolar)

    Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar ...

    5-11-2014, 13:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu