GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycana qarşı böyük təxribat

Azərbaycana qarşı böyük təxribat

Tarix: 30-05-2013, 01:34 Bölmə :Manşet Baxış: 1 293
Azərbaycana qarşı böyük təxribat

Borçalı xarici kəşfiyyatın marağında;Regional güclər bölgədə yeni siyasət qurmaq istəyirlər
Hazırda Gürcüstan faktiki olaraq bir sıra xarici dövlətlərin regional miqyasda təsir dairəsi altına düşməkdədir. Belə ki, Rusiya şimal-qərb və şimal-şərq ərazilərini, Türkiyə Acarıstanı, Ermənistan Ahısqa vilayətini, Almaniya paytaxt Tiflisi, İngiltərə təbii sərvətlər, geoloji araşdırmalar və onların istismarını faktiki olaraq nəzarətə götürmüşlər. Ordu, təhlükəsizlik və polis kimi güc stukturları isə ABŞ və NATO-nun himayəsində fəaliyyət göstərir. Beləliklə, həmin sahələr müvafiq infrastrukturlar sayəsində çalışdırılır və regionda yaşayan insanların da həyat norması müəyyən edilmişdir. Təəssüflər olsun ki, Borçalı vilayəti tamamilə bu prosesdə yalnız qalmışdır. Belə bir vəziyyətdə isə yaranmış boşluğu İran kəşfiyyatı doldurmağa çalışır.
“Beynəlxalq Əl-Müstafa Akademiyası” və Borçalı strategiyası
Bdzina İvanişvilinin lideri olduğu “Gürcü Diləyi Hərəkatı” iqtidara gəldikdən sonra, 2008-ci ildən gərgin olan “Gürcüstan-Rusiya münasibətləri” qismən yeni məcraya yönəlmişdir. Rusiya ilə təmsaların artmağına ümid bəsləyən, dotasiya siyasətini dayanıqlı şəkildə yaşam norması hesab edən Gürcüstandakı bir sıra çevrələr bu prosesin daha da dərinləşməsi üçün aktivləşiblər. Belə olduğu təqdirdə, paytaxt Tiflis, Rustavi, Kutaisi, Zuqdudi və digər iri sənaye şəhərlərində Rusiya ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi üçün hərəkətə keçmişlər. Azərbaycan Türklərinin yaşadığı Borçalı bölgəsində isə İran kəşfiyyatı tərəfindən “burada tamamilə fərqli bir etnosun yaşadığı” siyasəti düz 22 ildir davam etdirilir. Tehran rejimi İranda yaşayan türklərin ayrı-ayrı etnik milli kimliyi siyasətini necə qurmaq istəmişdirsə, indi də bunu Gürcüstanda tətbiq etməyə çalışır. Mollakratiya rejimi Qacar, Qaşqay, Şahsevən, Xələc, Ovşar, Bəydili, Savə və digər türkləri fərqli etnos şəklinə salmaq üçün dərin siyasətlər aparır. Lakin Tehran rejimi ötən 32 illik siyasətində bu istəklərinə nail ola bilməmişdir. Bütün türk birlikləri Azərbaycan Türkü etnologiyası adı altında birgə olmağı daha üstün saymışlar. Gürcüstanda Borçalı türklərini fərqli türk etnosu, daha doğrusu Qarapapaq, Ovşar, Bayat və digər tayfalara bölmək tipli siyasət məhz İranın regionda zühur etməsindən sonra yaranmışdır. İranın Qum şəhərində fəaliyyət göstərən “Beynəlxalq Əl-Müstafa Akademiyası” bir yandan Borçalı Türklərinin Azərbaycandan ayrı düşməsi, digər tərəfdən isə onların fərqli bir etnosa çevrilməsi və həm də şiə məzhəbli bir doktrinanın içində yer alması kimi hədəfləri irəli sürməkdədir. Bunun üçün də Marneuli şəhərində ayrıca “Qarapapaq” dərgisinin nəşr edilməsi, eləcə də burada çoxsaylı dini strukturların yaradılması həmin hədəflərin gerçəkləşdirilməsi kimi də başa düşülür.
“Beynəlxalq Əl-Müstafa Akademiyası”nın Moskvadakı MDB üzrə nümayəndəliyi və “Moskva Şiələri” qurumunun rəhbəri Nizami Baloğlanov bu yöndə daha radikal şəkildə hərəkət etməyə başlamışdır. Onun maliyyə dəstəyi ilə Borçalıda bir neçə ictimai qurum da yaradılmışdır. Bu qurumların fəaliyyət dairəsi Azərbaycan və Türkiyə əleyhində təbliğat şəbəkəsini dərinləşdirməkdən ibarətdir. Onlar hətta “Borçalı müsəlmanlarının əsas ümidi və xilası İranla birgə siyasətin içində olmaq və bu yöndə uzlaşdırılmış sosial-iqtisadi həyat tərzini yaşatmaqdır” – deyə təbliğat aparmaqdan belə çəkinmirlər. “Beynəlxalq Əl-Müstafa Akademiyası” isə İran İslam İnqilabının ali dini lideri Seyidəli Xameneyinin xüsusi olaraq birbaşa nəzarətində olan bir qurumdur.
İranyönlü qurumlar və fars şovinizmi
Borçalıda din pərdəsi adı altında İranın əsas strateji hədəflərindən biri də xurafatın daha geniş miqyas almasıdır. Farsların hələ əhəmənilər və sasanilər dövründən mistik ideoloji təbliğat sistemi ötən yüzillər ərzində institutsional xarakter daşıyır. Bu proses islam dini yarandıqdan sonra ələmut şeyxləri, dərviş-təkkə, ortaçağda isə xurafatla dolu ədəbi-mədəni dəyərlər üzərində formalaşdırılmışdır. 19-cu yüzillikdə Hindistanın Əhmədabad, Dehli, Kəlküttə və digər şəhərlərində yaradılan “İran Mədəniyyəti” mərkəzləri paniranizm doktrinası əsasında İran yaylasına və daha sonralar isə Qafqaz və Türküstan üzərinə yeni mistik və xurafat siyasətinin hədəflərini irəli sürdülər. Ötən yüz il boyunca İran yaylasında fars şovinizmi çevrələri bu siyasəti “paniranizm” modelinə çevirə bildilər. Sovetlər Birliyi dağldıqdan sonra, Tehran rejimi bu hədəfləri Azərbaycan və Gürcüstan üzərinə daha sıx şəkildə yerləşdirmək üçün bir sıra təsisatlar qurmağa nail oldu. Bu gün Marneuli şəhərində dərc olunan “Əhli Beyt” dərgisi və digər dini ədəbiyyatlar məhz buna xidmət edir. Bununla yanaşı, İran kəşfiyyatı tədrici yolla Borçalıdakı məscid siyasətini ortaya qoymuşdur. Bu gün faktiki olaraq, vilayətdəki məscidlərin, pirlərin və digər dini tədris mərkəzlərinin böyük əksəriyyəti məhz İranın nəzarətinə keçmişdir. “Gürcüstan Ruhaniləri İcması” adı altında isə həmin dindar kəsim bölgəni qeyri-rəsmi şəkildə idarə etməyə başlamışdır. Ehli-beyt.ws, islamidavet.com, salamnews.org, islammektebi.org, arannews.ir, faktxeber.org, haqqyolu.com və digər çağdaş informasiya texnologiyaları isə əslində Borçalıda dini siyasətdən daha çox İranın fars şovinizmi maraqlarına xidmət edən şəbəkələr deməkdir. Tiflis, Bolnisi, Qardabani, Rustavi, Saqareco, Dmanisi, Marneuli, Kazbek, Batum, Adıgün, Aspindza, Laqodexi və digər şəhərlərdə İran öz strateji hədəflərinə uyğun müvafiq infrastrukturlarını qurmuşdur. “Əhli Beyt”, “Həzrəti Zəhra”, “Həzrəti Fatimə”, “İmamət”, “Zeynəbiyyə” və digər ictimai qurumların vasitəsilə bu gün türk gəncləri İrana təhsil almaq adı ilə göndərilərək onlara fars şovinizminin ruhunda təhsil və tərbiyə verilir. Faktiki olaraq “beyin yuma” siyasətinin tərkib hissəsi olaraq, bu gənclər geri döndüklərində fars şovinizminin kamikadzeləri rolunu oynayırlar. Həmin gənclər din pərdəsi adı altında istənilən an İranın strateji maraqları çərçivəsində hətta yürüşlərə belə qatılırlar. Tehran rejimi çox yaxşı anlayır ki, Suriyada diktator Bəşər Əsəd və BƏƏS rejiminin məhv olması sonucda 90 illik fars şovinizminin tüğyan etdiyi İranın tamamilə çöküşü deməkdir. Buna görə də, bir zamanlar Qum, Məşhəd, Tehran, Şiraz, Yəzd, Kirman, Mazəndaran, İsfəhan və digər farsmərkəzli təhsil ocaqlarında hazırladığı kadrların çoxunu Suriyada cihada səfərbər etmişdir. İndi Dəməşqdə fars şovinizminin maraqlarına görə canlarını qurban verənlərin sırasında əslən Borçalıdan olan türklər də savaşlara qatılmışlar. Onlar nəyin və kimin uğrunda fəda olduqlarının belə fərqində deyillər. Fars siyasətinin dərin qatlarında gizlənmiş əsas hədəf isə beyni yuyulmuş türkün sonucda Tehran rejiminin dərin hədəfləri üçün xidmətə yönləndirilməsidir. Borçalıda bu siyasətin həyata keçirilməsi üçün “Beynəlxalq Əl-Müstafa Akademiyası” və “Əhli Beyt” təşkilatları hələ də fəaliyyət göstərməkdədirlər. Onların toruna asanlıqla düşənlər anlamırlar ki, bütün bu oyunlarda qazanan tərəf həmin strukturları idarə edənlərdir. Bu günə kimi nə bir ayətulla, siqqətül islam, imam cümə, höcəttül islam, şeyx, axund və molla iman uğrunda cihada getməmiş və onların heç biri şəhid olmamışdır. Ölən, ömürlük əlil qalan və itirən tərəf isə kasıb ailələrin ehtiyac ucbatından fars şovinizminin yağlı əppəyinin qurbanına çevrilən gənclərdir.
Borçalı süfrəsində hallanan və varlananlar
Borçalıda Azərbaycan Türklərinə məxsus 25-dən artıq ictimai qurum mövcuddur. Çox təəssüflər olsun ki, həmin qurumlar yarandığı gündən sadəcə hansısa donorun, yəni sponsorun sayəsində parazitcəsinə yaşam tərzi siyasətini hədəf seçmişlər. Onlar bu günə kimi Borçalıdakı hansısa mövcud problemlərin həll edilməsində iştirak etməmişlər. Çağdaş fəlsəfənin sinergetik qanunları əsasında milli sosiallaşma siyasətinin heç həndəvərinə belə yaxınlaşmamışlar. Bütün bunlara görə də Borçalıda milli səfərbərlik və təmərküzləşmə kimi proseslər mövcud deyil. Bu problemin bunca davam etməsinin bir ucu da Azərbaycandakı Borçalı ilə bağlı infrastrukturların da boynuna düşür. “Borçalı” Cəmiyyətinin sədri vəzifəsinə keçən kimi üç ildir “susqunluq”, “lal”, “kar” və “kor” olma missiyasını öz üzərinə götürən Zəlimxan Məmmədli adlı birisi elə bil BORÇALI adını daşıyan qurumu daha çox “tamada”, “masabəyi” statusunda görmək üçün addımlar atmışdır. Qurumun adından sağa-sola bəy tərifi ilə dolu olan məxməri parçalarda “fəxri fərmanlar” paylamaqla yetinməyi özünə vəzifə bilən bu zat, bircə dəfə də olsun Borçalı problemləri ilə məşğul olmamışdır. Onun yalandan uydurduğu “məktublar”, “sənədlər” və “təkliflər” paketləri nəinki Tiflisə, heç Bakının 8-ci km qəsəbəsindən belə o yana keçməmişdir. “Neftçilər” metrosunun həndəvərindəki qutabxanalar səviyyəsində Borçalı adına keçirilən tədbirlərin isə heç birinin məlum bolgəyə aidiyyatı yoxdur. O məclislərdə adicə saz dınqıldadanlar belə, aşıq sənətindən, Borçalı problemlərindən çox-çox uzaq olanlardır. Məşhur “Z.M.” ayaması ilə tanınan “Borçalı” Cəmiyyətinin sədri ötən üç il ərzində bir dəfə də olsun bölgənin problemləri haqqında elmi konfrans belə keçirməyib.
Azərbaycan Respublikasının Xaricdəki Diasporla Əlaqələr üzrə Dövlət Komitəsinin də Borçalı məsələsində vahid strategiyası və proqramı demək olar ki, yox dərəcəsindədir. Borçalıda yaşayan əhalinin miqrasiya, təhsil və mədəni hüquqları məsələsində indiyə kimi bu qurum konkret tədbirlər görməmişdir. Buna görə də, Gürcüstanda fəaliyyət göstərən İrana bağlı “Əhli-Beyt” cəmiyyətinin Borçalıda Tehran rejiminin fars şovinizminə dayanıqlı təbliğatları son aylar daha da inkişaf etməyə başlamışdır. Digər yandan isə “Əhli Beyt” təşkilatı azərbaycanlılara məxsus QHT-lərin maliyyələşdirilməsi siyasətini həyata keçirməyə başlamışdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, həmin QHT-lər Azərbaycan Respublikasının Xaricdəki Diasporla Əlaqələr üzrə Dövlət Komitəsindən müvafiq qrant layihələrini ala bilmədikləri üçün onların maliyyə problemləri yaranmışdır. Gürcüstan dövləti onların yerli milli adət-ənənələrinin inkişaf etdirilməsi, sosial və ictimai problemlərin həlli istiqamətində qrant layihələri ayırmır. Çünki, gürcü siyasətinin dərin qatlarında gizlənən əsas strateji hədəf “xristian maraqları” və onun kilsə mədəniyyəti ilə bütünləşmişdir. Belə bir durumdan isə İranın “Əhli Beyt” təşkilatı öz məqsədləri üçün istifadə etməyə başlamışdır. Bu gün İran kəşfiyyatının aparıcı simalarından olan Kamil Məhəmmədinin, eləcə də bir tərəfdən Rusiyanın, digər yandan isə İranın məxfi xidmət orqanlarına çalışan Nizami Baloğlanovun ictimai, sosial və siyasi mənada nüfuzu daha çoxdur, nəinki bizim milli diaspor komitəmizin, ya da “Borçalı” Cəmiyyətinin “Z.M.” ayamalı liderinin. Çünki, İran müvafiq layihələrin həyata keçirilməsində fəal şəkildə iştirak edir. Nizami Baloğlanov həm də Azərbaycan dövlətçiliyinə qarşı Moskvada yaradılmış “Milyaderlər İttifaqı”nın üzvüdür. Rusiyanın Gürcüstanı ələ keçirmək siyasətində “Borçalı Masası” da beləcə hədəfə alınmışdır. Bu problemin əsas səbəbkarı biz özümüzük. Milli siyasətimiz Borçalıda beləcə yadların nəzarətinə çevrilməkdədir.
Ənvər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə tikanlı sözlər...

    Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə ...

    23-01-2015, 23:54

  • 
  • Rusiyanın gizli “Borçalı planı”

    Rusiyanın gizli “Borçalı planı” ...

    30-04-2014, 09:55

  • 
  • Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü başlayır?

    Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü ...

    23-07-2016, 13:31

  • 
  • Azərbaycan müxalifəti Gürcüstan prezidentinə müraciət etdi

    Azərbaycan müxalifəti Gürcüstan prezidentinə ...

    27-02-2015, 21:21

  • 
  • “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” Cəmiyyəti”

    “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” ...

    12-10-2015, 18:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu