GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nazim İbrahimovdan dövlət adına zərbə

Nazim İbrahimovdan dövlət adına zərbə

Tarix: 10-12-2012, 14:21 Bölmə :Manşet Baxış: 549
Nazim İbrahimovdan dövlət adına zərbə

Diaspor siyasətimizin qüsurları

gundemxeber.az Rusiyada yaşayan azərbaycanlı olqarxların yaratdığı təşkilatın siyasi hakimiyyətə qarşı yaradıldığı iddia edilirdi. Bu ehtimalın ortaya çıxmasına şərait yaradan əsaslar və arqumentlər də yox deyildi. Əsas arqumentlərdən biri Azərbaycan siyasi həyatında həlledici mövqeyə sahib olan prezident ailəsinin təşkilatın yaranmasına göstərdiyi münasibətdir. Mətbuat orqanlarının bildirdiyinə görə məlum ailə bu hadisəsini xüsusi əsəb gərginliyi ilə qarşılamış və RATİ-nı öz səltənətinə qarşı yaradıldığından şübhələnib.
Maraqlıdır ki, bu informasiyanı təşkilatın təsisçiləri də açıq şəkildə etiraf edirlər. RATİ-nin İdarə Heyətinin ən fəal üzvü Söyün Sadıqovun «Azadlıq» radiosuna verdiyi müsahibə bunun ən bariz örnəyidir. Həmin açıqlamasında o, təsis etdikləri qurumun ailə tərəfindən aqresiya ilə qarşılandığını olduqca aydın bir dillə ifadə etmişdi.
Düzdür, RATİ-nin mövcud hakimiyyətə qarşı təsis olunduğu həm təsisçilər, həm də mövcud iqtidar nümayəndələri tərəfindən bütün çılpaqlığıyla etiraf olunmasa da hələ ki, dilə gətirilən bəzi həqiqətlər və bütün dünya miqyasında baş verən bir çox hadisələr Azərbaycan iqtidarının ən azı lobbiçilik siyasətinin tənəzzülə uğradığından xəbər verir. Haqqında söhbət açdığımız təşkilatın rəhbərlərinin tamamilə yeni srtukturda bir araya gəlmələrinin zərurəti barədə dedikləri də əslində bu həqiqətdən xəbər verir. Belə ki, onlar yaratdıqları yeni təşkilatın param-parça olan diaspor təşkilatlarını bir araya toplamaq məqsədiylə yola çıxdığını bildirir və Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor qurumları arasında rəqabətin az qala düşmənçilik səviyyəsində olduğuna diqqət çəkirlər.
Azərbaycan hakimiyyəti isə diasporumuzun ən güclü həlqəsi hesab olunan Rusiyada belə bu cür xoşagəlməz vəziyyətin cövlan etdiyini görmək istəmir, nəyin bahasına olursa-olsun mövcud diaspor siaysətini indiki vəziyyətdə qorumağa çalışır. Bunun üçün bütün inzibati üsullara əl atır, RATİ-nin təsisçilərini cəzalandırır, Rusiyada fəaliyyət göstərən digər Azərbaycan təşkilatlarını onun üzərinə hücuma keçməsinə səy göstərir. Hətta bu məsələdə ailəyə çox yaxın əlaqələriylə seçilən adamlara belə güzəştə gedilmir.
Söyün Sadıqovun təbirincə desək, yeni keyfiyyətdə formalaşmaq istəyən diaspor təşkilatına qarşı hakim ailənin bu aqresiyası davam etdiyi bir zamanda dünyanın bəzi ölkələrində Azərbaycan xalqının əleyhinə müəyyən addımların atıldığının şahidi oluruq. Artıq bəzi ölkələrin aşağı səviyyəli seçkili orqanlarında olsa belə Qarabağın bir erməni torpağı olaraq tanınmasına başlanılıb. Avstraliyanın bəzi ştatlarını bu tendensiyanın ilkin «qaranquşları» hesab etmək olar. Yaxın gələcəkdə bu «qaranquşları» təqib edənlərin sayı xeyli arta və nəticədə illərboyu üzərimizə çökən qəflətin ağır fəlakətlərini yaşaya bilərik.
Qəribədir ki, hər dəfə beynəlxalq aləmdə xoşagəlməz vəziyyət yarananda mövcud hakimiyyət bunu ermənipərəstlərin təxribatı adlandıraraq özünə və xalqa təskinlik verməyə çalışır. Halbuki bu məntiqə obyektiv nəzər salanda görə bilərik ki, onun altında belə öz siyasi səbatsızlıqlarının etirafı yatır. Ermənipərəst deyiləndə nə nəzərdə tutulur? Erməni lobbisinin fəaliyyəti nəticəsində dünyanı onların haqlı olduğuna inandırılmasımı əcəba? Bəyəm, erməni lobbisi bizim xeyrimizəmi çalışmalıydı ki, bu vəzifələrini, xalqımız qarşısında götürdükləri öhdəliyi yerinə yetirmədiklərinə görə onları qınayırıq? Bəs, Azərbaycan xalqının milyonları hesabına fəaliyyət göstərən diaspor təşkilatlarımız hara baxırlar? Əgər ermənipərəst adlandırdığımız dairələr bizi qabaqlayıbsa, Azərbaycan xalqının əleyhinə hər hansı bir hadisə baş veribsə, bunun günahını başqalarında yox, öz diaspora siyasətimizdə axtarmalıyıq. Deməli, biz hardasa səhvə yol vermişik ki, beynəlxalq müstəvidə oynanılan oyunda nəticə ermənilərin xeyrinə tamamlanıb.
Kimisə qınamaq və ya boş- boş özümüzə təskinlik verməkdənsə, siyasətimizi dəyişməliyik. Əgər öz milyarderlərimiz, qardaş ölkənin böyük holdinqləri bizim əleyhimizə yönəlibsə, bunun səbəbi üzərində fikirləşməliyik. Bəlkə onlara ölkəmizdə öz iş həyatlarını qurmalarına imkan vermədiyimizə görə bu cür təzyiqlərlə üzləşirik? Elədirsə, deməli, səhv onlarda deyil, cənablar.
Etiraf edilməlidir ki, diaspor siyasətimizin səbatsızlığı yalnız Rusiyada deyil, bütün dünya ölkələrində özünü büruzə verir. Bu gün Azərbaycan diasporu fəaliyyət göstərdiyi hər yerdə milyonlarla dollar rüşvətin, yardımın hesabına heykəl dikməklə məşğuldur və dikdikləri heykəl də bütün dünyanın xoş baxmadığı diktatorluğun bütündən başqa bir şey deyilsə, ermənilər isə bizdə diktaturanın mövcudluğunu sübut etməyə çalışır və arqument olaraq həmin heykəlləri göstərirsə günahı kimdə axtarmalıyıq-ermənilərdə, yoxsa bizdə?

Pərviz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abbas Abbasov siyasi burulğanda

    Abbas Abbasov siyasi burulğanda ...

    8-12-2012, 10:50

  • 
  • RATI-nin hüquqşünqsı Baş Prokurorluğa çağrılıb

    RATI-nin hüquqşünqsı Baş Prokurorluğa çağrılıb ...

    15-08-2014, 10:20

  • 
  • RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı

    RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı ...

    22-07-2013, 23:52

  • 
  • İqtidar “milyarderlər ittifaqi”na qarşi hərəkətə keçdi

    İqtidar “milyarderlər ittifaqi”na qarşi hərəkətə ...

    10-02-2013, 11:36

  • 
  • Oliqarxlarimiz bir-birinin ardindan tövbədə

    Oliqarxlarimiz bir-birinin ardindan tövbədə ...

    14-12-2012, 12:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu