Daşkəsənin icra başçısı Əhəd Abıyevin generallardan biri ilə müdhiş işbirliyi ortalığa çıxıb.
Mətbuata verilən məlumata görə, rayon rəhbəri paytaxtda 2 milyona villa alıb.
Bakıda Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən həmin malikanə generallardan birinə məxsus olub. Ə.Abıyevin öz iqamətgahının içərisinə lift çəkdirdiyi deyilir. Möhtəşəm malikanəyə gələn icra başçısı Yeni ili məhz villasında qeyd edəcəyi iddia olunur.
Məlumatda deyilir ki, onun həyətində maşın kolleksiyası da var. Fantastik qiymətə olan avtomobillər Ə.Abıyevin yaxınlarının adına rəsmiləşdirilib.
İcra başçılarına bizneslə məşğul olmaq qadağandırsa da, bunun bu rayonun rəhbəri üçün keçərli saymaq lazım deyil. Çünki Ə.Abıyevin əsas gəlirləri məhz biznesdəndir.
Halbuki Daşkəsən rüşvət və problemlər bataqlığında çabalayır. İcra başçısı isə filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac, xərac toplamasa onların fəaliyyətinə imkan verməz.
Rayonun kəndləri isə səfalət içində yaşayır. Onlar işsizlikdən gileylənir. Çünki vəzifələrdə qonşu rayonların adamları yerləşdirilib. Ə.Abıyevin bu bölgənin insanlarına ögey münasibəti rəhbər təyin olunduğu vaxtdan müşahidə olunur.
Bunu daşkəsənli sakinlərdən biri qeyd edib. Eyni zamanda manatın üzən məzənnəyə keçidi əhalinin vəziyyətini çətinləşdirib. İcra başçısı isə qiymətlərin tənzimlənməsinə nəzarət etmir. Çünki başının Gəncədəki işlərinə və biznesinə qarışdığı qeyd olunur.
Odur ki, ölkə prezidenti İlham Əliyevə ünvanlı müraciətdə Əhəd Abıyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?