GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ordu korrupsiyası

Ordu korrupsiyası

Tarix: 9-12-2012, 10:58 Bölmə :Manşet Baxış: 698
Ordu korrupsiyası
Müharibə aparan ölkədə kimlər necə qazanır?

gundemxeber.az Azərbaycan hakimiyyətinin ekspertlər tərəfindən korrupsioner və insan haqlarının pozulması ilə bağlı hesabatlarda mənfi rəy qazanması artıq ənənə halını alıb. Bu faktor müstəqil respublikanın beynəlxalq nüfuzuna zərbə vurmaqla yanaşı Qarabağ probleminin həllinə də mənfi təsir göstərir. Belə ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllində hər hansı problemlər yarananda müharibə haqda populist bəyanatlar səsləndirilməsi Azərbaycan iqtidarının simasını şərtləndirir. Bu bəyanatların əsasında isə çox vaxt Azərbaycanın müdafiə gücünün artırılması, büdcədən hərbi sahəyə ayrılan vəsaitin bütövlükdə Ermənistanın dövlət bütcəsinə bərabər olması göstərilir. Amma bir çox sahələrdə olduğu kimi müharibə aparan ölkənin müdafiə və hərbi xərclərində də ciddi korrupsiyaya yol verilir, orduda özbaşınalıqlar son həddinə çatır, əsgərlərin intihar və bir-birinə qarşı silah işlətməsi faktları artır. Bir sözlə, reallıq hakimiyyətin sözləri ilə eyniyyat təşkil etmir. Bunun təsdiqi üçün qısa araşdırmamızın ilk faktına nəzər yetirək. Orduya ayrılan vəsaitin həcmiylə öyünən

Azərbaycanın silah borcu var!
Türkiyənin Makina və Kimya Sənayesi şirkətinin (MKE) yaydığı bir məlumat büdcənin müdafiəyə ayrılan vəsaitin necə istifadə olunmasını bir daha ortaya qoyur. Şirkətin məlumatına görə 2009-cu ildə Azərbaycana 356 572 ABŞ dolları dəyərində silah və sursat satışını həyata keçirilib. Hazırda Azərbaycanın ötən il aldığı silah və sursata görə bu şirkətə 127 026,5 dollar borcu var.
Azərbaycanın borclu qaldığı məbləğ büdcədən ayrılan vəsaitin çox kiçik bir hissəsidir. Nəzərə alsaq ki, müharibə aparan ölkə tək Evrovizion müsabiqəsinə 10 milyon dollar xərcləyib, onda 127 minlik borc gülməli görünər. Amma bu MKE-nin 2009-cu ildəki hesabatı üçün yaydığı rəsmi məlumatdır və daha acınacaqlısı isə dövlətrəsmilərinin pafosunun əksinə olaraq rəsmi rəqəmlərin həddindən artıq şişirdəlməsinə rəğmən reallıqda Azərbaycan ordusunun hərbi təhcizatı ayrılıqda separatçı Dağlıq Qarabağ rejiminin imkanlarından o qədər də yüksək olmamasıdır. Çünki

Qarabağ ordusunun gücü
O qədər də zəif deyil. Qeyri-rəsmi mənbələrin məlumatına görə separatçı rejimin ixtiyarında olan silahlı dəstələr ancaq əsgər və zabit heyətinin sayına, yəni canlı qüvvəyə görə Azərbaycandan geridədir. Belə ki, Qarabağ və onun ətrafında qeyri-qanuni erməni silahlılarının əsgər və zabitlərin sayı 18-20 min arasıdır. Separatçıların 177-316 arası tankı, 256-324 arası döyüş maşını, 291-322 arası top, minaatan və 21 «Qrad» qurğusu var.
Bu rəqəmləri Azərbaycan Ordusu haqda məlumatlarla müqayisə etsək, Qarabağ ordusunun Azərbaycan Silahlı Qüvvələrindən bəzi sahələrdə bərabər olduğu aydınlaşar. Yalnız aviasiya baxımından separatçılar zəifdir. Məlumata görə, «Dağlıq Qarabağ Ordusu»nun 2 təyyarəsi (Su-25) və 4 vertolyotu (Mi-24), eləcə də 5 digər vertolyotu var. Azərbaycanın təyyarə və vertolyotları Qarabağdan 10 dəfə çoxdur. Amma tankların sayı təxminən bərabərdi, döyüş maşınlarının, topların, raket qurğularının, minaatanların sayı isə Azərbaycan Ordusunda daha çoxdur.
Bundan başqa Azərbaycanın Qarabağı yenidən öz nəzarətinə qaytarması üçün genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi çox çətindir. Çünki cəbhənin konfiqurasiyası ermənilər üçün optimal sayıla bilər. Cənub cinahı İran sərhədinə bitişikdir, şimal cəbhəsi isə çətin keçilən Murov dağ silsiləsinə. Şərq istiqamətində erməni silahlı qüvvələri bir neçə zolaqlı müdafiə qurublar. Çoxlu mina basdırılıb. Bütün bunlar isə ən yüksək səviyyədə belə səslənən müharibə bəyanatlarının reallıqdan kənar olduğunu göstərir. Azərbaycan ordusunun gerçək durumu, korrupsiya və özbaşınalığın yaratdığı problemlərdən Ermənistanda xəbərdardır. Bu korrupsiyanın əsas elementlərindən biri də

«Yaşıl biznes»
Adlandıra biləcəyimizgəlir mənbəyidir. İlk baxışda o qədər də ciddi sayılmayan «yaşıl biznes»- hərbi formaların satışı gəlirinə görə digər sahələrdən heç də geridə qalmır. Azərbaycanda nəinki hər hansı hərbi formanı, hətta istənilən fərqlənmə nişanını və rütbəni belə (yalnız polis rütbələri istisnadır) sənədsiz-filansız almaq mümkündür. Bütün şəhərlərdə kök salan və günü-gündən çiçəklənən «yaşıl biznes»in qaranlıq məqamlarına azacıq da olsun aydınlıq gətirmək üçün «voentorq»larda-hərbi mağazalarda bəzi araşdırmalar apardıq. Bu araşdırma hərb generallarının sahib olduqları milyonlar səltənətinin sirri ilə yanaşı, ordunun lüt qalma səbəblərini də üzə çıxartdı.
Azərbaycanın istənilən hərbi hissəsində əsgər və zabitlər üçün nəzərdə tutulan mağazalarda baş əsgər nişanından tutmuş hər cür rütbə və nişana rast gəlmək mümkündür. Qanunazidd olaraq hərbi qulluqçulara pulla satılan rütbə və nişanların qiyməti də bir-birindən fərqlənir. Məsələn, sıravilikdən sonra ilk pillə hesab edilən baş əsgər rütbəsi 1-2 manat, kiçik çavuş və çavuş rütbəsi 2-3, baş çavuş rütbəsi isə 3-5 manatdır.
Bu gün ölkə «voentorq»larında əsgər formasının qiyməti 30-40 manat, əsgər çəkməsinin qiyməti isə 20-30 manat arasında dəyişir. Ümumilikdə, əsgər papağı, kəmər və digər geyim ləvazimatları ilə birlikdə bir fərdin tam əsgəri geyim forması ilə təmin olunması 100 manat vəsait tələb edir. Daha acınacaqlısı isə «voentorq»larda rast gəlinən hərbi mundirlərin heç də hamısının satış mənətəqələrinə qanuni bizneslə məşğul olan iş adamları tərəfindən təqdim edilməməsidir. Belə ki, hərbi formaların önəmli bir hissəsi hərbi mağazalara ayrı-ayrı hərbi hissə və hərbiləşdirilmiş idarə rəhbərliyi tərəfindən təqdim edilir ki, bu da həm «voentorq» işçiləri, həm də hərbi komandanlıq nümayəndələrinin maraqlarını təmin edir. Hərbi hissə və müəssisələrdən qeyri-qanuni yollarla çıxarılan, lakin bütün hallarda «istifadə və istismarı» müvafiq sənədlərlə qanuniləşdirilən hərbi geyim nümunələri əksər hallarda «voentorq»lara topdan və mövcud bazar qiymətindən daha aşağı qiymətə təklif olunur. Bəzi hallarda isə hərb sahəsinin biznesmenləri bu paltarları hərbi mağazalara az qala yarıbayarı qiymətə təklif edir ki, bu da «voentorq»lara firmalarla aparılan qanuni ticarətdən daha böyük qazanc götürməyə imkan verir. Lakin hər iki tərəf üçün böyük qazanc mənbəyi olan bu tip biznes əlaqələri eyni zamanda tərəflərin hər biri üçün ciddi təhlükə mənbəyi olduğundan son dərəcə gizli şəkildə və qarşılıqlı etimada əsaslanaraq həyata keçirilir.
Azərbaycan ordusunda xidmət edən əsgərlərin üzləşdiyi ən ciddi problemlərdən biri də heç şübhəsiz, çəkmə çatışmazlığıdır. Qoşun növlərində Bakı istehsalı ilə yanaşı Türkiyə və Rusiya istehsallı çəkmələr də istifadə edilir ki, bu da yerli istehsalın lazımi keyfiyyətdə olmaması ilə əlaqədardır.
İstismar müddətinin azlığı və davamsızlığı ilə tanınan yerli çəkmələr dağlıq relyefə malik ərazilərdə daha tez sıradan çıxır. Elə bu səbəbdən də istismar müddəti altı ay olan yerli çəkmə uzağı 2-3 ay içərisində istifadəsiz hala düşür. Belə olan təqdirdə isə hərbi qulluqçu problemi ailəsinin alıb göndərdiyi türk və rus istehsalı olan çəkmələr hesabına aradan qaldırmağa çalışır. Hərbi mağazalarda satılan Türkiyə (50 manat), Amerika (60-80 manat) və İran (40 manat) istehsallı çəkmələr arasında dözümlülüyü ilə tanınan türk çəkmələri alıcı marağını daha çox cəlb edir. Lakin Azərbaycan ordusunda xidmət edən əsgərlərə öz vəsaiti hesabına əldə etdiyi bu çəkmələri uzun müddət geymək nadir hallarda nəsib olur. Hərbi komandanlığın əlində silaha çevrilən qanun əsgər mənafeyini komandanlığın şəxsi maraqlarına tabe etmək vasitəsi kimi işə düşür. Qoşun komandanlarının bilavasitə göstərişinə əsasən rütbəsindən və daşıdığı vəzifədən asılı olmayaraq bütün şəxsi heyətin yalnız yerli markalı çəkmə geyməli olduğunu əsas gətirən rəhbərlik həmin çəkmələri müsadirə edərək, şəxsi əmlakı kimi təzədən satışa çıxardır. Çəkməsiz qalan əsgər yenə də cırılıb dağılmış və artıq yamaq vurulacaq yer qalmayan köhnə çəkmələrə üz tutur. Bu zaman ondan müsadirə edilən bir cüt təzə çəkmə haradasa, hansı bir məkandasa yenidən müsadirə edilmək üçün başqa bir əsgər ailəsinə satılır.
Nəinki ordu sıralarında həqiqi hərbi xidmət keçən insanlar, hətta bu sahə ilə az-çox əlaqəsi olan hər bir şəxs hərbi formalar kimi rütbə və fərqlənmə nişanlarının da ordu daxilində satıldığından yaxşı xəbərdardır. Araşdırmalarımız zamanı satışda Türkiyə istehsalı olan və hərbçilər arasında «jandarm formaları» kimi tanınan mundirlər, İran, Amerika və NATO standartlarına cavab verən formalarla yanaşı, yerli markalı hərbi formalara da rast gəldik. Hərbi hissə və müəssisələrdən oğurlanaraq satışa çıxarılan mundirlərin say və miqdarının çoxluğu onların yoxluğunun yaratdığı boşluğu doldurmaq zərurətini ortaya çıxardır ki, bu da müxtəlif yollarla həyata keçirilir.
Azərbaycan respublikası «Silahlı Qüvvələr haqqında» Qanuna əsasən əlahiddə və xüsusi növ hərbi birləşmələri çıxmaq şərtilə hansı qoşun növündə təmsil olunmasından asılı olmayaraq orduda xidmət edən hərbi qulluqçulara hər altı aydan bir, yəni ildə iki dəfə hərbi mundir və çəkmə verilməlidir. Ədalət naminə qeyd edək ki, istər Müdafiə Nazirliyi, istərsə də digər qoşun rəhbərləri tərəfindən bu qanuna kifayət qədər dəqiqliklə əməl olunur və hərbi hissələr heyət nəfərinə əsasən bu imkandan yararlanırlar. Lakin həmin ləvazimatların məhz hərbi hissələrə təhvilindən sonra onların yerlərdəki komandanlıqlar tərəfindən kütləvi mənimsənilməsi prosesi başlayır. Hərbi qanunların sərtliyindən xəbərdar olan yerli rəhbərlik dövləti maraqları tapdayaraq şəxsi maraqları təmin edərkən belə ehtiyatı əldən vermir. Hərbi hissələri təftişə gələn yuxarı komandanlığı aldatmaq, onlarda hərbi mundir problemi olmadığı və əsgərlərin bu sarıdan heç bir korluq çəkmədiyi təsəvvürünü yaratmaq, həmçinin, öz cinayətlərini ört-basdır etmək üçün yerli komandanlıq hərtərəfli düşünülmüş çox incə bir üsuldan istifadə edir. rəhbərlik altı aylıq istismar müddəti başa çatan formaları yeniləri ilə dəyişdirmək əvəzinə əsgərləri qarşıdakı altı ay ərzində də köhnə formada xidmət etməyə vadar edir. Əvəzlənmə üçün nəzərdə tutulan yeni formalar isə toxluq və firavanlıq rəmzi kimi hərbi hissə və bölüklərin «kaptyorka» kimi tanınan anbarlarında saxlanılır. Yerli komandanlıq özünün təhlükəsizliyini təmin etməklə yanaşı, yuxarı komandanlığın qayğısına dəlalət edən bu formalara heç vaxt toxunmur. Mühüm dövlət tədbirləri, bayram və təftişləri çıxmaq şərtilə, əsgərlərin bu formadan istifadəsi qadağan edilir. Məhz bundan sonra növbəti altı ay üçün hərbi hissəyə gətirilən yüzlərlə, minlərlə hərbi forma bir gecənin içərisində satış nöqtələrinə təqdim olunur. Və bu proses ehtiyatda saxlanılan formaların köhnəlməsinə qədər, yəni bir neçə il müddətində müntəzəm surətdə davam etdirilir. Yalnız bundan sonra biznes həyatında altı aylıq fasilə baş verir və daha sonra hər şey əvvəllər olduğu kimi öz məcrasında cərəyan edir.
Lakin hərbi forma ticarəti yalnız bununla məhdudlaşmır. Fasiləsiz olaraq əlavə gəlir mənbələri axtarışında olan yerli komandanlıq tabeçiliyindəki əsgərləri dolayı üsullarla Azərbaycan ordusunda istifadəsi yasaq edilən forma geyməyə həvəsləndirir. Qiymət və keyfiyyətinə görə yerli istehsaldan xeyli dərəcədə üstün olan belə formaların orduda istifadəsi qanuna zidd olsa da, hərbi hissə komandanlığı üçün sərfəlidir. Bu, yerli komandanlığa ordudakı forma çatışmazlığını əsgərin və ya əsgər yaxınlarının vəsaiti hesabına aradan qaldırmağa kömək edir. Bundan başqa, lazım gəldikdə komandanlıq qanuna istinad edərək həmin formanı əsgərdən müsadirə edir. İstənilən halda, əsgərin öz pulu ilə aldığı forma hərbi komandanlığa ən azı həmin miqdarda vəsait qazandırır. Ordunun əsas korrupsiya mənbələrindən biri də
Əsgər çörəyindən qazanılan pullar
Təşkil edir. Ötən ilin yayında Qaraheybət Təlim Mərkəzində kütləvi zəhərlənmə hadisəsi baş vermişdi. Yüzlərlə əsgər hospitala çatdırıldı. Zəhərlənməyə Baltikyanı ölkələrin istehsalı olan konservləşdirilmiş balığın səbəb olduğu bildirildi. Bu faktla bağlı hələ də istintaq nəticələri ictimaiyyətə açıqlanmayıb. Ümumiyyətlə, Azərbaycan əsgəri nə yeyir, nə içir? Onların qida rasionu necə olmalıdır və əslində necədir? Qidalar əsasən haradan alınır? Yay dövrünün rasionu nəzərə alınırmı? Bu kimi suallarımıza cavab almaq üçün araşdırma apardıq. Əsgərə nizamnamədə göstərildiyi kimi 29 adda qida verilir?
Nazirlər Kabinetinin təsdiqlədiyi 1 saylı ərzaq normasında hərbi qulluqçuların sutkalıq qidalanmasına duz da daxil olmaqla, 29 adda qida məhsulu, o cümlədən «Heksavit» vitamini daxildir. Bu qidaların ümumi enerjisi 4121,6 kilokalori hesab olunur. Bu, ABŞ əsgərlərinin qəbul etdikləri gündəlik qidanın enerjisindən 134 kilokalori az, İngiltərə ordusundakından isə 95 kilokalori çoxdur.
Həmin normativə əsasən, Azərbaycan əsgərinə həftədə 4 ədəd yumurta düşür. Əsgərin gündəlik qida rasionunda əsas yeri isə çörək tutur - 750 qram. Bundan əlavə, kartof və tərəvəz 900 qram (o cümlədən 600 qram kartof), ət 200 qram, balıq 120 qram, müxtəlif yarmalar 120 qram, süd 100 qram təşkil edir. Lakin bu qidalar əsgərlərə tam şəkildə çatdırılırmı?
Müdafiə Nazirliyinin bir qrup məmuru tender adı ilə Rusiyadan Azərbaycana vaxtı keçmiş məhsullar gətirir və bu ərzaqlar əsgərlərə qida kimi sırınır. Bu biabırçılıq Azərbaycan Ordusunda çoxdan var. Müdafiə Nazirliyinin bəzi məmurları rusiyanın hərbi təchizatına baxan bir qrup şəxslə əlbir olub köhnə ərzaqları Azərbaycana gətirir və əsgərlərimizə yedizdirirlər. Bununla bəzi hərbi məmurlar ərzağa ayrılan pulun çox hissəsini mənimsəyirlər. Elə buna görə də orduda ən böyük korrupsiya ərzaq və yanacaq sahəsindədir.
Neçə ildir Azərbaycan ordusu özünün milli menyusuna keçə bilmir. Bu haqda danışılsa da, menyu yoxdur. Müdafiə Nazirliyinin rəsmiləri bəyan edir ki, bəzi valideynlər günlərinin yarısını hərbi hissələrin qarşısında keçirir, öz övladlarına xörək daşıyırlar. Guya bu yeməklər əsgərlərin mədə-bağırsaq pozuntusuna səbəb olur. Əslinə qalsa, bununla milli yeməklərin əsgərlərə pis təsir etmək görüntüsünü yaradırlar. Əsgərlərimizə keçmiş SSRİ-dən qalma, ənənəvi menyudakı qidalar yedizdirilir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar yerli ərzağa üstünlük verdiyi halda Müdafiə Nazirliyi kartofu Belarusdan gətizdirir. Halbuki MDB məkanında ən keyfiyyətli kartof Gədəbəydədir. Yaxud bu il zəhərlənməyə səbəb olan konservlər Pribaltikadan gətirilmişdi. Halbuki Azərbaycanın özündə konserv zavodu var. Burada məqsəd başqadır. Milli menyuya keçmək bəzi generallara sərf etmir. Müqayisə üçün deyək ki, Azərbaycan keçmiş SSRİ Silahlı Qüvvələri üçün ən çox tərəvəz məhsulları göndərən bir respublika idi. Hətta uzaq Sibirə də Azərbaycanın bölgələri üzrə məşhur olan müxtəlif məhsullar - Gədəbəydən kartof, Qubadan alma, Zaqataladan fındıq, Lənkərandan çay məhsulları göndərilirdi. Bu gün ölkəmiz müstəqildir, bütün bu ərzaqlar gen-bol Azərbaycanda olduğu halda, hələ də Azərbaycan əsgəri milli yeməklərimizlə qidalanmır. Televiziyalarda prezident, yaxud hansısa rəsmi qonaq gələndə görüntü xətrinə əsgərlərə elə süfrə açılır ki, guya hərbçilərə hansısa şirələr, növbənöv meyvələr, ləziz yeməklər verilir. Hətta uzaq Afrikada belə əsgərlərə ən yaxşı qidalar verilir. Çünki əsgər dövlətin güc göstəricisidir, onun haqqıdır ki, ən ləziz qidalarla qidalansın.
Müdafiə Nazirliyində ərzaq xidməti və yanacaq sahəsində korrupsiya hallarına çox yol verilir. Həm Biləcəridəki Mərkəzi Ərzaq anbarı, həm də Müdafiə Nazirliyinin özündəki ərzaq xidməti rəisləri zaman-zaman cəzalandırılır. Amma bütün bunlar da izi itirmək üçündür. Doğrudur, elə komandirlər var ki, vicdanlıdır, əsgərin süfrəsinə gəlib çıxacaq yeməkləri tam şəkildə əsgərlərə çatdırmağa çalışırlar, amma əliəyri komandirlər də çoxdur. Hərbi prokurorluğun vəzifə cinayətlərlə bağlı statistikası qaldırılsa, nə qədər bu tipdə cinayətlərin aşkarlandığı ortalığa çıxar. Birbaşa cinayət tədqiqatından kənarda qalan sahə isə hərbi sursat və avadanlıqlarla bağlıdır.

«Bomba rabatay»
Prinsipi ilə fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyi özün həqiqi mənasında korrupsiya şəbəkəsinə çevrilib. Müdafiə sənayesinin inkişafı məqsədilə büdcədən ayrılmış vəsait mənimsənilir. Mənimsəmə yeni alınan avadanlıqların qiymətlərinin süni şəkildə 8-10 dəfə şişirdilməsi, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan pulların yeyilməsi və istehsal müəssisələrinin yaradılması üçün ayrılan vəsaitlərin oğurlanması və ölkə prezidentinin sərəncamından sui-istifadə yolu ilə həyata keçirilir.
Məsələn, Müdafiə sənayesi naziri Yavər Camalovun 25 dekabr 2007-ci ildə verdiyi 426 saylı əmr əsasında zavodların balansına verilmiş yeni alınmış avadanlıqların real və qeyri-real qiymətlərilə cədvəl dərc olunub. Həmin cədvəldə alınan avadanlıqların qiyməti 4,7 faizdən başlayaraq, 89 faizə qədər şişirdilib. Təkcə 12 dəzgahın alınmasından 3 milyon 892 min manat vəsait mənimsənilib. Nazirin 426 saylı əmrində göstərilən avadanlıqların alışında, şişirtmə orta hesabla 8 dəfə qəbul olunarsa, avadanlıqların alınmasına sərf olunduğu göstərilən 9 milyon 399 min 558 manatın 8 milyon manatı mənimsənilib.
Y.Camalovun imzası olan 426 saylı əmrində rəqəmlər kifayət qədər şişirdilib. Belə ki, özəl firmalar 3 koordinatlı frez dəzgahının 1 ədədini 43 min 200 manata satsalar da, MSN bu qiymətə aldığı 3 dəzgahın hər birini 332 min 324 manata rəsmiləşdirməklə 7,6 dəfə şişirtməyə yol verib. Alınan 4 koordinatlı 3 frez dəzgahının bazar qiyməti 43 min 200 manat olsa da, MSN-in sənədləşdirilməsində onların hər birinin qiyməti 384 min 728 manat 16 qəpik göstərilib. Bu dəzgahların alınmasında 8,9 dəfə şişirtməyə yol verilib. Bazar qiyməti 44 min 455 manat olan pardaxlama dəzgahı isə 212 min 500 manata rəsmiləşdirilməklə qiyməti 4,78 dəfəyə kimi şişirdilib. 22 min alış qiyməti olan xonlama dəzgahının rəsmiləşdirilməsi zamanı isə fantastik şişirtməyə yol verilib. Dəzgahın qiyməti 1 milyon 960 min manata rəsmiləşdirilib. 4 ədəd torna dəzgahı üçün 60 min 200 manat ödənilsə də, MSN-in sənədləşməsində bu məbləğ 917 min 41 manat 2 qəpik kimi göstərilib.
Bunlar kifayət qədər ciddi faktlardır. Amma mətbuatda dəfələrlə belə faktlar səslənməsinə baxmayaraq, hərbi prokurorluq sanki «kosmos»da yaşayır». Bu yaxınlarda aşkarlanıb ki, Müdafiə Nazirliyi döyüş bölgəsində düşməni müşahidə etmək üçün aldığı 25-30 min dollar dəyərində olan qurğuları real sənədlərdə rusiyadan 250-400 min dollar civarında rəsmiləşdirilib. Ən az 10 dəfə şişirdilmiş rəqəmdir. Özü də çox köhnə nəsilə aid bir avadanlıqdır. NATO ölkələrilə müasir silah almaq üçün əməkdaşlıq etmək nazirliyə sərf etmir. Çünki bu ölkələr korrupsiyaya imkan vermir. Amma MDB ölkələrilə belə fırıldaqlara getmək daha rahatdır.

Prezidentin vədi və nazirlərin yalanı
Bütün bunlar onu göstərir ki, Silahlı qüvvələrlə bağlı yuxarıdan aşağıya ciddi araşdırılma aparılmalıdır və hər bir fakt ictimailəşdirilməlidir. Hər dəfə ordu ilə bağlı problem çıxan kimi bildirilir ki, Azərbaycan müharibə şəraitindədir, faktları açıqlamaq doğru deyil, əslində isə bütün bunlar bəhanədir. «Dedovşina» ilə bağlı indiyə qədər də dəfələrlə faktlar ortaya çıxıb. Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə və qarnizon məhkəmələrində baxılan onlarla iş var. Ancaq bunu etiraf etmək istəmirlər. Hələ indi orduda belə faktların olması ilə bağlı təkzibi mümkün olmayan faktlar ortaya çıxandan ordunu istəməyən bir qrup şəxs bu faktları təkzib etməklə məşğuldur.
Orduya başçılıq edən şəxslərin ordudakı problemləri çözmək yerinə onları cəmiyyətdən gizlətməsi baş verənlərin əsas səbəbidir. Orduda belə durum ilk sırada hərbi qulluqçuların hüquqlarının qorunmaması ilə bağlıdır. Silahlı qüvvələrdə bir sıra sosial problemlər mövcuddur. Ancaq bunların içərisində ən vacibi orduda insan haqlarının qorunmasıdır. Problemin ən ciddi tərəfi rəsmilərin orduya dövlətin əsas sütunlarından biri kimi yox, cəza müəssisəsi kimi baxmasındadır. Azərbaycanı bir «matryoşka»ya bənzətsək, onun içərisindəki ən balaca «matryoşka» Azərbaycan ordusudur. Azərbaycan ordusuna heç bir ictimai nəzarət yoxdur. Nə cəmiyyət, nə QHT-lər ordu ilə maraqlana bilmir. İkinci dəfə prezident seçilən İlham Əliyev də andiçmə mərasimindəki çıxışında bildirib ki, 5 il öncə Azərbaycan ordusunun güclənəcəyi və regionun lider ordusuna çevriləcəyi ilə bağlı verdiyi vədlər yerinə yetirilib. Azərbaycan ordusu regionun ən güclü ordusudur. Bəs görəsən Səfər Əbiyev və Yavər Camalov nə düşünür?

Çingiz Coşqun
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Alman politoloq: “Qarabağda müharibə riski var”

    Alman politoloq: “Qarabağda müharibə riski var” ...

    12-07-2013, 10:24

  • 
  • Fevralın 25-də müharibə başlaya bilər

    Fevralın 25-də müharibə başlaya bilər ...

    12-02-2013, 11:37

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu