“Axı biz insanıq! İnsanlara, sahibkarlara belə hörmətsizlik olmaz!”
Eldar Əzizov ona kulli miqdarda rüşvət vermədiyinə görə Sumqayıtda kicik sahibkar A.Şamıyevevin Sülh küşəsində BTZ zavodunun ərazisindəki iki böyük obyektini basına uçurdub. Sumqayitda Eldar Əzizovun qanunsuz əməllərindən zara gələn bir neçə kicik sahibkar Prezident basda olmaqla bir cox dövlet orqanlarına müraciət ünvanlayıblar. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: “Böyük bir nəslin nümayəndəsi adından Sizi salamlayırıq. Bizi öz ətrafınızda sıx-sıx birləşdirməyi Sizdən xahiş edirəm. Çünki bu sizin mənəvi borcunuzdur. Bizim sahibkar olaraq bütün çətinliklərimiz, sizin rus demişkən probleminizdir. Möhtərəm Prezident! Sumqayıt şəhərinin Baş Hakimi Əziz Eldar öz komandası ilə bizə rahatlıq vermir. Sumqayıta ayaq qoyandan bizim obyekt hələ də bağlı olaraq qalır. Mən vaxtı ilə görmüşəm ki, Sovet vaxtı kim əsgər gedirdisə ona xüsusi olaraq torpa tikib verirdilər. İçərisində də quru ərzaq, (ərdək, qax, quru ərik, quru meyvələr) yəni uzun müddət xarab olmayan qida yığırdılar ki, əsgər lazım olduqda ondan istifadə edə bilsin. Eldarın özü ilə Sumqayıta gətirdiyi Kamil, Kamilin öz sözü ilə desək, öz-özünə torba tikən adı qoyubdur. Elə Sumqayıt əhli də Kamilə torba tikən Kamil deyirlər. Əziz Eldar çox deyir mən Prezidentin əsgəriyəm. Kamildən xahiş edirdim ki, torbanı insanlara, sahibkarlara lazım bilirsə, torbanın bir yaxşısını da Eldar üçün tiksin. Çünki torbanı əsasən əsgər üçün tikirdilər. Möhtərəm Prezident! Belə maskalanmış torba tikən adamları ictimaiyyətdən uzaqlaşdırmaq lazımdır. Çünki bunlar cəmiyyət üçün çox qorxuludurlar. Kamil elə bilir ki, heç kimin onun tutduğu işlərdən xəbəri yoxdur. Ancaq Allah-Təala hər şeyi özü aşkarlayır. Yəni, Kamil mobil telefonla kiminlə danışanda öz dili ilə deyir ki, filankəsə torba tikmişəm, ona diqqət vermə. Həmişə ağıllı insanlar çox güclü olur. Nəiminin bir kəlamı yadıma düşür, deyir: “Nəfsini ağlına tabe edən insan gözəl insandır”. Möhtərəm Prezident! Qısası olaraq, bu Eldarın vaxtı ilə Gəncədə nə edib hamısını Sumqayıt əhli ağızdan-ağıza deyib danışırlar. İndi isə özü ilə gətidiyi adamlar cəmiyyətə yararsız adamlardır. Çünki bunlar insanlara hörmətlə yanaşmırlar. Cəmiyyət üçün qorxuludurlar. Bunların hamısı Sizə qarşıdır. Sizin sözünüzlə desək, harınlamış adamlar çox-çox əcaib maskalarla başqa formalara düşürdülər. Bu adamlar insanlara qarşı çox eqoistdirlər. Mətbuatda işıqlandırılan mövzuların da bir neçəsini də Sizin ümumi şöbəyə göndərirəm ki, bu adamlar nə ilə məşğuldurlar, öz iyrənc əməlləri ilə insanları sizə qarşı qoyurlar. Çox-çox təəssüf edirik ki, Eldar Sumqayıt kimi şəhərin Baş Hakimi kimin səlahiyyətindədir. Axı biz insanıq! İnsanlara, sahibkarlara belə hörmətsizlik olmaz! Möhtərəm Prezident! Çox şeylər yazmaq olar, ancaq qısası olaraq bu adamlar haqqında öz tədbirinizi görməyinizi Sizdən xahiş edirik!”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?