GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin gizli planı

Hakimiyyətin gizli planı

Tarix: 17-04-2013, 10:15 Bölmə :Manşet Baxış: 903
Hakimiyyətin gizli planı

2013 seçkilərinə əngəl ola biləcək güclərə qarşı alternativ konsey
yaradılır; generallar və həbsdə olan sabiqlər bir araya gətirilir


“Milyarderlər ittifaqı”nın yaradılması, Rusiya və Qərbin hakimiyyətlə açıq konfliktə getməsi və bütün bunların fonunda daxili narazılıqların pik həddə matması Azərbaycan hakimiyyətini təxirəsalınmaz tədbirlər planı həyata keçirməyə vadar edir. Günü-gündən dərinləşən hakimiyyət böhranı isə seytnot təhlükəsindən xəbər verir. Baş verənlər siyasi hakimiyyəti komandasını dəyişməyə sövq edir. Lakin necə deyərlər, “atları döngələrdə dəyişmirlər”. Belə bir addım bönranı daha da dərinləşdirə bilərdi. Vəziyyəti ağırlaşdıran əsas amillərdən biri də “ehtiyat skamyası”nda “güclü hücumçular”ın yoxluğudur.
Alternativ hakimiyyət təsiri bağışlayan və hakim komandanı parçalayacaq qədər güclü görünən “Milyarderlər ittifaqı”na qarşı mübarizədə ciddi komandaya ehtiyac duyulur. Belə komanda hakim elitanı parçalanmaqdan qorumaq iqtidarında olmalıdır. Bu baxımdan, son zamanlar prezident İlham Əliyevin Heydər Əliyev iqtidarının güclü generallarını Bakıya yığması təsadüfə bənzəmir. Prezident Namiq Abbasovun Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam verib. Xatırladq ki, Namiq Abbasov 2004-cü ildə Milli Təhlükəsizlik naziri vəzifəsindən getdikdən sonra Özbəkistana səfir göndərilmişdi. Keçmiş MTN şefi bildirir ki, bundan sonra vaxtını ailəsinə, nəvələrinə həsr etmək arzusundadır. Lakin tezliklə general Abbasovun əsas missiyasının başlayacağını ehtimal etmək olar. Bundan başqa isə İlham Əliyev Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfir olan, paytaxt polisinin keçmiş rəisi general Məhərrəm Əliyevi də geri çağırıb və onu yüksək vəzifəyə təyin etmişdi.
Azərbaycan siyasi elitasında kifayət qədər nüfuza malik olan və hazırkı “əldəqayırma generallardan” fərqli olaraq “Naxçıvan klanı”nda real təsirləri olan bu iki şəxsin Bakıya qaytarılması hansısa ssenarilərin işə düşməsindən xəbər verir. Real güc və nüfuz sahibi olan iki ünlü simanın Bakıya qayıdışı mövqeləri zəifləməkdə olan “Naxçıvan qruplaşması”nda canfəşanlıqla qarşılanıb. Digər tərəfdən, Araz Ağalarov, Rüstəm İbrahimbəyov, Vahid Ələkbərov kimi güclü rəqibə qarşı keçmiş qarmon çalanlarla çıxmaq imkansız görünür. Bu baxımdan, döyüşə generalların göndərilməsi hakimiyyət daxilində müəyyən ümidlər yarada bilər. Lakin adıçəkilən şəxslərin real təsir dairələri olması üçün onların hakimiyyətdə təmsil olunmaları tələb olunur. Bu baxımdan, hər iki şəxsin yaxınlarda mühüm vəzifələrə gətiriləcəyi ehtimal edilir.
Vurğulayaq ki, vaxtilə istər ölkə daxilində, istərsə də xaricində Namiq Abbasovun adı Heydər Əliyevin siyasi varisi kimi hallandırılırdı. Müxalifətlə dialoq tərəfdarı olması, hakim klana mənsubluğu hakimiyyətin ağrısız ötürülməsini aktual edirdi. Məhz bu səbəbdən N.Abbasovun Qərb ölkələrinə səfərləri mütəmadi hal almışdı. Lakin “varis planı” dəyişdikdən sonra nüfuzlu, əlində “kompromat çantası” olan nazirin 2004-cü ildə ölkədən Özbəkistana “mədəni sürgünü” baş verdi. Artıq N.Abbasov Bakıya dönüb. Qərbin vaxtilə ümidlə baxdığı bu şəxs hazırkı siyasi elitaya öz xidmətlərini təklif edə bilər. Keçmiş MTN şefinin hansı simada hakimiyyəti təmsil edəcəyi barədə hələ dəqiq nəsə demək mümkün deyil. Lakin nüfuz və əlaqələri ona siyasi karyerasını indilərdə başa vurmağa imkan vermir.
Daha önəmli simalardan biri olan Məhərrəm Əliyevin güc nazirliklərinin birində rəhbər vəzifəyə gətirilə bilmək ehtimalı çoxdur. Xatırladaq ki, M.Əliyev 2005-ci ilin oktyabrından sonra hakimiyyətin “qara siyahısına” düşmüşdü. Lakin “siyasətdə daimi dost və düşmənlərin olmadığını, daimi maraqların olduğunu” nəzərə alsaq, M.Əliyevə yüksək post verilə biləcəyini ehtimal edə bilərik. Paytaxt polisinin sabiq rəisinin mühüm postla təmin olunması daha bir perspektivdən xəbər verə bilər. Xatırladaq kİ, M.Əliyev 2005-ci ilin oktyabrında həbs edilən sabiq səhiyyə naziri Əli İnsanovla qudadır. Bu amil 2007-ci ildən “diplomatik sürgün” həyatı yaşayan, “Naxçıvan klanı”nın nümayəndəsinə “yaşıl işıq” yandırır. Qeyd edək ki, Məhərrəm Əliyev keçmiş səhiyyə naziri Əli İnsanovun barəsində məhkəmə prosesi qurulan ərəfədə mətbuata verdiyi açıqlamasında da qudasını müdafiə etdiyini, onun dövlət çevrilişinə cəhd etdiyinə inanmadığını və onunla qohumluq əlaqələrini qoruduğunu bildirmişdi. M.Əliyevin indi Bakıya qaytarılması hakimiyyətin yeni kombinasiyalarından xəbər verir. M.Əliyevin zəmanəti ilə gələcək planda Ə.İnsanov həbsdən azad oluna və bunun müqabilində hazırkı iqtidarı dəstəkləyə bilər.
Burada daha bir məqama diqqət yetirmək lazım gəlir. “Milyarderlər ittifaqı”na yeni, güclü fiqurların qoşula biləcəyini nəzərə alan iqtidar oyuna daha bir güclü hücumçunu qoşa bilər. Bu, ölkənin keçmiş baş prokuroru, səfir Eldar Həsənovdur. Ölkədə xeyli dərəcədə nüfuzu olan, H.Əliyev hakimiyyətinin ən önəmli simalarından biri olan E. Həsənovun da yaxınlarda Bakıya çağırılacağı və mühüm dövlət postu ilə təmin olunacağı da gözlənilir. Daha mühüm addımlardan biri kimi keçmiş iqtisadi inkişaf naziri, “Amerikanın dostu” Fərhad Əliyevin həbsdən azad olunacağı və bunun müqabilində hakimiyyəti dəstəkləyəcəyi ehtimalıdır. Ehtimal etmək olar ki, istər “Milyarderlər ittifaqı”, istərsə də köhnə komanda üzvlərindən ibarət olacaq “Veteranlar Birliyi” müxalifətlə də əməkdaşlıqda maraqlı olacaq. Ən azı, ilkin mərhələdə belə bir əməkdaşlıq zəruri görünür. Heç olmasa, müxalifətin bir qanadı ilə belə bir əməkdaşlıq mümkündür.
Göründüyü kimi, ölkədə siyasi gedişlər get-gedə daha maraqlı qambitlərin qurulacağından xəbər verir. Bu isə siyasi qüvvələrdən çeviklik tələb edir. Sadə olmayan vəziyyətdə isə gedişlər etmək siyasətçilərdən müdriklik tələb edir. Azərbaycan siyasətində isə intellekt problemi yaşanmaqdadır

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin Əliyev hakimkiyyətinə qarşı məxfi planı

    Putinin Əliyev hakimkiyyətinə qarşı məxfi planı ...

    7-12-2012, 12:28

  • 
  • Söyün Sadıqov "Milyarderlər İttifaqı"nın pulundan danışdı

    Söyün Sadıqov "Milyarderlər ...

    12-11-2013, 14:25

  • 
  • “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya gəlir

    “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya ...

    12-08-2013, 12:09

  • 
  • “Milyarderlər İttifaqı” üzvünün super təyyarəsi – (Fotosessiya)

    “Milyarderlər İttifaqı” üzvünün super təyyarəsi – ...

    13-08-2013, 11:48

  • 
  • “Milyarderlər İttifaqı” gəncləri toparlayır

    “Milyarderlər İttifaqı” gəncləri toparlayır ...

    29-04-2013, 21:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu