GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » MTN-ə şok ittiham:Əli Kərimlini fiziki məhv etmək planı

MTN-ə şok ittiham:Əli Kərimlini fiziki məhv etmək planı

Tarix: 7-12-2012, 16:01 Bölmə :Manşet Baxış: 815
MTN-ə şok ittiham:Əli Kərimlini fiziki məhv etmək planı

Bəhlul Muradov: "Mənim başıma gətirilən müsibətləri açıqlayan, əsil həqiqətləri yazan jurnaslitləri müxtəlif cəzalara layiq gördülər. Bunu da "bacıoğlu"nun "köməyi" ilə ediblər"

gundemxeber.az "Millətim"in baş redaktoru Lalə Ramizqızına ünvanlanmış məktub şok əhval-ruhiyyə yaradıb. Belə ki, məktubu ünvanlayan, hazırda 7 saylı Ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradov elə şok açıqlamalar edib ki, məktubla həyəcansız tanış olmaq mümkün deyil.

Təhmasib Novruzovla tanışlıq

Məktubda Bəhlul Muradov yazır: "Hörmətli Lalə xanım! Bu məktubu yazmaqda mənim məqsədim günahkar, dələduz, dövlətə və dövlətçiliyə xəyanət etmiş şəxsin əməllərindən hər kəsi agah etməkdir. Bu şəxs Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovdur. Bu şəxslə mənim tanışlığım 2006-cı ildən başlayıb. O vaxtlar birliyi yeni yaratmışdı. Məni ona Firudin Cəlilov (sabiq Təhsil naziri nəzərdə tutulur-T.Türk) məsləhət görümüşdü və məni Birliyə Gənclər Təşkilatına sədr, İdarə Heyətinə üzv seçdilər. Mənim ətrafımda idmanda layiqli sözlərini demiş idmançılar, Vətən torpağı deyəndə, canlarından keçməyə hazır olan gənclər vardı. Təhmasib bunları görür və mənə hər dəfə "bunlar böyük gücdür" deyirdi. Mən elə bilirdim ki, o, mənim xatirimi çox istəyir, ona görə belə deyir.
O vaxtlar Ruslan Bəşirlinin məhkəməsi gedirdi. Mənə piket keçirməyi təklif etdi. Məndə piketi təşkil etdim, ancaq piketi polis dağıtdı və iki idmançımı saxlayıb, bir neçə saatdan sonra buraxdılar. Təhmasib axşam mənə zəng edib dedi ki, "danışmışam piketi cəbhənin qarşısında keçirmək lazımdır. Dünən bizi səhv salıblar". Mən yenə uşaqlara dedim və 100, 150 gənclə piketi cəbhənin qarşısında keçirdik. Bunu təşkil etməyimin səbəbi, Təhmasibə olan inamım və ehtiramım idi. Təhmasib mənim keçmişim barədə ətraflı məlumatlıydı. Belə ki, mən 17 yaşımda Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Uğurlu kəşfiyyat əməliyyatlarından biri də, Nataşa ləqəbli erməni snayperçi qadını ələ keçirməyim olmuşdu. Həmin zamanlar hamı məni "malış" deyə çağırardı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qol saatıyla mükafatlandırılmışam. Təhmasib həmdə mənim Yaponiyanın Akinava adasında keçirilən əlbəyaxa döyüş növü üzrə dünya çempionu olan ilk idmançı olduğumu da bilirdi. Sözümə bütövlüyümün şahidi olduğundan, mənimlə ailəvi dostluq edirdi".

Fəhmin Haçıyevin döyülməsi

Bəhlul Muradov məktubda T.Novruzovun onu yanında "qoçu" kimi saxladığına işarə vurur və müxtəlif zamanlarda başqalarının üstünə göndərildiyini vurğulayır: "AHB-nin idarə heyətinin üzvü Şəmsiyyə Bəylərqızı (xatırladıram ki, indi o da istintaq altındadır-T.Türk) Təhmasibə zəng edib, keçmiş ərinin (Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev nəzərdə tutulur-T.Türk) ona hədə-qorxu gəldiyini bildirmişdi. O, Şəmsiyyəni mühafizə etməyi mənə tapşırdı. Fəhminin adamlarıyla mübahisəmiz düşdü, onları bərk döydük. Hadisə Sumqayıtda baş verdiyindən, bizi 3 saylı polis bölməsinə apardılar. Mən, Təhmasibə zəng edib, bildirdim ki, məni və ətrafımdakı uşaqları saxlayıblar. Təhmasib cavab verdi ki, kiminlə əlaqə saxaldığımı polis rəisinə bildirməyim. Təxminən 5-6 dəqiqə sonra rəisə zəng gəldi və o, qorxudan elə ayağa qalxdı ki, elə bil hardasa yanğın baş vermişdi: "bəli, baş üstə, buradadırlar, indi yola salıram"dan başqa heç nə eşitmədim. Mən, belə epizodlarla yalnız kinofilmlərdə rastlaşmışdım. Sonradan Təhmasibdən soruşdum ki, polis rəisinə kim zəng etmişdi? O, bunu dövlət tərəfindən bizi müdafiə edən şəxsin etdiyini və onun ləqəbinin "bacıoğlu" olduğunu bildirdi: "Öz adı İlqardı, MTN-nin (Milli Təhlükəsizlik Nazirliyi -T.Turk) Antiterror Mərkəzinin rəis müavinidir. "Bacıoğlu" deyirəm ki, şübhələnməsinlər". Təhmasib sonra mənə gülə-gülə dedi ki, "sən indi "qurdlar vadisindəki kimisən". Şəmsiyyə də bizə minnətdarlıq etdi və onun anası məni bağrına basıb: "ay oğul, sən, mənim qızıma arxa çıxdın, dedi". Mən, Təhmasibə çox inanırdım, etibar edirdim. Sən demə işi mənə gördürür, hörməti, maddiyatı özü alırmış".

MTN-in rəis müavini – “bacıoğlu” İlqar Əliyev

Yazdıqlarında bəzi anlaşılmazlıqlar olsa da, Bəhlul Muradov onu da qeyd edib ki, Təhmasibin planıyla 2006-cı ildə AXCP-nin "Azadlıq" qəzetinin ofisində yerləşən müvəqqəti qərargahını ələ keçirib, adını açıqlamaq istəmədiyi dostlarından birini AXCP sədri etməliymişlər. Bir müddət isə onun mühafizəsini təşkil etmək Bəhlula həvalə edilib, lakin həmin plan baş tutmayıb. Ya ora sədrlik məsələsində mövqelər üst-üstə düşməmiş, yada ki, sədr olmağa razılaşmış adam onları aldatmışdı. Sonradan Təhmasib Bəhlula: "planın baş tutmaması "bacıoğlu"nu bərk əsəbləşdirib və daha mənə inanmır"-deyibmiş. Bəhlul ondan dostyana soruşub ki, "nə etsək "bacıoğlu", yəni, MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev inanar? Təhmasibin açıqlamasını eşitdikdə isə, Bəhlulun ayağının altından yer qaçıb. Təhmasib ona təklif edib ki, əgər həmin sifarişi yerinə yetirsən, sənə 50 min dollar, maşın və nə istəsən veriləcək. Həm də "bacıoğlu"gil yeni xüsusi bölük yaradırlar, səni ora komandir təyin etdirəcək, vədini verib". B.Muradov yazır: "Mən ona sual etdikdə ki, bunu nədən edirsən?-o, sən bunu etsən, etdirə bilsən, dövlət xaosa düşəcək, mən öz tapşırığımı yerinə yetirmiş olacağam. Deputat olacağam. İndiyə qədər məsləhət görmürdülər, maddi imkanım düzələcək, bu da bir biznes kimidir"-deyə cavab verdi.

Bacıoğlu: "sabitlik, sakitlik bizim işə zərbə vurur”

Mənə edilən təklif Əli Kərimovu fiziki məhv etmək tapşırığı olmuşdu, Təhmasib tərəfindən. Mən Vətən, dövlət üçün canımı vermiş bir döyüşçüyəm. Belə şeyləri etmək əqidəmdə yoxdur, ona görə də bundan boyun qaçırdım. Təhmasibin zənglərinə çıxmır, görüşə gəlmirdim. Oğlu Etibar ilə də dostluq edirdim. İndi ondan da qaçırdım. O vaxtlar oğlunu universitetə əlavə testdən keçirmək üçün, mənə 5000 dollar vermişdi. İş düzəlmədi və mən həmin pulları 2 dəfəyə qaytardım, lakin o, məndən əl çəkməyərək, korrupsiya idarəsinə şikayət etdi. Mənə 8 illik məhbus həyatı yaşatmağa nail oldu. Mən istintaq təcridxanasında olduqda, səsim heç yana çatmadığından, məni müdafiə edən 3 jurnalisti məhkəməyə çəkdi. (çox güman ki, "Millətim"in baş məsləhətçisi Ramiz Tağıev, sabiq baş redaktoru Fərəməz Novruzoğlu, "ps.Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli nəzərdə tutulur- T.Türk). Təəssüf ki, həmin jurnalistləri də "bacıoğlu"nun köməyilə cəzalandıra bildi, lakin bu şəxsin etdiyi cinayətlər bununla bitmir. Belə ki, Təhmasib hər dəfə mənə deyirdi ki, "sabitlik, sakitlik bizim işə zərbə vurur. "Bacıoğlu" belə deyir. İqtidarla müxalifət arasında konflikt olmalıdı, olmasa bunu məsləhətlə yaratmaq lazımdır.

Məhəmməd Ərsoyun yerinə Bahəddin Həziyev döyülüb

Sabitliyin pozulmasının biri də, Bahəddin Həziyevin- "Bizim yol" qəzetinin baş redaktorunun döyülməsi oldu. Təhmasib "bacıoğlu" ilə danışıb dedi ki, Bahəddin mənim haqqımda əyər-əskiklik danışıb". Hiss olunur ki, Bəhlul Muradovun yazmaq qabiliyyəti zəifdir. O bu məqamda izah etmək istəyir ki, onlara "Bizim Yol" qəzetinin əvvəlki baş redaktoru Məhəmməd Ərsoyu döymək tapşırığı verilsə də, onlar səhvən, sonradan həmin qəzetin baş redaktoru Bahəddin Həziyevi əzişdiriblərmiş. Belə tapşırıqların MTN-nin Antiterror Mərkəzindən gəldiyini və həmin işlərə Təhmasibin "bacıoğlu" adlandırdığı həmin idarənin rəis müavini İlqar Əliyevin rəhbərlik etdiyini bilərək, B.Muradov geri qayıtmağın ona baha başa gələcəyini də əvvəlcədən təhmin edibmiş. B.Muradov həm də, çox maraqlı misal çəkərək bildirir ki, Azadlıq Hərəkatçıları Birliyinin təsis etdiyi "Azadlıq Hərəkatçısı" diplomuyla təltif edilmiş şəxslərdən 6-ı indi məhbəs həyatı yaşayır. Bəhlul Muradov, Nemət Pənahlı, Fərəməz Novruzoğlu, Əvəz Zeynallı, Şəmsiyyə Bəylərqızı, Ramiz Tağıyev həmin şəxslərdəndir.

Şantajlar

B.Muradov həm də Təhmasibin şantajlarından söhbət açır: "Təhmasibin oğlunun maşını vurması həm gülməli, həm də qorxulu idi. Oğlu Etibar Qaz 31-02 markalı maşını evin qabağından icazəsiz götürüb qaçırmış, qəza törətmişdi. O, Xətai rayonu Polis İdarəsini ayağa qaldırmışdı ki, guya Təhmasib Novruzova sui-qəsd təşkil olunub. Mən elə bilirdim ki, doğrudan belə olub, sonra fikir verib gördüm ki, adi yol qəzasıdı. Evinin yanında pnevmatik tapançayla maşının yan şüşəsinə atəş açılmışdı. Qəzetlər, hətta "Lider" telekanalında bunu işıqlandırdılar. Əslində özü təşkil etmişdi. Sakitçilikdi, gündəmi qarışdırmaq lazımmış".
B.Muradova həm də ona təəccübünü gizlədə bilmir ki, bir müddət məhbus həyatı yaşayıb, azadlığa çıxaraq, az müddətdə 3 otaqlı mənzili, axırıncı model "mersedes" markalı avtomobili necə alıb və şəhərin mərkəzi hissəsində kirayələdiyi 5 otaqlı ofisi hansı pulla saxlayıb: "Aramız yaxşı olanda, o deyirdi ki, guya "bacıoğlu" hər ay ona 6 min dollar pul verir. Məndə elə bilirdim ki, doğrudan da, Təhmasibin bacısıoğlu ona pul verir. Mənə "bacıoğlu"nun kimliyini bildirəndə ona bu qədər pulun nə üçün verildiyini anladım. Mənim başıma gətirilən müsibətləri açıqlayan, əsil həqiqətləri yazan jurnaslitləri müxtəlif cəzalara layiq gördülər. Bunu da "bacıoğlu"nun "köməyi" ilə ediblər. Sonradan mənə məlum oldu ki, Təhmasib müxtəlif qadınları öyrədib həmin jurnalistlərə ("Nota" qəzetinə-T.Türk) zəng etdirib, hədə-qorxu qəldirirmiş ki, "biz Bəhlulun qohumlarıyıq. Təhmasibdən yazmayın, yoxsa, sizdən şikayət edəcəyik.

Təhmasibin biznes kimi baxdığı ölkədə qarışıqlıq ona sərf edirdi

Mən dəfələrlə müxtəlif qəzetlərə yazsam da,Təhmasibin "bacıoğlu" adlandırdığı İlqar Əliyevin MTN-nin Antiterror Mərkəzinin rəis müavini olduğundan ehtiyat edərək, yazdıqlarımı səhifələrinə çıxarmayıblar. İnanıram ki, siz mənim Təhmasibin şər-böhtanı ilə cəzalandırılaraq, uzun müddət məhbus həyatı yaşamağa məcbur edildiyimi nəzərə alıb, mənə əsil həqiqətləri ölkə rəhbərliyinə qəzetiniz vasitəsilə çatdırmağıma kömək edəcəksiniz.
Bir daha qeyd edirəm ki, Təhmasibin dediyi kimi, guya "bacıoğlu"dan aldığı sifarişi yerinə yetirmiş olsa idim, indi məhbus həyatı yaşamazdım, onlar tərəfindən mükafatlandırılardım ki, Əli Kərimlini fiziki məhv etmişəm. Mən heç də Əli Kərimlinin fiziki məhv edilməsindən ona görə imtina etmədim ki, ona rəğbətim olub. Ona görə imtina etmişəm ki, Təhmasib dəfələrlə deyib ki, ölkədə qarışıqlıq etmək onların işinə yarayır. Təhmasibin biznes kimi baxdığı ölkədə qarışıqlıq ona sərf edirdi. Mən isə daima dövlətçiliyə xidmət etdiyim üçün, onun bu mövqeyinə rəğbətlə yanaşmamışam.
"Nota" qəzetində mənim həbsimlə bağlı yazılan yazılardan sonra, Təhmasib narahat olmuş, məhkəmə prosesimizə gələrək, məhkəməyə məndən daha şikayətçi olmadığı barədə ərizə təqdim etmişdi. Ancaq, hakim onun bu jestinə "artıq gecdir"-deyə reaksiya vermişdi. Və ona "sən etdiyini ibtidai istintaq zamanı etmisən" demişdi.
Xahiş edirəm ki, ailəm vasitəsilə sizə çatdırdığım məktubu səhifəyə çıxarmaqla, Təhmasib Novruzov və onu himayə edən şəxslərin əsil iyrənc məqsədlərini ifşa edəsiniz. Əvvəlcədən sizə və redaksiya heyətinə minnətdarlığımı bildirirəm".

Turan Turk

P.S. Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN-ə şok ittiham:Əli Kərimlini fiziki məhv etmək planı

    MTN-ə şok ittiham:Əli Kərimlini fiziki məhv etmək ...

    7-12-2012, 15:51

  • 
  • Eynulla Fətullayev sui-qəsdçilərlə görüşdü

    Eynulla Fətullayev sui-qəsdçilərlə görüşdü ...

    13-12-2012, 17:10

  • 
  • PREZİDENTƏ ŞOK ŞİKAYƏT OLUNDU (VIDEO)

    PREZİDENTƏ ŞOK ŞİKAYƏT OLUNDU (VIDEO) ...

    9-12-2014, 22:43

  • 
  • Liftdə arvadını öldürmək istəyən yüngül cəza istəyir

    Liftdə arvadını öldürmək istəyən yüngül cəza ...

    20-10-2015, 11:09

  • 
  • Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı

    Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı ...

    23-10-2014, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu