MTN-in araşdırması, “ZABİT “ siqnal yoxlama işi, fərziyyələr və reallıq
2003-cü il oktyabrın 13-də Abdullayev Mahir islam oğlu oğurlandıqdan bir müddət sonra Azərbaycan Respublikası MTN-nin Akademiyasının rəisi tərəfindən nazirlik rəhbərliyinə M.Abdullayevin yoxa çıxması ilə bağlı rəsmi raport daxil olunduqdan dərhal sonra rəhbərliyin göstərişinə əsasən nazirliyin müvafiq əməliyyat heyəti tərəfindən Abdullayev Mahir İslam oğlunun mümkün oğurlanması (öldürülməsi) faktı ilə bağlı daxil olunmuş əməliyyat və rəsmi məlumatların davamlı olaraq əməliyyat yolu ilə yoxlanılması məqsədilə “ZABİT “ siqnal yoxlama işi açılmışdır . Əldə edilən məlumatlara görə “ZABİT “ siqnal yoxlama işinin aparılması prosesində Mahirin 13.10.2003-cü il tarixdə itkin düşməsi ilə bağlı əməliyyatçılar tərəfindən keçirilmiş kompleks əməliyyat tədbirləri zamanı obyektin Yasamal rayonu Suleyman Tağızadə, Tolstoy, Bəşir Səfəroğlu küçələri və Nərimanov küçəsinin kəsişdiyi ərzisində itkin düşdüyü ehtimal olunmuşdur. Xatırlatmaq istəyirəm ki, əslində siqnal yoxlama işinin açılmasında əsas məqsədlərdən də biri daxil olmuş ilkin məlumatı rəsmi və qeyri rəsmi mənbələr vasitəsilə yoxlayib, ilkin məlumatların mümkün təsdiqini qismən əldə edib, gələcəkdə siqnal yoxlama işinin daha iri masştabda araşdırılması üçün əməliyyat yoxlama işinin açılması məqsədilə hadisənin mümkün baş vermə səbəb və ehtimallarını (versiyalar) müəyyən etməkdir. Buna da əməliyyatçılar demək olar ki, qisməndə olsa nail olmuşdurlar. (Baxmayaraq ki, bu araşdırmaların bəzi epizodları ilə istər zərərçəkmiş, istərsə də Mahir Abdullayevin huquqlarının müdafiə komitəsinin İçtimayi təhqiqat qrupunun üzvləri prinsipial olaraq razılaşmırlar). Belə ki, siqnal yoxlama işinin materiallarına əsasən “ ZABİT”ə məxsus 2235965 saylı telefon 13.10.2003-cü il tarixdə saat 9.20-dən 16.18-ə qədər zəngləri həmin ünvanları efirlə təmin edən “ QAFQAZ-2 “ antennası vasitəsilə qəbul etmiş, saat 21.18-ə qədər obyektin hansı antennanın ərazisində olması telefon çap vərəqində göstərilməmiş, 21.18-dən sonra mobil telefon bağlı olmuşdur. Eyni zamanda məlum olmuşdur ki, “ ZABIT “ saat 10.19-da 0558100023 saylı telefonun abonenti ilə 44 saniyə danışmışdır. 13.10.2003-cu il tarixdə “ZABİT”ə məxsus 10 CR 067 dövlət nömrə nişanlı avtomobilin saat 11.00-da AR DİN DYP-nin Qaradağ Postundan Salyan istiqamətində keçməsi və saat 18.00-da Bakı istiqamətində geri qayıtması faktına aydınlıq gətirilməsi məqsədilə 26.11.2003-cü il tarixdə keçirilmiş əməliyyat eksperimenti zamanı “QAFQAZ-2” və “QAFQAZ-1” antennalarının ərazisindən həmin posta “ Mersedes “ markalı avtomobillə 38-40 dəqiqə ərzində getməyin mümkünlüyü dəqiqləşdirilmişdir. 18.11.2003-cü il tarixdə “ ZABİT “ə məxsus 10 CR 067 dövlət nömrə nişanlı gümüşü rəngli “Mersedes” markalı avtomobil Yasamal rayonu Mirzə Fətəli küçəsində ki, 2 saylı evin qarşısında tapılmışdır (“QAFQAZ-1” antennasının ərazisi). “ZABIT “in “QAFQAZ-1” və “ QAFQAZ-2” antennalarının əhatə etdiyi ərazidə düşməsi və ona məxsus “ Mersedes” markalı avtomiobilin həmin kvadratda tapılması aşağıdakı fərziyyəni irəli sürməyə əsas vermişdir. 12.10.2003-cü il tarixdə işə gedən “ZABİT” “QAFQAZ-2” antennasının ərazisində onu tanıyan naməlum şəxsləri avtomobilinə mindirmiş və onlarla vacib məsələ barədə mübahisə etmişdir. Mübahisənin şəhər kənarında davam tdirmək qərara alındıqda “ ZABİT “ə məxsus mobil telefon əlindən alınmış və naməlumlardan biri “ QAFQAZ-2 “nin ərazisində qalmışdır. Digərləri isə “ ZABIT “I müşahidə edərək bakını tərk etmişdirlər. Saat 11.00-da DYP-nin Qaradağ Postunu keçən “ZABİT “ saat 18.00-da oradan arxada əyləşmiş iki nəfər mülki geyimli şəxslə birgə “ QAFQAZ-2 “ və ya “QAFQAZ-1 “ antennalarının ərazisinə qayıtmışlar. “ZABIT”in , 13.10.2003-cü il tarixdə DYP-nin Qaradağ Postundan keçib 6 saatdan sonar geri qayıtması, Bakı şəhərindən Kürdəmir rayonuna 203 km məsafənin olması onun həmin rayona getməməsini də istisna etmir. Xüsusi qeyd etməliyəm ki, siqnal yoxlama işinin aparılmasında MTN Yasamal RB agentura-əməliyyat tədbirləri davam yaxından iştirak etmişdir.
Mahir Abdullayevin Hüquqlarını müdafiə Komitəsi tərəfindən hazırlanmışdır
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?