GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət təlaş içində

Hakimiyyət təlaş içində

Tarix: 11-03-2013, 08:43 Bölmə :Manşet Baxış: 717
Hakimiyyət təlaş içində

Seçkilərə 8 ay qalmış müttəfiqlər itirilib; Ölkənin bütün xarici
siyasi vektorları ilə münasibətlər hes vaxt olmadığı kimi gərginləşib


Gürcüstan prezidenti Mixail Saakaşvilinin Moskvanın Azərbaycanda dövlət çevrilişi hazırlaması barədə bəyanatı təkcə bu iki ölkə və Rusiyanı yox, keçmiş SSRİ məkanında marağı olan xarici dairələri də yerindən oynadıb. Bu informasiya media məkanına fevralın 28-də onun keçmiş baş nazir və azaldılmış prezident səlahiyyətləri ilə Bakıda rəsmi səfərindən dərhal sonra yayılıb.
Saakaşvili bəyan edib ki, Azərbaycanda gürcü ssenarisi ilə dövlət çevrilişi hazırlanır və Rusiya kapitallı milyarder İvanişvili ilə Rusiyadakı Azərbaycan mənşəli «milyarderlər ittifaqı» arasında analogiya aparıb. Dolayı analogiya aparmaq cəhdini «milyarderlər ittifaqı»nda iki adın – Söyün Sadıqovun və Lukoyl prezidenti Vahid Ələkbərovun adının çəkilməsi göstərir.
Baş nazir Bedzina İvanişvili və Rusiya azərbaycanlıları milli-mədəni muxtariyyatının (“Azərros”) fəxri prezidenti Söyün Sadıqov Saakaşvilinin bəyanatını qətiyyətlə rədd etdi. Bu, qonşu Azərbaycanın müstəqilliyinə təhdid barədə Gürcüstan prezidentinin ilk bəyanatı deyil. Onlardan biri 7 mart 2012-ci ildə Milli Məclisdə edilən çıxışdır. Onda Saakaşvili demişdi ki, «Rusiya adını dəyişsə də, imperiya mahiyyəti qalır. Bu ölkənin rəhbərliyi çalışır ki, itirdiyi torpaqları qaytarsın. ...Ona görə Qafqaz ölkələri bir yerdə olmalıdır ki, bizi işğal edib, bir-bir uçuruma atmasınlar».
Bu çıxış sonradan deputatlar, hökumətyönlü analitiklər və KİV tərəfindən isterik şəkildə pisləndi. Bu dəfə reaksiya anlaşılmaz oldu. Bu isə rəsmi Bakının Gürcüstanın prezidentinin dediklərindən razılığını göstərir.
Saakaşvilinin prezident Əliyevlə görüşdən sonra verdiyi bəyanatın əsası var. Moskvanın Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda hər zaman maraqları olub. Amma bu maraqlar beynəlxalq konyunkturdan asılı olaraq dəyişib. Kreml bu amili hər zaman nəzərə alıb və Bakının imkanları hüdudunda olan maraqlarını təmin etməyi unutmayıb.
Məsələn, Moskva ingilis-Amerika şirkətlərinin rəhbərlik etdiyi “Əsrin müqaviləsi” kimi strateji layihəyə mane olmadı, amma Lukoyl-a 10-pay əldə etdi və sonradan onu yaponlara satdılar. O həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə maneçilik törətmədi, daha az həcmli Bakı-Novorossiysk layihəsinə qane oldu. Əgər 2012-ci ildə BTC ilə 30 mln ton neft nəql edilibsə, Rusiya marşrutu ilə 1,6 mln ton daşınıb. Qaz layihəsi barədə də eyni şeyi demək olar.
Xarici ticarətdə Rusiya Avropa İttifaqından 5 dəfə geri qalır, cəmi 3 mlrd dollar ticari dövriyyə ilə kifayətlənir, amma bu da Azərbaycanla münasibətlərdə uğurdur. Azərbaycanla Rusiyanın münasibətlərinin bütün parametrləri göstərir ki, xarici siyasətin formalaşdırılmasında əsas rol oynayan iqtisadi və siyasi göstəricilərdən Bakıya təzyiq aləti kimi istifadə edilmir. Bunu Moskvanın həmin sahələrdə real maraqlarının olmaması ilə bağlamaq olar. SSRİ dağılandan sonra ruslar enerji resursları, infrastruktur və təhlükəszilik üzərində nəzarəti Qərbə verdi. Son platsdarm olan Qəbələ RLS yeni “ulduz müharibələri” proqramından imtina müqabilində amerikalılara verildi. Bunu Bakının icarə haqqını qaldırması ilə bağlamaq gülüncdür. 2012-ci ildə “Qazprom”un 3 mlrd kubmetr Azərbaycan qazını almaq öhdəliyini yerinə yetirməməsi göstərir ki, Rusiyanın əmtəə və xidmət bazarı kimi Azərbaycana marağı yoxdur.
Putin erası zamanı Rusiyanın Azərbaycanda real maraqlarının bölgüsü göstərir ki, Moskva da ABŞ kimi layihələri reallaşdırmaq üçün sabit Azərbaycanda maraqlıdır. Onu da nəzərə almaq lazımdır ki, Rusiya üçün Azərbaycanda vacib olan sabitlik qeyri-sabit olan Şimali Qafqaza dolayı yolla sakitləşdirici təsir edir.
Sirr deyil ki, hər iki tərəf 2003-cü ilin avqust-oktyabrında hakimiyyətin ata Əliyevdən oğluna keçməsində tandem rolunu oynadı, həmin ilin iyulunda birgə yazılan ssenari ilə sabitliyi və ölkənin sonrakı inkişafını təmin etdi. Qərb maraqlarının dominantlıq etdiyi Amerika-Rusiya maraqlarının uzlaşdırılması nəticəsində hakimiyyəti itirən Mixail Saakaşvili indi diqqəti Gürcüstan ssenarisinin 2013-cü ilin oktyabr ayında Azərbaycanda keçiriləcək seçkilərdə mümkün təkrarına yönəltməyə çalışıb. Beləliklə, məlumatlandırıcı-qabaqlayıcı vasitə ilə nazim çarxı artıq işə salınmış hadisələri qabaqlamaq istəyib.
Saakaşvilinin bəyanatının yararlana biləcək Əliyev komandası 2008-ci il seçkilərindən sonra da oktyabr seçkilərinin arzuolunmaq nəticəsinin qarşısını almaq üçün az effektli səylər göstərir. Ancaq həlledici tarixin amansızcasına yaxınlaşması rejimin vəziyyətini ağırlaşdıracaq yeni xoşagəlməzliklər gətirir.
Faktiki olaraq seçkilərə 8 ay qalmış Əliyevin müttəfiqi qalmayıb, ölkənin bütün xarici siyasi vektorları ilə münasibətlər hes vaxt olmadığı kimi gərginləşib. Demək olar ki, rejim ümumdünya cazibə qanunun təsiri altına düşüb. Ona əsasən, R məsafəsi ilə ayrılan M1 və M2 maddi nöqtələri arasında cazibənin gücü hər iki kütlə ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Uzun müddət Qərb və Şimal güc mərkəzləri arasında dolaşan rejim indi bərabər şəkildə aralı düşüb və manevr imkanlarını nəzərə çarpacaq dərəcədə azaldıbş Bu isə ənənəvi olaraq ziddiyyətlərlə oynayan sistem üçün ağır nəticəyə səbəb ola bilər.
Qərbin bütün institutları tərəfindən Azərbaycandakı demokratiyanın vəziyyəti ilə bağlı eyni məsafədən artan tənqid və Kremlin nifrətli baxışı Saakaşvilinin xatırlatdığı proseslərdən xəbər verir. Ancaq bir şey aydın deyil ki, Gürcüstan prezidentinin bu müraciəti kimə ünvanlanıb. Gürcüstanda onu artıq eşitmirlər, Azərbaycanda isə «Xalq susur!».
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Milyarderlər ittifaqı”nın üzvü İlham Əliyevlə görüşə gəlir

    “Milyarderlər ittifaqı”nın üzvü İlham Əliyevlə ...

    24-07-2013, 22:36

  • 
  • “Milyarderlər İttifaqı” üzvünün super təyyarəsi – (Fotosessiya)

    “Milyarderlər İttifaqı” üzvünün super təyyarəsi – ...

    13-08-2013, 11:48

  • 
  • “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya gəlir

    “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya ...

    12-08-2013, 12:09

  • 
  • “Merabişvili həbsxanada qalsa, Gürcüstan ciddi problemlərlə üzləşəcək”

    “Merabişvili həbsxanada qalsa, Gürcüstan ciddi ...

    22-05-2013, 02:34

  • 
  • İvanişvili Kremlin “saqqızın oğurladı”

    İvanişvili Kremlin “saqqızın oğurladı” ...

    18-12-2012, 13:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu