GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mübariz Ağayevin Quba təxribatı

Mübariz Ağayevin Quba təxribatı

Tarix: 13-06-2013, 14:29 Bölmə :Manşet Baxış: 2 220
Mübariz Ağayevin Quba təxribatı
İcra başçısı üsyan rayonunda yeni etiraz ocağı yaradır: yerli məmurlar töycü altında, seçki adıyla yığılan pullar və Söyün Sadıqov faktoru
Mübariz Ağayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsindən artıq bir ildən artıq müddət keçib. Biz artıq ötən yazılarımızda da qeyd etmişdik ki, bu dəyişiklik ilk günlər Quba sakinləri tərəfindən böyük ümidlərlə qarşılanmışdı.
Mingəçevirdən başlayan ənənə
Lakin, artıq çox az müddət sonra bu ümidlərin doğrulacağına dair ciddi şübhələr yaranmağa başladı. Bu şübhələrə isə ilk növbədə yeni başçının qəbuluna düşmək problemi və onun vətəndaşlarla münasibətdə etinasızlıq nümayiş etdirməsi, kəskin davranış tərzinə üstünlük verməsi yol açmış oldu. Qeyd etmək lazımdır ki, Mübariz Ağayevin hələ Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıdığı zaman onun fəaliyyətinə dair mətbuat səhifələrində təqdim olunan faktlar isə heç də ürəkaçan deyildi. Xüsusən də Mingəçevirli təhsil işçilərinin və özəl sektorda fəaliyyət göstərən iş adamlarının kütləvi informasiya vasitələrinə ünvanladıqları şikayət məktublarında icra başçısının yol verdiyi korrupsiya hallarına dair çeşidli məlumatlar öz əksini tapırdı. Bu məlumatlarda bildirilirdi ki, M.Ağayevin bilavasitə göstərişi ilə Mingəçevirdə istər dövlət qurumlarda müxtəlif vəzifələrdə çalışanlardan, istərsə də özəl sektor təmsilçilərindən mütəmadi olaraq aylıq haqq yığılır. Bundan başqa məlumatlarda müxtəlif əlamətdar günlər münasibətilə şəhərdə təşkil olunan dövlət tədbirlərinin, şənlik və konsertlərin keçirilməsi üçün tələb olunan vəsaitlərin də həmin "qaynaqlardan" əldə olunduğu iddia olunurdu. Şəhərdə aparılan abadlıq və quruculuq işləri isə Mingəçevirlilərin şəxsi büdcələri üçün əsil talançılıq hesabına başa gəlirdi. Müxtəlif mənbələr təsdiq edirlər ki, bu məqsədlər üçün ayrılan dövlət vəsaitlərini mənimsəyən icra başçısı hətta şəhər üzrə toplanan pulların da bir hissəsini qənaət edərək cibinə qoymağı bacarırdı.
Mübariz Ağayev Mingəçevirdəki təcrübəsini Qubada da tətbiq etmək niyyətində qərarlı olması aşkara çıxıb. Bu xüsusda ölkə mətbuatında müzakirəyə çıxarılan ilk mməlumatlar da Qubada yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması üçün tələb olunan vəsaitin yerli sakinlərdən yığılmasına dair xəbərlər oldu. Maraqlıdır ki, "maliyyə mənbəyi" kimi yenə də idarə və məktəb müdirləri, iş adamları seçilmişdilər. Həm də yığılan vəsaitlərin yenə də görüləcək işlərin həyata keçirilməsi üçün tələb olunan məbləğdən xeyli artıq olduğu göstərilirdi. Amma təbii ki, Qubada görüləcək "abadlıq və quruculuq işləri" təkcə Heydər Əliyev parkının yenidən qurulması ilə məhdudlaşmayacaq. Məsəl var, deyərlər bal tutan, barmaq yalayar. Təbii ki, çəkilən asfalt yolun hər kilometri, fasadı rənglənən və ya üzlənən hər bina qazanc gətirdikcə bu "quruculuq" işlərinin də sonu olmayacaq.
Vəzifə paylanışı
Mübariz Ağayevin vəzifə özəllikləri bununla bitmir. Bir il öncə mart hadisələrindən sonra işdən çıxarılan bəzilərinin yeri boş qaldığından həyata keçirilən yeni proses isə olduqca maraqlıdır. Verilən məlumata görə, rayonda hazırda vəzifələr «barter» üsulu ilə «satışa» çıxarılıb. Məlumatda deyilir ki, Mübariz Ağayev bir həftə bundan əvvəl Ruslan Hacıyevi özünə iqtisadi məsələlər üzrə müavin gətirib. Hacıyevin bu vaxta kimi, Quba Şəhər İcra Nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərdiyi deyilir. Bildirilir ki, mart hadisələri zamanı özünü birtəhər qoruyan Hacıyevin güvəndiyi əsas şəxs isə atasıdır. Halbuki onun da adının məlum hadisələrə qarışdığı deyilir. Sadəcə atasının hesabına vəziyyətdən çıxarılıb.
Məlumatda deyilir ki, Ruslan Hacıyevin atası Xaçmaz Asfalt Zavodunun direktoru İsgəndər Hacıyevdir. Elə ata Hacıyevin bu imkana sahib olması, onun oğlu üçün Qubada yaşıl işıqların yanmasını şərtləndirib.
Təbii ki, Mübariz Ağayev Ruslan Hacıyevdən «şirinliyi»ni alıb. Amma bunu natural formada həyata keçirib. Mənbələrin bildirdiyinə görə, o, Quba rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini təyin olunmasının müqabilində rayonun yollarını asfaltlaşdırmalıdır. Hacıyevin bu prosesi atasının hesabına reallaşdıracağını yaxşı bilən M.Ağayev, həm də bəzi tenderlərdə bərabər şəkildə hərəkət edəcəklərini hədəfləyib. Yəni, yeni yolların çəkilməsində böyük pullar qazanmaq üçün şərikli addımlar atmağı düşünür.
Seçkidən sui istifadə

Onu da bildirək ki, Mübariz Ağayevin adı yenidən mətbuatda səslənməyə başlayıb. Deyilənlərdən aydın olur ki, icra başçısının oğlu törətdiyi qəza nəticəsində bir nəfərin ölümünə nədən olsa da, bu hadisə Mübariz Ağayevin «səyi» nəticəsində ört-basdır edilib. Amma məsələ bu deyil.
Rayondakı qaynaqların verdiyi informasiyalardan aydın olur ki, Mübariz Ağayev bir müddət əvvəl qarşıdan gələn prezident seçkilərilə əlaqədar rayonun idarə müdirlərinin iştirakı ilə toplantı keçirib: «Toplantıda prezident seçkiləri əsas müzakirə mövzusu olsa da, Mübariz Ağayevin bir hədəfinin olduğu net şəkildə hiss olunurdu». Mənbəmiz iddia edir ki, Mübariz Ağayev açıq şəkildə idarə müdirlərinin qarşısında seçkilərlə bağlı pul yığımı tələbini də qoyub: «İcra başçısı hətta bunun «yuxarıdan» sifariş edildiyini də iddia edib. Başçı bildirib ki, «onda seçkiləri idarə etmək, yola vermək üçün yetərincə pul yoxdur. Buna görə də «yuxarılar» idarə müdirlərindən və sahibkarlardan pul yığmağa göz yumulacağını deyib»».
Mənbənin sözlərinə görə, icra başçısının adından toplantıdan sonra bütün idarə müdirlərinə tələb olunan məbləğ barədə informasiya verilib: «Məsələn, yerli idarə müdirlərindən biri (onun adı redaksiyamıza məlumdur -red.) ondan 6 min manatın tələb olunduğunu bildirib. Eyni qaydada digər idarə müdirlərindən və sahibkarlardan da fərqli-fərqli məbləğlər istənilib».
Onu da xatırladaq ki, Mübariz Ağayevin toplantısının bu günlərdə Prezident Administrasiyasında icra başçıları ilə keçirilən toplantının ardından baş tutduğu da söylənilir. Bu isə o deməkdir ki, pul yığımı istər-istəməz “yuxarılar”ın adı ilə bağlanır.
“Milyarderlər İttifaqı” ilə iş birliyi?

Bu günlərdə isə Quba rayonundakı mənbələrdən bizə verilən xəbərdən aydın olur ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov sözügedən rayonda böyük toplantıya hazırlaşır.
Xatırladaq ki, Söyün Sadıxovun Azərbaycana gəlmə niyyətiylə bağlı məlumat vermişdik. İndi isə aydın olur ki, o, Qubada görüş planlayır. Mənbə iddia edir ki, quru yolu ilə Azərbaycana gələcəyi gözlənilən RATİ-nin qurucusu Qubada «Aynur» şadlıq sarayında yerli sakinlərlə və Bakıdan, həmçinin ayrı-ayrı rayonlardan gedəcək tərəfdaşları ilə görüşə hazırlaşır.
Maraqlıdır ki, «Aynur» şadlıq sarayı Qubadakı 1 mart hadisələri zamanı əsas təşkilatçılardan biri kimi həbs olunan bələdiyyə sədri Elxan Əliyevə məxsusdur. Bu isə məlum Quba olaylarında Rusiya izinin olduğunu iddia edənləri bir növ haqlı çıxaran faktor rolunu oynamaqdadır.
Taleh Səlimov, Quba-Bakı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubanın İcra başçısının oğlunun cinayət gizlinləri

    Qubanın İcra başçısının oğlunun cinayət gizlinləri ...

    4-06-2013, 14:01

  • 
  • Qubanın İcra başçısının oğlunun cinayət gizlinləri

    Qubanın İcra başçısının oğlunun cinayət gizlinləri ...

    6-06-2013, 15:26

  • 
  • Yeni icra başçısı məmurları “sıxmağa” başladı

    Yeni icra başçısı məmurları “sıxmağa” başladı ...

    20-02-2015, 12:23

  • 
  • Qubada narazılıq bitmir

    Qubada narazılıq bitmir ...

    8-05-2013, 16:09

  • 
  • Qubada icra başçısına qarşı aksiya olacaq

    Qubada icra başçısına qarşı aksiya olacaq ...

    10-04-2013, 10:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu