GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli Həsənovun mətbuat şəbəkəsi əlindən alınır

Əli Həsənovun mətbuat şəbəkəsi əlindən alınır

Tarix: 8-12-2012, 11:00 Bölmə :Manşet Baxış: 804
Əli Həsənovun mətbuat şəbəkəsi əlindən alınır

Ramiz Mehdiyevin gücdən salınması onun kadrlarının da sıradan çıxarılması ilə nəticələnir

gundemxeber.az Son zamanlar Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı apırılan hücum kampaniyası artıq öz müsbət nəticələrini verməkdədir. Uzun müddətdir ki, hakimiyyətin bir nömrəli problemi olan Mehdiyev artıq zərərsizləşdirilmək üzrədir, hər halda PA rəhbərinin əleyhinə göstərilən məqsədli fəaliyyətlə bağlı heç bir reaksiya nümayiş etdirməməsi belə düşünməyə əsas verir. İndi isə R.Mehdiyevin komandasının başlıca simalarının sıradan çıxarılmasına start verilib. Bu sırada isə PA-nın ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun əlində cəmləşdirdiyi səlahiyyətlərin alınması diqqəti daha çox cəlb edir.
«Gündəm-xəbər»i məlumatlandıran mənbənin sözlərinə görə, Əli Həsənovun əlində cəmləşdirdiyi mətbuat şəbəkəsinə qarşı hücum kampaniyası başlayıb və bu şəbəkənin bütövlükdə sıradan çıxarılması nəzərdə tutulub. Əli Həsənovun son müsahibəsində işlətdiyi fikirlər də bunun təsdiqi kimi çıxış edə bilər. Məlumat üçün bildirək ki, Əli Həsənov sözügedən müsahibəsində heç lüzüm olmadan özünün mərhum dövlət başçısının yaxın ətrafına aid olduğunu gözə soxmağa cəhd edib: «1990-cı ildə Heydər Əliyev Azərbaycana gələndə onu müşaiyyət edən üç nəfərdən biri mən idim». Maraqlıdır, Əli Həsənov heç zaman belə sentemental açıqlamalara ehtiyac duymayıb, bəs indi onu belə bir addım atmağa vadar edən səbəblər nə qədər ciddidir?
Bununla bağlı əldə etdiyimiz məlumatlarda bildirilir ki, artıq Əli Həsənovun özünə qarşı da hücumlar başlayıb və elə bu səbəbdən də onun özünü müdafiə etmək ehtiyacı yaranıb. Pa-nın şöbə müdirinə qarşı hücumların məqsədi isə onun nəzarəti altında olan mətbu şəbəkəni zərərsizləşdirməkdir. Azad Azərbaycan Televiziyasının (ATV) Mehdiyevçilər komandasınının üzvü Nazim İbrahimovlardan alınması isə sözügedən prosesin tərkib hissəsi sayılmalıdır. Qeyd edək ki, həmin proses elə ustalıqla qurulmuşdu ki, hətta qarşı tərəf müqavimət göstərməyə belə macal tapmadı. «Azad Azərbaycan» Teleradio Şirkətinin təsisçiləri mənim ailə üzvlərimdir» deyən komitə sədri əvvəlcə kanalın rəhbərliyinin başqa şəxsə verilməsini kadr dəyişikliyi kimi təqdim etməyə cəhd etdi. Bunun səbəbini isə, «telekanalın təsisçiləri ilə orada çalışan komanda arasında» televiziya yayımçılığına dair uzun müddətdir, davam edən müəyyən fikir ayrılığı (?-müəl.) ilə bağlamışdı: «Sonda təsisçilər tərəfindən komandanın yenilənməsi ilə bağlı qərar qəbul olundu. Hesab edirəm ki, yeni komanda Azərbaycan tamaşaçısının zövqünə uyğun, daha keyfiyyətli kanal quracaq. Bu dəyişiklik telekanalın inkişafına xidmət edəcək».
Ancaq N. İbrahimov bu açıqlamasında özü-özünü təkib edib. Bir tərəfdən deyir ki, kanalın təsisçiləri onun ailə üzvləridir, digər tərəfdən də təsisçilərlə kanalda çalışanlar arasında fikir ayrılığının olduğunu vurğulayır. Ancaq, nədənsə «unudur» ki, kanaldan gedənlərin başında elə ictimaiyyətə ATV-nin təsisçiləri sırasında təqdim olunan insan dayanır. Digər tərəfdən, baş verənlər göstərir ki, komandada heç bir yenilik aparılmayıb. Sadəcə telekanaldan Nazim İbrahimovun ailə üzvləri və onların yaxınları uzaqlaşdırılıb.
Qeyd edək ki, telekanalın rəhbərliyi tam şəkildə dəyişdirilib. Belə ki, Nazim İbrahimovun qardaşı Tağı İbrahimov ATV-nin prezidentliyindən uzaqlaşdırılıb, bu vəzifəyə əks düşərgənin adamı kimi tanınan Vüqar Qaradağlı təyin edilib. Bundan başqa, N.İbrahimovun digər qardaşı, ATV-nin vitse-prezidenti Natiq İbrahimov və digər vitse-prezident Həsən Abdullayev də vəzifələrindən azad ediliblər. Təcrübə göstərir ki, Azərbaycanda belə dəyişiklik o zaman aparılır ki, mülkiyyətin sahibi dəyişir. İndiki halda da bu təcrübəni istisna etmək üçün ortada heç bir tutarlı arqument mövcud deyil.
Bunun səbəblərinə toxunmazdan öncə qeyd edək ki, Nazim İbrahimovun belə dolaşıq açıqlama verməsi kanalın əllərindən alınması barədə qərarın onlar üçün nə qədər gözlənilməz olmasından xəbər verirdi. Redaksiyamıza daxil olan məlumata görə, qərar ən yüksək səviyyədə verilib və dərhal icra olunması taşırılıb. Mənbənin ehtimalına görə, qərarın icrası prezident tərəfindən məhz Nazim İbrahimova tapşırılıb. Məsələylə bağlı kanalın təsisçisi və prezidenti Tağı İbrahimovun deyil, Nazim İbrahimovun danışması da bununla bağlı idi. O da bildirilir ki, qərarın o qədər təcili yerinə yetirilməsi tapşırılıb ki, İbrahimov qardaşları rəhbərliyə kimin gətirilməsindən belə xəbərsiz olublar. Təsadüfi deyil ki, İbrahimov qardaşları kollektivlə vidalaşarkən, Natiq İbrahimov belə deyib: «Bilmirəm kim gəlir, amma biz getdik...».
İndi isə qayıdaq ATV-dəki fövqəladə dəyişikliyin səbəbinə. Son dövrlər baş verən bir sıra hadisələr kimi, bu dəyişikliyin də arxasında hakimiyyətdaxili mübarizə dayanırdı. Daha dəqiqi, Paşayevlərlə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi «Naxçıvan klanı» arasında gedən mübarizə artıq ikincinin daha güclü olduğu media sektorunda da özünü göstərməyə başladı.
ATV ətrafında baş verənlərə bu qədər yer ayırmağımızın səbəbi isə prosesin məhz bu nöqtədən start götürməsidir. Məsələ ondadır ki, digər telekanallardan fərqli olaraq, ATV telekanalı birbaşa «Naxçıvan klanı»nın inhisarında idi. Bu kanalın faktiki təsisçisi kimi təqdim olunan Nazim İbrahimov «Naxçıvan klanı»nın üzdə olan təmsilçilərindən biridir. Mənbənin sözlərinə görə, aparılan dəyişikliklərdə də məqsəd, məhz kanalı Ramiz Mehdiyevin təsir dairəsindən çıxarmaq idi. Elə ATV-yə Vüqar Qaradağlının rəhbər gətirilməsi faktını qeyd etmək bu kanalın da Paşayevlərin nəzarətinə keçdiyini iddia etmək üçün yetərlidir. Xatırladaq ki, Vüqar Qaradağlı əvvəllər «Bizim əsr» və «Naş vek» qəzetlərinin baş redaktoru olub. «Radio Lider»in, «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq»in baş direktoru işləyib. «Lider» televiziyası və radiosunun təsisçilərinin içərisində isə prezidentin ailə üzvlərinin, o cümlədən ölkənin birinci xanımının olduğu bildirilir. Bütün bunları xatırlatmaqda məqsədimiz isə odur ki, ATV-nin rəhbərliyindən «Naxçıvan klanı»nın təmsilçiləri uzaqlaşdırılaraq, yerinə Paşayevlərin etibarlı adamı gətirilib.
Qeyd olunanlar baş verən dəyişikliyin prezident seçkisi öncəsi hakimiyyətdaxili qruplar arasında ziddiyyətlərin kəskinləşdiyini bir daha göstərir. Bu mübarizədə Paşayevlər rəqib düşərgəyə - Mehdiyevçilər qruplaşmasına daha bir zərbə vurmaqla, onları ən güclü olduqları sektordan belə sıxışdırmağa başlayıblar. Mötəbər mənbədən əldə ediyimiz məlumatlara görə, bu prosesin davamı da gələcək. Yaxın aylarda «Naxçıvan klanı»nı media sektorunda küncə sıxışdıracaq çox ciddi addımlar atılacaq. Elə Əli Həsənova qarşı başladılan təzyiq kampaniyasının arxasında da bu məqam dayanıb. Heç kimə sirr deyil ki, Mehdiyev komandasının «mətbu artileriyası» məhz Əli Həsənovun əlində cəmləşib.
Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • Hakimiyyət yeni komandanın əlində

    Hakimiyyət yeni komandanın əlində ...

    8-12-2012, 09:49

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • YAP da Ramiz Mehdiyevə qarşı çıxır

    YAP da Ramiz Mehdiyevə qarşı çıxır ...

    26-12-2012, 12:19

  • 
  • Ramiz Mehdiyevin də «varis planı» var imiş

    Ramiz Mehdiyevin də «varis planı» var imiş ...

    30-12-2012, 11:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu