GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət xalqla müharibə yolunu tutub

Hakimiyyət xalqla müharibə yolunu tutub

Tarix: 21-04-2013, 12:55 Bölmə :Manşet Baxış: 797
Hakimiyyət xalqla müharibə yolunu tutub

Hakimiyyəti itirmək qorxusu ilə hər kəsə qarşı olan böyük hirs yaradıb

Daxili və xarici siyasi proseslərin inkişafından narahat olan Azərbaycan hakimiyyəti repressiyaları gücləndirmək yolunu tutdu. Təəssüf ki, hakimiyyət orqanları özləri də artıq alovlanmaqda olan etiraz dalğasını, getdikcə artan daxili və xarici narazılıqları repressiyaya üstünlük verməklə daha da gücləndirmiş olur. Tutulan yolun iflasa uğramış rejimlərin simasında uğursuzluğu isə göz qabağındadır.

Hakimiyyət hamıya qarşı hirslidir

Hakimiyyəti itirmək qorxusu ilə hər kəsə qarşı olan böyük hirs; Vəziyyəti sakit, ağıllı qiymətləndirmək bacarığı və hadisələrə adekvat cavab vermək qabiliyyəti itirilib

Ataların bir sözü var:”Hirsli başda ağıl olmaz!” Azərbaycanın hazırki rəhbərliyinin durumuna nəzər salsaq, bu deyimin nə qədər doğru olduğunu müşahidə edə bilərik. Bizim hakimiyyət bu gün yüz faiz səhv yoldadır, çünki hər kəsə və hər şeyə qarşı qəzəblidir. O, olduqca narahat və sözün əsl mənasında hirs və hikkəylə doludur. Bu vəziyyəti ilə hətta, qarşısına çıxan hər kəsi parçalamağa hazır olan vəhşı heyvanı belə xatırladır. Düşünülməmiş addımları və repressiyaları ilə başqalarından çox özünə zərər verdiyini, vəziyyətini daha da gərginləşdirdiyini isə düşünmək belə istəmir.
İqtidar Qərbə (Avropa və ABŞ) qarşı da çox qəzəblidir, çünki geosiyasi duruma, enerji layihələrindəki güzəştlərə və digər amillərə baxmayaraq, Qərb tədricən demokratik tələblərinin həyata keçirilməsi üçün təzyiqlərini artırır. O, Rusiyaya qarşı da qəzəblidir, çünki bu vaxta qədər avtoritar rejimlərlə həmrəylik nümayiş etdirən bu dövlət də prinsiplərinə xəyanət edərək , müxtəlif yollarla rəsmi Bakını cəzalandırmağa çalışır. O, Türkiyəyə və İrana qarşı da qəzəblidir, çünki Azərbaycanda hakim rejimin müdafiəsinə fəal surətdə qalxmırlar.
Hakimiyyətin ən böyük hirs və qəzəbi isə daxili qüvvələrə yönəlir. Öz sıralarını durmadan genişləndirən və itaətsizliyini, fəaliyyətini sürətlə artıran müxalifət təbii ki hakimiyyətin hədsiz qəzəbinə tuş gəlir. Hakimiyyətə əsas şoku isə kütləvi şəkildə müxalifətə qoşulan, sosial şəbəkələrdəki virtual etirazlarını vaxtaşırı real şəkildə təcəssüm etdirə bilən fəal gənclər yaşatdı.O, illərdir aşağıladığı, qorxutduğu, hakim elitanın rüşvətxorluğunun qurbanına çevirdiyi, oyuncaq kimi oynatdığı əhalinin müqavimət ruhunun qayıtmasından da çox narahatdır.
Nəhayət, o, öz məmurlarının özbaşınalıqlarından, tükənməz iddialarından da narahat və narazıdır.

Qorxu və qəzəb repressiyanı şərtləndirir

Hakimiyyəti itirmək qorxusu ilə hər kəsə qarşı olan böyük hirsi birlikdə vəziyyəti sakit, ağıllı qiymətləndirmək bacarığının və hadisələrə adekvat cavab vermək qabiliyyətinin qarşısını kəsir. Qorxu, narahatlıq və qəzəblə dolu olan istənilən insan isə ilk növbədə, əlinə dubinka,balta, çəkic keçirən kimi, qarşısına çıxan ilk insanı həyatından məhrum edə bilər. Dövlət idarəçiliyində isə bu cür zorakılıq və repressiya xüsusən yolverilməzdir və ikiqat təhlükəlidir, çünki onun nəticələri daha geniş ərazini əhatə etmiş olur. Təəssüf ki, biz bunları artıq müşahidə edirik.
Əgər ilk dövrlərdə hakimiyyət kütləvi həbsləri, cərimələri, məhkəmələri və digər xüsusi tədbirləri konkret olaraq baş vermiş hadisələrə (İsmayıllı, Binə, piketlər, mitinqlər, tətillər, və s.) görə aparırdısa, , Indi isə profilaktik məqsədlə geniş həcmli repressiyalara, həbs və məhkəmələrə start verilib. Bu halda, həmişə olduğu kimi, hakimiyyət nə qanunlarla hesablaşır, nə də sağlam düşüncə nümayiş etdirir.
Repressiya siyasətinə tələbatın yaranması yenidən bu işlərdə təcrübəli kadr kimi "boz kardinal"-I gündəmə gətirdi. Bu insan sıfırdan böyük qlobal ssenarilər yaratmaq, terror hücumlarını, dövlət çevrilişlərini ifşa etmək qabiliyyətinə malikdir. Bəlkə də o, hökumətdə bütün bu “çirkli işlər”I ustalıqla və müvəffəqiyyətlə həyata keçirə bilən yeganə şəxsdir.
Bu texnologiya isə sadə və sərfəlidir. Fəal gəncləri həbs etməyə, hər şeydən öncə NİDA hərəkatını parçalamağa səbəb lazımdır? –Buyurun! Dərhal etibarlı insan hüquq müdafiəçilərinin və muzdlu jurnalistlərin vasitəsi ilə cəmiyyətdə belə fikir yaradılır ki, bu təşkilat Amerikadan maliyyələşərək ölkədə qarışıqlıq yaratmaq fikrindədir. Gənclərin həbslərinə qanuni don geydirmək kompaniyasına start verilərkən isə dərhal Azərbaycan hakimiyyətinin bütün oponentləri üçün xarakterik olan narkotik və silah ehtiyyatları yada düşür. Bütün bunlardan sonra isə siyasi arenaya “Boz Kardinal”ın özü çıxır və acıqlı şəkildə ictimai fikrə öz versiyasını diqtə edərək ABŞ-NİDA əlaqələrini gündəmə gətirir və NİDA-nın simasında bütün müxalifətə hədə-qorxu dolu atmacalarını ünvanlayır. Mövcud olmayan dövlət çevrilişinə real don geyindirməklə hakimiyyət orqanları gələcəkdə baş verəcək repressiyalara da haqq qazandırmış olur. İqtidar bununla repressiyaların əhatə dairəsini genişləndirmək niyyətini də gizlətmir.
İndi isə gənc fəalların yeni prinsip əsasında həbsi reallaşdırılır-əvvəl tuturlar, sonra cinayət tapırlar. Müxalifət partiyaları olan Müsavat və AXCP fəallarına qarşı repressiya gücləndirilir. Medyaya qarşı müxtəlif təzyiqlərə başlanır. Axı , Azərbaycanı bütün bunlar olmadan da təsəvvür etmək mümkün deyil. Bütün qanunların pozulması bahasına olsa da yeni yaradılmış və tez bir zamanda cəmiyyətdə populyarlıq qazanmış “EL” hərəkatının icarəyə götürdüyü ofisdən heç bir real səbəb olmadan çıxarılması da təzyiq formalarından biri olaraq dəyərləndirilməlidir. Nəhayət, Facebook sosial şəbəkəsi və onun fəal istifadəçilərinə qarşı real hücumlara başlanır. Sadə vətəndaşların həbslərini sosial şəbəkələrdəki guya təhqir dolu fikirlərlə əsaslandıran hakimiyyətin görəsən, internetə də senzura qoymaq fikri yoxdur ki?

Qəddar hakimiyyətin perspektivi yoxdur

Əslində, 20 ildə ilk dəfədir ki, hakimiyyət nə ölkə daxilində, nə də xaricdə aydın və müvafiq dəstək olmadan, seçkiyə gedir. Həbslər – seçki kompaniyasında heç də effektli vasitə deyil. Repressiya - siyasi perspektiv təmin etmək üçün heç də ən yaxşı yol deyil. Yalnız və yalnız qəzəblə-öz xalqına və bütün dünyaya qarşı yönəlmiş qəzəblə isə uzağa getmək olmaz.
Qorxudan böyümüş gözləri ilə ətrafındakı hər kəsi düşmən kimi görən hakimiyyət orqanları özləri də dərk etmədən ağılsız repressiyaları ilə ən böyük düşmənlərini özləri yaradırlar. Nəticədə isə nə baş verir? Son 10 illik məğlubedilməz xarici və daxili siyasəti, görünməmiş uğurları barədə nağılların yorulmadan və uslanmadan rəsmi təbliğat maşınında beyinlərə yeridilməsini sanki bir kənara qoyub, əslində iç üzünü göstərmiş oldu. Və birdən-birə özünü düşmən əhatəsində gördü. Sən demə, ABŞ-dan da, Rusiyadan da, Avropa Birliyindən də, İrandan da , hətta Türkiyədən də dövlətimizə, müstəqilliyimizə qarşı təhlükələr mövcuddur. Həmin təhlükələr vətəndaşlardan da gəlir, hətta hakimiyyətin öz daxilində də təhlükə var.
Bütün bunlar nə deməkdir? Məgər, sizdən başqa hakimiyyətə heç kim iddialı ola bilməzmi? Bu ölkə yalnız sizing xüsusi mülkiyyətinizdir? Həbsxanaları doldurmaqla sosial narazılıqların və cəmiyyətdəki gərginliyin qarşısını almaq mümkün deyil - bu, xüsusilə siyasi iflas mərhələsində olan hakimiyyətə aiddir. Əgər seçkiyə qədər zamanı durdursaq , bu qalibiyyətin təmin edilməsi heç də ədalətli görünmür. Bəs seçkidən sonra nə baş verəcək? Bəlkə , bütün əhalini satqınlıqda günahlandırıb "xalq düşməni"damğası vuracaqsınız? Cənablar, bəlkə bir daha fikirləşəsiniz? Artıq 21-ci əsrdə yaşayırıq və belə siyasət tam uğursuzluqla nəticələnə bilər.Doğru kursa yönəlmək üçün isə şans həmişə var!

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqtidarın mer seçkisi qorxusu

    İqtidarın mer seçkisi qorxusu ...

    10-06-2014, 11:35

  • 
  • Gültəkin Hacıbəyli: «Azərbaycan artıq seçimini etməlidir»

    Gültəkin Hacıbəyli: «Azərbaycan artıq seçimini ...

    26-11-2015, 19:05

  • 
  • Azərbaycan sanksiyalara sanksiya ilə cavab verəcək

    Azərbaycan sanksiyalara sanksiya ilə cavab verəcək ...

    18-12-2015, 00:30

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • 2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq

    2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq ...

    29-12-2012, 10:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu