Maykl Tkaçik: «ATƏT və NDI-ya təzyiqlər seçkilərin legitimliyini şübhə altına alacaq»
Demokratiya və beynəlxalq münasibətlər sahəsində amerikalı analitik Maykl Tkaçik ehtimal edir ki, prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinin beynəlxalq müşahidəçilərə təzyiqi seçkilərin legitimliyini şübhə altına alacaq. Texasın Ostin şəhər universitetinin direktoru, professoru Turan-ın Vaşinqton müxbirinə müsahibəsində Azərbaycan hakimiyyətinin ATƏT və NDİ nümayəndəliklərinə artan təzyiqlərinin mümkün nəticələrinə toxunub. «Bu təşkilatlar insan hüquqlarının dəstəklənməsində, demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda mühüm rol oynayır. ATƏT insan haqlarının daxili il olmadığını hesab edən Helsinki prosesinin yekunları üzrə yaradılıb. Bunu anlamayan hakimiyyət öz vətəndaşlarının hüquqlarını pozacaq», - o qeyd edib. ATƏT keçmiş SSRİ məkanında ilk azad institutların yaradılmasında mühüm rol oynayıb və insan hüquqları anlamının ümumi əhəmiyyət daşıdığını təsdiqləyib. «ATƏT-dən imtina etmək bu dəyərlərdən imtina etmək deməkdir. NDI-ya gəlincə, bu təşkilat azad və ədalətli seçkilərlə daha çox məşğul olur. NDI-dan imtina demokratiyadan imtina deməkdir. Seçkilərə 6 ay qalmış bu iki təşkilatdan imtina seçkilərin legitimliyini şübhə altına alacaq», - Tkaçik vurğulayıb. «Bundan əlavə, tamamilə təbii sual yaranır: niyə hakimiyyət ATƏT və NDI-dan qorxur? Niyə hakimiyyət şəffaflıqdan ehtiyatlanır, əgər gizlədəcək bir şeyi yoxdursa? Belə siyasət nəinki ədalətsiz seçkilərə aparıb çıxarır, həm də daha böyük korrupsiyaya yol açır», - o qeyd edib. «Qərb institutları Azərbaycan üçün hansı təhlükəni törədir» sualının cavabında Tkaçik deyib ki, Rusiya prezidenti Vladirmir Putin bu cür yanaşmadan istifadə etməyi xoşlayır. «Keçmiş SSRİ məkanında avtoritar recimlər cəmiyyətdəki müstəqil qüvvələrdən ehtiyatedirlər və bu səbəbdən də beynəlxalq QHT-lərə və ATƏT-ə təzyiq göstərirlər. Putin «qərb institutları öz iradəsini Rusiyaya qəbul etdirməyə çalışır» ifadəsini təkrarlamağı xoşlayır. Əslində söhbət demokratiyadan, insan hüquq və azadlıqlarından gedir. Əgər bunları Qərbin iradəsi və ya marağı adlandırsaq, yalnız liberalizm ideyasının yayılması anlamında ola bilər. Putinin DTK ilə bağlı keçmişini nəzərə alsaq, onun nədən liberalizmi sevmədiyini başa düşmək çətin deyil. O həmçinin bu cür yanaşmanı Azərbaycan da daxil olmaqla, digər postsovet ölkələrinə aid etmək istəyir. «Demokratiya və azadlığı dəstəkləyən ölkə ATƏT və NDİ-dan ehtiyat etməməlidir və əgər onları təqib edirlər, sıxışdırırlarsa, bu, ondan xəbər verir ki, bu ölkənin və ya hökumətin prioritet və dəyərləri başqadır», - Tkaçik bildirib. Qərb institutlarına hücumlar yerli QHT-lər üçün qanunverici məhdudiyyətlərlə müşayiət olunub. Eyni hal Rusiyada da baş verir. Bu, dövlətin qeyri-şəffaf və qanunsuz fəaliyyətini gizlətmək məqsədilə edilir. KİV ilə bağlı vəziyyətə toxunan analitik deyib ki, curnalistlərə hücumlar Azərbaycanın beynəlxalq arenada imicini zərər vurur. Baxmayaraq ki, dünyada analoci durumda olan onlarla ölkə var. Azərbaycan hansı düşərgəyə - ya demokratik ya da avtoritar yönəldiyini özü müəyyən edir. Bu gün dünyada alternativ demokratiya modeli mövcuddur- avtoritar kapitalizm. Belə model Asiya ölkələrində uğurla tətbiq olunur və Azərbaycan da daxil olmaqla, bir çox ölkələr güman edirlər ki, qərb dəyərləri və azadlıqları olmadan da iqtisadi artıma nail ola bilərlər. Lakin bu yanaşmada iki problem var: 1) Bəzi Asiya ölkələri əsas əhali kütləsinin aşağı səviyyəsində iqtisadi artımı təmin etməyə imkan verən böyük işçi qüvvəsinə malikdir. Lakin Azərbaycanda belə «üstünlük» yoxdur, halbuki, neft müvəqqəti olaraq bu rolu oynaya bilər. 2) Bu ölkələr ucuz işçi qüvvəsi vasitəsilə iqtisadi artımı, müstəqil institutların yaradılmasını təmin ediblər. Lakin Azərbaycanın strategiyası görünür, bu cür müstəqil institutların yaradılmasının əleyhinə yönəlib. «Odur ki, əgər Azərbaycan avtoritar kapitalizm modelini təqlid etmək qərarına gəlibsə, bunu çox pis edir», - M.Tkaçik vurğulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?