PKK terrorçuları ölkəmizə axın edə bilər, Azərbaycanda onlar üçün həm siyasi, həm də iqtisadi yöndə təhlükəsizlik şəraiti var
Rəsmi Ankara ilə PKK lideri Abdullah Öcalan arasında Türkiyə ərazisindəki terrorçuların bu ölkəni tərk etməsi ilə bağlı danışıqlar davam edir. PKK yetkililərinin bildirdiyinə görə, silahlıların Türkiyə sərhədlərini tərk etməsi may ayının sonlarına qədər davam edə bilər. Bu arada, ictimai müzakirəyə səbəb olan əsas məsələlərdən biri də Türkiyəni tərk edəcək terrorçuların Azərbaycana gəlmə ehtimalı ilə bağlıdır. Bəzi ekspertlər hesab edir ki, uzun illərdir kürdlərin axın etdiyi Azərbaycana PKK-çıların gəlmə ehtimalı da, İraq və Suriya istisna olunmaqla, digər ölkələrlə müqayisədə daha yüksəkdir. İddia olunur ki, siyasi hakimiyyətdə xeyli sayda kürd əsilli məmurlar olduğundan mülki formalı PKK terrorçuları Azərbaycanda rahatlıqla məskunlaşa bilərlər. Bu baxımdan, Türkiyəni tərk edəcək terrorçuların, Suriya, İraq və s. ölkələrlə yanaşı Azərbaycana da üz tutacağı ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Ancaq ekspertlərin fikrincə, PKK-çıların mülki şəxs qismində Azərbaycana gəlişi yaxın gələcəkdə ölkə üçün ciddi problemlərə gətirib çıxarar. Yəni zorakı mübarizə sahəsində böyük təcrübəyə və hər cür silahdan yüksək səviyyədə istifadə qabiliyyətinə malik olan terrorçular istənilən an Azərbaycan dövləti üçün ciddi təhlükə yarada bilər. Azərbaycandakı mövcud situasiya PKK-çıların ölkəmizə gəlişi üçün olduqca əlverişlidir. Əslində Azərbaycanda PKK-çıların siyasi-iqtisadi təhlükəsizlikləri üçün digər ölkələrdən dah yaxşı zəmin mövcuddur. PKK-nın ünlü şəxslərinin Türkiyəni tərk edərək müxtəlif ölkələrdə yerləşməsi haqqında ümumi bir razılaşma var. Bu yöndə artıq konkret addımların atılmasına hazırlıq gedir. Çünki ümumi razılıq əldə edilib ki, PKK-nın döyüşən və döyüşməyən aktiv hissəsi Türkiyə ərazisini və habelə Kuzey İraqdakı mağaraları tamamilə tərk etsin və başqa ölkələrə üz tutsun. Təbii ki, başqa ölkələr içərisində Azərbaycan da yer alır. Ona görə ki, Azərbaycanda müəyyən mənada onlar üçün həm siyasi, həm də iqtisadi yöndə təhlükəsizlik şəraiti var. Bu, heç şübhəsiz ki, PKK-çıların Azərbaycana gəlişini sitimullaşdıra bilər. Bugünün özündə Azərbaycanda iri bizneslə məşğul olan və dövriyyədə milyonlarla dollar vəsaiti olan xeyli sayda kürd iş adamı var ki, bu, Azərbaycana gəlmə ehtimalı olan PKK-çıları da həvəsləndirən faktordur. Bundan başqa, baş verənlər göstərir ki, Azərbaycan siyasi hakimiyyətində də kürdlərin siyasi himayədarları mövcuddur. Azərbaycanda fəaliyyət göstərən kürd əsilli bir xeyli iş adamı var ki, onların ölkəyə gəlişi araşdırılsa bəlli olar ki, həmin insanlar Azərbaycana bir qəpiksiz gəlib. Lakin bu gün həmin insanların işgüzar çevrəsi çox böyükdür. Bu gün onların idarə etdiyi istehsalat müəssisələrinin, firmaların səsləri başqa əcnəbi ölkələrdən gəlir. Ümumi dövriyyədə yüz milyonlarla, bəlkə də milyardlarla dollar pulları var. Bu insanlar hakimiyyətin yuxarı eşalonundan siyasi dəstək almasaydı, onların birdən-birə bu şəkildə yüksəlişi, Azərbaycanda bu miqyasda fəaliyyəti mümkünsüz olardı. Əgər bu şərait varsa və əgər bu insanlar bu səviyyəyə gəlib çıxa bilirsə, bu o deməkdir ki, PKK-nın bəlli bir qrupu, xüsusilə də biznes və maliyyə ilə bağlı hissəsi Azərbaycana böyük məmnuniyyətlə gəlib böyük işlər qura və böyük pullar qazana bilərlər. PKK-çıların mülki şəxslər qismində Azərbaycana gəlişi dövlətimiz üçün də ciddi təhlükə vəd edir. PKK-nın “Böyük Kürdüstan” planından imtina etmədiyini bildirən politoloq hesab edir ki, Öcalanla rəsmi Ankara arasındakı razılaşma keçicidir. PKK-çıların gəlişinin Azərbaycana vəd etdiyi təhlükə də ciddidir. Mən inanmıram ki, PKK problemi AKP hakimiyyəti ilə terrorçubaşı Öcalan arasında əldə edilən hər hansı bir razılaşma ilə birdəfəlik bitəcək. Mən buna inanmıram. Bunun konkret səbəbləri var. Bu səbəblərdən ən əsası ondan ibarətdir ki, PKK monolit, vahid gücdən ibarət deyil. PKK müxtəlif qollara ayrılıb. Bu qolların hər biri regionda və qlobal səviyyədə müxtəlif güclər tərəfindən həm maliyyələşir, həm də idarə olunur. Bu ölkələrin içərisində Avropa ölkələri, Suriya, İran, İsrail və ABŞ var. Amerika Türkiyənin strateji müttəfiqi olsa da, bu proseslərdə iştirak edir. Bu gün PKK simpatizanları silahları təhvil veriləndə bəlli olur ki, onların böyük əksəriyyəti amerikan silahlarıdır. Silahlar da Türkiyəyə təhvil verilmir. Bu silahları amerikalılar təhvil alır. Bu, olduqca maraqlı bir faktdır. Bu baxımdan hesab edirəm ki, PKK preblemi Öcalanla əldə edilən razılaşma ilə bitən deyil. Sözügedən razılaşma sadəcə Türkiyədə terror olaylarının miqyasını azalda və ya buna müvəqqəti olaraq son verə bilər. Ola bilsin ki, qısamüddətli razılaşma əsasında PKK terroru nisbətən səngiyə bilər. Bu, qlobal razılaşma çərçivəsində baş verə bilər. Bu çərçivəyə ABŞ və bəzi Avropa ölkələri daxildir. Lakin problemin yenidən dirçəlməyəcəyinə zəmanət yoxdur. Zəmanət olmadığı üçün yenidən terror Türkiyə və Türkiyə ətrafında dirçələcəyi təqdirdə Azərbaycanda yerləşəcək və böyük pullar qazanacaq kürd biznesmenlər böyük təhlükəyə çevriləcək. Bu, həm Türkiyə, həm də Azərbaycan üçün ciddi təhlükə olacaqdır. Çünki həmin vaxt terroru maliyyələşdirən rıçaqlardan biri də bu şəxslər olacaq. PKK Kürdüstan projesini reallaşdırmaq üçün hələlik siyasi müstəvidə meydana çıxan imkanlardan yarralanmağa çalışır və bu səbəbdən də silahlı mübarizə vasitəsindən bəlli bir müddət üçün imtina edib. Bu gün Türkiyə dövlətinin içərisində bir kürd dövləti yarada bilməyən PKK çox güman ki, öz böyük planından vaz keçmiş deyil. Sadəcə olaraq, bu gün bu planların reallaşması üçün lazımi mühit yoxdur. Baş verənlər göstərdi ki, silahlı mübarizə ilə Türkiyədə kürd dövləti yaratmaq mümkün deyil. Türkiyə hökumətini silah gücünə geri çəklilməyə vadar etmək, yıxmaq imkansızdır. Bu baxımdan müəyyən qlobal razılaşma əsasında PKK-çılar da anladı ki, artıq siyasi mübarizə zamanıdır. Siyasi mübarizə yolundan başqa alternativ qalmayıb. Buna görə də PKK bu variantı qəbul etdi. Lakin dediyim kimi, PKK hələ də öz böyük planından vaz keçmiş deyil. Məlum plana əsasən PKK-nın qurmaq istədiyi “Kürdüstan dövləti”nin bir hissəsini də Azərbaycan torpaqları təşkil etməlidir. Bu böyük planın, yəni “Kürdüstan dövləti”nin yaradılması planı həm də Azərbaycanla əlaqədardır. Çünki yaradılacaq “Kürdüstan dövləti”nin ərazisinə bəzi Azərbaycan torpaqları da daxil edilib. Əgər Türkiyəni tərk edən PKK-çıların bəlli bri qismi Azərbaycanda məskunlaşarsa və onlar siyasi baxımdan himayə olunarsa, o zaman gələcəkdə Azərbaycanın özü üçün ciddi təhlükə törədə bilər. Bu baxımdan PKK-çıların Azərbaycana gəlişini əsla arzuedilən proses hesab etmirəm və düşünürəm ki, onlar ölkəmizdə var olduqları müddətdə ciddi təhlükələr də var olacaqdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?