GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan Qərbin sanksiyaları ilə üzləşə bilər

Azərbaycan Qərbin sanksiyaları ilə üzləşə bilər

Tarix: 29-02-2016, 13:12 Bölmə :Manşet Baxış: 0
Azərbaycan Qərbin sanksiyaları ilə üzləşə bilər

Azərbaycan Qərbin sanksiyaları ilə üzləşə bilər

Siyasi məhbuslar məsələsində hakimiyyətin geriyə addım atmaq istəməməsi, eləcə də qlobal siyasi proseslərlə bağlı sərgilənən mövqe bunu labüd edir

Dünyada və regionda gedən siyasi-iqtisadi proseslər şübhəsiz ki, Azərbaycana da təsirsiz ötüşmür. Xüsusən də dünyanın supergüclərinin qarşıdurma vəziyyətində olduğu indiki dönəmdə. Və baş verənlər nəinki təsirsiz ötüşmür, hətta hər bir dövlətdən konkret, aydın mövqe ortaya qoymağı tələb edir.

Bu baxımdan hazırda aktual olan Suriya məsələsi də təkcə supergüclərin və Suriyanın qonşularının deyil, demək olar ki, bütün dünya dövlətlərinin siyasətinə təsir göstərir. Hazırkı situasiya elədir ki, dünya gücləri arasında Suriya məsələsində fikir ayrılığı yaranıb. Xüsusən də bu qarşıdurma Rusiya ilə ABŞ arasında açıq-aşkar hiss olunur. Eyni zamanda Azərbaycanın qonşuları olan Rusiya və Türkiyə arasında münasibətlərin kəskinləşməsi ölkəmizin seçimini çətinləşdirir. Lakin buna baxmayaraq, Azərbaycan artıq Suriya məsələsi ilə bağlı mövqeyini ortaya qoyub. Belə ki, az öncə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində bildirdi ki, “Bəşər Əsəd Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə qarantıdır”.

“Atı arabadan qabağa qoşmaq olmaz. Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik”, deyə Əzimov qeyd edib.

Bunun ardınca isə Azərbaycan rəhbərliyinin İran və Rusiya ilə təmasları artırdığı da müşahidə olunmaqdadır. Belə ki, az öncə Ankarada baş verən terror aktı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri əngəlləndi. Baxmayaraq ki, bu arada Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Tiflisdə bir araya gəldilər, bundan sonra isə Türkiyə xarisi işlər naziri Çavuşoğlu Bakıya səfər etdi. Lakin bundan çox keçməmiş Azərbaycan prezidenti İlham Əliyev İrana səfər etdi. Prezidentin İran səfəri bir sıra ciddi sənədlərin imzalanması ilə yanaşı həm də terrorizmlə bağlı bəyanatı ilə yadda qaldı. Belə ki, Azərbaycan prezidenti iki ölkənin münasibətləri barədə danışarkən bunları dedi: “Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri vardır. Bu gün beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda, ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı

birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik”.

Bu gün isə president İlham Əliyev Rusiya prezidnetinə zəng edib. Telefon danışığı zamanı Suriya məsələsi də müzakirə olunub. Bu barədə yayılan rəsmi xəbərdə deyilir: “Dövlət başçıları Suriya probleminin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi apararaq, Suriyada hərbi əməliyyatların dayandırılması haqqında Rusiya Federasiyası və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulayıblar”.

Beləliklə, Azərbaycanın Suriya məsələsində ABŞ və Türkiyə ilə deyil, daha çox Rusiya və İranla eyni mövqeyi bölüşdüyü aydın olur. Bu isə təbii ki, Azərbaycana qarşı Qərbin təzyiqlərinə səbəb ola bilər. Qeyd edək ki, bu təzyiqlərin ilk anonsları hələ ötən ilin sonlarında verildi. Belə ki, ilin sonunda

əfv gözləntiləri özünü yenə doğrultmadı. Siyasi məhbus hesab edilən şəxslərin hamısı zindanda qaldı.

Bu xüsusda ölkəmizlə bağlı neqativ perspektivlərin reallaşma ehtimalı təəssüflər olsun ki, artıb. Onlardan biri ABŞ Konqresinin respublikaçı üzvü, Helsinki Komissiyasının sədri Kristofer Smitin Azərbaycanla bağlı parlamentə təklif elədiyi "Qanunun aliliyi və insan haqları naminə Azərbaycan demokratiya aktı” adlı məlum qanun layihəsi ilə bağlıdır.

Xatırladaq ki, sənəd Azərbaycan hökumətinin yüksək çinli rəsmilərinə ABŞ-a səfər vizalarının verilməsindən imtina, habelə, həm onlara, həm də hakimiyyətin təhlükəsizlik və ədliyyə qollarına daxil olan vəzifəli şəxslərə qarşı maliyyə cərimələrinin tətbiqini nəzərdə tutur.

Bununla bağlı Smit demişdi: "Biz ölkələrimiz arasında mühüm milli təhlükəsizlik və iqtisadi bağların mövcud olduğunu başa düşürük, lakin ABŞ Azərbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz. Birləşmiş Ştatlar siyasi müxalifəti və medianı repressiya edən hökumətə heç bir şəkildə güzəşt etməyəcək”.

Lakin qanun layihəsinin qəbul olunmaması üçün orada şərt - qapı da qoyulub: "Sanksiyalar yalnız Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsində, vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoyulmasında, habelə azad və ədalətli seçkilərin keçirilməsində ciddi tərəqqi etdiyi halda qaldırıla bilər”.

Göründüyü kimi, sadalanan sahələrin heç biri üzrə irəliləyiş gözə dəymir. Son əfv fərmanı da situasiyanın yumşaltmasına gətirmədi. Bu üzdən Smitin təklifinin Konqresdə və onun komitələrində qəbulu ehtimalı xeyli

artmış sayıla bilər. Bu harasıdır, bəlli olub ki, Azərbaycanla bağlı Konqresdə başqa, daha sərt sənədin qəbulu da mümkündür.

Belə ki, az öncə müsahibə verənABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç bu mövzuda danışarkən bildirib: "Azərbaycanda imzalanmış sonuncu əfv fərmanı vəziyyəti yaxşıya doğru dəyişmək üçün itirilmiş imkandır. Bu - mənim uzun müddətdir dediklərimi təkrarlayır - Bakıdakı repressiv rejim Qərblə yaxınlaşmanı özünə təhdid kimi görür. Mən Azərbaycan hakimiyyətinin nə fikirləşdiyini bilmirəm, ancaq belə görünür ki, onlar Qərblə yaxşı münasibətlərdə maraqlı olmadıqlarını göstərmək istəyirlər. Bu, onların seçimidir... Hakimiyyət siyasi məhbusları buraxmalı idi, ancaq onlar bunu etmədilər”.

Sabiq səfir Azərbaycan hökumətinin Vaşinqtonla əməkdaşlıqdan imtina etdiyini də söyləyib. Onun sözlərinə görə, başa çatmaqda olan il ərzində ABŞ Azərbaycan hökuməti ilə pozitiv əməkdaşlıqda çox maraqlı olub: "Bunu Bakıya yüksək vəzifəli rəsmilərin, məsələn, dövlət katibinin köməkçisi Viktoriya Nulandın, müdafiə nazirinin köməkçisinin səfəri də təsdiq edir. Onlar Bakıdakı hakimiyyətə çox pozitiv mesajlar verdilər, ancaq bu da işə yaramadı”.

Eks-səfirin fikrincə, belə vəziyyətdə Azərbaycana qarşı sanksiyalara dair çağırışların olmaması məntiqli görünməzdi: "Və ya Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda insan haqlarının vəziyyətini araşdırmaq üçün xüsusi nümayəndə təyin etməzdi. Azərbaycan hökumətinin il ərzində ABŞ-a qarşı atdığı addımları, habelə qanunvericiliyin və KİV-lərə təzyiqlərin sərtləşməsini nəzərə alaraq hesab etmirəm ki, hakimiyyət siyasi məhbuslar probleminin həllində maraqlıdır. Bu, çox kədərlidir. Mən və David Kremer deyirdik ki, nəsə etmək lazımdır. Əgər onlar siyasi məhbusları azad etmirsə, daha təsirli tədbirlər görmək lazımdır, ən azından günahsız insanların həbsdə oturmasına görə məsuliyyət daşıyan konkret məmurlara qarşı. Bunun alternativi sadəcə olaraq yoxdur”.

Kozlariç həmçinin Kristofer Smitin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini şərh edib. Bildirib ki, hazırda bu qanun layihəsinə dair sonrakı addımın nədən ibarət olacağı aydın deyil. "Fikrimcə, Konqres bu diskussiyalara qayıdacaq və onun dəstəklənməsi növbəti addım olacaq. Senator Benjamin Kardin tərəfindən təqdim edilmiş digər qanun layihəsi - ”Qlobal Maqnitski Aktı" da bunu deməyə əsas verir.

Bu sənədin əhatə dairəsi əslində Smitin layihəsindən də genişdir və siyasi məhbusların, korrupsiyanın olduğu ölkələrdə konkret şəxslərə qarşı maliyyə sanksiyalarını (hesabların bağlanması -red.) nəzərdə tutur. Ona görə də mən çox təəccüblənirəm ki, Bakıda Kardinin layihəsinə yox, Smitin qanun layihəsinə bu qədər çox diqqət ayırırlar" - keçmiş səfir əlavə edib deyib.

Onu da qeyd edək ki, belə fikirlər var ki, Helsinki Komissiyasın Azərbaycanla bağlı Belorus modelini tətbiq etmək fikrindədir. 1974-cü ildə ABŞ qanunvericiliyinə “Cekson Venik düzəlişi” edilib və Helskinki Komissiyası bu düzəlişə əsasən fəaliyyət göstərir. Həmin düzəlişə görə, Amerika Birləşmiş Ştatlarının avtoritar rejimlərlə, onların məmurları, o sıradan insan haqlarını pozan, insanların ölümündə günahlandırılan rəsmi şəxslərlə əməkdaşlığı mümkün deyil. Belə şəxslərə bir qayda olaraq viza verilmir, onlarla heç bir ticarət münasibətləri qurulmur.

Bundan başqa, həmin şəxslərin Amerika Birləşmiş Ştatları ərazisindəki biznes aktivləri dondurulur. ABŞ-ın bütün beynəlxalq sanksiyaları Helsinki Komissiyasında işlənir. Helsinki Komissiyası ABŞ-ın ticarət əlaqəsində olduğu ölkələrdə insan haqlarının və demokratiyanın durumunu daim monitorinq edir, pozuntu aşkaralanarsa, rəsmi səviyyədə bəyanatlar verilir, bəyanatlardan nəticə çıxarılmasa, ABŞ hökumətinə, Senata həmin hökumətə qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı müraciət olunur. Helsinki Komissiyası fəaliyyəti dövründə bir çox ölkələrə sanksiyalar tətbiq edilməsi ilə bağlı ABŞ hökumətinə qanunverici layihələr göndərib. Sanksiya siyahısındakı son ölkələrdən biri Belarusdur. Prezident Aleksandr Lukoşenko iqtidarına ölkədə insan hüquq və azadlıqlarının pozulmasına görə tətbiq edilən sanksiyalar bir neçə ildir qüvvədədir. Ölkənin siyasi elitası, siyasi fəalların həbsində, onlara basqı göstərilməsində adı keçən onlarla məmura və onların ailə üzvlərinə viza və maliyyə qadağaları qüvvədədir. Onların ABŞ-dakı bank hesabları və mülkiyyətləri üzərindəki hüquqları dondurulub. Eyni zamanda sanksiya bu şəxslərlə biznes əməkdaşlığı edən ABŞ-dakı hüquqi və fiziki şəxslərə də tətbiq edilir. Azərbaycanla bağlı qanun layihəsi də Belarus modeli üzrə hazırlanıb.

Siyasi müşahidəçilərin fikrincə, Rəsmi Bakı bu sanksiyaları önləmək üçün ciddi addımlar ata bilər. Bildirilir ki, Avropa İnsan Haqları Məhkəməsinin haqqında həbsdən qeyd-şərtsiz azad edilmə qərarı çıxardığı vicdan məhbusları cəzadan azad edilə bilər. Xüsusilə, İlqar Məmmədov, Tofiq Yaqublu, İntiqam Əliyev azadlığa çıxsalar, yumşalmalar mümük hüsab edilir.

Qeyd edək ki, Azərbaycana sanksiyaların tətbiq ediləcəyinin anonsu dəfələrlə verilib. İki ölkə arasında münasibətlərin yetərincə soyuq olması problemlərin dialoq yolu ilə həllinə imkan verməyib. Senator Krisin Azərbaycanla bağlı layihə hazırlamasının səbəbi kimi əsasən Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, siyasətçilərin, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin, insan haqları müdafiəçilərinin susdurulmasına

yönəlik sistemli səyləri göstərilir. Sənəddə Azərbaycandan bir neçə məşhurun adı çəkilir və bildirilir ki, məhz onlara qarşı basqılar bu sənədin meydana çıxmasına səbəb olub. Sənəddə nəzərdə tutulur ki, Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının həbsində, onlara basqı göstərilməsində adı keçən siyasi elita mənsublarına, yüksək vəzifəli şəxslərə, onların ailə üzvlərinə, biznes ortaqlarına ABŞ-a giriş yasaqlansın. Bu yasaqların ədliyyə və təhlükəsizlik rəhbərlərinə də tətbiq edilməsi təklif olunur. Azərbaycanla bağlı siyahıda daha çox 6 ədliyyə və məhkəmə işçisinin adı keçir. Sənəddə o da göstərilir ki, bu şəxslərə viza verilməsi onlardan hər hansı biri ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin çözülməsi ilə bağlı ABŞ-da keçirilən danışıqlarda Azərbaycan tərəfini təmsil edərsə, müvəqqəti götürülə bilər. Sanksiyalar qüvvəyə minərsə, bu şəxslərin ABŞ-ın maliyyələşdirdiyi layihələrdə iştirakı da mümkün olmayacaq. Məsələnin ən qorxulu tərəfi isə beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrə Azərbaycanla bağlı konkret sanksiyalar tətbiq edilməsinin tövsiyyə olunmasıdır. Sanksiyaların Rusiya modeli göstərdi ki, Maqnitski layihəsinin qəbul və tətbiqindən sonra Rusiyanın Avropa Birliyindəki ən böyük tərəfdaşları da sanksiyalara qoşuldu. Bu gün Avropanın 21 ölkəsi Rusiya rəhbərliyində təmsil olunan onlarla şəxsə daşınar, daşınmaz mülkiyyət, viza qadağaları tətbiq edib. Daha sonra bu, Rusiya ilə Avropa Birliyi arasında ticarət əlaqələrinə keçdi və qapılar ciddi şəkildə qapandı. Rusiyaya Ukraynaya hərbi müdaxilə etdiyi üçün ABŞ, Kanada və Avropa Birliyi ölkələri tərəfindən 46 sanksiya ilə üzləşib. Bu son dərəcə böyük rəqəmdir və ciddi təcrid deməkdir. Rusiya iqtisadiyyatı bu gün həmin 46 sanksiyanın ağır nəticələrini hər gün daha çətin formada hiss etməkdədir.

Beləliklə, yaxın perspektivdə Azərbaycan qarşı Qərbin sanksiyaları gündəmə gətirməsi xeyli inandırıcı görünür. Siyasi məhbuslar məsələsində hakimiyyətin geriyə addım atmaq istəməməsi, eləcə də qlobal siyasi proseslərlə bağlı sərgilənən mövqe bunu labüd edir.

Tarıyel Bayramov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • XİN: "Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir"

    XİN: "Türkiyə və Rusiya arasında qarşıdurma ...

    2-02-2016, 22:23

  • 
  • Kerri: "ABŞ Suriya məsələsində əli-qolu bağlı qalmayacaq"

    Kerri: "ABŞ Suriya məsələsində əli-qolu ...

    5-11-2013, 12:44

  • 
  • Əsəd: Qərb Suriya müharibəsini qızışdırır

    Əsəd: Qərb Suriya müharibəsini qızışdırır ...

    11-06-2018, 10:27

  • 
  • “İran-Amerika yaxınlaşması regionda Azərbaycanın geopolitik əhəmiyyətini azaldır”

    “İran-Amerika yaxınlaşması regionda Azərbaycanın ...

    17-04-2015, 23:40

  • 
  • Supergüclərin Azərbaycan marağı

    Supergüclərin Azərbaycan marağı ...

    19-05-2013, 13:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu