gundemxeber.az Hakimiyyətdəki qaynaqlardan daxil olan məlumata görə, Böyük Britaniyanın “Article XlX” təşkilatının icraçı direktoru və Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun koordinatoru Rebekka Vinsent Azərbaycandan çıxarılacaq. Mənbə bildirib ki, neft şirkətlərinin birində çalışan həyat yoldaşının işi ilə bağlı Azərbaycana gələn R.Vinsent son bir ildə Bakıda yaşayır. Lakin o, həm də fəal şəkildə ictimai-siyasi proseslərdə iştirak edir, müxtəlif xarici təşkilatlardan qrantlar alaraq fəaliyyət göstərir. Bundan başqa o, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu və digər QHT-lərlə birgə işləyir. Müşahidəçilərin məlumatına görə, R.Vinsent faktiki olaraq RATİ-nin ştatlı işçisi hesab olunur. Artıq R.Vinsentin vizası ilə bağlı Xarici İşlər Nazirliyi və digər məsələlərlə əlaqədar Miqrasiya Xidməti araşdırmalara başlayıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?