GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İki generalın nazir postu davası

İki generalın nazir postu davası

Tarix: 24-04-2013, 11:27 Bölmə :Manşet Baxış: 2 411
İki generalın nazir postu davası

Məhərrəm Əliyevlə Mədət Quliyev
arasındakı qarşıdurmanın pərdəarxası


Bakı şəhər baş polis idarəsinin sabiq rəisi Məhərrəm Əliyevin Prezident Administrasiyasında yeni vəzifəyə təyin olunması bir neçə rütbə sahibləri arasında konflikt yaradıb. Bu sırada xüsusilə daxili işlər naziri Ramil Usubov və onun yaxın ətrafının adı çəkilir. Iddia olunur ki, Məhərrəm Əliyevin əzəli rəqibi olan daxili işlər naziri bu təyinatı Bakı polisinin sabiq rəisinin onun yerinə hazırlanması kimi dəyərləndirir. Ramil Usubov düşünür ki, bir müddət keçdikdən sonra Məhərrəm Əliyevdən ona qarşı istifadə ediləcək və o istefaya göndəriləcək. Məhərrəm Əliyev onun postuna təyin edildikdən sonra məsələ daha da dramatikləşmə bilər. Daxili işlər nazirinin yaxın ətrafını da ən çox narahat edən məqam budur. Çünki Məhərrəm Əliyevin DIN rəhbərliyinə gələcəyi təqdirdə, heç şübhəsiz Ramil Usubovun kadrları ilə işləməyəcək.
Bu arada başqa bir məlumata görə penitensiar xidmətin rəisi, general Mədət Quliyev vəzifəsini böyütmək üçün ciddi fəaliyyətə keçib. Mənbənin iddiasına görə, xidmət rəisi hakimiyyət qarşısında indiyədək göstərdiyi xidmətin müqabilində daha yüksək posta irəli çəkilməsini istəyir. Buna görə də onun indidən ciddi fəaliyyətə keçdiyi deyilir. Bəs generalın gözaltı etdiyi, hədəflədiyi vəzifə hansıdır? O, bundan da böyük hansı posta getmək istəyir? Məlumatı verən mənbənin bildirdiyinə görə, M. Quliyev daxili işlər naziri olmaq istəyir. Deyilənə görə, bu istəyi haqda o, siyasi hakimiyyətdəki himayəçilərinə də müəyyən mesajlar verib. Ona müəyyən müddət gözləmək tövsiyə olunub. Mənbəmizin iddiasına görə, Misir Mərdanovun işdən çıxarılmasından sonra M. Quliyevin nazir olmaq həvəsi daha da artıb. Çünki M.Mərdanov hakimiyyətdəki “qocaları” təmsil edirdi. Görünür, M.Quliyev düşünür ki, “köhnələrin” yarpaq tökümü başlayıb və bu dalğada hazırkı daxili işlər naziri Ramil Usubov da vəzifədən çıxarıla bilər. Bu zaman isə həmin posta onun aparılması şansı yaranar. Mənbəmiz iddia edir ki, M. Quliyev nazir olmaq üçün çox şaxəli fəaliyyət göstərir. Generalın media orqanı təsis etməsi (təbii ki, başqasının adına), sayt, hətta qəzet yaratması istiqamətində işə başladığı da söylənilir. O, bununla həm rəqiblərinə indidən zərbələr endirib onları zərərsizləşdirmək istəyir, həm də əlindəki media vasitəsilə yeri gələndə müxalifəti hədəfə alıb siyasi hakimiyyətin rəğbətini qazanmağa, diqqətini çəkməyə çalışır. Xatırladaq ki, Mədət Quliyev uzun illər Daxili İşlər Nazirliyi sistemində yüksək vəzifələr tutub. Hazırkı posta da DİN sistemindən gətirilib.
Bu iki xəbərin inandırıcılıq əmsalını artıran başqa bir fakt Məhərrəm Əliyevlə Mədət Quliyev arasında ilk baxışda diqqəti çəkməyən, əslində isə pik nöqtədə olan gərginlikdi. Sadəcə görünən tərəflərdən biri M.Əliyev yox onun deputat qardaşıdır.
Artıq bir neçə aydır ki, mətbuatda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin rəisi Mədət Quliyevə qarşı hücumlar təşkil olunur. Mədət Quliyev Pentensiar Xidmətə rəis təyin edildikdən sonra çəzaçəkmə müəssisələrinə “girən” əllər qırılmağa başladıqca bu hücumlar daha da fəllaşmağa başladı. Bu haqda məlumat verən mənbə iddia edir ki, Mədət Quliyevə qarşı kampaniya açılıb və bu kampaniyada maraqlı tərəflərdən biri də Milli Məclisin üzvü Adil Əliyevdir.

Fariz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramil Usubov Məhərrəm Əliyevin təyinatından narahatdır

    Ramil Usubov Məhərrəm Əliyevin təyinatından ...

    9-12-2012, 12:31

  • 
  • Məhərrəm Əliyev üzərində qurulan plan

    Məhərrəm Əliyev üzərində qurulan plan ...

    11-12-2012, 12:11

  • 
  • Məhərrəm Əliyev PA-da özünə iş tapa bilmir

    Məhərrəm Əliyev PA-da özünə iş tapa bilmir ...

    5-05-2013, 11:33

  • 
  • Məhərrəm Əliyev təyinatından niyə narazı qalıb?

    Məhərrəm Əliyev təyinatından niyə narazı qalıb? ...

    5-12-2012, 09:35

  • 
  • Ramil Usubov yeni polis rəisi təyin etdi

    Ramil Usubov yeni polis rəisi təyin etdi ...

    3-02-2015, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu