Milli Şuranın sessiyasından özəl xəbər var. Bu dəqiqələrdə başa çatan sessiyada ehtiyat vahid namizəd məsələsi ətrafında gedən gərgin və uzun müzakirələr sonda Eldar Namazovun qrupunun məğlubiyyəti ilə başa çatıb.
Virtualaz.org-un sessiyanın gedişini izləyən əməkdaşı bildirir ki, iclasda əsasən iki təklif olub: hər partiyanın seçkiyə öz namziədi ilə getməsi və ikinci, ehtiyat vahid namizədin müəyyənləşdirilməsi.
“İkinci, ehtiyat namizəd olsun, ya olmasın” məsələsi ətrafında səsvermə keçirilib. İkinci namizədin olmasını istəyən Müsavat-AXCP blokunun (Gültəkin Hacıbəyli də bu bloku dəstəkləyib) təklifi 43 səs toplamaqla 1 səs fərqi ilə qəbul olunub. Eldar Namazovun və ACP, ALP, KXCP-nin təklifi 42 səs qazanıb. Bununla da İbrahimbəyovu alternativsiz vahid namizəd kimi görmək istəyən namazovçular bu mübarizəni uduzublar. Müsavatla AXCP-nin sabah bu mövziuda danışıq və məsləhətləşmələrə başlayacağı deyilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?