GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Türkiyənin Azərbaycan projesi

Türkiyənin Azərbaycan projesi

Tarix: 2-08-2013, 11:36 Bölmə :Manşet Baxış: 958
Elçibəy sistemi yenidən siyasətə qayıdır; Ankara-Bakı arasında geopolitik anlaşma; Müxalifət də planda yer alıb

Azərbaycan cəmiyyəti yenidən siyasi ümüdsizlik yaşamaqdadır. Prezident seçkilərinə bir xeyli qalmış İctimai Palata halında bir araya gələn, ardınca isə daha geniş formatda Milli Şura qurub, hətta 1998-ci ildən bu yana ilk dəfə vahid namizədi belə qərarlaşan müxalifət narazı elektoratda böyük ümüdlər yaratsa da son baş verən olaylar, xüsusilə Rüstəm İbrahimbəyovun Bakıya qayıdış xəbərinin ikinci dəfə reallaşmaması bu ümüdləri puç etdi. Təəssüf... Amma reallıq bundan ibarətdir və bu reallıq ən yaxın tarixin də bəzi ibrət dərslərini yada salır.
Türkiyənin Azərbaycan projesi
Siyasi səmada Elçibəy şimşəyi

1993-cü il qiyamından sonra sərt repressiya, ruh düşkünlüyü qarşısında pərən-pərən olmuş və yalnız İbrahim İbrahimlinin radikal bəyanatları, Mirmahmud Mirəlioğlunun millət vəkili fəaliyyəti ilə AXC timsalına (1995-ci ildən sonra bu siyahıya parlamentə düşmüş Əli Kərimli əlavə olundu və təşkilat AXCP-yə çevrildi) sığınmış müxalifət yalnız Əbülfəz Elçibəyin Bakıya qayıdışından sonra özünə gələ bildi. Böyük öndər qısa zaman kəsiyində nəinki hakimiyyətə alternativ siyasi mübarizəni bərpa etdi, hətta 1998-ci il seçkilərində iqtidara ciddi problemlər yaşatmağı bacardı. Ölkədaxili siyasi gərginlik elə bir həddə çatmışdı ki, Gəncə qiyamında nüfuzunu itirmiş Etibar Məmmədov və o zamanadək heç kəsin tanımadığı mərhum Əşrəf Mehdiyev Heydər Əliyev kimi siyasət ustasına rəqib olaraq ortaya çıxdı.
Elçibəyin uğurlu taktiki və stateji siyasətinin nəticəsi 2000-ci ildə pik həddə çatmışdı. Silahdaşlarının Onu vahid namizəd kimi qəbul etməyə cəsarəti çatmasa belə artıq Qərb Milli Azadlıq Hərəkatının liderinin hakimiyyətə qayıdışını qarşısıalınmaz reallıq kimi qəbul etməyə başlamışdı və bunun açıq ifadəsi qardaş Türkiyənin rəsmi dairələrinin, hökumətinin Elçibəyə münasibətində hiss olunurdu (Yeri gəlmişkən Türkiyə məqamını təsadüfi yada salmadıq və bu məsələyə qayıdacayıq).
Tale növbəti dəfə Azərbaycan (həm də təkcə Azərbaycan yox!) millətçiləri ilə acı oyun oynadı. Əbülfəz bəyin ölüm xəbəri sadəcə milyonlarla türk üçün şok xəbəri olmadı, həm də Azərbaycanın demokratikləşmə və bütövləşmə savaşına ağır zərbə vurdu-hələ də altından çıxa bilmədiyimiz bir zərbə...
Türkiyənin Azərbaycan projesi
Ardıcıl məğlubiyyətlər

Elçibəylə başlayan siyasi aktivlik son dalğalarını 2003-cü ildə göstərdi. 10 il öncə narazı elektorat “X günü” təbliğatı ilə ayaqda saxlandı. Amma nəticə üçün həm də hərəkət, inqilab gərəkirdi. Bu inqilab öz taleyindən narazı, ölkənin gələcəyindən narahat olan yüz minlərlə insanı küçələrə çıxarmalı idi. Lakin nəticə nə oldu? Azadlıq meydanına müxalifətçilərin balaca bir kəsimindən başqa heç kim toplaşmadı. Xalq nəinki meydana, heç küçələrə də çıxmadı. Düzdür, burda hakimiyyətin zor aparatının xofunu da qeyd etmək lazımdır. Amma həmin seçki dönəminin aparıcı şəxsi olan İsa Qəmbər də böyük ümüdlər vəd edərkən yəqin bunu nəzərə almamış deyildi.
Bundan iki il sonra, postsovet məkanındakı “narıncı taun”un qızğın vaxtında inqilab kabusu bütün MDB məkanını bürümüşdü. O zaman Özbəkisatn, Qırğızıstan, Ukrayna, Gürcüstan, Moldovanın həyasız xan rejimləri çat verib tikişlərindən sökülürdülər. İlk baxışda belə görünürdü ki, “yeni Azərbaycan”da da qisas üçün tarixi şans yaranıb. Hakimiyyətdaxili müxalifətin mövcudluğu, Qərbin narazılığı, yeni hakimiyyətin gənc və təcrübəsiz olması, müxalifətin yüksək siyasi fəallığı - bütün bu duvident-qəpiklər böyük inqilab daxılında toplanan sərmayə idi. Anti-Əliyev qüvvələrin hətta öz Xomeynisi də peyda olmuşdu. Bu, traybokratiyanı, qərbçiliyi və plutokratiyanı öz simasında təcəssüm etdirən saqqalsız, lakin istedadlı oliqarx Rəsul Quıiyev idi. Bəs bu cəhdlərdən nə çıxdı? Bu dəfə də heç nə alınmadı. Azərbaycanın Xomeynisi haradasa Odessada ilişib qaldı, hakimiyyətdaxili anti-Əliyevçi müxalifət qurşaqdan aşağı ağır zərbə aldı, 2003-də olduğu kimi xalqı meydanlara çıxarmağı vəd edən narıncı lentli müxalifət isə müqavimətin imitasiyası ilə məşğul olmağa cəhd göstərdi. Azərbaycanpolisinin dəyənəkləri havada oynayan kimi hər şey əriyib getdi.
2008-ci il seçkiləri. Alternativsiz İlham Əliyev bayram atəşfəşanlığı sədaları altında yeni prezident elan olundu. Müxalifət heç müqavimət görüntüsü də yarada və nümayiş etdirə bilmədi. Müxalif qüvvələrin daha əlverişli vəziyyətlərin yaranmasını, daha münasib vaxtların gəlişini gözləməkdən başqa çarəsi qalmamışdı. Bu da gözlənilən 2013…
Türkiyənin Azərbaycan projesi
Elçibəyin gücü və qüdrəti

Bu tarixi gedişatı xatırlatmaq bəlkə də oxucu üçün yorucu görünə bilər. Amma son 20 ilə diqqət edərkən ilk olaraq diqqəti siyasi aktivlik və müxalifətin durumu ilə bağlı fərqlilik çəkir. Elçibəy şəxsiyyətinin gücü və qüdrəti danılmazdır. Amma bu güc yalnız fiziki varlığa bağlı deyil. Məsələnin mahiyyətində ideoloji system, milli iradəyə dayanan qətiyyət və xalqdan başqa heç bir güvəni olmayan siyasət dururdu. Elçibəy gücü və qələbəsi buna bağlıydı və çox təəssüf ki müxalifət Bəyin fiziki varlığı olmayan dönəmdə sanki bu həqiqəti unutdu.
Əbülfəz bəy Azərbaycanın milli maraqları ortada olanda Qərbə sərt mesa ünvanlaya, hətta ərazi bütövlüyümüzü təhdid edən məktuba görə ABŞ dövlət katibinə (söhbət xanım Olbraytdan və onun 1999-cu ildəki məşhur məktubundan gedir) ağır tonda cavab verə bilirdi. Müxalifət isə uzün müddət bütün ümüdlərini Avropa və ABŞ-a bağlayaraq ondan asılı vəziyyətə düşdü. 2003-cü ilin 15-16 oktyabrında və 2005-ci ilin noyabrında “demokratiya fədailəri”nin Azərbaycandakı təmsilçiləri sadı müxalifətçilərin başı üzərində, dəyənəklərin qalxıb-enməyini sakitcə seyr etdi. Lap bu günlərdə isə ölkəmizdə siyasi məhbus olmaması haqda kəşfə imza atdılar.
Elçibəy İran kimi nəhəngə cəbhə açmışdı. Azərbaycanın tarixi torpaqlarında Bütöv Azərbaycan dövlətinin qurulacağını hədəf olaraq qarşıya qoydu. Bu ideologiya bütün müxalifət cəbhəsinin bugünkü gücündən daha böyük bir təşkilatı-Bütöv Azərbaycan Birliyini ortaya qoydu. Ondan sonra isə Azərbaycan dövlətçiliyinə düşmən kəsilmiş İrana qarşı müxalifət susqun vəziyyətə gəldi.
Böyük Öndər söhbət milli məsələdən gedərkən partizan dəstəsi yaratmağın, terror etməyin belə mümkünlüyünü şəxsən öz adından dilə gətirirdi. Bu gün hakimiyyətə alternativ olan müxalifət isə müharibə bəyanatından çəkinir.
Biz illərdir demokratiya davası aparan, hakimiyyətin repressiya və zor aparatına qarşı duran müxalif liderlərin haqqını danmaq niyyətindən uzağıq. Amma ortada arzulamadığımız məyusluq və məğlubiyyət nişanələri varsa bunun səbəbləri haqda açıq danışmaq vacibdir.
Türkiyənin Azərbaycan projesi
Türkiyə faktoru

İndiki zamanda oktyabrdan sonrakı dönəm haqda siyasi falçılıq etmək niyyətində də deyilik. Amma müxalifətin böyük birliyi olan Milli Şuranın ən optimal qələbəsi belə böyük mənada strateji məsələlərin, milli hədəflərin həlli demək deyil. Azərbaycanın da daxil olduğu geopolitik məkanda yeni siyasi nüfuz xəritəsi cızılır və ölkəmizin ortaya milli güc qoymayacağı halda bu bölünmədən kənarda qalmağımız labüddür.
Gerçək durumu aydın təsəvvür etmək üçün adi bir fakta diqqət yetirək. Bu gün bölgənin böyük gücünə çevrilmiz qardaş Türkiyə dövləti İraq, Misir, Suriya kimi böyük region dövlətlərinin tale məsələsində əsas söz sahibidir. Azərbaycanda isə istər Qarabağ məsələsi, istərsə də siyasi hakimiyyətlə bağlı həm iqtidar, həm də müxalifət Rusiya və Qərbin mövqeləri üzrində plan qurur. “Bir millət, iki dövlət”-deyə tərif etdiyimiz qardaş Türkiyə isə sanki Azərbaycan cəmiyyətindən kənar tutulub.
Durumun belə olmasında ilk növbədə siyasi qüvvələrin günahkar olması danılmazdır. Ya Türkiyə hakimiyyəti rəsmi Bakı ilə həddən artıq yaxın olub müxalifəti özünə düşmən vəziyyətə gətirib, ya da ki, əksinə Ankara ilə Azərbaycan iqtidarı arasında gərginlik yaşanıb. Azərbaycan və Türkiyə dövlətləri arasındakı problemlər sön dönəmdə gərginliyin daha da artdığını göstərir. Milli hədəflərin ortaq tutulması iki ölkə arasındakı əlaqələrin normallaşması üçün tək yoldur. Xalq iradəsinin dövlətin atacağı addımlarda özünü göstərməsi və iki ölkədə də gerçək milli qüvvələrin hakimiyyətdə olub olmamasından asılı olmayaraq gücə çevrilməsi ortadakı narazılıqları aradan qaldıracaq. Digər bir tərəfdən Türkiyənin dövlət olaraq strateji maraqları da Azərbaycanla bağlı siyasətdə kardinal dəyişikliklər olunmasını diktə edir.
Türkiyənin İran və Orta Asiya siyasətində uğurunun Azərbaycanın bu projedə yer almasından keçməsi danılmazdır. Bu isə həm rəsmi Ankaranı, həm də Türkiyə siyasi aləminin Azərbaycanla daha yaxından təmasa girməyə məcbur edir. Digər bir tərəfdən Azərbaycanda da həm iqtidar, həm də müxalifət bu istiqamətə yön almaq məcburiyyətindədir. Yuxarıda milli sistemə dayanan siyasi fəaliyyətin uğuru və müxalifət üçün dünyanın qəbul etdiyi siyasi qələbənin ilk siqnalının Türkiyədən gəldiyini Elçibəyin timsalında qeyd etmişdik. Bir dövlət başçısı olaraq da Türkiyə ilə sıx münasibətlər saxlayan Elçibəy həm də Azərbaycan hakimiyyətinin rus ordusunu ölkədən çıxaracaq qədərində güc olma örnəyini göstərdi. Başqa sözlə həm geopolitik siyasi proses, həm də hər iki tərəfin maraqları bu projeni zərurətə çevirir. Bəs söhbət hansı projedən gedir?

Milli güc mərkəzi planı

Bizə daxil olan məlumata görə Türkiyə dövlətinin birbaşa himayəsi və dəstəyi ilə Azərbaycan siyasi sistemində yeni bir projeyə start verilib. Qarşıdan gələn prezident seçkiləri lə hər hansı bir şəkildə əlaqəsi olmayan bu projedə ölkənin milli qüvvələrinin bir mərkəzdə güc halında birləşdirilməsi nəzərdə tutulur. Bu haqda bizi məlumatlandıran mənbənin sözlərinə görə Rusiyanın Azərbaycanda aktivləşməsi fonunda Qərbin sanki arxa plana çəkilməsi kimi də görünməsi dolayısı ilə məhz bu projeylə bağlıdır: “Rusiyanın istər Milli Şura, istərsə də digər varianlar üzərindən qurduğu planların iflasa uğrayacağı hesablanıb. Əvəzində Azərbaycan geopolitik bölgüdə Türkiyə ilə bir sıraya qoyulub”.
Mənbəmiz həmçinin Ankaranın yeni proje ilə bağlı hərəkətə keçdiyini və ilkin təməllərin qoylduğunu bildirdi: “Artıq bir çox siyasilərlə danışıqlar aparılıb, gələcək fəaliyyətdə yer alacaq təşkilatlar və şəxslər seçilib, ilkin dövrün iş bölgüsü aparılıb”. Mənbəmiz fəaliyyət planının ilkin detalları üzərində də dayandı: “ Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra bir çox xarici qüvvələr öz maraqlarını həyata keçirmək üçün ölkəmizə qarşı bir çox ideoloji və siyasi təxribat planları qurmuş, təəssüf ki, bəzə niyyətlərinə də nail olmuşdur. Azərbaycan üzərində iqtisadi və geopolitik maraqlar quran həmin qüvvələr dövlətimizi təsir və təzyiq altında saxlamışlar. Azərbaycana qarşı yönələn xarici ideoloji-siyasi vektorları üç istiqamətdə qruplaşdırmaq olar:
1. İmperiya nostalgiyasından ayrılmayan rus şovinizminə bağlı qüvvələr;
2. Din pərdəsi altında fars-molla rejiminin planlarını həyata keçirən qüvvələr;
3. Demokratiya və insan haqlarını əlində bayraq edərək ölkəmizi təhdid edən qüvvələr;
Bütün sadaladığımız qüvvələri birləşdirən bir prinsip var: Azərbaycanda siyasi-ideoloji təbliğatla sosial baza cəlb etmək və bununla da dövlətə təsir gücü əldə etmək. Milli güc mərkəzi proqramı yaranmış situasiyaya qarşı əks-hərəkət prinsiplərini nəzərdə tutur”.
Türkiyənin Azərbaycan projesi
Bir bəyanatın tarixçəsi

Bəlli proje haqda danışan mənbəmiz bir nemə gün öncə yayılan bir informasiyanın üzərinə də diqqət çəkdi. Söhbət Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin yeni siyasi təşkilat yaratması haqda məlumatdan və onun özü tərəfindən bu məlumatın təsdiq olunmasından gedir: “H.Əliyev informasiya yayıldıqdan sonra bu xəbəri təsdiq etdi yeni yaranan təşkilatın adını da açıqladı- Azərbaycan Milli Azadlıq Cəbhəsi.Seçki öncəsi bu kimi təşkilatların yaranması haqda bəyanatları normal qəbul etmək olar. Amma nəzərə alsaq ki, hazırda Vahid Millət Dövlətçiiliyə Dəstək İctimai Birliyinə rəhbərlik edən H.Əliyev təşkilatın seçki ilə bağlı olmadığını, hətta təsis olunmanın seçkidən sonra baş tutacağından danışır onda məsələnin fərqli bir məqamla bağlı olduğunu düşünmək olar”.
Yeri gəlmişkən mənbəmizin bu fakta diqqət çəkməsini təsadüfi saymaq olmaz. Hürrü Əliyev yeni yaranan təşkilatla bağlı son açıqlamasında bildirir: “Məqsəd bu gün cəmiyyətdə milli ideologiyadan kənarda hökm sürən proseslərə qarşı olmaqdır. Habelə torpaqlarımızın azadlığı və bütövlüyü, milli ideologiyanın təbliğidir. Siyasi qüvvələrin əsas amacı hakimiyyətə gəlmək, seçki mübarizəsində iştirak etməkdir. Biz heç kimə irad tutmuruq. Sadəcə olaraq hərənin bir fəaliyyət proqramı, getdiyi xətt var. Bu xətt də gətirib indiki uğursuzluğa çıxarıb. Bizim əsas məqsədimiz torpaqlarımızın bütövlüyü, xalqı, milləti və cəmiyyəti mübarizəyə dəvət etməkdir. Məqsədimiz odur ki, bütün milli qüvvələri öz ətrafımıza toplayaq”. Bu vaxta qədər bir neçədəfə müxalifət əleyhinə bəyanatları ilə gündəmə gələn H.Əliyev dolayısı ilə Milli Şuranın Rusiya projesi olmasına işarə vuraraq bu dəfə fərqli bir məqama toxunur: “Müxalifət öz gücü ilə fəaliyyət göstərə bilərdi. Mən bu vəziyyətə acıdım.”
Türkiyənin Azərbaycan projesi
Seçkidən sonrakı dönəm və 2015 planı

Bizim prinsipcə siyasi sistemdə o qədər də öndə olmayan bir şəxs üzərində durmağımız təsadüfi deyil. Məsələ ilə bağlı apardığımız araşdırmalar və özəl kanallarla aldığımız məlumatlar maraqlı mənzərə yaradır. Belə ki, Vahid Millət Dövlətçiiliyə Dəstək İctimai Birliyinin dəvəti ilə bu ilin may ayında Şimali Kipr Türk Cümhuriyyətinin millət vəkillərindən ibarət qrup Bakıda olmuş və burda danışıqlar aparmışdır. Bunun ardınca isə H.Əliyevin Türkiyədə olduğu və burda həm hakimiyyətdə olan AKP, həm də müxalif MHP təmsilçiləri ilə görüşlər keçirdiyi deyilir.
Bu barədə aldığımız məlumata görə Türkiyə siyasi qüvvələri ilə təmasda olan qüvvələr arasında bu gün Milli Şurada təmsil olunan və bu qurumdan kənarda olan bir çox milli demokratik cəbhə təmsilçiləri var. Mənbəmizin məlumatına görə hələ ki, gizli şəkildə aparılan bu təmaslar Milli Şura ilə bağlı məsələlər tam müəyyənləşdikdən sonra açıq xarakter ala bilər.
Türkiyənin projesində Müsavat, KXCP, VHP kimi partiyaların, İsgəndər Həmidov, Rafiq Turabxanoğlu, Zəlimxan Məmmədli, Firudin Cəlilov kimi milli yönümlü şəxslərin yer ala biləcəyini bildirən mənbəmiz seçkidən sonra bu qüvvələrin hər hansı bir birlik halında bir araya gələ biləcəyini də istisna etmədi: “Bu dəfə digər illərdən fərqli olaraq növbəti seçkiyə hazırlıq seçkidən dərhal sonra başlayacaq. Hədəf 2015-ci il parlament seçkiləri və milli qüvvələrin parlanetdə əhəmiyyətli bir şəkildə yer almasıdır.”

Türkiyənin Azərbaycan projesi
Hakimiyyət üçün dünya örnəyi

Sözügedən proje ilə bağlı diqqət çəkən daha bir məqam hakimiyyətin mövqeyi ilə bağlıdır.
Dünyada və regionda başlanan prosseslər artıq Azərbaycana da təsir etməyə başlayıb. Xüsusilə də dünyada baş verən demokratikləşmə prossesi demək olar ki, Azərbaycana da yaxınlaşmaqdadır. 2008-ci ilə qədər dünyanın düzəni əgər böyük pullar neft və qaz siyasəti üzərində qurulurdusa, Yaxın Şərqdə baş verən demokratik dəyişikliklər, yeni dünya düzəni artıq demokratiya prinsipləri üzərində qurulmaqdadır. Daxil olan informasiyalar və onların xaraterinə uyğun olaraq incələnməsi bir daha göstərir ki, ölkədə demokratikləşmə prossesi artıq başlayıb. Azərbaycan iqtidarıbu prossesin qarşısını almağa çalışsa da, dünya üzrə yeni düzənin təsirləri ölkəmizə də gəlib çatıb. Məsələn 5 il bundan əvvəl Azərbaycanda keçirilən prezident seçkiləri dönəmində sosial şəbəkələr, xüsusilə də internetdən istifadə edən əhalinin sayı indiki dövrlə müqayisədə bir neçə dəfə aşağı idi. Deməli ən azından ölkə daxilində aktiv əhalinin sayı və ya prosseslər barədə ətraflı məlumat ala bilən narazı elektoratın əlində daha bir təsir imkanı da yaranıb.
Ərəb dövlətlərində başlanan demokratik inqilablar hələlik məntiqi sonluqla yekunlaşmayıb. Məhz bu yekunlaşmanın yubanması da bəzi avtoritar ölkələrin rəhbərləri üçün bəhanəyə çevrilib. Məsələn Misirdə və Tunisdə baş verən hakimiyyət böhranı əslində bir sıra post-sovet dövlətləri üçün əlavə bəhanəyə və idarə olunan əhaliyə təqdim etmək üçün yeni materiallar verir. Yəni bu tipli dövlətlərdə inqilab və kardinal olaraq demokratik dəyişikliklər istənilsə, o zaman Misir və Tunisdə, hətta Suriyada yaşananlar təkrarlana bilər. Adətən isə avtoritar dövlət quruluşlarında yaşayan insanları təsir altında «sabitlik», «stabillik» və rəqəmlər üzərində olan görüntülü-bəzəkli «statistik inkişaf»la da aldadırlar. Məsələn 2011-ci ildə «Ərəb baharı» baş verəndə arqumentsizlik üzündən növbəsini gözləyən avtoritar rejimlər belə bir təbliğat aparırdılar ki, guya Liviyada adi tibb bacısı 800 dollar əmək haqqı alı rvə sair. Əslində isə neft ölkəsi olan və diktatorun yalançı statistik rəqəmləri ilə «inkişaf» edən bu ölkədə tibb bacıları ən yaxşı halda 140 dollar əmək haqqı alırdılar. Devrilmiş diktator Qəddafinin səhhətinin keşiyində dayanan tibb bacıları həqiqətən də 800 dollar əmək haqqı «alırdılar».

“Azərbaycan baharı” qorxusu

Lakin dünyanın yeni düzəni artıq böyük bir proje ilə dəyişməkdədir. Supergüclər dünyanın şəkilini diktatorlarla neft və qaz daşınmaları üzərində anlaşmayla yox, demokratiya ilə qurmağa başlayırlar. Avropa və ABŞ-da da bilirlər ki, həqiqətən də nə zamansa, dünyada diktatorları yola salandan bir müddət sonra katalikizmlər olacaq və bundan demokratiya əleyhinə mövcud olan dövlətlər istifadə edəcəklər. Lakin mövcud reallıqlar bir daha sübut etdi ki, əslində bu məsələ ilə bağlı olaraq dəyişikliklər qaçılmazdır.
Bu analogiyanı Azərbaycanla bağlı da aparanlar var. Gerçəklik isə tam effekt vermir. Azərbaycanla ərəb dövlətlərindəki siyasi-ictimai vəziyyəti müqayisə etmək böyük ədalətsizlik olardı. Ərəb dövlətlərinin əksəriyyətində diktatura rejimlərinin uzun illik hakimiyyəti, siyasi institutların olmaması, azad medianın mövcud olmaması əslində çox mühim amillərdən biridir. Azərbaycanda isə cəmi 20 il öncə demokratik xalq hakimiyyəti bərqərar olub. Çox az bir zamanda hakimiyyətdə qalsa da, sonradan iqtidara gələn qüvvə demokratiya uğrunda mübarizə aparan institutları sıradan çıxara bilməyib. Cəmiyyətin müxtəlif zamanlarda dirənişi hətta ən yüksək həddə belə çatıb. Ölkədə azad medianın zəif də olsa mövcudluğu, insanların ərəb dövlətlərindən fərqli olaraq kütləvi şəkildə orta təhsil ala bilmə imkanları da bu şərtlərə daxildir. Ki, bu da Yaxın Şərq dövlətləri ilə Azərbaycanı müqayisə etməkdən bizi məhrum edir.
Buna baxmayaraq dünyadakı demokratikləşmə prinsipi və Cənubi Qafqaza yaxınlaşmaqda olan güclü dalğanın qarşısını almaq mümkünsüzdür. Dünya gücləri II Cahan Savaşından sonra başlatdıqları soyuq savaşı yenidən demokratiya illə şəkilləndirib. Rusiya və İranın, Çinin sərhəddlərinə demokratiya şəkilində yerləşmək istəyən ABŞ və Qərb çox israrlı görünməkdədir. Yaxın şərqdə «balans»lı siyasət yürüdən diktatorların hamısı yola salındı. Yeni düzəndə artıq mövqelərlə bağlı olaraq konkretlik daha çox tələb olunur. Hər halda bu məqamı dəyərləndirən hakimiyyətdəki güclər də yaxşı anlayırlar ki, əslində ölkədə baş verən bu prosseslərin qarşısını almaq o qədər də asan olmayacaq.

İslahat tərəfdarı olanların revanşı

Azərbaycanda isə hakimiyyət daxilində «balanslı» siyasətlə idarə edən və ya idarə olunan bir sıra hakimiyyətiçi qruplaşmalar artıq nifuz savaşına başlayıblar. İndi Rəsmi Bakı Rusiyanın qurmaq istədiyi Vahid Gömrük İttifaqına qoşulmaqla bağlı net mövqe qoymalıdır. Qərb və ABŞ dairələri isə net mövqe istəyirlər, yəni Rusiyaya yox demək. Çünki Vahid Gömrük İttifaqı ideyası kifayət qədər konkretdir və ideyanın qayəsi ondan ibarətdir ki, bu birliyə qoşulmaqla Azərbaycan həmin ittifaqın vahid puluna, vahid ordusuna, açıq sərhədlərinə qoşulmalıdır. Bu isə Avropa və ABŞ üçün arzuolunan deyil.
Maraqlı məlumatlardan biri də odur ki, hakimiyyət daxilində son zamanlar prezidentin etimadını qazanaraq kifayət qədər güclənə bilən yeni qərbmeyilli qrup yaranıb. İnformasiyalara əsasən həmin qrup əsasən xarici ölkələrdə təhsil almış, xüsusilə də gənclərdən ibarətdir. Dövlətin siyasi güc mərkəzlərində və bank sektorunda yerləşmiş gənc «qərbmeyillilər» əslində hakimiyyətin saxlanılması ilə bağlı olaraq fərqli bir taktika təklif edirlər. Bu taktika ondan ibarətdir ki, ölkədə mərhələli qaydada siyasi islahatlara başlanılsın və əhalinin sosial rifahının yüksəldilməsi üçün konkret layihələr icra edilsin. Bundan sonra isə inzibati idarəetmədə gəncləşmə siyasətinə start verməklə kadr islahatları və rüşvətlə mübarizə istiqamətində mühim addımlar atılsın.
Əlbəttə ki, bu təkliflər köhnə kommunist komanda üçün sonun başlanğıcı deməkdir. Və məhz bu səbəbdən də hakimiyyətdəki «qərbmeyilli» komanda «Rusiyapərəst»lərin basqıları ilə üzləşir. Hakimiyyət daxilindəki qaynaqlar iddia edir ki, yaxın bir neçə həftə ərzində dövlət başçısı konkret mövqe ortaya qoymalı olsa, o zaman komandalardan biri sıradan çıxacaq. Yəni bu savaşın sonucu olaraq məğlub olacaq qruplaşmanın atacağı addımlar da kifayət qədər maraqlıdır.
Daxil olan xəbərlərin incələnməsi göstərir ki, əslində hakimiyyət daxilində islahatçılar mövqelərini xeyli gücləndiriblər və ölkənin xarici siyasətində ağırlığı öz üzərlərinə götürə biliblər. Faktiki olaraqsa, hakimiyyət daxilində olan «Rusiyameyilli» komanda hələ ki, gözləyir. Gözləmə mövqeyi isə yəqin ki, prezidentin ortaya qoyacağı qərardan asılı olaraq dəyişəcək.


“Gündəm xəbər” araşdırma qrupu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • ABŞ-Avropa-Türkiyə-Rusiya dördbucağında

    ABŞ-Avropa-Türkiyə-Rusiya dördbucağında ...

    27-06-2013, 13:51

  • 
  • Əli Kərimli yeni vahid namizəddən danışdı

    Əli Kərimli yeni vahid namizəddən danışdı ...

    23-08-2013, 17:31

  • 
  • İlqar Məmmədovun Milli Şura qarşısında şərti

    İlqar Məmmədovun Milli Şura qarşısında şərti ...

    18-07-2013, 15:54

  • 
  • Müxalifət və iqtidar üçün ortaq problem; “vahid namizəd”

    Müxalifət və iqtidar üçün ortaq problem; “vahid ...

    21-04-2013, 13:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu