GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəydə qanun şah deyil, şah qanundur

Gədəbəydə qanun şah deyil, şah qanundur

Tarix: 28-12-2015, 23:03 Bölmə :Manşet Baxış: 0
Gədəbəydə qanun şah deyil, şah qanundur

Yüz nəfərə qədər yerli sahibkarlara məxsus obyektlərin heç bir əsas olmadan darmadağın etdirməsi, bu gün nəinki Gədəbəydə, hətta respublika miqyasında belə, müzakirə olunan problemlərdən birinə çevrilib

Ölkəmizin qərb bölgəsində yerləşən rayonlar içərisində, bəlkə də Gədəbəy rayonu yeganə rayondur ki, rəhbərliyin yarıtmaz idarəçiliyindən zinhara gələnlər, sosial problemlər məngənəsində boğulanlar, bənzəri olmayan haqsızlıqlarla üz-üzə qalanlar, bu günədək Prezident Administrasiyasına yüzlərlə, minlərlə şikayət məktubları və teleqrammalar ünvanlayıblar. Amma, hələ də haqqına qovuşa bilməyiblər. Bütün bunlara səbəb, rayonda haqqın deyil, nahaqqın “mütləqi-hakim” olmasıdır. Yəni, bu gün də Gədəbəydə elə bir mühit, elə bir idarəçilik forması mövcuddur ki, danışanın dili kəsilir, görənin gözü çıxarılır, eşidənin isə quılağı kar edilir.
Bir anlığa olsun belə, ötüb-keçənlərə diqqət yetirək. Son illər dövrü mətbuatda hansı rayon haqda daha çox tənqidi açıqlamalar dərc olunur? Əlbəttə ki, Gədəbəy rayonu haqda. Son üç-dörd ildə hansı rayonun sahibkarlarına məxsus obyektlər qanunsuz qərar və tapşırıqların qurbanı olub? Əlbəttə ki, Gədəbəy rayonunun. Son aylar hansı rayonun sahibkarları, üz-üzə qaldıqları haqsızlıqlarla bağlı davamlı mübarizəyə başlayıblar? Əlbəttə ki, Gədəbəy rayonunun sahibkarları. Son günlər hansı rayonun sahibkarları, rayonun rəsmi şəxsləri tərfindən ANS televiziyasında “şantaj” olunurlar? Əlbəttə ki, Gədəbəy rayonunun sahibkarları. Son vaxtlar hansı rayonun icra aparatında vəzifə sahibi olanlar, qol qoyduqları qanunsuzluqları ört-basdır etmək üçün yalan danışırlar? Əlbəttə ki, Gədəbəy rayonunun. Ümumiyyətlə, belə bir olayları ardıcıllıqla sıralasaq, heç də qurtarmaz.
Diqqəti bir məqama da yönəldək ki, Ramiz Yediyarov 14 saylı Ərazi Vergilər İdarəsindən Gədəbəy rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra, çox keçmədi ki, rayonun Mərkəzi Bazarı yandırıldı. Yəni, əvvəlcədən planlaşdırılmış təxribat nəticəsində, təqribən 300 nəfərə qədər ticarətlə məşğul olan şəxs, atılan addımın qurbanı oldu. Baş verəcək etirazın qarşısını vaxtında almağı bacaran rayon rəhbərliyi, yanğından ziyan çəkənlərin hər birinə 3-5 min manat arası köməkdarlıq etməklə, son anda məqsədinə də nail ola bilir. O halda sual oluna bilər ki, rayon rəhbərliyi bu qədər pulu hansı büdcədən ödəyib? Yəqin ki, 300 nəfərə qədər şəxsin hansısa sığorta şirkəti ilə hər hansı müqaviləsi olmayıb.
Ramiz Yediyarovun atdığı bu cür addım azmış kimi, onun təqribən 100 nəfərə qədər yerli sahibkarlara məxsus obyekti, heç bir əsas olmadan darmadağın etdirməsi də, bu gün nəinki Gədəbəydə, hətta respublika miqyasında belə, müzakirə olunan problemlərdən birinə çevrilib. Məsələn, Əliyev Oqtay Qara oğluna məxsus, yəni onun şəxsi mülkiyyətində olan 38,5 kvm-lik obyekt də, Ramiz Yediyarovun verdiyi qanunsuz tapşırıq əsasında yerlə-yeksan edilir. Belə bir addımın qarşılığında sahibkara külli miqdarda ziyan da dəyir. Çünki, ona heç bir xəbərdarlıq olunmadan ayrı-ayrı firmalardan nisyə alınmış ərzaq məhsulları ilə bərabər, mağazasnın içərisindəki avadanlıqlar da tam yarasız hala salınır. Onu da qeyd edək ki, Oqtay Əliyev sahibkarlıq fəaliyyətini daha da genişləndirmək üçün, hələ 2011-ci ildə şəxsi mülkiyyətində olan mağazasını “Rabitə Bank”a girov qoyaraq 50 000 manat məbləğində kredit pul da götürür. Elə ki, onun mağazası yerlə-yeksan olunur, həmin vaxtdan o, həm sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, həm də “Rabitə Bank”la üz-üzə qalır.
Bu günədək Əliyev Oqtay Qara oğlundan başqa neçə-neçə sahibkar da, Ramiz Yediyarovun müstəbid idarəçiliyinin qurbanı olmuşlar. Məsələn, əslən Gədəbəy şəhər sakini olan Səfərov Vaqif Qara oğlu da, elə bir qanunsuzluqla üz-üzə qalıb ki, o, nə qədər çalışsa da, hələ ki, haqqına qovuşa bilməyib. Yəni, 1998-ci ildən Vaqif Səfərovun şəxsi mülkiyyətində olan 2600 kvm-lik torpaq sahəsi, 2013-cü ildə minbir bəhanələrlə rayon rəhbərliyi tərəfindən ələ keçirilir. Yəni, əvvəlcə bəhanə gətirilir ki, həmin ərazidən yüksək gərginlikli elektrik xətti keçdiyindən, 2600 kvm-lik torpaq sahəsində hər hansı tikinti işləri aparmaq olmaz. Amma, çox keçmir ki, ələ keçirilən torpaq sahəsində heç bir standarta cavab verməyən və 43 nəfərlik ticarət mərkəzi də inşa olunur. “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, ticarət mərkəzinin inşası zamanı külli miqdarda vəsait ayrılsa da, inşa olunan ticarət mərkəzində heç bir əsaslı təmir işləri aparılmır. Çünki, ayrılan vəsaitlər rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovla Ramiz Yediyarovun işbirliyi sayəsində “həzmi-rabedən” keçirilir. Belə bir səbəblər üzündəndir ki, bu gün adı çəkilən ticarət mərkəzində 43 nəfər sahibkardan heç biri fəaliyyət göstərmir. Bu həm də onunla bağlıdır ki, inşa olunan ticarət mərkəzi həm qəzalı vəziyyətdə inşa olunub, həm də bütün otaqların içərisində alaq otları bitib. Vəziyyətin belə bir duruma düşməsi hal-hazırda rayon rəhbərliyini vadar edir ki, mərkəzi bazarda süd və süd məhsulları, eyni zamanda toyuq və cücə satanları, yeni inşa olunmuş ticarət mərkəzinə getməyə məcbur etsinlər. O halda o da bəlli olur ki, Namiq Məmmədovla Ramiz Yediyarovun işbirliyi sayəsində inşa olunan yeni ticarət mərkəzi, 43 nəfərə deyil, əslində süd və süd məhsulları, həmçinin toyuq və cücə satanlara xidmət etməkdədir.
Bu gün başqa bir sahibkar da, Ramiz Yediyarov idarəçiliyinin zülmündən əziyyət çəkməkdədir. Həmin sahibkar, əslən rayonun Miskinli kəndindən olan Əliyev Oqtay İbrahim oğludur. Diqqəti o hal da cəlb edir ki, daşıdığı vəzifəsindən sui-istifadə edən rayon rəhbərliyi, adı çəkilən sahibkarın Qalakənd meşə zolağında inşa etdirdiyi obyekti bir ay ərzində üç dəfə, yəni 2014-cü ilin iyul ayının 11-də, 23-də və 29-da darmadağın etdirir. Baxmayaraq ki, 29 iyul günü həm bazar gününə, həm də müqəddəs Ramazan bayramı gününə təsadüf etsə də, həyata keçirdiyi idarəçiliyin mahiyyətinə uyğun addımlarını atan Ramiz Yediyarov, nə 29 iyulun qeyri iş günü olduğunu, nə də ki, dünya azərbaycanlılarının müqəddəs Ramazan bayramı günü olduğunu nəzərə almır. Belə bir addımın isə, vandalizm adlandırılması yəqin ki, bir kimsə də təəccüb oyatmaz.
Digər tərəfdən “Gündəm Xəbər”ə verilən məlumatlarda o da bildirilir ki, sahibkar Əliyev Oqtay İbrahim oğluna məxsus obyekt, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansına aid ərazidə inşa olunan vaxt, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri ərazidə olurlar və inşaası davam etdirilən obyektlə bağlı xeyr-dua da verirlər. Təqribən bir il sonra atılan addımlar isə, icra hakimiyyəti başçısının xəyanətkar mövqeyini ortaya qoymuş olur. Diqqəti o hal da cəlb edir ki, bu gün ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı dövlət başçısı səviyyəsində lazımi tapşırıqlar verilir, mühüm qərarlar da qəbul edilir. Amma, sahibkar Əliyev Oqtay İbrahim oğlu və başqaları ilə bağlı, rayon icra hakimiyyətinin başçısı səviyyəsində analoqu olmayan addımlar atılır.
Bir həqiqətə də diqqət yetirmək gərəkdir ki, Əliyev Oqtay İbrahim oğlu inşa etdirdiyi obyektin tikintisi ilə bağlı xərclədiyi vəsaitləri xarici ölkədə qazanıb. Hal-hazırda isə o, həmin vəsaitlə obyekt tikdirib sahibkarlıq fəaliyyətini genişləndirmək istəsə də, ona imkan verilmir. Axı o, belə bir addımını atmaqla yeni iş yeri açacaq, ucqar Gədəbəyin mənzərəli bir guşəsində turizmin inkişafına müəyyən mənada dəstəyini də verəcək. Bəyəm, belə bir addımın atılması pis haldır?
Ümumiyyətlə, bu gün Gədəbəydə istər sahibkarlara, istərsə də sadə vətəndaşlara qarşı atılan çoxsaylı qanunsuzluqların kökündə Ramiz Yediyarovla Namiq Məmmədovun qurduğu işbirliyi durur ki, bu da olmazın müsibətlərin, bənzəri olmayan faciələrin, çoxsaylı qanunsuzluqların və.s əmələ gəlməsi ilə də nəticələnir. Adicə bir olay haqda müəyyən açıqlama danışacağıq ki, o halda hər kəs əksər mətləblərdən agah ola biləcək. Məsələn,”Gündəm Xəbər” qəzeti olaraq həmişə yazmışıq ki, Gədəbəy rayon maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədov, bu gün rayonda əsas söz sahibi olan vəzifə sahibidir. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var. Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, Namiq Məmmədov Səhiyyə Nazirliyinin maliyyə idarəsinə rəhbərlik edən Azad Məmmədovla yaxın qohumdur. Yəni, Azad Məmmədov onun anasının xalası oğludur və Namiq Məmmədovun bacısı Azad Məmmədovun qardaşının həyat yoldaşıdır. Elə bu qohumluq əlaqəsinin nəticəsidir ki, Namiq Məmmədov Gədəbəyin səhiyyəsini və Gədəbəyin mərkəzi xəstəxanasına rəhbərlik edən Ramiz Pirverdiyevi hər an təsir dairəsində də saxlaya bilir.
Adicə bir məqama diqqət yetirək. Bu gün rayonun mərkəzi xəstaxanasında baş mühasib vəzifəsini daşıyan Səkinə xanım külli-ixtiyar sahibidir. Yəni, o, kimi istəsə işdən çıxara bilir, kimi də istəsə işə qoya bilir. Özünün də ali təhsili yoxdur. Baxmayaraq ki, hələ bir neçə il bundan əvvəl dövlət qurumlarında vəzifə daşıyan və orta ixtisas təhsili olanlar daşıdıqları vəzifələrinə “əlvida” dedilər, amma qəbul edilən qərar Səkinə xanımdan “mima keçdi”. Səkinə xanımın bu gün də daşıdığı vəzifəsinə “əlvida” deməməsinə səbəb, ona Namiq Məmmədovun “dobro” verməsidir. Məhz, belə bir razılaşmanın nəticəsidir ki, maliyyə rəhbəri ilə baş mühasib arasında hər ay güclü maxinasiyalara imza atılır və külli miqdarda dövlət vəsaitləri də mənimsənilir.
Əsas diqqəti cəlb edən bir məqam var ki, o da Z.Əliyeva adına Gədəbəy rayon Mərkəzi Xəstəxanasının giriş qapısında, yəni sol tərəfdə “Nur Market”in və sağ tərəfdə isə “Nur Restoran”ının sökülməməsidir. Yəni, xəstəxananın giriş qapısında fəaliyyət göstərən hər iki obyekt, xəstəxanaya girib-çıxan nəqliyyat vasitələrinə, o cümlədən təcili tibbi yardımlara maneəçilik yaratdıqları üçün, əslində sökülməli idi. Amma, sökülmədi və xəstəxananın giriş qapısı rayonun Qumlu kəndi istiqamətinə dəyişdirildi. O halda belə bir sual əmələ gəlir ki, görəsən Namiq Məmmədov hansı gücə malikdir ki, böyük bir səhiyyə müəssisəsinin giriş qapısını, sahiblik etdiyi “Nur Market”in və “Nur Restoran”ının sökülməməsi üçün, dəyişdirə bilir. Belə bir xəbəri eşitdikcə, sanki şoka da düşdük. Çünki, Gədəbəy rayon Mərkəzi Xəstəxanası görkəmli alim-oftomoloq həkim, professor, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın adını daşıyır. Bu adı daşıyan böyük bir səhiyyə ocağının giriş qapısını Namiq Məmmədova kim ixtiyar verib ki, istədiyi qaydada dəyişdirir? Bax bu haqda düşünmək, bir qədər də götür-qoy etmək gərəkdir ki, əksər mətləblərə aydınlıq gətirmək mümkün olsun.
Bundan əlavə, Namiq Məmmədov rayonun Heydər Əliyev prospektində olan aptekinin də giriş qapısını dıyişdirə bilib. Yəni, əgər əvvəllər aptekin giriş qapısı mərkəzi magistral yol tərəfdən idisə, bu gün o, piyadalar üçün nəzərdə tutulan səkini bağlatdırmaqla, aptekinə yan tərəfdən giriş qapısı açdıra bilib. Hətta onu da deyə bilərik ki, maliyyə şefinə məxsus aptek plana düşdüyündən, əslində sökülməli idi. Amma, sökülmədi. Səbəbi də, yəqin ki, Məmmədov qüdrətinin rayonda hökmran olması oldu.
Digər tərəfdən, Namiq Məmmədova məxsus aptekin sökülməsi də plana düşdüyündən, ona yeni inşa olunmuş ticarət mərkəzində 55kvm-lik obyekt verilir. Amma, elə ki, aptekin söküntüsü dayandırılır, o halda həmin obyekt icra hakimiyyətində aparılan müzakirələrdən sonra Əliyev Oqtay Qara oğluna təklif olunur. Həmin vaxt, yəni 16 fevral 2015-ci il tarixdə o, Ramiz Yediyarovla görüşərkən təkli olunan obyektdən imtina etdiyini bildirir və bu haqda yazılı ərizəsini də təqdim edir. Oqtay Əliyev “mənə “Rabitə Bank”ın ekspert komissiyasının müəyyən etdiyi kompensasiyanı verin” deməklə, qəti mövqeyini də ortaya qoyur. Çox keçmir ki, rayon icra hakimiyyəti aparatında memarlıq və tikinti şöbəsinə rəhbərlik edən Elxan Vəliyev Oqtay Əliyevə “Namiq Məmmədov təklif olunan 55kvm-lik obyekti satıb, sənə çatası kompensasiyanı ödəyəcək” deyir. Təəssüflə olsun ki, bu günədək qeyd olunan obyektin sənəd-sübutu olmadığından, obyekti Namiq Məmmədov sata bilmir. Məhz, belə bir səbəblər üzündən də artıq o, belə bir qərara gəlib ki, ailə üzvləri ilə birlikdə Prezident Administrasiyası önündə aclıq aksiyasına başlasın və etirazını bu yolla geniş ictimaiyyətin diqqətinə də çatdırsın.
Bu gün rayonun maliyyə idarəsində xəzinədar işləyən Qabil Murğuzov da, Namiq Məmmədovun ən sınanılmış kadrlarından biri hesab olunur. Çünki, vaxtilə Elşad Abdullayevin rektor olduğu Beynəlxalq Universiteti qurtaran (verilən məlumatlarda Yusif Murğuzovun saxta olduğu bildirilir) oğlunu o, Namiq Məmmədovun dəstəyi ilə “kamxoz”a rəhbər də təyin etdirə bilib. Diqqəti o hal cəlb edir ki, hər üç şəxsin işbirliyi sayəsində də, hər ay külli miqdarda büdcə vəsaiti mənimsənilir.
P.S.Növbəti sayımızda Gədəbəy rayon Mərkəzi Xəstəxanasına bitişik villanın kimə məxsus olmasından, ixtisasca tarixçi olan və icra hakimiyyəti aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərovun hüquqa sığmayan əməllərindən və digər olaylardan bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.

Akif Quliyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə saxta media əməkdaşları peyda olub

    Gədəbəydə saxta media əməkdaşları peyda olub ...

    24-05-2015, 01:08

  • 
  • Gədəbəydə Oqtay Əliyevlər problemi

    Gədəbəydə Oqtay Əliyevlər problemi ...

    21-12-2015, 13:41

  • 
  • Gədəbəydə ev yandı

    Gədəbəydə ev yandı ...

    17-04-2017, 09:58

  • 
  • Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl qoyulmur

    Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl ...

    17-09-2015, 15:18

  • 
  • Başçı və komandası saxtakarlıqla məşğuldur

    Başçı və komandası saxtakarlıqla məşğuldur ...

    28-06-2016, 18:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (521)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu