GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milyarderlərdən Azərbaycana növbəti sirli mesajlar

Milyarderlərdən Azərbaycana növbəti sirli mesajlar

Tarix: 23-07-2013, 12:28 Bölmə :Manşet Baxış: 684
Milyarderlərdən Azərbaycana növbəti sirli mesajlar
Moskvadan yenə “şimal küləyi” əsdiAbbas Abbasov ölkə jurnalistlərini təbrik etdi; Söyün Sadıqov Bibiheybət qəsəbəsində jurnalistlərə ev tikəcəyini açıqladı, Əflatun Amaşov Rusiyada yaşayan iş adamının bu niyyətini təxribat adlandırdı
İyulun 22-də Azərbaycan jurnalistlərinə sensasion bayram təbrikini ünvanlayan Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Azərbaycan jurnalistləri üçün Bakıda, Bibiheybət qəsəbəsində yaşayış binası tikəcəyini bəyan edib. Bu sensasion məlumatı azpolitika.info-ya S.Sadıqovun özü verib. O deyib ki, hazırda binanın tikintisi üçün yerin müəyyənləşdirilməsi və sənədləşmə işlərinin başlanmasına hazırlıq gedir. “Milyarderlər İttifaqı”nın üzvü əlavə edib ki, şəxsi vəsaiti hesabına tikəcəyi evləri jurnalistlərə pulsuz paylayacaq. Namizədlər 10 ildən artıq mətbuatda işləyən evsiz jurnalistlər arasından seçiləcək. Bölgü şəxsən S.Sadıqovun nəzarəti altında açıq püşkatma yolu ilə aparılacaq.
Qeyd edək ki, elə bu gün Azərbaycan prezidentinin sərəncamı əsasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış binasının açılışı olub. Tədbirdə prezident İlham Əliyev də iştirak edib, həmçinin yeni binanın da təməli qoyulub.
“Lakin Mətbuat Şurasının təşkilatçılığı ilə aparılan ev bölgüsü böyük narazılıq yaradıb. Belə ki, illərdir kirayələrdə qalan jurnalistlər bölgüdən kanarda qalıb, əvəzində Bakıda bir neçə evi, bahalı avtomobilləri olan baş redaktorlar ev alıb. S.Sadıqovun 22 iyul - ”Milli Mətbuat Günü"ndə Azərbaycanın evsiz jurnalistləri üçün ev tikəcəyini elan etməsi müəyyən qədər prezidentin sərəncamı əsasında tikilən evlərin bölgüsü zamanı yol verilən ədalətsizliyə etiraz da sayıla bilər" - deyə, saytın məlumatında bildirilir. Düzdür, S.Sadıqovun indiki münasibətlər çərçivəsində Azərbaycan hakimiyyəti ilə anlaşaraq torpaq sahəsi alacağı və orada iqtidara xeyli divident qazandıran bir prosesə sahiblənərək jurnalistlər üçün mənzil tikəcəyi o qədər də real görünmür. Ancaq hər halda belə bir ideya ilə çıxış etməsi maraqlı mətləblərdən xəbər verir.
Qeyd edək ki, bir gün öncə S.Sadıqovun Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərinə ünvanladığı təbriki birmənalı qarşılanmamışdı. Xüsusilə də onun “Təsadüfi deyil ki, mətbuatın demokratik idarəetmə mexanizmində oynadığı bu mühüm rola görə onu hakimiyyətin dördüncü qolu adlandırırlar... Əlbəttə ki, bu, demokratik rejimlərdə belədir. Antidemokratik, totalitar və yarı-totalitar rejimlərdə isə media hakimiyyətin digər qanadlarından asılı vəziyyətdə olduğundan öz həqiqi funksiyasını yerinə yetirə bilmir, əksinə, despotik hakimiyyətlərin xalqlar üzərində təzyiq vasitəsi kimi çıxış edir” kimi fikirləri fərqli yozumlara səbəb olub və sensasiya kimi qarşılanıb.
Modern.az-ın xəbərinə görə, Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov 22 iyul Milli Mətbuat günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib. Təbrik müraciətində bildirilir ki, 138 il öncə - 22 iyul 1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetilə milli mətbuatın əsası qoyulub və bu gün Azərbaycan jurnalistləri tərəfindən həmin tarix qürurla qeyd olunur. “Sizi peşə bayramınız - Milli Mətbuat günü münasibətilə ürəkdən təbrik edirəm!”-deyə A.Abbasovun Azərbaycan jurnalistlərinə müraciətində vurğulanıb. Bununla yanaşı, “AzərRos” Ağsaqqallar Şurasının sədri informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə KİV nümayəndələrindən daha dinamiklik, operativlik tələb olunduğunu, bunların isə eyni zamanda jurnalistləri öz peşəkarlıq və ustalıq səviyyələrini artırmağa məcbur etdiyini xatırladıb.
Onun sözlərinə görə, bu gün jurnalistlərin hər biri geniş dünyagörüşünə malik olmalı, aldıqları informasiyaya adekvat yanaşaraq, onu ictimaiyyətə doğru-düzgün çatdırmalıdırlar. Siz ölkənizin müasir həyatındakı nəbzini tutub ictimai rəy formalaşdırmaqla yanaşı, insanlara təkcə informasiya vermirsiniz, həm də onlara nə baş verdiyini dərk etməyi anladırsınız" - deyə, təbrikdə bildirilib. A.Abbasov onu da xatırladıb ki, hər bir KİV nümayəndəsi jurnalist sözü qarşısındakı məsuliyyətini hiss etməli və anlamalıdır ki, dəqiqləşdirilməmiş məlumatlar yaymaqla hansısa insanın və ya çalışdığı təşkilatın imicinə xələl gətirə bilər: “Sizə məqalə və xəbərlərinizin həmişə etibarlı və yüksək keyfiyyətli olmağını, ölkə vətəndaşlarının və tarixi yurdlarından kənarda yaşayan bütün soydaşlarımızın maraqlarına xidmət edən hər şey haqqında oxuculara obyektiv və informativ məlumat çatdırmağınızı arzulayıram”.
Sonda A.Abbasov Azərbaycan jurnalistlərinə möhkəm cansağlığı, bütün fəaliyyətlərində uğurlar, hörmət və oxucu sevgisi arzuladığını da qeyd edib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”a açıqlamasında S.Sadıqovun Azərbaycan vətəndaşı olmadığını xatırlatdı: “Onun Bakıda ev tikib jurnalistlərə paylaması mümkün görünmür. Əgər o desəydi ki, Moskvada ev tikib Rusiyadakı jurnalistlərə paylayacağam, bu, başadüşülən idi. Bu məsələ mənimçün tamamilə anlaşılmazdır ki, Rusiya vətəndaşı Azərbaycanda ev tikib jurnalistlərə paylayır. Bu, daha çox siyasi çıxışa oxşayır, nəinki jurnalistlərin sosial problemlərinin həll olunması niyyətinə. Odur ki, bu məsələdə mənimçün qaranlıq məqamlar var”. MŞ sədri S.Sadıqovun, həmçinin A.Abbasovun Azərbaycan jurnalistlərini təbrik etməsində qeyri-adi bir şey görmədiyini vurğuladı: “Onlar Azərbaycan və Rusiyadakı jurnalistləri təbrik edə bilər, bu, normaldır. Hər bir azərbaycanlı Azərbaycanda yaşayıb-yaşamamağından asılı olmayaraq bizim mətbuat nümayəndələrini təbrik edə bilər. Burada qeyri-adi bir məqam görmürəm. Ancaq Söyün Sadıqovun Bakıda jurnalistlərə ev tikmək istəməsi mənimçün tamamilə qarışıq bir məsələdir. Ölkə başçısı jurnalistlərə bina tikilməsi ilə bağlı sərəncam verir, bu məsələ onun səlahiyyətindədir. Ancaq Rusiyada yaşayan iş adamının Azərbaycan jurnalistlərinə ev tikmək niyyəti daha çox təxribat xarakteri daşıyır. Burda məram-məqsəd nədir, deyə bilmərəm”. Ola bilərmi ki, S.Sadıqov mənzil bölgüsündən narazı qalan jurnalistlərlə bağlı belə mövqedən çıxış edib? Ə.Amaşov: “Narazı jurnalistlər deyəndə ki, Azərbaycan mətbuatında kifayət qədər önəmli xidmətləri olan insanlar mənzil alıb. Xidməti və ehtiyacı olan digər jurnalistlər üçün də növbəti binanın tikilməsi nəzərdə tutulur. Kimsə kiminsə narazılığından istifadə edib müəyyən yozumlar yozmaq, kiminsə narazılığından istifadə edib öz məqsədlərini reallaşdırmağa çalışmaq düzgün deyil. Bu məsələnin ciddiliklə heç bir əlaqəsi yoxdur”.
Ə.Amaşov özü də Borçalıdan olmağına baxmayaraq, S.Sadıqovu şəxsən tanımadığını da vurğuladı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Söyün Sadıqov Azərbaycan jurnalistlərinə ev tikir

    Söyün Sadıqov Azərbaycan jurnalistlərinə ev tikir ...

    22-07-2013, 15:14

  • 
  • Söyün Sadıqov Azərbaycan jurnalistlərini söydü: Alçaqlar, əclaflar...

    Söyün Sadıqov Azərbaycan jurnalistlərini söydü: ...

    14-02-2014, 12:04

  • 
  • Söyün Sadıqov "Milyarderlər İttifaqı"nın pulundan danışdı

    Söyün Sadıqov "Milyarderlər ...

    12-11-2013, 14:25

  • 
  • Söyün Sadıqov sabiq “KQB” sefi ilə işbirliyində

    Söyün Sadıqov sabiq “KQB” sefi ilə işbirliyində ...

    18-12-2012, 12:34

  • 
  • “Söyün Sadıqov bazar adamıdır”

    “Söyün Sadıqov bazar adamıdır” ...

    28-06-2013, 15:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu