Əhəd Abıyevin Bakı şəhərinin Binəqədi rayonuna icra hakimiyyətinin başçısı təyin olunacağı barədə yayılan xəbərlərə rəsmi reaksiya gəlib.
“GundemXeber.Az oxu.az-a istinadən bildirir ki, Əhəd Abıyev Bakı şəhərinin Binəqədi rayonuna icra hakimiyyətinin başçısı təyin olunacağıyla bağlı müxtəlif saytlarda və mətbuatda gedən məlumatların həqiqətə uyğun olmadığını bildirib:
“Bu şayiələr Daşkəsən rayonunun yaylaq ərazilərinə kənar yerlərdən uzun müddət qeyri-qanuni yolla öz qoyun sürülərini gətirən çobanlara himayədarlıq edən şadlıq sarayları və restoran sahiblərinin şəxsi maraqlarına uyğun uydurmalarıdır. Belə şayiələrlə onlar yaylaqlarda öz qanunazidd əməllərinə çatmaq istəyirlər. Bu da yolverilməzdir. Bir daha da mənim barəmdə yeni təyinatla bağlı yazılan xəbərlərin tamamilə yalan olduğunu bildirirəm".
Sorğu
Yeni dizaynımız necədir?