GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətdaxili qruplaşmaların sirri

Hakimiyyətdaxili qruplaşmaların sirri

Tarix: 15-03-2013, 10:16 Bölmə :Manşet Baxış: 991
Hakimiyyətdaxili qruplaşmaların sirri

Dünənə qədər iki ciddi qruplaşma var idisə və biri naxçıvanlılardan,
digəri isə qərbi azərbaycanlılardan təşkil olunmuşdusa, artıq indi
qruplaşmaların, sözsüz ki, təsiretmə gücü olan qruplaşmaların sayı beşdir


Bu günün özündə də hakimiyyətdaxili qruplaşmaların mövcudluğu və bütün sferalara təsir etməsi faktdır və bəzən bu qruplaşmalar elə hakimiyyətin özü üçün də real təhlükəyə çevrilir. Görünür, bu səbəbdən bəzi beynəlxalq təşkilatlar da hakimiyyətdaxili qruplaşmaların silahlı toqquşmalara gedə biləcəyi ilə də bağlı proqnozlar səsləndirirlər. Bəs əslində hakimiyyətdaxili qruplaşmalar, həqiqətən də, təhlükəyə çevrilə bilərmi?

Qruplaşmalar silahlı gücə sahibdir...

Bu gün Azərbaycanda güc strukturları ilə yanaşı artıq bir sıra strukturların da ciddi qüvvələri var. Məsələn, yalnız Azərbaycan Dövlət Neft Şirkətinin 4 mindən çox mühafizəçisinin olduğu bildirilir. Çox maraqlıdır ki, bu qüvvənin yalnız keçmiş idmançılardan təşkil olunduğu və təyinatlarından kənar işlərə cəlb olunduqları da deyilir. Bu tipli mühafizə dəstələrinin yetərli qədər çox və dəmir intizama tabe olduqları faktdır və sabah hakimiyyətdaxili qruplaşmaların toqquşması olarsa, sözsüz ki, bu güclərdən istifadə olunacaq. Bu günki hakimiyyətdaxili qruplaşmaların ötən illərdəki qruplaşmalardan fərqi də məhz budur. Qruplaşmaları keçmişindən fərqli edən səbəblərdən biri də artıq onların regionçuluq faktoruna yox, biznes və siyasi maraqlara görə yaranmalarıdır. Dünənə qədər 2 ciddi qruplaşma var idisə və biri naxçıvanlılardan, digəri isə qərbi azərbaycanlılardan təşkil olunmuşdusa, artıq indi qruplaşmaların, sözsüz ki, təsiretmə gücü olan qruplaşmaların sayı 5-dir. Bu qruplaşmalar arasında ənənəvi yolla gedəni Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məxsus qruplaşmadır. Nazirlərdən , icra hakimiyyəti başçılarından, komitə sədrlərindən təşkil olunmuş bu qruplaşma, faktiki olaraq, ölkənin daxili və xarici siyasətinin böyük bir hissəsini, hardasa 60 faizə qədərini nəzarətdə saxlayır. Mehdiyevin rəhbərlik etdiyi bu qruplaşma seçki prosesləri zamanı daha da aktivləşir və demək olar ki, hər seçki dövründə rəqib qruplaşmaları ölümcül hala sala bilir. Amma bu dəfə vəziyyət nisbətən fərqlidir. Çünki dünənə qədər rəqib qruplaşmalar siyasətdən kənarda idilərsə, indi onların da siyasətə marağı ciddi şəkildə artıb. Nəticədə ölkədəki biznes strukturlarının 50 faizdən çox hissəsinə nəzarət edən Kəmaləddin Heydərov indi həm də ciddi siyasi fiqura çevrilib. Və yaxud Ziya Məmmədov öncə tam olaraq Ramiz Mehdiyev komandasının sıravi üzvü idisə, bu gün o artıq Mehdiyev komandasında təmsil olunmaqla yanaşı, həm də ciddi qrupa və ya komandaya sahibdir. Bu isə yeni şərtlərin və qaydaların yaranması deməkdir.

Mərkəzdənqaçma

Beləcə yetərli qədər sayı və keyfiyyəti artan bu qruplaşmalar daha çox iddia ortaya qoymağa başlayıblar. Bu isə yeni bir fərqli mənzərəni ortaya çıxarır. Söhbət mərkəzdənqaçma meylinin həddən artıq çoxalmasıdır. Çox maraqlıdır ki, mərkəzdənqaçma siyasi proseslərin gərginləşdiyi zamanlarda daha çox güclənir. Halbuki öncələr bu qruplaşmalar siyasi proseslər gərginləşəndə, seçkilər yaxınlaşanda bir nəfər kimi elə bir mərkəzdən də idarə olunmağa həvəs göstərirdilər. İndi isə durum dəyişib və hazırda bu qruplaşmalar siyasi məsuliyyət daşımaqdan yayınır və bəzi məqamda tabe olmaqdan da imtina edirlər. Əksər ekspertlər hesab edirlər ki, bunun çox ciddi səbəbləri var. Yaxın illərdə, hətta aylarda bu proses daha açıq şəkildə müşahidə olunacaq. Maraqlıdır, bəs əsas səbəblər hansılardır?

Vəhşi kapitalizmdən intellektual kapitalizmə keçid

Sirr deyil ki, bu gün Azərbaycan hələ də vəhşi kapitalizmdən qurtula bilməyib və korrupsiya, rüşvət və s. üsullarla milyardlarla manat pul bir sıra şəxslərin əlində cəmləşib. Digər tərəfdən ölkənin iqtisadi strukturları da, demək olar ki, 4-5 qruplaşma arasında bölüşdürülüb və indinin özündə də kapital uğrunda savaş şiddətli şəkildə davam edir. Amma bunlarla paralel olaraq artıq oliqarxa çevrilmiş qrup rəhbərləri daha çox sərvət əldə etmək savaşı ilə bərabər həm də əldə etdikləri kapitalın leqallaşmasına çalışırlar. Dünyanı bürüyən iqtisadi böhran nəticəsində milyonlarla manat pul itirən oliqarxlar anladılar ki, daha etibarlı kapital sahibi olmaq üçün qeyri-leqal sərvətin leqallaşmasına ehtiyac var. Digər tərəfdən, son aylar ABŞ-Azərbaycan münasibətləri sərtləşən zamanı məlum oldu ki, ABŞ bank hesablarının dondurulması əksər qruplaşma rəhbərlərini tam iflas edə bilər. Buna görə artıq mərkəzə qaçmadan yayınan bu qruplaşmalar məsuliyyətdən də yayınıb, sadəcə olaraq sərvətlərinin sahibi olmaq istəyirlər.

Kapital marağı kimi siyasi maraqlar da yaranır

Bu gün artıq hakimiyyətdaxili qruplaşmalar yalnız kapital uğrunda savaşa çıxmayıblar. Artıq onların hər birinin ciddi siyasi maraqları da var və bilirlər ki, siyasi gücləri nə qədər artarsa, kapitallarına sahib çıxmaq imkanları da o qədər artacaq. Nəticədə bu gün qruplaşma rəhbərləri daha çox sahələrə təsir etmək, ölkənin xarici siyasətinin yönlənməsindən tutmuş qanunverici orqanda lobbiyə sahib olmaq qədər iddialıdırlar. İndinin özündə artıq hiss olunur ki, qruplaşmalararası savaş parlament seçkiləri zamanı daha açıq şəkildə ortaya çıxacaq. Çünki hər qrup rəhbəri parlamentdə, təxminən, 7-dən çox mandata sahib çıxmaq istəyir. Elə bunun səbəbidir ki, hakim Yeni Azərbaycan Partiyası, faktiki olaraq, bütün proseslərdən kənarda qalıb. Beləcə siyasi maraqlar səbəbindən mərkəzə meyl göstərmək imkanları tükənir.

Xarici təsirlər...

Hakimiyyətdaxili qruplaşmaların mərkəzdənqaçma səbəblərindən biri də xarici təsirlərdir. Bu gün Azərbaycanda Rusiyaya, Türkiyə timsalında ABŞ-a və Böyük Britaniya timsalında Avropaya bağlı qruplaşmalar mövcuddur. Məhz onların təsiri ilə Azərbaycanın xarici siyasəti iflas olma həddindədir. Və siyasi tündlük artdıqca Azərbaycanın xarici siyasətinə təsir etmək, konkret hansısa dövlətin təsir dairəsinə salmaq həvəsi qabarır. Bu isə mərkəzdən qaçmanı sürətləndirən prosesdir.

Yeni qruplaşma artıq iddiasini ortaya qoyur...

Bu arada Azərbaycan cəmiyyəti yeni bir qruplaşmanı görməyə hazırlaşdırılır. İllər öncə mövcud olan erməni-rus-yəhidi sintezini özündə əks etdirən qruplaşma yenidən dirçəlməyə başlayıb. Amma bu dəfə erməni yox, daha çox rus-yəhidi-azərbaycanlı sintezindən formalaşan qruplaşma kimi görünməyə başlayacaq. Bu işdə isə ciddi aktivlik göstərən tərəf kimi Rusiyada yaşayan yəhidiləri göstərmək mümkündür. Yəhidi izinin Azərbaycan siyasətinə gəlişi isə, deyəsən, daha maraqlı nəticələr yaradacaq. Əksər analitiklər hesab edirlər ki, yeni qruplaşma bu templə inkişaf edərsə, 2015-ci ildə daha ciddi təsir imkanlarına sahib olacaqlar və ümumilikdə Azərbaycan cəmiyyətinin psixologiyasından tutmuş, siyasi həyatına qədər hər bir sahə də yeniliklər yarada biləcəklər. Bu gün ənənəvi qaydaların sıradan çıxma səbəbi də məhz bununla bağlıdır.
Maraqlıdır, bəs bu qruplaşmanın son məqsədi nə olacaq?

Qruplaşma hakimiyyət istəyir. amma...

Sözsüz ki, hakimiyyətdaxili qruplaşmalar bütövlükdə hakimiyyəti də ələ keçirtmək üçün fürsət gözləyirlər. Amma bir sıra səbəblərdən bu fürsəti ortaya çıxara bilmirlər. Hesab etmək olar ki, 2015-ci ilə qədər bu qruplaşmalar hakimiyyəti ələ keçirtmək üçün real addımlar atmayacaqlar. Çünki cəmiyyətin onlara yanaşmasını bilirlər və bunu da bilirlər ki, hakimiyyətə gəlməklə həbsxanaya getmək şansı eynidir. Və bu gün belə bir riskli addım atmağa sadəcə cəsarət etmirlər. Digər tərəfdən onların cəsarətini əllərindən alan səbəblərdən biri də xarici qüvvələr tərəfindən dəstək ala bilməmələridir. Hamısı anlayır ki, qərb başda olmaqla ABŞ bu insanlara hər zaman potensial cinayətkar kimi baxır və dar məqamda onların sıradan çıxmalarına şərait yaradılacaq. Amma siyasi situasiyanın dəyişməsi ilə onların imkanları da arta bilər. Son zamanlar bir sıra oliqarxların xarici ölkələrə bir siyasi sima olaraq getmələri, ticari əlaqələri siyasi əlaqələrə çevirmə həvəsləri də məhz bununla bağlıdır.
İndilikdə sadəcə hazırlıqlar görməklə məşğul olan bu qruplaşmalar, sözsüz ki, daha ciddi uğurlara imza atmaq üçün bu parlament seçkilərini sözün həqiqi mənasında savaş meydanına çevirməlidirlər. Əgər bu parlament seçkilərində, ən azı, 2 qruplaşma mandatları ələ keçirə bilsə, deməli, növbəti prezident seçkilərin də daha maraqlı mənzərənin şahidi olacağıq. Beləliklə, çıxara biləcəyimiz nəticə budur ki, hakimiyyətdaxili qruplaşmalar sabah özlərini qorumaq üçün mütləq və mütləq hakimiyyəti ələ keçirtməyə çalışacaqlar. Hakimiyyətin dəyişməsi isə vəhşi kapitalizmdən intellektual kapitalizmə keçid mərhələsi olacaq.

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıbala Abutalıbovu Cavid Qurbanov əvəzləyəcək

    Hacıbala Abutalıbovu Cavid Qurbanov əvəzləyəcək ...

    8-08-2013, 11:52

  • 
  • Nazim İbrahimov hədəfdə

    Nazim İbrahimov hədəfdə ...

    5-04-2014, 13:30

  • 
  • İki terror təşkilatı Azərbaycana qarşı

    İki terror təşkilatı Azərbaycana qarşı ...

    28-01-2014, 10:17

  • 
  • Suriyada döyüşən azərbaycanlılarla bağlı sensasion iddia...

    Suriyada döyüşən azərbaycanlılarla bağlı ...

    30-01-2014, 15:19

  • 
  • Baş nazir postunda hakimiyyətdaxili oyunlar

    Baş nazir postunda hakimiyyətdaxili oyunlar ...

    21-04-2013, 13:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu