Abdulla Gül: "Soruşa bilərsiniz, onda bunlar nədən oldu?" “Türkiyədə baş verən hadisələrlə Yaxın Şərq ölkələrində yaşananlar fərqlidir. Bəzi ərəb ölkələrində əhaliyə qarşı silahdan istifadə edildi”. Belə bir bəyanatla Türkiyə prezidenti Abdulla Gül çıxış edib. Ərəb ölkələrində əhalinin fundamental azadlıqlar uğrunda mübarizə apardığını deyən prezident Türkiyənin fərqli mənzərənin olduğunu bildirib.
“Biz Avropa Birliyinə daxil olmaq üçün danışıqlar aparırıq, məhkəmələr fəaliyyət göstərir. Türkiyə çoxmillətli bir ölkədir, burada azad demokratik seçkilər keçirilir. Amma soruşa bilərsiniz, onda bunlar nədən oldu? 10 ildir Türkiyəni bir iqtidar idarə edir. Müxalif düşüncəli insanlar var, yürüdülən siyasət onların xoşuna gəlməyə bilər. Onlar bu üzdən inciyə bilərlər”, - deyə o vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?