GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Daha bir millət vəkili hədəfdə

Daha bir millət vəkili hədəfdə

Tarix: 10-12-2012, 16:36 Bölmə :Manşet Baxış: 1 189
Daha bir millət vəkili hədəfdə
Komitə sədrinin qardaşı Malik Həsənovun çirkli biznes əməliyyatları gündəmə gəlir

gundemxeber.az YAP-ın Azərbaycan parlamentindəki sabiq nümayəndəsi Gülər Əhmədovanın məlum videogörüntü olayından sonra öz postundan uzaqlaşdırılması, habelə respublika Prokurorluğunun baş verən olayla bağlı cinayət işi qaldırması mahiyyət etibarilə Azərbaycan siyasi həyatında yeni bir dövrün əsasını qoyub. Baş verənlər sayəsində bugünə qədər xalqın arzu və iradəsini təmsil etmək üçün deyil, öz fərdi maraqlarını qorumaq, deputat toxunulmazlığı altında böyük biznes imperiyası formalaşdırmaq və qeyri-qanuni əməllərini millət vəkili mandatı adı altında pərdələmək üçün parlamentdə təmsil olunmağa çalışan şəxslərin özünümüdafiə məqsədilə istifadə etdikləri deputat qalxanının da kövrək olduğunu bəlli oldu. G.Əhmədova ilə bağlı proseslərin inkişafı göstərdi ki, hazırda hakim komandadakı rol və vəzifəsindən asılı olmayaraq heç kim toxunulmaz deyil və bu gün özünü siyasi elitanın əsas fiquru hesab edən hər hansı bir şəxsin sabah gözünü həbsxanada açması tamamilə mümkündür.
Bugünlərdə G.Əhmədova ilə bağlı son durumu dəyərləndirən özəl mənbə, bundan sonra ölkə parlamentində yeni bir dönəmin başlayacağını qeyd edib. Mənbənin sözlərinə görə, G.Əhmədova ilə bağlı baş verən proseslər ümumilikdə parlamentdəki bütün deputatları gündəmə gətirdi ki, onların bir çoxunun xalqın etimadından məhrum olduğu şübhəsizdir.

Parlament buraxılmayacaq, amma....

Bilgili qaynağın məlumatına görə, bu gün baş verən olaylar fonunda ölkə parlamentinin buraxılmasını tələb edən müxalif siyasi liderlərin bu arzusu reallaşmasa da, parlamentdə «böyük təmizlik» işlərinin həyata keçiriləcəyi birmənalıdır: «Etiraf etmək lazımdır ki, G.Əhmədovanın mandat postunu alqı-satqı predmetinə çevirməsi, E.Abdullayevlə apardığı bazarlıq bütünlükdə parlamentdəki digər millət vəkillərinin legitimliyi məsələsinə də kölgə salmış oldu. Məhz bu səbəbdən də hadisədən dərhal sonra parlamentin buraxılmasını və Mili Məclisə yeni seçkilərin keçirilməsini tələb edən müxalifət, bununla qanunverici orqanın legitim əsaslarla formalaşdırılması arzusundadır. Lakin prezident seçkiləri ərəfəsində, bir tək G.Əhmədova olayını əsas tutaraq parlamentin buraxılacağı inandırıcı görünmür. Çox güman ki, G.Əhmədova ilə bağlı başladılan cinayət işi yaxın gələcəkdə bütün parametrlər üzrə bir qədər də genişləndiriləcək və adı bu gün gündəmdə olmayan bir çox şəxsi əhatə edəcəkdir. Ancaq G.Əhmədova olayının Azərbaycan siyasi sistemi və parlament həyatına gətirəcəyi ən böyük yenilik isə parlament üzvlərinin məxfi bir şəkildə təftiş edilməsi, onların legitimliyindən tutmuş bugünkü iş və biznes həyatının araşdırılması olacaq».
Mənbənin sözlərinə görə, artıq bununla bağlı Prezident Administrasiyası əlaqədar qurumlara lazımi tapşırıq verib: «Bu gün parlamentdə təmsil olunan əksər deputatların iş və biznes həyatının hərtərəfli araşdırılması, adı qanunsuzluq və ya qaranlıq işlərdə hallanan millət vəkilləri ilə bağlı deyilənlərin tədqiq edilməsi ilə bağlı Prezident Administrasiyası tərəfindən respublika Prokurorluğuna lazımi göstəriş verilib. Bu göstəriş dürüstlüyü heç kimdə şübhə doğurmayan bəzi azsaylı millət vəkiləri istisma olmaqla, digər parlamentarilərinin fəaliyyətinin araşdırılamasını, bu araşdırılmanın yekun nəticəsi ilə bağlı Administrasiyanın məlumatlandırılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, Azərbaycan parlamenti buraxılmasa da, parlament daxilində əsaslı «yarpaq tökümü» başlayacaq ki, artıq bu prosesin ilk qurbanlarının bəzisinin kimliyi bəllidir».

Malik Həsənov təşviş içində

G.Əhmədova olayından sonra parlamentdəki bəzi millət vəkillərinin mandatının alınması məsələsinin aktuallaşacağını vurğulayan qaynaq, adı «qara siyahı»ya düşən millət vəkillərindən birinin də Malik Həsənov olduğunu bildirdi: «Çox güman ki, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, Milli Məclisin üzvü Malik Həsənovun G.Əhmədova olayından sonra verilən ilk qurban olacaq. Buna səbəb M.Həsənovun adının müxtəlif biznes qalmaqallarında, qaranlıq işlərdə hallandırılması ilə bağlıdır. Xüsusilə də millət vəkilinin Cəlilabaddakı biznesi və bu biznesin yüzlərlə insanın haqqını tapdalamaq hesabına təmin edilən gəliri M.Həsənovun əleyhinə işləyən əsas arqumentlərdən biri hesab edilir. Millət vəkilinin xırda və orta sahibkarları sıxışdıraraq, özünün və qardaşının təmsil etdiyi postlardan istifadə edərək Cəlilabadı qeyri-rəsmi surətdə özəlləşdirməsi, öz əlaltıları xaricində başqa heç kimin öz dolanışığını təmin etməsinə imkan verməməsi M.Həsənovun özünü hədəf halına gətirib. Bu gün əlaqədar qurumlarda M.Həsənovun ölkə mətbuatında belə dərc edilməyən bir çox çirkli biznes əməliyyatları ilə bağlı özəl məlumatlar var ki, bu məlumatların yaxın günlərdə qruplaşdırılaraq Prezident Adminsitrasiyasına təqdim ediləcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, G.Əhmədovanın istisinə yanan, tüstüsünə kor olan ilk millət vəkili məhz Malik Həsənov olacaq. Ən maraqlısı isə odur ki, proseslərin sonrakı inkişafının onu hədəf alacağı gerçəyi M.Həsənova da bəlli olsa da, millət vəkili vəziyyətdən çıxış yolu tapa bilmir. Bu isə M.Həsənovun təşvişini daha da artırır».

Komitə sədri qardaşını xilas edə biləcəkmi?

Bilgili qaynaq hesab edir ki, son bir neçə aydır ki, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da Prezident Administrasiyası tərəfindən ciddi şəkildə sıxışdırılması, M.Həsənovu qardaşının köməyindən məhrum edir. Hətta K.Həsənovun M.Həsənovdan daha öncə vurulacağı ehtimalı daha yüksək qiymətləndirilir: «Son bir neçə aya qədər K.Həsənov M.Həsənovun müdafiəçisi mövqeyində çıxış edə, öz əlaqələri və maddi gücü hesabına qardaşına yönəlik zərbələri önləyə bilirdi. Lakin bəlli bir müddətdir ki, K.Həsənovun özünün taleyi sual altına düşüb ki, bu da M.Həsənovu qardaşının yardımından məhrum edib. Artıq elə bir durum formalaşıb ki, K.Həsənov M.Həsənovla bağlı baş verənlərə seyrçi mövqeyindən baxmaqdadır. Çünki indiki məqamda K.Həsənovun özünün yardıma ehtiyac var ki, komitə sədrinin ölkə başçısının qəzəbinə gəldiyi bir məqamda kimsənin ona əsaslı yardım göstərəcəyi əsla inandırıcı deyil. Hətta ola bilər ki, M.Həsənovu hədələyən təhlükə reallaşana qədər K.Həsənovun özünün taleyi həll olunsun və komitə sədri tutduğu postdan uzaqlaşdırılaraq məsuliyyətə cəlb edilsin».
Komitə sədrinin Heydər Əliyev adına Mərkəzdəki yanğına görə hələ də məsul şəxslər qarşısında izahat verdiyini bildirən mənbə, son bir ay ərzində K.Həsənovun ciddi zərbələrə məruz qaldığını vurğuladı: «Son bir ay müddətində «BT»lərin komitə sədrinin səlahiyyətindən alınaraq «ASAN xidmət»ə verilməsi, komitə sədrinə məxsus bəzi dövlət müəssisələrinin digər yetkililərin adına sənədləşdirilməsi və s. siyasi hakimiyyətin K.Həsənovla yollarını qəti olaraq ayırmaqda qərarlı olduğunu göstərir. Odur ki, indiki situasiyanın komitə sədri, yoxsa M.Həsənov üçün daha böyük risk təşkil etdiyini söyləmək çətindir».

Malik Həsənovla bağlı düyməyə basılarsa...

Yaxın günlərdə M.Həsənovla bağlı bütün informasiyaların Prezidnt Administrasiyasına ötürüləcəyini bildirən mənbə millət vəkili ilə bağlı atılacaq hər hansı bir addımın bütünlüklə Həsənovların sonunu gətirəcəyini qeyd etdi: «Artıq M.Həsənovla bağlı əldə edilən sənəd və materialların ümumiləşdirilməsi prosesi gedir və bu bu proses başa çatan kimi millət vəkili ilə bağlı bütün məlumatlar Prezident Administrasiyasına təhvil veriləcək. M.Həsənovun bundan sonrakı taleyi isə məhz Prezident Administrasiyası tərəfindən həll ediləcək. Millət vəkilinin aqibəti ilə bağlı qərarın hanşı məzmunda olacağı isə həm M.Həsənov, həm də K.Həsənova olan hazırkı münasibətdən yaxşı bəllidir. Odur ki, M.Həsənovla bağlı atılacaq addımın yalnız millət vəkilini deyil, bütövlükdə Həsənovları bitirəcəyi birmənalıdır».
Mənbə Həsənovların güc orqanlarındakı bəzi himayədarlarının da baş verənlərə müdaxilə etmək imkanının olmayacağını qeyd etdi: «Həsənov qardaşları ilə bağlı baş verən proseslər yalnız bu şəxslərlə məhdudlaşmayacaq, onların bütün yaxın və uzaq çevrəsini əhatə edəcəkdir. Bu baxımdan Malik və Kərəm Həsənovlar üçün yaranmış riskli vəziyyəti həm də bu şəxslərin yaxınları və himayədarlarına da şamil etmək olar. Çünki proseslərin dinamikası göstərir ki, yaxın gələcəkdə himayədarların özünün himayəyə ehtiyacı ola bilər. Bu isə ən həlledici məqamda Həsənovların tam olaraq müdafiəsiz qalması deməkdir».
Mənbə elə ilk həmlədən himayədarların Həsənovları tək qoyacağını, öz təhlükəsizliklərinin qeydinə qalacağını vurğuladı: «Kərəm və Malik Həsənovların bugünə qədərki fəaliyyətində hüquq-mühafizə orqanında yer tutan bəzi yetkililərin mühüm rol oynadığı, onlara dəstək verdiyi inkaredilməzdir. Lakin bu, heç də o demək deyil ki, onlar Həsənovları sona qədər müdafiə edəcək, siyasi elitanın bütün hücumlarından qoruyacaqdır. Çünki tərəflər arasındakı münasibətlər sədaqət prinsipinə deyil, maddi maraqlara tabe edildiyi üçün tərəflərdən birininin digərini yarı yolda qoyması tamamilə mümkün və anlaşılandır. Bu baxımdan, əminliklə demək olar ki, Kərəm və Malik Həsənov qardaşları ilə bağlı məsələ ciddi şəkildə aktuallaşacağı andan etibarən himayədarlar kölgəyə çəkiləcək, səbirsizliklə proseslərin sonunu gözləyəcəkdir».

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş deputatlar hardadır?

    Keçmiş deputatlar hardadır? ...

    16-04-2014, 10:59

  • 
  • Gülər Əhmədovanın pulları hansı bankda saxlanılır?

    Gülər Əhmədovanın pulları hansı bankda saxlanılır? ...

    19-11-2013, 15:20

  • 
  • YAP Gülər Əhmədovanın çıxarıldığını təsdiqlədi

    YAP Gülər Əhmədovanın çıxarıldığını təsdiqlədi ...

    15-12-2012, 15:52

  • 
  • Ülvü Quliyevin biznes imperiyası

    Ülvü Quliyevin biznes imperiyası ...

    26-12-2012, 12:32

  • 
  • Gülər Əhmədovanın şikayətinə bu hakim baxacaq

    Gülər Əhmədovanın şikayətinə bu hakim baxacaq ...

    16-01-2014, 11:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu