GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hacıbala Abutalıbovu Cavid Qurbanov əvəzləyəcək

Hacıbala Abutalıbovu Cavid Qurbanov əvəzləyəcək

Tarix: 8-08-2013, 11:52 Bölmə :Manşet Baxış: 1 192
 Hacıbala Abutalıbovu Cavid Qurbanov əvəzləyəcək

Ölkə paytaxtına birbaşa nəzarət də Paşayevlərə keçir; “Azəravtoyolservis”in rəhbərinin bu posta gətirilməsi planı başqa klanların BŞİH rəhbəri vəzifəsini ələ keçirmək niyyətini gözündə qoydu
Hakimiyyət nəhayət ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunda Hacıbala Abutalıbovu əvəzləyəcək şəxsin kimliyini müəyyənləşdirib. Son illərdə bu vəzifəyə bir sıra şəxslərin namizədliyi irəli sürülsə və ən müxtəlif adlar nəzərdən keçirilsə də, sonda müəyyən səbəblərdən qəti qərar verilmirdi. Bu post uğrunda hakimiyyət daxilində çox ciddi mübarizə olub və bu mübarizə son aylara qədər davam edib.
H.Abutalıbovun indiyədək əvəzlənməməsi isə təkcə hakimiyyətin onun yerinə özü üçün ən uğurlu saydığı kadrı müəyyənləşdirə bilməməsi ilə bağlı olmayıb. Paytaxtda aparılan və tez-tez meri hədəfə çıxaran işlərin böyük hissəsinin H.Abutalıbovun zamanında görülməsi məqsədəuyğun sayılıb. Yəni Bakıdakı əksər qara və qanunsuz işlərin məsuliyyəti H.Abutalıbovun ayağına yazılır və indiki mer vəzifədən alınarkən bu günahları da özü ilə aparır. Bu səbəbdən də H.Abutalıbovun vəzifədən alınması prosesi bir qədər uzanıb.
Qeyd edək ki, hazırda Bakıda söküntü prosesinin yeni dalğası başlayıb və mərhələnin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.
“Yeni Müsavat”a daxil olan məlumata görə, prezident seçkilərindən təxminən ay yarım sonra H.Abutalıbov yola salınacaq. Bu posta gətiriləcək şəxs isə indiyədək mer vəzifəsinə iddialılar və mümkün namizədlər sırasında adı çəkilməyən “Azəravtoyolservis”in rəhbəri, deputat Cavid Qurbanovdu.
Son vaxtlarda hakimiyyət daxilində mövqeləri kifayət qədər möhkəmlənən və önə çıxan C.Qurbanov yuxarılarda indiyədək adı mer postuna namizəd kimi gündəmə gələn məmurlardan daha uğurlu variant hesab edilib. Bu məsələ barədə kifayət qədər məlumatlı olan şəxsin dediyinə görə, artıq C.Qurbanovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilməsinə razılıq verilib. C.Qurbanov özü də bu posta gətiriləcəyindən məmnundu və ölkə rəhbərliyinə ona göstərilən etimadı doğruldacağına söz verib.
Bakı meri postuna çoxsaylı və iddialı namizədlər arasından C.Qurbanovun seçilməsi və ona etimad göstərilməsinin bir neçə səbəbi var.
Əvvəla, hakimiyyətdəki müxtəlif qruplaşmalar bu post uğrunda illərdi ciddi mübarizə aparırlar və hər kəs öz adamını ora yerləşdirməyə çalışır. Hakimiyyətin ən üst qatında hesab edirlər ki, indiki şərtlər altında onlar öz iqtidarlarını daha beş il müddətinə qoruyub saxlaya biləcəklər. Buna görə də seçki hazırlıqları və planları ilə yanaşı, seçki sonrası hədəflər də müəyyənləşdirilir. Buna görə də hakimiyyətin qorunub saxlanacağı təqdirdə mer postuna uzun illərdi bu vəzifə uğrunda savaşan qruplaşmaların hər hansı birinin təmsilçisinin gətirilməsi məqsədəuyğun sayılmır. Bu halda hakimiyyətdaxili qruplaşmalar arasında münasibətlərin daha da gərginləşəcəyi gözlənilir. Bu isə ümumilikdə iqtidara sərf etmir. Buna görə də indiyədək mer postu uğrunda mübarizə aparan qruplarda təmsil olunmayan, hazırda isə çox güclü klanın üzvü kimi önə çıxan C.Qurbanovun üzərində dayanılıb. Həm də C.Qurbanovun mənsub olduğu Paşayevlər klanı Bakı meri vəzifəsini başqa qrupa vermək istəmir. Bu klana bağlı şəxsin mer postuna namizədliyinin gündəmə gəlməsi isə başqa qrupların bununla bağlı mübarizəsinə nöqtə qoya bilər.
Eyni zamanda Paşayevlərlə qohumluq əlaqələri olan C.Qurbanov hakimiyyətin ona etibar etdiyi bir sıra layihələri iqtidarın baxış bucağından uğurla başa çatdırıb. Onun mer postuna ən uğurlu namizəd sayılmasında bu amil də rol oynayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıbala Abutalıbovu əvəzləyəcək real namizəd – Rəy

    Hacıbala Abutalıbovu əvəzləyəcək real namizəd – ...

    9-12-2013, 01:12

  • 
  • Hacıbala Abutalıbovun rəqibləri bir-biriləri ilə toqquşası olub

    Hacıbala Abutalıbovun rəqibləri bir-biriləri ilə ...

    30-01-2014, 12:37

  • 
  • Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ilə gedir

    Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ...

    12-02-2014, 15:14

  • 
  • Müxalifət Hacıbala Abutalıbovu məhkəməyə verir

    Müxalifət Hacıbala Abutalıbovu məhkəməyə verir ...

    7-12-2012, 18:03

  • 
  • Hacıbala Abutalıbov yoxlamalara start verdi

    Hacıbala Abutalıbov yoxlamalara start verdi ...

    27-02-2013, 10:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu