GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elşad Abdullayevdən yeni video gəldi

Elşad Abdullayevdən yeni video gəldi

Tarix: 14-12-2012, 11:33 Bölmə :Manşet Baxış: 690
Elşad Abdullayevdən yeni video gəldi

Ramiz Mehdiyev və komandası tam hədəfdə


Sevinc Babayeva yeni sirlər açır: "O, Ramizin elə işlərini görür ki...; Gülər onlara bəlkə də bu işi üçün lazımdır..."

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdən “Gündəm xəbər”ə yeni videolar daxil olub. Yeni videolar ABU rektorunun Sevinc Babayeva, Arzu Kazımov və Rövşanə Əliyeva ilə söhbətlərini əks etdirir.
Keçmiş rektor bir daha vurğulayır ki, bu materialları yaymaqda məqsədi qardaşı Mahir Abdullayevin “Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlandığını sübut etməkdir”. Abdullayev hesab edir ki, bu cinayətin açılmasını sürətləndirmək və obyektiv istintaq aparılmasını təmin etmək baxımından yaydığı videomateriallar əhəmiyyətlidir. “Bu yolla eyni zamanda həmin cinayətin açılması sahəsində fəaliyyətimə mane olmaq məqsədilə Azərbaycanda başıma gətirilənləri ictimaiyyətin diqqətinə çatdırmaq və özümü baş verə biləcək təhlükələrdən qorumaq istəyirəm. Çünki müəyyən qrup adamlar hətta Fransada belə məni təhdid etməkdən əl çəkmirlər” – deyə keçmiş rektor yazır.
E.Abdullayev daha sonra bildirir ki, istintaq orqanlarının, xüsusən də Gülər Əhmədova barəsində başlanmış cinayət işi üzrə istintaq aparan Bakı şəhər prokurorluğunun fəaliyyəti onu qane etmir. Buna görə də öz təhlükəsizliyini təmin etmək üçün zərurət yarandıqca əlindəki sübutların ictimailəşdirilməsini davam etdirəcək. Nəzərinizə çatdıraq ki sözüfedən video materiallar tam şəkildə gundəmxeber. az saytında yerləşdirilib.

Sevinc Babayevə açıb sandığı, töküb pambığı


Yeni görüntülərdə onun Sevinc Babayeva ilə söhbətlərini əks etdirir və danışıqlarda çoxlu adlar çəkilir. Bu videomateriallarda da E.Abdullayevin apardığı mandat bazarlığının təfərrüatları açılır. Qarşı tərəf rektora heç nədən narahat olmamağı, mütləq deputat seçiləcəyini əminliklə bildirir. Hazırda ayrı-ayrı hissələdən ibarət olan videogörüntülürənin montajı və beynəlxalq videoyayım şəbəkəsinə yüklənməsi prosesi gedir, Yaxın saatlarda bu görüntülərə baxa biləcəksiniz. Videogörüntünün ümumi həcmi 21 dəqiqədir. Aşağıda onun 3 dəqiqəlik bölümünü təqdim edirik.Videonun önəmli hissəsinin stenoqramı.

Gülər Əhmədova Ramiz Mehdiyevin əsas adamıymış

Elşad Abdullayev: Gəl çıx da, saat 2 demisən
Sevinc Babayeva: Məni evdə gözləyəcək. Qurtar canım, bu gün səndən xahiş edirəm bu gün qurtar.
Elşad Abdullayev: Bu onun özünə çatır (güman ki, verilən pulun Gülər Əhmədova vasitəsilə Ramiz Mehdiyevə çatdırılması nəzərdə tutulur-red)?
Sevinc Babayeva: Nə danışırsan? Allah haqqı. Birincisi o qardaşına denən ki, sənin qardaşın onun yanında nə gəzir? Bax mənim adımdan belə də çatdır ona. O (Gülər Əhmədova nəzərdə tutulur-red.) Ramizin (Prezident Admistrasiyasının rəhbəri Ramiz Mehdiyev-red.) elə işlərini görür ki, mən eşidirəm də. Deyirəm Gülər sən qorxmursan? Səni öldürəcəklər axırda. Deyir mən neyləyim, “zato” dayanıb da dalmda, mənim işlərim gedir də hamısı. Nə danışırsan? Buranın söhbəti deyil eee... Hara göndərirlər ora da gedir. Birincisi Gülər pul söhbəti yoxdu eee. Gülər indi bunlara bu işə görə lazımdı. Bəlkə üç gündən sonra Güləri özləri atacaqlar bayıra?

Mandat üçün bazarlıq: 1 milyindan aşağı mümkün deyil

Elşad Abdullayev: Elə əsəbləşmişəm ki, səhərə qədər yatmamışam.
Sevinc Babayeva: Niyə? Əvvəldən bura gələndən dedim ki, sənin qiymətin birdi də.Dedim birdi də. Birdən o yana yeri yoxdu.
Burda Elşad Abdullayev narahatçılığını ifadə edir
Sevinc Babayeva: Mən bir söz deyirəm? Gördün, oynatdılar bizi. Dedim əl çəkərlər bizdən. Gördün üç gün gözlədik. Telefondakı mesajları verdim oxudun da bir-bir.
Elşad Abdullayev yenə də narahatdır, həmsöhbəti isə onu arxayın edir.

Gülər Əhmədovanın Səlim Müslümovun kreslosunda gözü varmış

Sevinc Babayeva: Yox yalan söhbətdi. Yox, yox, orda onun işi başqa söhbətdi. Deyirəm sənə uzağı altı aydan sonra Gülər o Müslüm Səlimzadənin (Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov nəzərdə tutulur-red.) yerində oturmasa mənə nə deyirsən, deyərsən. Sən nə danışırsan? Proqramı veriblər eee Gülər oxuyub oranı nazırliyin işlərin.
Elşad Abdullayev: Dövlət Sosial Müdafiə Fondu?
Sevinc Babayeva: Hə, pensiya fondu. Özü oranı istəyib. Deyib ki oranı istəyirəm. Altı aydan sonra.
Elşad Abdullayev: Sən dedin ki, Elşad müəllim istəyir bəlkə bir az düşələr?
Sevinc Babayeva: Sən nə danışırsan. Quran haqqı onluq deyil. Vallah boş söhbətlərdi bunlar hamısı. Sən görmədin beş günün içində hər şey sənin tərəfinə dəyişdi?
Elşad Abdullayev: Yox eee sən o sözü ona dedin?
Sevinc Babayeva: Deyəndə əsəbləşir, deyir sənun başın xarabdı?
Elşad Abdullayev: Yox da, de

Parlamentin komissiya sədrləri “ora bura atılır”

Sevinc Babayeva: Yox axı bilirəm elə söhbət yoxdu. Deyirəm yaxşı qardaşsan onda apar məni sal onun yanına. Ala pulu girək yanına. Pul verən ayrı adamdı, qardaş ayrı adamdı, pul alan ayrı adamdı. Yox, yox. Bu oyun başqa oyundu. Özü də ona dedim ki, ancaq bir şərtlə ki, komissiyanın sədri (parlament komissiyası nəzərdə tutulur-red.) bu olacaq. Pulu komissiyanın sədrinə görə verəcək ha, vermiyəcəydi, komissiyanın sədrliyinə görə verir. Dedi “vsyo” qurtardı. Əlini atarıq insan hüquqlarına, bu da doktor nauk bunu itəliyərik onun yerinə (Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının rəhbəri Əli Hüseynov nəzərdə tutulur, plandan aydın olur ki, Əli Həsənovu Rəbiyyət Aslanovanın sədr olduğu komissiyaya gətirib Elşad Abdullayevi də bura rəhbər qoymağı vəd ediblər-red.)
Elşad Abdullayev başqa bir şəxsin də deputat bazarlığın təklif edir və qarşı tərəf bunun da mümkün olduğun deyir

Əli Kərimlinın dairəsinin nəticəsiz nəticəsi əvvəldən məlum imiş

Sevinc Babayeva: Suraxanı boşalır, o gəlir Suraxanıya (Suraxanı seçki dairəsi nəzərdə tutulur. Burdan AXCP sədri Əli Kərimli namizədliyin vermişdi və söhbətdən də görmək olar ki hakimiyyət nəticələrin ləmv olunmasının əvvəlcədən planlaşdırıb-red.). Amma sən bu işi tezləşdir, onun “dannıların” ver ki, bir maraqlansınlar onunla, kimdi, nədi. Təcili.
Elşad Abdullayev: Qoy bunu qurtaraq bir.
Sevinc Babayeva: Qurtaraq da.
Elşad Abdullayev: İndi sən arxayınsan da sabah oxuyacaqlar məni? (deputat seçilmiş şəxslərin siyahısının MSK tərəfindən elan olunması nəzərdə tutulur-red.)
Sevinc Babayeva: Milyon faiz sabah axşam oxuyacaqlar səni. Vsyo eee protokollar dəyişdi hamısı.
Elşad Abdullayev: Dəqiq?

İşin içində İqbal Ağazadənin də adı var

Sevinc Babayeva: Dəqiq eee. Bu gün Arzuya da bir az verəcəklər (Elşad Abdullayevin namizədliyini irəli sürdüyü və bazarlıq aparılan dairədən millət vəkili olmuş Arzu Səmədbəyli nəzərdə tutulur), Arzu cəhənnəm olacaq.
Elşad Abdullayev: Dəqiq?
Sevinc Babayeva: Hə İqbalın (Gümanki söhbət ümüd partiyasının sədri İqbal ağazadədən gedir) əli ilə Arzunu yola salacaqlar.
Elşad Abdullayev bir daha məbləğin azaldılması məsələsinə qayıdır.
Sevinc Babayeva: Sən nə danışırsan eee. Hələ o deyir ki, Elşad milyanerdi, bu məbləğ onun üçün qəpik-quruşdu. Deyirəm noolsun milyanerdi, pulun sənə verməlidi?

Mandat bazarlığının başında Ramiz Mehdiyev durur

Videogörüntünün sonrakı gedişində S. Babayeva Gülər Əhmədovanın pulu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çatdırılmasının detallarından danışır. Xatırladaq ki, bundan əvvəl bir neçə dəfə R.Mehdiyev jurnalistlərə Elşad Abdullayevin iddialarının yalan olduğunu bildirib. Elşad Abdullayev isə iddia edir ki, oğurlanmış qardaşının tapılması üçün də ondan külli miqdarda pul alınıb. O, hər dəfə də Ramiz Mehdiyevin adını çəkir. Son videogörüntülərdə də bütün proseslərin kuliminasiya nöqtəsində Ramiz Mehdiyevin durduğu deyilir.

“Gündəm xəbər”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad Abdullayevdən yeni şok video gəlir

    Elşad Abdullayevdən yeni şok video gəlir ...

    12-05-2013, 14:12

  • 
  • Elşad Abdullayevdən iki yeni səs yazısı (AUDİO)

    Elşad Abdullayevdən iki yeni səs yazısı (AUDİO) ...

    7-05-2013, 01:54

  • 
  • Elşad Abdullayevdən qətl anonsu

    Elşad Abdullayevdən qətl anonsu ...

    15-05-2013, 20:08

  • 
  • Elşad Abdullayevdən daha bir video (VİDEO)

    Elşad Abdullayevdən daha bir video (VİDEO) ...

    5-06-2013, 01:20

  • 
  • Sevinc Babayeva adi kitabxanaçı deyilmiş

    Sevinc Babayeva adi kitabxanaçı deyilmiş ...

    17-12-2012, 23:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu