GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin başı üzərində şimal fırtınası

Hakimiyyətin başı üzərində şimal fırtınası

Tarix: 30-04-2013, 11:44 Bölmə :Manşet Baxış: 764
Hakimiyyətin başı üzərində şimal fırtınası
Azərbaycanda inqilabı Rusiya edir ya ABŞ? ATƏT-ə hücumun səbəbi barədə şok faktlar

Bir müddət əvvəl ABŞ-ın Milli Demokratiya İnistutunun (MDİ) rəhbəri Aleks Qriqorievslə bağlı mediada yayılan məlumatlardan sonra hakimiyyətin adıçəkilən quruma qarşı təzyiq kampaniyalarının hədəfi dəyişib. Bu haqda yazan elitar.Az-ın çox güvənilən mənbələrdən aldığı məlumata görə, həmin vaxt mediada yayımlanan məlumatlardan sonra Alex Qriqorievs Azərbaycandakı fəaliyyətini de – fakto dondurub və ölkə xaricinə gedib. Buna səbəb isə hakimiyyətin MDİ ilə bağlı sərt qərarlar qəbul edəcəyi haqqında mesajlar verməsidir.
Baş verən hadisələr zamanı çox insanı düşündürən bir nüans var idi. Bir çox iddialara görə Alex Qriqorievs ABŞ höküməti tərəfindən qələmi qırılan şəxslərdən biri idi və buna görə də onun belə rahatlıqla təzyiqlər qarşısında qalmasına icazə verildi. Çünki A.Qriqorievs Rusiyanın əsas beyin mərkəzlərindən olan Moskva Dövlət Universitetində təhsil alıb və uzun müddət məhz post sovet ölkələrində diplomatik fəaliyyət göstərib. A.Qriqorievsin adının hallandığı və ABŞ tərəfindən idarə olunduğu deyilən keçmiş post sovet ölkələrindəki inqilablardan sonra heç də orda əsas güc sahibi ABŞ olaraq qalmadı. Məsələn, Ukraynda baş vermiş Narıncı İnqilab zamanı bir çoxları bu ölkənin Rusiyanın təsirindən çıxdığını və hakimiyyətə ABŞ-ın gəldiyini desə də, keçmiş prezident Viktor Yuşenkonun ABŞ-ın “adamı” olduğu bildirilsə də, bu hakimiyyət uzun sürmədi və tezliklə hakimiyyət prezident Viktor Yanukoviçin köməyi ilə Rusiyanın əlinə keçdi. Çünki həmin Yuşenko hakimiyyətinə kifayət qədər Rusiya agenturasının adamları yerləşdirilmişdi.

Aleks Qriqorievs ölkədən niyə qaçdı?

Bundan başqa Yuqaslaviyada heç bir ABŞ Diplomatik İnistutunun fəaliyyət göstərə bilmədiyi bir dönəmdə Aleks Qriqorievs məhz ora gedə bildi və Miloşeviçin devrilmə planında iştirak etdi. İnqilabdan sonra isə üzə çıxan sənədlərdə oradakı xalq hərəkatı liderlərinin əslində bir çoxunun Rusiya KQB-si tərəfindən himayə olunduğu məlum oldu və Aleks Qriqorievs ölkədən çıxmaq məcburiyyətində qaldı. Onun hazırda ölkədən qaçmasının əsas səbəbi də məhz Rusiya adamı kimi ifşa olunmasından ehtiyatlanmasıdır.
Digər bir təsdiqlənmiş məlumata görə, mediada əvvəl yayılan məlumatda deyilirdi ki, Aleks Qriqorievsin şəxsi hesabından 2 milyon dollar məbləğində pulun çıxarılması ilə bağlı idi. Əslində Aleks şəxsi hesabından həqiqətən də müəyyən məbləğdə pul çıxarıb və hakimiyyət bundan məlumatlanıb. Buna görə də özünə yaxın mediada bu məsələnin qabardılması barədə göstəriş verdi. Bu olay həm də hakimiyyətin xeyrinə işlədi. Belə ki, bu halın aşkarlanması ilə iki hədəfə qarşı hücuma başladı və N!DA qurban seçildi.
Mənbənin dediyinə görə, A.Qriqorievsin şəxsi hesabında çıxarıldığı pul heç də N!DA-ya verilməyib və N!DA-çıların bu olaydan xəbəri olmayıb. Hakimiyyət isə bu pulun verildiyi mənbənin araşdırılması ilə bağlı 7 təşkilat üzərindən araşdırmalara başlayıb. Bunlar OL! Gənclər Hərəkatı, N!DA Vətəndaş Hərəkatı, Müsbət Dəyişiklik Gənclər Təşkilatı, EL! Hərəkatı, Resbulikaçı Alternativlər (REAL), Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) və Ziyalılar forumudur. Bunun nəticəsi olaraq hakimiyyət böyük bir səhvə yol verdi və araşdırmanı başlatmadan, gecikmənin ola biləcəyindən ehtiyatlanıb, OL!-un və EL! Hərəkatının ofisini bağladı, Real sədri İlqar Məmmədovu, N!DA-nın 7 nəfər üzvünü (İdarə heyəti daxil olmaqla) həbs etdi, Ziyalılar Forumuna qarşı kampaniyalar həyata keçirdi, SMDT-nin ofisində maliyyə yoxlamaları başladı: “Əgər diqqət etsəniz görərsiniz ki, OL!-un ofisi bağlanarkən əsas məsələ kimi maliyyə yoxlamaları göstərilirdi. Qriqorievsin bütün bu fəaliyyətləri isə əslində hakimiyyətin xeyrinə işlədi və onun ABŞ-ın “adamı” kimi tanınmasından istifadə edərək ölkədəki demokratik qüvvələrin – daha çox qərb dəyərlərinin təbliğatçısı kimi tanınan insanların üstünə hücuma keçdi”.
Mənbənin məlumatına görə, əvvəllər olduğu kimi A.Qriqorievs bu dəfə də ABŞ-ın adından istifadə edərək Rusiyanın sifarişlərini yerinə yetirib. O ifşa olunduqdan sonra isə Rusiya məğlub durumda qalmağı həzm edə bilməyib və eyni ilə Alex Qriqorievsin yolunu getməkdə iddialı olan növbəti kartını işə salmağa başlayıb. Rusiyanın növbəti kartı isə yenidən hamının ABŞ-ın “adamı” kimi tanıdığı, Rusiyanın Moskova Dövlət Universitetində təhsil alan, uzun müddətdir Azərbaycanda müxtəlif beynəlxalq təşkilatların yerli nümayəndəliklərində və hazırda ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri vəzifəsində çalışan Nicholas Detsch-dir (Nikolas Deç).
Baş verənlərin detalları ilə bağlı mənbə bildirir: “Son dövrlər mediadan da göründüyü kimi hakimiyyətin MDİ hücumunun ilkin mərhələsi uğurla başa çatdıqdan sonra növbəti hücum hədəfi ATƏT-in Bakı Ofisi oldu. Hakimiyyətin müxtəlif qanadlarından bu quruma qarşı fikirlər səsləndirilməyə başlandı, ATƏT-in Bakı Ofisinin Novxanıda keçirilən təliminə basqın oldu və hətta Xarici İşlər Nazirliyinin rəsmiləri ATƏT-in Bakı Ofisinin fəaliyyətinə dəyişikliklərin edilməsi, ATƏT-in Bakı Ofisinin Azərbaycanda həyata keçirəcəyi işlərin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırmaq barədə maddənin yeni dəyişikliklərə əlavə edilməsini istəməyə başladı. Xatırladaq ki, Novxanıda keçirilən təlimin rəhbəri məhz ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nicholas Detsch idi. Artıq hakimiyyət ölkədəki siyasi duruma ABŞ vasitəsi ilə təsir etmək istəyən Rusiyanın “B kartı”nı aşkarlamışdı və buna görə də növbəti hücumun hədəfi ATƏT-in Bakı Ofisi oldu. Xatırladaq ki, ATƏT-in Novxanıdakı təliminə basqın edilən zaman 10 mart əsgər ölümləri aksiyasına 1 gün qalmışdı və orada iştirak edənlər aksiyanın əsas təşkilatçıları idi. ATƏT-in Bakı Ofisinin rəsmiləri isə aksiyanın əsas iştirakçılarını aksiya günü ATƏT-in diplomatik maşınları ilə birbaşa fəvvarələr meydanına gətirdi və onların mitinqə çıxması üçün şərait yaratdı. İstər A.Qriqrievs planında, istərsə də Nicholas Detsch planında planın icraçıları kimi Azərbaycanlı gənclər göstərilir. Belə ki, Alex haqqında məlumatlar yayımlandıqdan sonra o böyük ustalıqla kölgədə qalmağa və MDİ-in Azərbaycan nümayəndəliyinin işçisi Ruslan Əsədovu irəli verməyə başladı. Nicholas Detsch də eyni plan üzrə hərəkət edir və əgər onun planı tam şəkildə ifşa olunacaqsa, budəfəki qurban ATƏT-in Bakı Ofisinin əməkdaşı Aynur Cəfərli olacaq. Aynur həm də, ictimai – siyasi aktiv insanlarla çox gözəl münasibətləri olan gənc kimi tanınır”.

2013-də ATƏT-in rəyi nə olacaq?

Mənbə bu dedikləri ilə bağlı daha bir məsələni qeyd etdi. Belə ki, Nicholas Detschin ailə həyatı qurduğu dul qadın – Yulya Semchenko əslən Səmərqənddən olsa da, uzun müddət Rusiyada yaşayıb və milliyətcə rusdur. Bundan başqa hakimiyyətin narahatçılığına səbəb olan digər məqam isə ATƏT-in Demokratikləşmə və İnsan Haqları şöbəsi hər il olduğu kimi bu il də Azərbaycandakı seçkilərin müşahidəsini həyata keçirməyə hazırlaşmasıdır. Bu monitorinq qrupuna isə adəti üzrə Bakıda ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsi bələdçilik etməlidir. Hazırda isə bu quruma Nicholas Detsch rəhbərlik edir. Hakimiyyət isə monitorinq qrupuna Rusiyya hökuməti tərəfindən təzyiqin olması və ora öz adamlarının yerləşdirməsindən ehtiyatlanır. Çünki dünyanın bir çox yerlərində ATƏT-in verdiyi rəy seçkinin taleyində böyük rol oynayır. 2013-cü il seçki ilində isə monitorinq qrupunun mənfi rəy verməsi hakimiyyət üçün arzuolunan deyil.

Qeyd: Bu məlumatları elitar.Az-a ABŞ mənbələrindən daxil olub və mənbə sonda qeyd edib ki, “Azərbaycan Hakimiyyətinin adları çəkilən şəxslərə görə, fərdlərə qarşı yox, məhz diplomatik institutlara qarşı hücuma keçməsi hər iki tərəf üçün yaxşı nəticələrlə bitməyə bilər. Rusiyanın Azərbaycanla münasibətlərinin gərgin olması heç kimə sirr deyil. Vladimr Putinin növbəti dəfə prezident seçiləndən sonra İlham Əliyevlə görüşməməsi və Rusiya ilə diplomatik əlaqələrin pis olması buna əyani sübutdur. Belə məqamda həmçinin Azərbaycana İran tərəfindən də təzyiqlərin olduğu faktdır. Azərbaycan hakimiyyəti bu stiuasiyada qərblə münasibətlərinin korlanmamasına çalışmalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv fəaliyyətini davam etdirir

    Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv ...

    10-06-2013, 17:09

  • 
  • Hakimiyyət MDİ-nin “ata”sına qarşı...

    Hakimiyyət MDİ-nin “ata”sına qarşı... ...

    10-04-2013, 09:56

  • 
  • Hakimiyyətlə qərb arasında böyük müharibə

    Hakimiyyətlə qərb arasında böyük müharibə ...

    25-03-2013, 10:37

  • 
  • Hakimiyyət təklənib

    Hakimiyyət təklənib ...

    24-04-2013, 11:16

  • 
  • Yusif Mustafayev haqqında yayılan məlumatlardan danışdı: “Hamısı yalandı”

    Yusif Mustafayev haqqında yayılan məlumatlardan ...

    31-01-2014, 18:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu