Hakimiyyət daxilində gərgin ab-hava: rəqiblər savaş tədarükündə
Qarşıdan prezident seçkiləri gəlir. Bu isə iqtidariçi münasibətləri daha da gərginləşdirib. Bunun yetərincə təzahürləri görünməkdədir. Neçə müddətdən bəri başlanan proses nəticəsində hədəfə alınan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev davamlı surətdə müdafiə mövqeyində dayandığından digər iç qruplaşmalar özlərini bir qədər rahatlamış kimi hiss edirlər. Lakin görüntüdə olanı budu rvə real vəziyyət tamam fərqlidir. Bununla bağlı danışan hökumət içindəki mənbə iddia edir ki, bu gün hakim düşərgəyə bütün daxili qruplaşmalar 2013-cü il prezident seçkilərinə ciddi surətdə hazırlaşırlar: «Son kadr təyinatları da göstərdi ki, gələn ilki seçkilərdə favorit mövqe kimlərə məxsus olacaq. Amma digər iqtidariçi klanlar da seçkilərdən pay qopartmaq, ən azından mövqe itkisinə uğramamaq üçün hərəkətə keçiblər». Mənbəmiz bildirir ki, diqqət çəkməməsinə baxmayaraq, iqtidariçi kürd qruplaşması bu gün fəal olanlardandır: «Həmin qruplaşma sakit şəkildə öz ideyalarını həyata keçirir və ən maraqlı orasıdır ki, bu gün hadisələrin episentrində olmamaları nədənindən kiminsə onlarla işi yoxdur. Bunun da nəticəsində kürd qruplaqması özünə hətta prezidentin yeni komandasında da «topdağıtmaz» mövqe əldə edə bilib». Naxçıvan klanının da gələn ilki seçkilərdə xüsusi fəallıq göstərəcəyini bildirən mənbəmiz vurğuladı ki, hazırda yeganə regional qruplaşma kimi nəzərə çarpan bu cinah Prezident Administrasiyasına edilən son təyinatlarda da üstün mövqedə olduğunu nümayiş etdirdi: «Ola bilsin ki, hazırda onların fəaliyyətlərində hansısa regional çalar hiss olunmur. Amma əslində reallıq tamam əksinədir və zaman-zaman bunu hiss edəcəyik». Mənbəmiz onu da bildirdi ki, məhz buk imi hazırlıqlar nədənindən həm ayrıca olaraq qüvvə rolunu oynayan və həm də ittifaq yaradıb qüvvəyə çevrilən məmurlar arasında gələn illə bağlı çox ciddi toqquşmalar gözlənilir: «Bu gün kimin prezidentin yeni komandasına düşməsi daha çox önəmli olduğundan, hətta bu döyüş zamanı şəxsi maraqların qrup maraqlarının üstündə olacağı da istisna deyil. Elə Ramiz Mehdiyevlə bağlı məsələdə də bunlar müşahidə olunmaqdadır. Neçəsi batan gəmini tərk edib. Anoloji situasiya digər qruplaşmalarla bağlı prosesdə də nəzərə çarpacaq».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?