Yaxud müxalif mediadan icra başçısına xüsusi diqqət
Ötən sayımızda Daşkəsən rayonu ilə bağlı xəbər dərc olunmuşdu. Xəbərdə bildirilirdi ki, sosial problemlərin məngənəsində boğulan rayon sakinləri dünən yerli icra hakimiyyəti binası qarşısında etiraz səslərini ucaldıblar. Fermerlər rayonda otlaq sahələrinin məmurlar tərəfindən zəbt olunmasından və mal-qaralarını saxlamaq iqtidarında olmadıqlarından şikayətlidirlər. Yerli mənbənin verdiyi verdiyi məlumata görə etirazçılar problemin həlli üçün icraya 3 gün möhlət veriblər. Əks təqdirdə Gəncə-Bakı mağistral yolunu bağlayacaqları ilə hədələyiblər. Qəzetimiz çap olunduqdan sonra Daşkəsən rayon icra başçısı Əhəd abıyev bizimlə əlaqə saxlayaraq xəbərin yanlış olduğunu bildirdi. Düzü biz də qarşı tırəfin öz mövqeyini ifadə etmək hüququnu tanıyaraq Əhəd müəllimin fikirlərin dərc etməyə hazırlaşırdıq. Amma... Əhəd Abıyevin görünür növbəti sayımızı gözləməyə səbri çatmayıb. O “Yeni Müsavat”qəzetinə geniş müsahibə verərək deyib: “Daşkəsən rayonunda heç bir etiraz nümayişi olmayıb. Bu barədə söhbət gedə bilməz. Yazı qərəzlidir, böhtandır. Mən bu məsələ ilə bağlı qəzetin baş direktoru ilə danışdım. Şirin Cəfərliyə xəbərdarlıq edərək bildirdim ki, təcili təkzib versinlər. Əks təqdirdə yalan, böhtan, qərəz dolu yazı ilə bağlı qəzeti məhkəməyə verəcəyəm. O da səhvini başa düşüb təkzib verəcəyi haqda mənə söz verdi. Hesab edirəm ki, Şirin müəllim sözünü tutacaq.” Hörmətli əhəd müəllim, sadə bir azərbaycan vətəndaşının böyrəyının pulunun ödənilməməsindən fərqli olaraq biz hər zaman sözümüzü tutmuşuq. Amma nə sizin bu səbrsizliyiniz, nə də həmkarlarımızın deputatlığından tanıdığımız və müxalif liderlərə qarşı mövqeyi bəlli olan bir şəxsə qarşı bu XÜSUSİ DİQQƏT VƏ SAYĞISI bizim üçün aydın olmadı. Ən azı bir icra başçısının media rəhbəri haqda “xəbərdarlıq etdim” deməsinə reaksiya verilməliydi... Bizim təkzibimizə gəldikdə isə Ə.abıyevin müsahibəsində öz diliylə səsləndirdiyi faktları diqqətə çatdırırıq: “...Rayona mal-qaranı yaylağa gətirən qonşu rayonların fiziki və hüquqi şəxsləri qaçqın və məcburi köçkünlərin adı altında torpaqları zəbt edirlər. Halbuki həmin mal-qara və qoyun sürülərini otaran çobanların heç 5 baş qoyun-quzusu yoxdur. Hamısı ayrı-ayrı məmurların, səlahiyyət sahiblərinin fermer təsərrüfatlarıdır. Bu da yerli əhali, kənd camaatı ilə müəyyən problemlər yaradır, qarşıdurmalar olur, kriminal hadisələr baş verir. Müəyyən mafioz qüvvələr yay otlaq sahələrini uzun müddətdir ki, zəbt ediblər, qanunsuz əməllərlə məşğuldurlar. Daşkəsən əhalisi otlaq sahələri yerləşən torpaqları zəbt olunduğu üçün yerli və mərkəzi icra hakimiyyəti orqanlarına şikayət və ərizə yazaraq narazılıqlarını bildirirlər. Öz yaylaq torpaqlarının özlərinə qaytarılmasına köməklik olunmasını istəyirlər.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?