GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Devalvasiya sosial gərginliyi artırdı

Devalvasiya sosial gərginliyi artırdı

Tarix: 18-01-2016, 12:22 Bölmə :Manşet Baxış: 0
Devalvasiya sosial gərginliyi artırdı

Hökumət təcili tədbilər görməsə, aksiyalar yenidən başlaya bilər

Son günlər ölkənin bir neçə rayonunda bahalaşmaya etiraz olaraq, aksiyalar keçirilir. Bu aksiyalardan biri Siyəzəndə oldu. Siyəzəndə icra hakimiyyətinin binası qarşısında bahalaşmaya və işsizliyə etiraz hakimiyyəti təşvişə saldı. Məhz buna görə də rayona Daxili Qoşunların və Çevik Polis Alayının qüvvələri gətirildi. Aksiyaya səbəb idə unun bahalaşması və işsizlik idi. Rayon mərkəzində yerləşən məscidin həyətində isə aksiya keçirilən gün bir qadın özünü yandırdı. Yerli sakinlərin dediyinə görə, qadının maddi problemləri olub və o, heç bir çıxış yolu tapmadığı üçün bu üsula əl atıb.

Daxili Qoşunlar və Çevik Polis Alayı aksiyanı zorakılıqla yatırdı.

Füzulidə isə yanvarın 12-də baş tutan aksiya yanvarın 13-də də davam etdirildi. Rayon sakinləri Bala Bəhmənli kəndi ərazisindən keçən Bakı-Horadiz yolunu bağlayaraq unun bahalaşmasına, işsizliyə etirazlarını bildirdilər. Aksiyada 1000-ə yaxın adam iştirak etdi. Rayonun icra başçısı Alı Alıyev aksiyaçılarla görüşdü. Onun tapşırığından sonra əvvəllər kisəsi 35-36 manata satılan un 25 manata endirildi. İcra başçısı ilə əhalinin görüşündən sonra rayonda etirazçılar da sakitləşdi. İcra başçısı aksiyaçılara vəd verib ki, yanvarın 15-də icra hakimiyyətində onlarla görüş keçiriləcək və tələbləri nəzərə alınacaq. Bununla belə, etirazçılar ərazini tam boşaltmayacaqlarını deyiblər. Aksiyaçılardan bəzilərinin saxlanılması xəbəri var.

“Füzulidə baş verən etiraz aksiyasına səbəb qiymət artımıdır”. Bunu Füzuli RİH başçısının birinci müavini

Bağır Aslanov deyib. O qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: “Saxlanılan və xəsarət alan olmayıb”.

Yanvarın 13-də Ağcabədidən də aksiya xəbərləri gəldi. Rayon sakinləri bahalaşmaya və işsizliyə son qoyulması tələbi ilə küçələrə çıxdı. Aksiya zamanı hər hansı bir insidentin qeydə alınması haqda məlumat yoxdur. Orada da sakinlər sosial tələblərlə çıxış etdi.

Ağsu rayonunda əhali sosial problemlərə etiraz edərək, yanvarın 13-də şəhər parkına və mərkəzi yola toplaşıb. Etirazın əsas səbəbinin sosial problemlər, kəskin bahalıq, xüsusən də unun qiymətinin qalxması olduğu bildirilir. Həmçinin, toplaşanlar kredit borclarından və işsizlikdən də narazılıqlarını bildiriblər. Onlar icra başçısının talana son qoyulmasını da tələb ediblər. Bildirilir ki, aksiya xüsusi olaraq, təşkil edilməyib və kimsə rəhbərlik etmir.

Bildirilir ki, aksiyada mindən artıq insan iştirak edib. Onlar sosial problemlərə və qiymət artımına etiraz ediblər. Polis aksiyaya müdaxilə etməsə də, onların problemlərini aidiyyatı qurumlara deməsini təklif edib.

Aksiya iştirakçıları Ağsu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşmək istəsələr də, başçı buna razı olmayıb. Belə ki, aksiyaçıların təyin etdiyi beş nəfərlik nümayəndə heyəti icra hakimiyyətində olsa da, başçı görüşdən imtina edib. O, sosial problemlərin onun günahı ucbatından yaranmadığını bildirib və deyib ki, baş verənlər dövlət səviyyəsində yaranıb. Bundan sonra isə yüzlərlə sakin İcra Hakimiyyətinə yürüş ediblər. Bu zaman icra başçısı onlarla görüşməyə razı olub.

Bildirilir ki, icra başçısı otuz nəfər rayon sakini ilə İcra Hakimiyyətinin iclas zalında görüş keçirib.

KXCP-nin Ağsu rayon təşkilatının sədri Yaqub Babalı görüşdən sonra bildirib ki, icra başçısı problemlərin həllinə söz verib: “Biz icra başçısı ilə görüşdük, problemləri qaldırdıq. Rayonda çoxsaylı problemlər var. Problemlər illərlə yığılıb,

qalıb. Bizə söz verdilər ki, bu məsələlər barədə dövlət başçısına məlumat çatdırılacaq. Həmçinin, qısa vaxt ərzində problemlərin həllinə nail olmağa da çalışacaqlar. Ümumi problemlərin sürətli formada həll olunmasına çalışılacağı vəd edildi. İşsizlik, qiymətlərin xalqın iqtisadi durumuna uyğun olmayan şəkildə qaldırılması, sosial yardım problemi, uşaqpulu və sair çoxsaylı problemləri icra başçısına dedik. Ümumi iqtisadi vəziyyət, hüquqsuzluq problemi, vətəndaşın heç yerdə hüququnun qorunmaması kimi məsələlər icra başçısının diqqətinə çatdırıldı. Bizə söz verdilər ki, problemləri həll etməyə çalışacaqlar. Camaat bu məsələni diqqətdə saxlayacaq. Yəni problemlər həllini tapmasa, aksiyalar davam edəcək”.

Daha bir aksiya isə yanvarın 11-də Lənkəranda oldu. Bahalaşma əleyhinə keçirilmiş aksiyaya qatılanlardan 7 nəfərinin yanvarın 13-də məhkəməsi keçirildi. Onlardan 4-ü cərimələnərək sərbəst buraxıldı, 3 nəfər barəsində inzibati həbs qərarı seçildi. AXCP-nin yerli təşkilatının sədri Nazim Həsənliyə və Müsavatın yerli

təşkilatının sədri İman Əliyevə 1 aylıq həbs cəzası verildi.

Göründüyü kimi, neftin qiymətinin kəskin uculaşması, hökumətin vaxtında tədbilər görəməməsi, qeyri-neft sektorunun inkişaf etdirilməməsi, manatın kəskin ucuzlaşması Azərbaycanda olduqca acınacaqlı durum yaradıb. Rayonlarda sakinlər çörək pulu belə tapa bilmədiklərini deyirlər. Pul qıtlığı səbəbindən əhali çörək almaq üçün marketlərə pul deyil, yumrta təklif edirlər.

Ekspertlər isə vəziyyətin daha acınacaqlı olduğunu proqnozlaşdırırlar.

Qeyd edək ki, indiki devalvasiyanı proqnozlaşdıran ekspertlərdən biri də iqtisadçı Natiq Cəfərli idi. Onun sözlərinə görə, hökumət 21 fevral qərarından sonra iqtisadiyyatın hansı vəziyyətə düşdüyünü gözüylə görürdü: “Bank sektoru çökmək üzrədir, problemli kreditlər 2 dəfə qalxdı, ticarət dövriyyəsi 45 faiz

azaldı, daşınmaz əmlak, avtomobil, elektro texnika bazarlarında durğunluq yarandı, insanların gəlirləri və iş yerləri itirildi. Söhbət üzən məzəmnnədən gedirsə, üzən məzənnənin fəlsəfəsi ondan ibarətdir ki, proses addım-addım aparılmalıydı. Dekabrın 21-də keçdikləri məzənnəyə təqribən 5-6 aya keçməlidilər, yəni məntiq bunu deyirdi. Sadəcə, içi mən qarışıq biz Azərbaycan hökuməti haqqında hələ də yüksək fikirdə olmuşuq və yanılmışıq. Hökumətin bu səviyyədə savadsız olduğunu, özlərinə və iqtisadiyyata ziyan vuracağını düşünməmişik. Mən etiraf edirəm. Bəli, məzənnənin 1,50 olması ehtimalı yüksək idi, amma hər ay artımla buna gedilməliydi və üzən məzənnənin mahiyyəti də bunu deyirdi. Görünən odur ki, "üzən məzənnə" termini adı altında sovet təfəkkürüylə inzibati qaydada devalvasiyaya getdilər. Hesab edirəm ki, 21 dekabr qərarı üzən məzənnə yox, devalvasiyadır. Üzən məzənnə üçün Azərbaycanda heç bir şərait yoxdur. Üzən məzənnənin mahiyyəti ondan ibarətdir ki, ölkədə qiymətli kağızlar bazarı olmalıdır, valyuta birjası fəaliyyət göstərməlidir, nəhayət, çoxlu sayda valyuta gətirə biləcək şirkətlər

fəaliyyət göstərməlidir ki, bunlar valyutanı manata çevirib öz işçilərinin əməkhaqqını verə bilsinlər. Azərbaycanda sadaladıqlarımın heç biri yoxdur”.

Manatın taleyinin necə olacağına gəlincə, ekspert hesab edir ki, yaylarına qədər neftin qiymətində dəyişiklik olmasa, "qara qızıl" 30-40 dollar civarında qalsa, hökumət növbəti addım atacaq: «Əgər manatın durumu sərbəst bazar qaydalarına uyğun olsa, manatın ucuzlaşmasını təxmin etmək belə mümkün deyil. Bu, 3, yaxud 5 manat da ola bilər. İndiki primitiv iqtisadi modeldə Azərbaycan manatının taleyi çox acınacaqlıdır. Ona görə hökumət yenə inzibati üsulla bunu tənzimləməyə çalışacaq. Mərkəzi Bankın valyuta ehtiyatlarını qorumaq adı altında bu addımı atsalar da, amma ölkənin başqa problemləri də var. Ticarət balansı var ki, ölkəyə xaricdən külli miqdarda mal gətirilir, çünki istehsalat olmadığından dollar çıxışının olması təbiidir. Yəni ticarət obyektlərində qıtlıq yaranmaması üçün məcbur olub dollarla xaricdən mal gətirəcəklər. Bir daha deyirəm, istehsal sıfır olanda,

başqa variant qalmır. Hətta yerli məhsullar adı altında satılan malların xammalı xaricdən gətirilir, məsələn, çay yerli brendlər adı altında mağazalarda satılsa da, 90 faizə yaxını xaricdən gətirilir».

Ekspert hesab edir ki, aAlıcılıq qabiliyyətinin də aşağı düşdüyünü nəzərə alaraq 2016-cı ildə dollarla daşınmaz əmlak ən azı yarı-yarıya enəcək: “Qiyməti tənzimləyən iki amil var: Tələb və təklif. Hazırda təklif, ev satanlar çoxdur. amma alıcılıq qabiliyyəti yoxdur. Alıcılıq qabiliyyəti olmadıqca, qiymətlərin aşağı düşməsi labüddür. 21 dekabr qərarıyla Azərbaycan ötən əsrin 90-cı illərinə qayıdır, amma həmin illərdə büdcəmizin heç 1 milyard olmadığını nəzərə alın. İndi isə icmal büdcəmiz 16-17 milyarddır. Əhali həmin illərdə pis yaşamağa öyrəşmişdi, son illərdə isə böyük neft pulları sayəsində kreditlə də olsa insanlar özlərinə güzəran qurmuşdular, maşın, ev alan vardı, heç olmasa, ildə bir dəfə Gürcüstana, Türkiyəyə istirahətə gedənlər olurdu. Bundan sonra kasıblaşma və kütləvi şəkildə sosial gərginliyin başlamasını görəcəyik”.

Ekspertin fikrincə, sosial gərginlik kəskin şəkildə artacaq: “Və etirazlar artdıqca, hökumət bunu xarici qara qüvvələrin işi kimi təqdim edə bilməyəcək və bu iddiada bulunsa belə, əhali də inanmayacaq. Çünki soisial problemlər var, gəlirlər aşağı düşür, bunun fonunda insanlar kasıblaşır. Əslində, hökumət 21 dekabr qərarıyla sosial gərginliyin və partlayışın olması üçün çox münbit zəmin yaratdı. Halbuki, devalvasiyadan öncə mühim addımlar atılmalıydi, yəni islahatlar olur, sonra devalvasiya elan edilir ki, effekti olsun. Heç bir islahat aparılmadan belə devalvasiya etmək Azərbaycan iqtisadiyyatını çökdürməkdir”.

Bəs krediti olanları hansı aqibət gözləyir? Natiq Cəfərlinin fikrincə, dollarla krediti olanlar onsuz da ağır durumdaydı, birinci devalvasiyadan sonra mümkünsüz kreditlərin həcmi artırdı: ”Dollarla krediti olanlar borclarını qaytarmayacaqlar, söhbət onminlərlə vətəndaşdan gedir. Düşünmürəm ki, hökumət bu qədər insanı borca görə həbs etsin. Nəticədə bankların durumu ağır olacaq, pullar geri

qayıtmadıqca, tezliklə bir neçə bankın bağlanmasının şahidi olacağıq. Manatla borcu olanların da problemi qaçılmazdır, çünki gəlirlər azalır, faizlər isə çox yüksəkdir. Belə vətəndaşlar da gəlirləri azaldığından, iş yerlərini itirdiklərindən kreditlərini qaytara bilməyəcəklər. Azərbaycanda 2 milyon 300 mindən çox insanın kredit borcu var. Təsəvvür edin ki, bu insanların gəlirləri azalırsa, iş yerləri bağlanırsa, kreditlərini necə qaytacaqlar?

2016-cı ildə ən böyük problem işsizlik, qiymət artımı və sosial gərginliklə bağlı olacaq. Baxın, son aylarda ciddi təkliflərlə çıxış edib hökumətə yol xəritəsini göstərmişik. Amma hakimiyyətin dəyişiklik etmək niyyəti görünmür. Azərbaycanda siyasi-iqtisadi sistem o qədər eybəcər hala gəlib ki, müəyyən islahatların sistemin çöküşünə səbəb olacağını hesab edirlər. Bu mənada köklü islahat gözləmirəm. Çünki vəziyyəti o dərəcəyə çatdırıblar ki, köklü islahat sistem dəyişikliyinə gətirib çıxarda bilər. Bizim istəyimiz odur ki, hökumət islahatlara getsin, əks təqdirdə ciddi

problemlərl' üzləşəcəyik. Artıq iqtisadi islahatlarla da məsələ bitmir, paralel olaraq siyasi islahatlar getməlidir. Siyasi məhbuslar azad olunmalı, azad məhkəmələr qurulmalı, yerli özünüidarənin səlahiyyəti artmalı, azad seçkilər keçirilməli və hökuməti parlament formalaşdırmalıdır. Sadaladığım siyasi komponentlər olmasa, iqtisadi islahatlar effekt verməyəcək.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sabunçudakı aksiyada polis müdaxiləsində yaralılar var - Yenilənir

    Sabunçudakı aksiyada polis müdaxiləsində ...

    22-02-2014, 18:29

  • 
  • Rayonlarda bahalaşma əleyhinə aksiyalar keçirilib (Yenilənir)

    Rayonlarda bahalaşma əleyhinə aksiyalar keçirilib ...

    12-01-2016, 21:02

  • 
  • İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR

    İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR ...

    16-08-2015, 00:24

  • 
  • İsmayıllıda polisləri əhalinin hesabına yaşadırlar

    İsmayıllıda polisləri əhalinin hesabına yaşadırlar ...

    5-02-2013, 10:40

  • 
  • Daxili Qoşunlar dindarların aksiyasını dağıtmağa başladı: 20 nəfər saxlanıldı

    Daxili Qoşunlar dindarların aksiyasını dağıtmağa ...

    6-11-2015, 02:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu